Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə64/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   60   61   62   63   64   65   66   67   ...   315

İdarəetmə mədəniyyəti 

 

133



xeyirxahlığı, biliyi və həqiqəti rəmzləşdirən müdriklik allahı) ayininin mər-

kəzləşdirilməsinə yönəldilmiş dini islahat müvəffəqiyyətsizliyə uğramış oldu.  

Dövlət idarəçiliyinin əsas alətlərindən biri hüquq idi. Yunan müəllifləri-

nə görə, hələ Əhəmənilər imperiyası yaranana qədər şah qanunlarının əsası-

nı adi hüquq təşkil edirdi. Şah yeni qanunlar tətbiq edir, daha mühüm işlə-

rin təhqiqatı üçün hakimləri təyin edirdi. Farsların hüquqi həyatında şah şu-

rasına daxil olan yeddi tanınmış qəbilə böyük rol oynayırdı. Lakin imperi-

yanın yaradılması dövlət idarəçiliyinin hüquq kimi mühüm sahəsində dəyi-

şikliklərin həyata keçirilməsini tələb edirdi. Ölkənin idarə edilməsi onun 

satraplıqlarının mədəniyyətinin, həmçinin sosial-iqtisadi inkişafının qeyri-

bərabərliyi ilə mürəkkəbləşirdi.  İstilaya qədər öz dövlət idarəçiliyi mədə-

niyyəti olan Misir, Babilistan, Elam, Suriya, Finikiya, Kiçik Asiya dövlətlə-

ri kimi inkişaf etmiş regionlarla yanaşı, qəbilə quruluşunun dağılma dövrü-

nü yaşayan ərəb, skif və başqa tayfalar imperiyaya daxil idi. Böyük imperi-

yanın müxtəlif regionlarında təmsil olunan, mədəniyyətin müxtəlif səviyyə 

və xarakteri, müxtəlif mentallıq, dinlər, dünyagörüşü və dəyərlər sistemi ilə 

şərtlənən sinkretik mədəniyyət bacarıqlı hüquqi tənzimləmə tələb edirdi. Bu 

problemin həlli vahid deyil, geniş imperiyanın  ərazisində mövcud olan 

müxtəlif hüquqi sistemlərlə həyata keçirilirdi ki, bu da dövlət idarəçiliyinin 

effektivliyində özünü göstərməyə bilməzdi. Buna görə  də I Daranın döv-

ründə fəth edilmiş ölkələrin və xalqların qanunlarının Hammurapi qanunla-

rı və digər qədim qanunlar əsasında kodifikasiyası həyata keçirilirdi. İmpe-

riyada qüvvədə olan qanunlar bir formaya salındılar, zəruri hallarda isə şa-

hın siyasətinə uyğun dəyişdirilirdilər.  

Dövlət idarəçiliyində  mülkədarlıq məsələlərinin tənzimlənməsi  mühüm 

yer tuturdu. Bir çox Qədim Şərq ölkələrində olduğu kimi, fars şahları da is-

tila edilmiş xalqlardan ən məhsuldar torpaqları alır və onları, tamhakimiy-

yətli və irsi sahiblik üçün mülk halında, sahibkarları dövlət vergilərinin 

ödənişindən azad edərək, şah ailəsi üzvlərinə, iri məmurlara, fars zadəgan 

nümayəndələrinə verirdilər. Özlərinin məhkəmə-inzibati idarəsinə və hətta 

xüsusi ordusuna malik olan iri mülkədarlar adətən torpaq sahibliyindən gə-

lən gəlirlər hesabına dolanırdılar. İmtiyazlı olmayan təbəqələr üçün I Dara 

yeni dövlət vergiləri sistemini tətbiq etdi. Onun əsasında, becərilən torpağın 

və onun məhsuldarlığının nəzərə alınması hesabı ilə, satraplıqlar tərəfindən, 

onlar üçün ciddi surətdə müəyyən edilmiş pul vergilərinin ödənilməsi prin-

sipi dururdu. Bu sistemə uyğun olaraq farslar, hakim xalq kimi, pul vergisi 

ödəmirdilər, lakin natura ilə ödəmədən azad edilməmişdilər. Ölkədə könül-

lü xarakter daşımayan və natura ilə ödənilən hədiyyələr sistemi qəbul edil-

mişdi. Real iqtisadi dəyişikliklərə baxmayaraq, mükəlləfiyyətin həcmi də-

yişmirdi ki, bu da sosial gərginlik yaradır, yoxsulluğu və  əsarəti artırırdı.     




Fuad Məmmədov

 

 

134



I Dara tərəfindən keçirilən pul islahatı əmtəə-pul münasibətlərinin inkişafı-

na səbəb oldu. Hərçənd ki, b.e.ə. VI-V əsrlərdə Fars imperiyasının bir çox 

ölkələrinin pul tədavülündə, əsasən, yunan gümüş sikkələri idi, şah təfəfin-

dən tətbiq edilən, bütün imperiya üçün pul vahidi - “qızıl darik” - Qədim 

Şərqin ticarət dünyasında bir neçə əsr ərzində əsas qızıl sikkə mövqeyini tu-

turdu.  


Dövlət idarəçiliyində əsas yeri, üzərində Persiya dövləti qüdrətinin da-

yandığı ordu idarəçiliyi tuturdu. Ordunun əsasını farslar və midiyalılar və 

onun özəyini müxtəlif iran qəbilələrinin və elamitlərin nümayəndələrindən 

yığılmış 10 min “ölməzlər” təşkil edirdi. “Ölməzlərin” ilk min nəfəri yalniz 

fars zadəgan nümayəndələrindən ibarət idi və şahın şəxsi mühafizə dəstəsi 

idi. Finikiyalıların, kiprlilərin, Egey dənizi adaları sakinlərinin, misirlilərin 

gəmilərindən istifadə edərək farslar, onlara dənizdə də hakim mövqe tutma-

ğa imkan verən güclü hərbi-dəniz donanması yaratdılar. Zəbt edilmiş ölkə-

lərdə yerləşən qarnizonlarda adətən həmin vilayətin sakinləri olmurdu, döv-

lət sərhədlərində yerləşdirilən əsgərlər isə torpaq sahələrindən pay alırdılar.  

Zaman keçdikcə idarəetmədəki səhvlər, sistemin durğunluğu və onda 

zamanın adekvat tələblərinə uyğun yeniliklərin olmaması, şah ailəsi üzvləri 

arasında hakimiyyət uğrundakı daimi mübarizə, ola bilsin, dövlət idarəçiliyi 

üçün liderlərin xüsusi hazırlığının olmaması - imperiyanı zəifləməyə gətirib 

çıxardı. Buna həm də daxili və xarici qarşıdurmaların və münaqişələrin art-

ması, daimi müharibələr və üsyanlar, zəbt edilmiş ölkələrin müflisləşməsi, 

Kiçik Asiya satraplarının separatizmi, fars ordusunun səhlənkarlığı və kifa-

yət etməyən mütəşəkkilliyi səbəb oldu. Dövlətin zəifləməsi b.e.ə. IV əsrin 

ikinci yarısında yaranan yeni tarixi şəraitdə - III Daranın (Kordomanın) ha-

kimiyyəti dövründə daha aydın göründü. Siyasətin zorakı vasitələrlə davam 

etdirilməsi üsulu olan müharibədə, silahlı qüvvələrin idarə edilməsi ilə ya-

naşı, ideoloji, diplomatik və iqtisadi idarəetmə metodlarından da fəal surət-

də istifadə olunur. B.e.ə. IV əsrdə özündə iki müxtəlif idarəetmə sistemləri-

ni  əks etdirən Yunanıstanla Persiya arasındakı müharibə  təcrübəsi sübut 

edir ki, qələbənin həlledici amili, - liderin, ordunun və bütövlükdə xalqın 

intellektual səviyyəsidir. Aristotelin tələbəsi - Makedoniyalı İsgəndərin ki-

çik ordusunun III Daranın böyük ordusu üzərindəki qələbəsi, gücün kəmiy-

yətdə deyil, keyfiyyətdə olduğunu göstərərək, intellektual mədəniyyətin üs-

tünlüklərini inandırıcı  tərzdə nümayiş etdirdi. Ordunun igidliyi və  şücaəti 

ilə yanaşı, daha yüksək intellektual mədəniyyətə, daha yüksək biliklərə, 

texnologiyalara, mütəşəkkilliyə, iradəyə, özlərinin daha yüksək mənəvi 

ruhlu liderlərinə malik olan tərəf qalib gəlir.  

 Bir sıra digər ölkələrdə olduğu kimi, İranın dövlətçilik mədəniyyəti ta-

rixində hələ açılmamış və oxunmamış səhifələr çoxdur. Belə ki, 2003-cü il-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə