Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə49/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   45   46   47   48   49   50   51   52   ...   315

İdarəetmə mədəniyyəti 

 

103



Dövlətçiliyin əmələ gəlməsi icmanın ümumi mülkiyyətindən cəmiyyətin 

xüsusi mülkiyyətinə keçməsi ilə müşayiət olunurdu. Qədim Şərq dövlətçili-

yinin xüsusiyyətlərindən biri o idi ki, quldarlıq dövlətlərində mülkiyyət yal-

nız torpaq, əmlak, istehsal vasitələri ilə deyil, həm də istehsalın canlı qüv-

vəsi - qullarla təmsil edilirdi. Bir sıra alimlərin fikrincə, intellektual mədə-

niyyətin quldarlıq cəmiyyətləri hakim siniflərinin monopoliyasına çevril-

məsi insanın qabiliyyətləri və istedadının azad istifadəsi imkanlarını  məh-

dudlaşdıraraq, bəşəriyyətin intellektual inkişafına böyük zərbə vurmuşdur. 

Bu amil, qulların öz əməyinin nəticələrində maraqlı olmaması ilə, həmçinin 

əqli və zehni əmək,  şəhər və  kənd, qullar və quldarlar arasındakı ümumi 

ziddiyyətlərlə yanaşı, Qədim dünyanın sosial-mədəni tərəqqi templərində 

mənfi əks olunurdu. Sənətkarların, kəndlilərin və əhalinin digər kateqoriya-

larının hüquqlarının qanunvericiliklə  məhdudlaşdırılması ictimai münasi-

bətlərdə özünü heç də yaxşı göstərmirdi.  

Qədim Şərq dövlətlərinin daxili və xarici siyasətinin əsasını, hər şeydən 

əvvəl, quldarların hakim sinfinin maraqları  təşkil edirdi. Daxili mühitdə 

dövlət idarəçilik aparatı əkinçilik və tikinti sahəsində ictimai işlərin təşkili 

üzrə fəaliyyəti təmin edir, mülkiyyətin qorunması, habelə qulların müqavi-

mətinin yatırılması və siyasi rejimin saxlanması məqsədilə dini müəssisələ-

rin (kahinlər dövlət aparatına daxil idilər) köməyi ilə cəmiyyətə ideoloji tə-

sir göstərmək funksiyalarını yerinə yetirirdi. Xarici siyasət sahəsində başlı-

ca idarəetmə vəzifələri: istilaçı müharibələrin həyata keçirilməsi və dövlət 

xəzinəsinin doldurulması, ölkənin müdafıə qabiliyyətinin möhkəmləndiril-

məsi üçün muzdlu ordunun döyüş gücünün artırılması, hərbi-siyasi ittifaq-

ların yaradılmasına yönəldilmiş diplomatik fəaliyyət, habelə istila edilmiş 

ərazilərin, əsasən vergi və baş vergisi yığılması yolu ilə idarə olunması idi.  

Quldarlıq dövləti aparatına inzibati məmur aparatı, dövlət hakimiyyəti 

orqanları, ordu, polis, məhkəmələr və həbsxanalar daxil idi. Dövlət idarəçi-

liyi sisteminin xüsusiyyəti bütün seçkili və təyin olunmuş vəzifələrin məva-

cibsiz olması idi və buna görə yalnız imkanlı adamlar tərəfindən tutula bi-

lərdi. Bu səbəbdən vəzifələrin tutulması yalnız  əyanlar üçün mümkün idi. 

Dövlətin əsas orqanları hərbi, maliyyə idarələri və ictimai işlər idarəsi idi.  

Dövlətçilik mədəniyyətinin xüsusiyyətləri hər bir ayrı ölkənin inkişaf 

mədəniyyətinin obyektiv-tarixi amilləri ilə şərtlənirdi. Quldarlıq dövlətçili-

yi mədəniyyətinin əsas formaları: monarxiya, zadəgan respublikası və de-

mokratik respublika idi.  

Şərqin ilk monarxiya sivilizasiyalarında, onlar üçün səciyyəvi olan tor-

pağa xüsusi sahibliyin olmaması və suvarma əkinçiliyi ilə, bütün hakimiy-

yət irsi monarxa - sağlığında və ölümündən sonra monarxın şəxsiyyətini ilahi-

ləşdirən irsi zadəganlara söykənən istibdadçıya (ağaya, sahibkara) məxsus 



Fuad Məmmədov

 

 

104



idi. İstibdad şərq monarxiya dövlətçiliyi üçün idarəetmənin mərkəzləşdiril-

məsi, dövlət başçısının təkbaşına hakimiyyətinin qeyri-məhdudluğu xarak-

terik idi. İstibdadçı idarəçilik aparatına başçılıq edirdi, təkbaşına qanunveri-

cilik, məhkəmə idarəçiliyi və orduya rəhbərlik hüququna malik idi.  

Şərq istibdad hakimiyyəti ölkələrinin monarxiya dövlətçiliyindən fərqli 

olaraq, Qədim Yunanıstanın demokratik dövlətçiliyi (Afina demokratiyası): 

hakimiyyətin ali orqanı qismində xalq məclisinin fəaliyyəti, ümumi seçki 

hüququ (vətəndaşlar üçün), hər il qanunlara yenidən səs verilməsi, vəzifəli 

şəxslərin yenidən seçilməsi, dövlət vəzifələrinin seçki üsulu və haqqının 

ödənilməsi xüsusiyyətləri ilə xarakterizə edilir. Lakin əhalinin 10-12%-ni 

təşkil edən bütün vətəndaşların heç də hamısı eyni hüquqlardan istifadə et-

mirdilər. Yoxsul kəndlilər və  sənətkarlar üçün siyasi hüquqların böyük 

məhdudiyyəti müəyyən edilmişdir. Dövlət vəzifələrinin tutulması yüksək 

əmlak senzi ilə  tənzimlənirdi. Qadınlar siyasi hüquqlardan, ümumiyyətlə, 

məhrum idilər.  

Quldarlıq dövlətçiliyinin digər tipi - klassik nümunəsi Roma və Sparta 

hesab olunan aristokratik respublika idi. Onun fərqi ondan ibarət idi ki, 

dövlət hakimiyyəti ali orqanlarının seçilməsində  iştirak etmək hüququna 

yalnız imtiyazlı quldarlarlar malik idi. Azad əhalinin qalan hissəsi bu hü-

quqdan, ümumiyyətlə, məhrum idi. Qanunverici hakimiyyət rəsmən, qul-

darların daha varlı hissəsinin daxil olduğu xalq məclisinə mənsub idi. Əs-

lində tam hakimiyyətli orqan, iri hərbi-torpaq aristokratiyasının maraqlarını 

təmsil edən senat idi. Senatorlar yüksək dövlət vəzifələrini tutan aristokrat-

lar ola bilərdilər, “senator” adının özü isə sonralar irsən ötürülürdü. Sparta-

da aristokratik respublika, həm qulları, həm də istila edilmiş vilayətlərin 

hüquqsuz əhalisi – ilotları və ətraf vilayətlərin əhalisi - periekləri istismar 

edən, ölkənin tam hüquqlu vətəndaşları olan, iri torpaq və mal-qara sahiblə-

rinin maraqlarının qanunverici ifadəsi idi. 

Əksər quldarlıq ölkələrinin dövlətçiliyi, bir qayda olaraq, unitar, yalnız bəzi 

hallarda və müəyyən zaman müddətində konfederasiya və ya federasiya xarak-

teri daşıyırdı. Unitar dövlət quruluşu, ölkənin bütün ərazisinin dövlət başçısına 

tabe olduğu mərkəzləşdirilmiş hakimiyyət demək idi. Bununla bərabər  ərazi 

bölgüsünün əsas vahidi, kənd icması ilə təmsil olunan kənd idi.  

Quldarlıq mülkiyyəti və quldarlıq istismar vasitəsi - quldarların iradəsi-

nə rəğmən qanun səviyyəsinə yüksəldilmiş, əhalinin sosial bərabərsizliyini 

açıq  şəkildə qanuniləşdirən  quldarlıq hüququnda möhkəmləndirilmişdi. 



Hüquq, quldarlıq ictimai münasibətlərini tənzimləyən müəyyən sərəncam 

və qanunları  təsdiqləyən mühüm dövlətçilik aləti oldu. Bərabər olmayan 

hüquq səlahiyyəti prinsipi, həm də azad vətəndaşların hüquqi mövqeyinin 

əmlak vəziyyəti ilə müəyyən olunmasında əks olunmuşdur. Məsələn, hüqu-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə