Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə50/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   46   47   48   49   50   51   52   53   ...   315

İdarəetmə mədəniyyəti 

 

105



qi məhdudiyyət Qədim Babildə “muşkenə”, Qədim Romada “plebeylərə”, 

Afinada “meteklərə”, həmçinin əcnəbilərə və qadınlara aid edilirdi. İctimai 

münasibətlərin fəaliyyətini təmin edən quldarlıq hüququnun əsasını quldar-

lıq şəxsi mülkiyyətini tənzimləyən və qoruyan normalar təşkil edirdi. Belə-

liklə, dövlət idarəçilik vasitəsi olan hüquq, tədricən kollektiv mülkiyyəti sı-

xışdırıb aradan çıxardı və quldarlıq dövlətinin dayaqlarından biri olan şəxsi 

mülkiyyəti təsdiq etdi. Qədim dünyada çoxlu qanunlar, o cümlədən, Ham-

murapi qanunları, Eşnuna qanunları, Şulqa qanunları (Mesopotamiya), Ma-

nu qanunları (Hindistan), Drakon qanunları (Yunanıstan), XII Cədvəl qa-

nunları (Roma) və başqa qanunlar yaradılmışdır. Lakin şəxsi mülkiyyətə 

əsaslanan hüququn daha mükəmməl forması, sonralar burjua vətəndaş hü-

ququnun formalaşmasına böyük təsir göstərən Roma hüququ oldu. Quldar-

lıq cəmiyyətində hüquq yaradıcılığı dövlət hakimiyyəti orqanları və ya xü-

susi vəzifəli şəxslər tərəfindən hamı üçün məcburi qərarların dərc edilməsi 

formasında həyata keçirilirdi. Romada bu funksiyalar senat və ya magistrlə-

rin ediktləri tərəfindən həyata keçirilirdi.  

Qeyd etmək maraqlıdır ki, monarxiya və respublika zaman keçdikcə öz 

sosial məzmununu dəyişərək, idarəetmə forması  kimi  feodal  və kapitalist 

ölkələrində  də saxlanılmışdır. Məsələn, müasir Küveyt monarxiyadır. 

Amma bu dövlətdə ölkənin hər bir vətəndaşı üçün sabit və  ədalətli sosial 

təchizatı təmin edən neftçıxarma istehsalı təşkilinin effektiv idarə edilməsi 

və bölgü münasibətləri mədəniyyəti hesabına vətəndaşların yüksək rifah sə-

viyyəsi əldə edilmişdir. Humanist milli ideologiya ruhi (qeyri-maddi) isteh-

salla məşğul olan müəllimlərin, həkimlərin və başqa ziyalı nümayəndələrin 

yüksək statusunu və həyat səviyyəsini təmin edir. Digər müasir monarxiya, 

həmçinin neftçıxarma dövləti - Norveç Krallığı,  əhalinin sosial təminatını 

dövlət siyasətinin başlıca prioriteti kimi elan etmişdir. Pulsuz təhsil, pulsuz 

səhiyyə, hər bir norveç ailəsi üçün fərdi yaşayış evlərinin güzəştli inşası – 

bu, ümumrifah dövlətinin üstünlüklərinin tam siyahısı deyil.  

Yeni eranın ilk yüzilliklərində dünya sivilizasiyasında, qədim zamanın 

ən iri dövlətlərinin dağılması ilə müşayiət edilən, quldarlıq dövlətçiliyinin 

böhranı müşahidə olunurdu. Bu böhranın xarakterik cəhətləri, siyasi hege-

monluq uğrunda mübarizədə istilaçı müharibələrə, zəbt edilmiş ölkələrdəki 

qarətlər hesabına gəlirlərin artırılmasına, məhsulun əlavə artımının yenidən 

zorla bölünməsinə əsaslanan beynəlxalq münasibətlər idi. Quldarlıq ölkələ-

rinin “rifaha belə yolu” onların proqressiv inkişafına kömək etmirdi. Proq-

ressiv inkişaf vektoru iqtisadi mədəniyyətin - əmtəə iqtisadiyyatının, torpa-

ğın istismarının arenda formasının, pul tədavülü və şəhərsalmanın inkişafı-

na diqqət ayırmış ölkələrdə müşahidə edilirdi. Məhz bu ölkələr feodal döv-

lətçiliyinin formalaşmasına tədricən yol açdılar.  




Fuad Məmmədov

 

 

106



Bütövlükdə, quldarlıq quruluşundan,  Şərq və  Qərb xalqları üçün yeni 

sosial-mədəni inkişaf imkanları açan feodal quruluşuna keçid, dünya mədə-



niyyəti və sivilizasiyasının inkişafında mütərəqqi addım oldu. Əgər klassik 

quldarlığı keçirmiş Hindistan, Çin, İtaliya, Fransa, İspaniya və başqa bu ki-

mi ölkələrdə feodal dövlətçiliyi mədəniyyətinə keçid xalqların formalaşma-

sı üçün yeni pilləni ifadə edirdisə, quldarlığı tanımayan, ibtidai icma quru-

luşundan birbaşa feodalizm dövrünə daxil olmuş – İngiltərə, Almaniya, Ru-

siya, Polşa, Çexoslovakiya, Skandinaviya ölkələri və digər ölkələr üçünsə, 

tayfa və tayfa birliklərindən xalqların yaranması tamamıilə yeni mədəni ha-

disə idi.  

Feodalizm dövrü üçün şəhərlərin və yeni dövlətlərin sürətli inkişafı xa-

rakterik idi. Yeni, feodal mədəniyyətinin formalaşmasının əsas amilləri: fe-

odal mülkiyyəti və feodal ictimai münasibətlərinin yaranması,  əmtəə-pul 

münasibətlərinin, daxili bazarın çox sürətli inkişafı, iri dövlət mədəni mər-

kəzlərinin yaranması, inkişaf etmiş feodalizm dövründə isə - dövlətin siyasi 

mərkəzləşməsinə artan tendensiya idi. Bununla belə, mədəni inkişafın qey-

ri-bərabər qanununa müvafiq olaraq, feodalizmə keçid dövründə dünyanın 

müxtəlif hissələrində quldarlıq dövlətçiliyi və ibtidai cəmiyyət mədəniyyəti 

mövcud olmaqda davam edirdi. Məsələn, icma mədəniyyəti  Şərqi,  Şimali 

və Mərkəzi Asiyanın bir sıra tayfalarında, Avstraliya, Sakit və Hind okeanı 

adaları əhalisində, Afrika və Latın Amerikası əhalisinin daha çox hissəsin-

də hələ uzun müddət saxlanılırdı.  

İlkin feodalizmin əsas xüsusiyyəti ifrat pərakəndəlik idi. Hər bir müstə-

qil knyazlıq, hersoqluq və ya qraflıq, qismən iri feodal malikənəsi özünün 

hərbi və inzibati aparatına malik az və ya çox dərəcədə müstəqil olan “döv-

lətdə dövləti” təmsil edirdi. Yalnız rəsmi olaraq kral hakimiyyətinə tabe 

olan belə “dövlətlərdə” ümumi hakimiyyət feodala məxsus idi, ona səlahiy-

yət isə bağışlanma, ərazinin zəbt edilməsi yolu ilə və müddətlə əldə edilirdi. 

Məsələn, alman millətinin Müqəddəs Roma İmperiyası bir-birindən asılı ol-

mayan 350-dən artıq xırda dövlətlərdən, krallıqlar, kurfürstlüklər (kurfürst - 

Müqəddəs Roma imperiyasında imperator seçkilərində iştirak edən knyaz) 

hersoqluqlar, knyazlıqlar, qraflıqlardan və azad imperiya şəhərlərindən iba-

rət idi. Tədricən feodallar içərisində ticarət və  sənaye ilə  məşğul olan 

knyazlar xüsusi müstəqil idarəetmə statusu qazandılar. Onlar vergi müəy-

yənləşdirmək və yığmaq hüququna malik idilər, özlərinin daimi ordusu var 

idi, müstəqil surətdə müharibələrə başlaya və başqa knyazlar və hökmdar-

larla sülh müqaviləsi bağlaya bilərdilər.  

XIII-XV yüzilliklərdə İngiltərə, Fransa və bir sıra digər Avropa ölkələ-

rində siyasi mərkəzləşməyə ehtiyac yarandı. O, manifakturanın inkişafı və 

əmtəə-pul münasibətlərinin natural təsərrüfatın əsasını sarsıtması ilə şərtlə-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə