Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə57/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   53   54   55   56   57   58   59   60   ...   315

İdarəetmə mədəniyyəti 

 

119



da heyəti,  əkinçilik icmasının yuxarı varlı  təbəqələrinin daxil olduğu, dövlət 

idarəçilik aparatı ilə sıx bağlı olan - hakim sinif. Azad və asılı mülkədarlar və 

sənətkarlardan ibarət - xırda istehsalçılar sinfi. Hüquq səlahiyyəti elementlərini 

saxlamış ev qulları və əşyalara bərabər tutulan yadelli qullardan ibarət - qullar 



 qullara yaxın asılı işçilər sinfi. Hər bir sinif - hüquq, əmlak və məişət vəziy-

yəti baxımından müxtəlif təbəqələrə bölünürdü.  

Qədim Şərq ölkələri üçün səciyyəvi cəhət o idi ki, Qədim Yunanıstan və 

Roma ilə müqayisədə, onlarda nisbətən zəif inkişaf tempi yer tuturdu. Bu, in-

tellektual mədəniyyətin inkişafına kifayət qədər diqqətin ayrılmaması, dini 

təsəvvürlər çərçivəsində inkişaf edən çoxallahlılıq, Qədim Şərq iqtisadiyyatı-

nın durğunluq xarakteri, əmtəə təsərrüfatının zəif inkişafı, texnika və texnolo-

giyanın tədriclə təkmilləşdirilməsi, səthi əmək bölgüsü və onun məhsuldarlı-

ğının aşağı səviyyəsi ilə şərtlənirdi. Qədim Şərq ölkələrinin xüsusiyyəti həm 

də o idi ki, onlarda ictimai quruluşun əsas sosial və ərazi vahidləri qismində, 

bir-birinə və dövlətə münasibətdə hüquq və vəzifələri olan, lakin bununla ya-

naşı özlərinin mədəni mübadiləyə az meylli, ənənəvi qapalı dünyası ilə yaşa-

yan icmalar çıxış edirdilər. Spesifik Qədim  Şərq iqtisadiyyatı, dövlət haki-

miyyətinin sosial strukturu və forması ilə şərtləndirilmiş icma, həyatın və is-

tehsalın kollektivçilik formasını saxlamışdı ki, bu da xüsusi mülkiyyətçilik 

münasibətlərinin inkişafını ləngitməyə bilməzdi. Bütün bunlar çoxsaylı icma-

ların səylərinin birləşməsinə və koordinasiyasına yönəldilmiş dövlət idarəçi-

liyinin rolunu şərtləndirirdi. Qəbilə demokratiyasının ənənələrini aradan qal-

dıran belə hakimiyyətin spesifik forması, ədəbiyyatda “Qədim Şərq istibdad 

hakimiyyəti” adı ilə məlum olan qeyri-məhdud monarxiya oldu.  

İlk sivilizasiyalarda formalaşan dövlət idarəçiliyi sistemi iyerarxik prinsip 

üzrə təşkil olunmuş çoxsaylı administrasiyaları birləşdirirdi. Dövlət idarəçili-

yi aparatı rütbə  və subordinasiya sisteminə malik idi. Məmurların ictimai 

mövqeyi onların xidməti pillədəki yerindən asılı olaraq müəyyənləşdirilirdi. 

Administrasiyanın vəzifələri dövlətin daxili və xarici siyasəti ilə müəyyən 

edilirdi. Ən mühüm daxili vəzifə - əkinçilik irriqasiyasının təşkili və torpaq 

mülkiyyətinin idarə edilməsi idi. Dövlət sərəncam, nəzarət, icmaların irsi 

mülkü olan torpağın istifadəsi üçün vergi yığmaq hüququna malik idi. Tor-

paqların bir hissəsi onların üzərində  şəxsi təsərrüfat yaradan, torpaq vergisi 

ödəyən və müəyyən mükəlləfiyyətlər daşıyan saray adamlarına, zadəganlara 

və döyüşçülərə paylanırdı.  Əsas torpaqlar istibdadçının və ondan asılı olan 

kahinlərin əlində cəmləşmişdi. Alluvial çayların vadilərində yerləşən, əlveriş-

li təbii şərait və güclü irriqasiya sistemlərinin yaradılması ilə şərtlənən qədim 

şərq ölkələrinin əkinçilik məhsullarının yüksək məhsuldarlığı əlavə məhsulun 

yüksək həcmini təmin edirdi, bunun hesabına da inkişaf etmiş bürokratik 

aparat, ordu və hakim sinfin rifahı üçün xərclər təmin olunurdu.  



Fuad Məmmədov

 

 

120



İstibdad dövləti başçısının xüsusi mövqeyi onunla şərtlənirdi ki, hökm-

dar qanunverici, icraçı və məhkəmə hakimiyyətinin tam hüquqlu daşıyıcısı 

hesab edilirdi, onun şəxsiyyəti isə ilahiləşdirilirdi. Bununla bərabər Qədim 

Şərq ölkələrində, xüsusən, Qədim Hindistanın bir sıra dövlət qurumlarında 

və Finikiyanın bəzi  şəhərlərində dövlətçiliyin qeyri-monarxiya formasını 

təmsil edən “oliqarxiya respublikaları” mövcud idi.  

Mədəni inkişafın qeyri-bərabərlik qanununa uyğun olaraq, Qədim  Şər-

qin ayrı-ayrı ölkələri sivilizasiyanın müxtəlif pillələrinə çatmışdılar. Döv-

lətçilik mədəniyyəti və dövlət idarəçiliyi mədəniyyətində - Qədim Misir, 

Şumer-Mesopotamiya sivilizasiyası, Finikiya, Het şahlığı, Qədim Hindistan 

və Çin liderlik mövqeləri əldə etmişdilər.  

 

Şumer-Mesopotamiya sivilizasiyası 

 

Dünya sivilizasiyası  və  şəhər mədəniyyətinin mühüm mərkəzlərindən 



biri, əvvəli b.e.ə. IV minilliyə aid olan Mesopotamiyadır. Mesopotamiyanın 

etnogenezində şumerlər, akkadlar, amoreylər, haldeylər, subareylər, kutilər, 

lulubilər, aşşurlar, hetlər, hürritlər, kaslar, arameylər və bir çox digər etnos-

lar iştirak etmişlər. Bu sivilizasiyanın əsasını, yazını yaratmış və onu insa-

nın həyat fəaliyyətinin xidmətinə vermiş şumerlər qoymuşdur. Onların nai-

liyyətləri babilistanlılar və assuriyalılar tərəfindən mənimsənilmiş və inki-

şaf etdirilmişdir. Şumer-Mesopotamiya sivilizasiyasında geniş riyazi, astro-

nomik və coğrafi biliklər toplanmış, kitabxanalar, məktəblər, muzeylər, ar-

xivlər, zəngin  ədəbiyyat və incəsənət abidələri, dini və  hərbi institutlar, 

həmçinin digər ölkələrin və xalqların mədəniyyətinə təsir göstərmiş dünya-

nın elmi dərk edilməsi sistemləri, müxtəlif hüquqi sistemlər və dövlət idarə-

çiliyi sistemləri yaradılmışdır.  

Şumer-Mesopotamiya dövlətçiliyinin təşəkkülü və inkişaf tarixi haqqın-

da hökmdarların çoxsaylı yazıları, həmçinin Eredu, Ur, Uruk, Laqaş, Nip-

pur, Mari, Aşşur, Nineviya, Babilistan, Arrapxa və s. şəhərlərin dövlət, mə-

bəd və şəxsi arxivlərindən tapılmış minlərlə təsərrüfat, hüquqi və diploma-

tik sənədlər danışırlar. Onlar İkiçayarası ölkələrin qarışıq etnik tərkibi, siya-

si quruluşu, dövlət quruluşu və idarəetmə, iqtisadi və sosial münasibətlər, 

ailə mədəniyyəti, hüquq normaları, dini baxışları və beynəlxalq münasibət-

ləri haqqında təsəvvür yaradırlar. Şumerin qədim şəhər-dövlətlərinin siyasi 

quruluşu və hökmdarların idarəçiliyi haqqında məlumatlar Şumer epik poe-

malarında əks olunmuşdur. Çoxlu sayda inzibati və digər sənədlər “hökm-

dar siyahıları”, “salnamələr”, padşahların və onların canişinlərinin, məmur-

ların, sərkərdələrin, kahinlərin məktublarında və “limmu” məmurlarının 

Assuriya siyahılarında saxlanılır.  



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə