Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə56/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   52   53   54   55   56   57   58   59   ...   315

İdarəetmə mədəniyyəti 

 

117



dələrinin - Şefferlərin qədim məhkəmə sistemi belə yarandı. Azad alman 

şəhərlərində məhkəməni şəhərlilər aparırdılar və hətta hakim şəhər tərəfin-

dən təyin edilirdi, lakin “Blutbann” cinayət məhkəməsini icra etmək hüqu-

qu krala qalırdı. Mühakimə üsulu vasitələri kimi – şahidlərin ifadələri, an-

diçmə, “mərc”, məhkəmə çəkişməsi, püşk, kahinin qərarı, ordaliyalar və iş-

gəncə tətbiq edilirdi. Orta əsrlər dövründə Avropada, xüsusən İspaniya və 

Romada mühakimə olunanın günahının Allaha qarşı cinayət olduğunu sü-

but etmək üçün “Müqəddəs inkvizisiya” tərəfindən işgəncə geniş istifadə 

edilməyə başladı.  

Özündə patriarxal məhkəmənin  ənənələrini mənimsəyən yeni məhkəmə, 

kral məmurları və Şefferlərin birgə fəaliyyətini təşkil edirdi. Onun mahiyyəti 

bunda idi ki, cinayətkara qarşı münasibətdə zərərçəkənin ailəsinin intiqam al-

masına icazə verərək məhkəmə eyni zamanda “zərər vurulmuşun qisasının 

yeni bir qisasa səbəb olmaması” arzusunu irəli sürürdü. Bunun əvəzində ci-

nayətkar cəmiyyətin ona verdiyi bütün hüquqlar və faydalardan – su, od, ailə, 

əmlak, həyatını qoruma imkanlarından məhrum edilirdi. Bu zaman məhkum 

zərərçəkənin ailəsinə ona vurduğu zərərin əvəzini verməli idi, cəmiyyətə isə 

“pozulmuş asayişə görə” cərimə ödəməli idi, bu da qan qisası almaq borcu 

olan qohumlara pul kompensasiyasını ifadə edirdi.  

 

Bəşəriyyətin ilk sivilizasiyalarında dövlətçilik 



mədəniyyəti tarixindən 

 

Bəşəriyyət öz inkişafında bir sıra tarixi pillələr keçmişdir. Onların hər 



birində sosial-mədəni tərəqqinin, ictimai münasibətlər və iqtisadi inkişaf 

mədəniyyətinin, dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin müəyyən 

səviyyəsinə nail olunmuşdur. İlk sivilizasiyaların quldarlıq cəmiyyəti şərai-

tində ictimai siniflərin, silklərin yaranması ilə dövlətlərin yaradılması, zid-

diyyətli ictimai münasibətlərin, insanların dini və istehsal həyatının tənzim-

lənməsi zərurəti meydana çıxdı. Sonrakı tarixi dövrdə insan cəmiyyəti inki-

şafının başlanğıc nöqtəsi olan ümuməhəmiyyətli mədəni  ənənələr və eta-

lonlar qədim dünyanın məhz quldarlıq cəmiyyətində əmələ gəlmişdir.  

Dünya mədəniyyəti tarixində qədim cəmiyyət mədəniyyətinin yeni sosi-

al institutu olan dövlət ilk dəfə Şumer və Misirdə formalaşmışdır. Dövlətçi-

lik tarixi b.e.ə. IV minilliyin ikinci yarısından, yəni  Şumer və Misirdə ilk 

şəhər-dövlətlərin meydana gəlməsindən başlayan Qədim  Şərq coğrafi ba-

xımdan bir çox ölkələri əhatə edirdi. Onlara Şumer, Misir, Het şahlığı, Babi-

listan, Aşşur, Finikiya, Suriya, Fələstin, Frigiya və Lidiya şahlıqları, Aratta, 

Manna, Midiya, Urartu, dünya Persiya monarxiyası, Mərkəzi Asiya, Hindistan, 

Çin və Cənub-şərqi Asiya dövlətləri aiddir. Bu ölkələrin mədəniyyət və sivili-




Fuad Məmmədov

 

 

118



zasiyalarının formalaşması əsasən onların yerləşdiyi təbii-coğrafi şəraitdən və 

xalqın mədəni-genetik kodundan asılı idi. Eyni zamanda mədəni mübadilə, ta-

rixi şərait və hakim rejimin ideologiyası, dini, ənənələri və siyasətindən asılı 

olan sosial mühit də çox böyük əhəmiyyətə malik idi.  

Qədim Şərq dövlətləri etnik cəhətdən müxtəlif görünüşlü olsalar da, on-

ların dövlətçiliyinin  əsas formalaşma qanunauyğunluqları bir çox ümumi 

cəhətə malikdir. İlk Qədim Şərq dövlətləri kiçik vilayətləri – nomları təşkil 

edən bir neçə yaşayış məntəqələrinin birləşməsi yolu ilə yaranmışdır. Bura-

da başçının iqamətgahı və ali qəbilə səcdəgahının müqəddəs məbədi yerlə-

şən şəhər mərkəzi formalaşırdı. B.e.ə. IV minillikdə başlayan ilk sivilizasi-

yalar dövründə Yaxın Şərq regionunda mədəni mübadilə, mədəniyyətlərin 

yaxınlaşması və qarşılıqlı faydalı əməkdaşlığın tədrici prosesləri baş verir-

di. Kulturoloji nöqteyi-nəzərdən bu - mutasiyalı, təcrid olunmuş inkişafdan

mədəni artefaktların birbaşa mənimsənilməsinə  və stimullaşdırılmış trans-

formasiyasına əsaslanan kulturogenezə doğru hərəkat prosesi idi.  

B.e.ə. IV minilliyin ikinci yarısında Şumer və Misirdə şəhərlərin əmələ 



gəlməsi ilk sivilizasiyaların formalaşmasında inqilabi əhəmiyyətə malik idi. 

Şəhərlər dövlət idarəçiliyinin və dini ibadətin ilk mərkəzləri oldu. İlk əvvəl 

burada, hökmdarın və onun administrasiyasının, din xadimlərinin,  şəhər, 

həm də  kənd təsərrüfatı ilə  məşğul olan əhalinin ehtiyaclarını  təmin edən 

sənət istehsalı cəmləşmişdi. İstehsal qüvvələrinin, sosial həyatın və dövlət-

çilik mədəniyyətinin inkişafı ilk növbədə hakim siniflərin idarəetmə mədə-



niyyəti,  enerjisi, təşəbbüskarlığı  və intellektual mədəniyyət səviyyəsindən 

asılı idi. İstehsalın və ticarətin aşağı səviyyəsində məhsullara və xammala 

malik olan ölkələr arasındakı qarşılıqlı faydalı əlaqələr çox vaxt qarət mü-

haribələrinə çevrilirdi.  

İlk dövlətlərin təşəkkül tapmasında  köləlik  mühüm rol oynamışdır. 

Onun yaranması fərdin cəmiyyətin inkişafı üçün zəruri olan əlavə məhsulu 

verə bilməməsi ilə  şərtlənirdi, bunun nəticəsində bütün hüquqlardan məh-

rum olmuş qullar əməyə məcbur edilirdilər. Köləlik cəmiyyətin əmlak təbə-

qələşməsi və özünün sosial statusu, əmlak vəziyyəti, əməyin ictimai təşki-

lində yeri və rolu, həmçinin ictimai sərvətdən aldığı payla fərqlənən siniflə-

rin formalaşmasına böyük təsir göstərirdi. Bununla əlaqədar ictimai inkişafı 

idarə edən və ictimai münasibətləri tənzimləyən subyekt kimi dövlətin rolu 

çox mühüm əhəmiyyət kəsb etməyə başladı. 

Qədim Şərq ölkələrində dövlət idarəçiliyinin mühüm obyekti yalnız müxtə-

lif siniflər və sosial qruplar arasında münasibətlərin tənzimlənməsini tələb edən 

istehsal və maddi nemətlərin bölgüsü deyil, həm də onların arasında yaranan 

ziddiyyətlərin aradan qaldırılması idi. Quldarlıq cəmiyyəti üç sinfə bölünürdü. 

Mülkədarlar, saray əhli, xidmətdə olmuş zadəganlar, kahinlər, ordunun koman-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə