Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə48/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   44   45   46   47   48   49   50   51   ...   315

İdarəetmə mədəniyyəti 

 

101



olan fratriyanı (qardaşlıq) yaradırdı. Fratriyalarn birləşməsi tayfanı forma-

laşdırırdı. Tarixi inkişaf prosesində tayfaların ictimai-iqtisadi və ideoloji 

konsolidasiyası prosesi baş verirdi, ümumi idarəetmə, torpağın birgə istifa-

dəsi və xarici sərhədlərin qorunması, adətlərin, sosial normaların, ənənələ-

rin formalaşması yaranırdı.  

İctimai əmək bölgüsü ictimai münasibətlərdə dəyişikliklərə səbəb oldu, 

istehsal qüvvələrinin inkişafını stimullaşdırdı. Heyvandarlığın ayrılması (ic-

timai  əmək bölgüsünün birinci pilləsi) sərvətin artmasına imkan verdi və 

müntəzəm mübadilə imkanı yaratdı. Bu dövrün dəyişiklikləri cəmiyyətin 

azad insanlara (ağalar) və qullara bölünməsində ifadə olundu. Sənətkarlığın 

əkinçilikdən ayrılması (ictimai əmək bölgüsünün ikinci pilləsi) mülkiyyət 

təbəqələşməsinə - azad əhalinin varlılara və yoxsullara ayrılmasına səbəb 

oldu. İnsanların xüsusi təbəqəsinin - ərzaq mübadiləsi ilə məşğul olan tacir-

lərin yaranması (ictimai əmək bölgüsünün üçüncü pilləsi) əmlak təbəqələş-

məsi prosesini dərinləşdirdi.  

İctimai münasibətlərdə olan dəyişikliklər hakimiyyətin yeni formalarını 

və cəmiyyətin yeni idarəetmə sistemlərini yaratdı: qəbilə, fratriya və tayfa-

nın demokratik özünüidarə orqanları, rəhbərlik etmə  və  həyat fəaliyyəti 

proseslərinin və yeni sosial törəmələrin - siniflərin münasibətlərini tənzim-

ləmək zəruriliyi qarşısında qalan, fərqlənən tayfa əyanının avtoritar idarəet-

mə orqanlarına çevrilirdilər. Qədim cəmiyyətin həyat fəaliyyətinin yeni for-

ması - dövlətçilik belə əmələ gəlməyə başladı ki, onun da missiyası: isteh-

sal və istehlakla bağlı ümumi maraqların təmin edilməsi, ictimai münasi-

bətlərin tənzimlənməsi və xarici düşmənlərdən müdafiəsi oldu. Dövlət ha-

kimiyyəti olmadan, özünüidarənin köhnə icma sisteminin köməyi ilə daxili 

ziddiyyətlərin həlli artıq mümkünsüz idi. Xüsusi mülkiyyətin meydana çıx-

ması  əmlak sahibliyini tənzimləyən və ictimai münasibətləri dəyişən yeni 

sosial qanunların yaradılmasını  tələb etdi. Həyata keçirilməsi və  tətbiqi 

dövlət hakimiyyəti orqanlarının səlahiyyəti olan adi hüquq belə yarandı. 

Bununla yanaşı cəmiyyətdə hüquqla deyil, insanların xeyir və şər haqqında-

kı  təsəvvürlərinə  əsaslanan etik normalarla tənzimlənən adət və  ənənələr 

saxlanılırdı. Dövlətçiliyin meydana çıxması ilə insanların hüquq düşüncəsi 

dəyişilir. Torpaq, mal-qara və qullar üzərində şəxsi mülkiyyət yarandıqca, 

müxtəlif icmaların qarşılıqlı münasibətləri arasında olan qədim qan qisası 

adəti icmanın öz daxilində tətbiq olunan hüquq normasına çevrilir. Elə bu 

dövrdə cinslərin hüqüqi bərabərsizliyi, atalıq hüququna əsaslanan yeni tipli 

ailənin bərqərar olması meydana çıxdı. 

Dövlətçiliyin inkişafı  və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi 

qanunauyğunluqlarını dərk etmək üçün quldarlıq ölkələrinin mədəniyyət ta-

rixinin, həmçinin Şərq və Qərb quldarlıq və feodal ölkələrinin sosial-mədə-



Fuad Məmmədov

 

 

102



ni təcrübəsinin vərəsəlik proseslərinin müqayisəli öyrənilməsi mühüm əhə-

miyyətə malikdir.  

Quldarlıq dövlətçiliyinin formalaşması həm daxili, həm də xarici səbəb-

lərlə  şərtlənirdi. Bir tərəfdən, qədim  əkinçi icmalarının mədəni tərəqqisi, 

sənətkarlıq və ticarətin inkişafı mülkiyyət təbəqələşməsini tezləşdirərək, 

onların mənafeyini qoruyan sarsılmaz hakimiyyətin təşəkkül tapmasında 

maraqlı olan iri mülkiyyətçilər və quldarlar sinfinin formalaşmasına imkan 

yaradırdı. Digər tərəfdən, bu proses, həm daxili təhlükələrdən və xarici təh-

didlərdən müdafiə üçün, həm də ölkənin sosial-iqtisadi zənginləşməsi vasi-

təsi kimi baxılan istilaçı müharibələrin aparılması üçün zəruri olan ordunun 

mərkəzləşdirilməsi tələbatı ilə  şərtlənirdi. Bu tələbatlar nəticəsində seçkili 

tayfa başçılarının irsi hakimiyyətli hökmdarlarla qanunauyğun əvəz edilmə-

si və insanların həyat fəaliyyətinin təşkil və idarə edilməsinin zəruri forma-

sı kimi dövlətin yaranması prosesi baş verdi.  

Bəşəriyyətin ilk sivilizasiyalarının dövlətçiliyi qeyri-məhdud hakimiy-

yətli “ilahi mənşəli” hökmdarın mərkəzləşdirilmiş istibdad monarxiyalarını 

və dövlət idarəçiliyinin mürəkkəb bürokratik sistemini ifadə edirdi. Qədim 

Şərq ölkələrinin quldarlıq dövlətçiliyinin hər bir tipi üçün öz xüsusiyyətləri 

xarakterik idi. Misir üçün bu, – mərkəzləşdirilmiş totalitar-istibdad rejim, 

Babil üçün – güclü şəhər mədəniyyəti və iqtisdiyyatda xüsusi sektorun ol-

ması, Aşşur üçün – quldarlıq cəmiyyətinin hərbiləşdirilmiş xarakteri, Persi-

ya üçün – imperiya əyalətləri idarəçiliyinin federativ xarakteri, icma-kasta 

sistemli Hindistan üçün – varnov-kasta sistemi ilə şərtlənən və ölkənin mə-

dəni bütövlüyü ilə bağlı siyasi parçalanma və dövlətçilik formalarının müx-

təlifliyi, Çin üçün – silki dərəcənin xas olduğu, sosial dərəcələrlə və konfut-

si-budda həyat fəlsəfəsi sistemi ilə  mərkəzləşdirilmiş istibdad rejimi idi. 

Şərq istibdadı ölkələrinin quldarlıq dövlətçiliyi üçün (Şumer, Babil, Aşşur, 

Misir, Het şahlığı, Mitanni, Hindistan, Çin) ibtidai icma quruluşunun azad 

əhalinin məcburi istismarı, patriarxal köləlik, torpağa kollektiv sahibliklə 

kənd icmasının saxlanması, qəbilə əyanlar şurası, qan qisası hüququ və b. 

institutların olması xarakterik idi. Uzaq keçmişlərin sinfi cəmiyyətlərinin 

ümumi mədəni tərəqqisi fonunda, istismar formaları və istehsal tələbatları 

arasındakı ziddiyyətlərin doğurduğu sosial-iqtisadi böhran, vaxtaşırı istib-

dad monarxiyalarının müvəqqəti zəifləməsinə və feodal-federal tendensiya-

larının və inkişaf formalarının güclənməsinə gətirib çıxarırdı. Müəyyən qa-

nunların tətbiqi yolu ilə quldarlıq cəmiyyəti ziddiyyətlərinin yumşaldılması 

və öz hakimiyyətinin və var-dövlət payının artırılması üçün hakim sinfin 

ayrı-ayrı qrupları arasındakı mübarizəni aradan qaldırmaq cəhdləri gözləni-

lən nəticələri vermirdi.  




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə