Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə60/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   56   57   58   59   60   61   62   63   ...   315

İdarəetmə mədəniyyəti 

 

125



məğlubiyyəti qüdrətli Babilistan dövlətinin yaranmasının başlanğıcı  oldu.        

II Navuhodonosorun hökmdarlığı Babilistanın iqtisadi yüksəliş və mədəni dir-

çəliş dövrü hesab olunur. Bu dövrdə Babilistan, Etemenankanın yeddi pilləli 

zikkuratı (Babil qalası), Semiramidanın asma bağları, həmçinin möhtəşəm Esa-

gil məbədi,  İştar ilahənin  əzəmətli darvazası kimi “dünyanın möcüzələri”nin 

yerləşdiyi Qədim Şərqin ən iri qala-şəhərinə çevrildi. 

B.e.ə. VII-IV əsrlərdə Babilistan cəmiyyəti  şəhərlərin tamhüquqlu və-

təndaşlarından, vətəndaşlıq hüququ alınmış azad insanlardan, yarıazad əha-

linin müxtəlif qruplarından və qullardan ibarət idi. Tamhüquqlu vətəndaşlar 

ailə və mülkiyyət məsələlərinin həllində məhkəmə hakimliyinə malik olan 

bu və ya digər məbəddə mövcud olan xalq yığıncağının üzvləri idilər. Onlar 

məbəd gəlirlərindən pay almaq hüququna da malik idilər. Belə vətəndaşlara 

dövlət və  məbəd məmurları, kahinlər, tacirlər, sənətkarlar və mülkədarlar 

aid edilirdi. Onların hamısı irsi statusa malik idilər və hüquqi cəhətdən bə-

rabərhüquqlu sayılırdılar. Tamhüquqlu vətəndaşlar  şəhərlərdə yaşayırdılar 

və xalq yığıncağı hakimiyyətinin yayıldığı şəhərə bitişik  ətraf kənd yerlə-

rindəki torpaqlara sahib idilər. Vətəndaşlıq hüququndan məhrum edilmiş 

azad insanlara şahın hərbi kolonistləri,  şahın xidmətində olan əcnəbi mə-

murlar, eləcə də Babilistanda yaşayan bütün əcnəbilər aid idi. Bəzən onlar 

xüsusi özünüidarə təşkilatı yarada bilərdilər.  

Babilistan üslubuna görə  Aşşur və Babil şahlarının idarəetmə üslubundan 

xeyli fərqlənən, öz dövlət idarəçilik sistemini tətbiq edən farslar tərəfindən 

b.e.ə. 12 oktyabr 539-cu ildə istila edildi. Bu yeni üslubun xüsusiyyəti, insan 

münasibətləri mədəniyyətinin  əhəmiyyətininin və insanların idarə edilməsinə 

humanist psixoloji yanaşmaların başa düşülməsinə  əsaslanan özünəməxsus 

“demokratizm” idi. Fars şahı Kir və onun əhatəsi babilistanlıların dini məra-

simlərinə və bayramlarına hörmət ifadə edirdilər, onların allahlarına qurbanlar 

gətirirdilər. Mesopotamiyaya zorla köçürülmüş xalqlara, o cümlədən yəhudilə-

rə də öz doğma yerlərinə qayıtmağa icazə verildi. Fars administrasiyası Babi-

listan üçün ənənəvi olan idarəetmə metodlarını qorumağa, iqtisadi həyatın, 

tranzit ticarətinin inkişafı üçün şərait yaratmağa çalışırdı. Əvvəlki vəzifəli şəxs-

lər inzibati aparatda öz mövqelərini saxladılar. Kahinlər öz qədim dini ayinləri-

ni bərpa etmək imkanı əldə etdilər. Əslində Babilistan öz müstəqilliyini itirsə 

də, “diplomatik idarəetmə” prinsipləri sayəsində Kirin hakimiyyəti yadelli ha-

kimlik kimi qiymətləndirilmirdi, belə ki, o, qədim müqəddəs ayinlərə  əməl 

edərək, taxt-tacı Marduk allahın əlindən qəbul etmişdi.  

B.e.ə. II minilliyin əvvəlində “alum Aşşur” (alum – şəhər və ya icma) 

adlanan Aşşur dövlətinin siyasi quruluş sistemində hərbi demokratiya döv-

rünün xüsusiyyətləri qorunurdu. Hakimiyyətin ali orqanı “Şəhər evi” – kü-

bar ailələrin nümayəndələrindən təşkil olunmuş Ağsaqqallar şurası idi. On-




Fuad Məmmədov

 

 

126



ların arasından bir il müddətinə, şəhər xəzinəsini idarə edən hörmətli vəzi-

fəli  şəxs - “limmu” seçilirdi. Ağsaqqallar  şurası, həmçinin  şəhər-dövlətin 

məhkəmə və inzibati işlərini idarə edən vəzifəli şəxsi - “ukullumu” da təyin 

edirdi. Kahin funksiyalarını, müharibə vaxtı  sərkərdə olan hakim “işşiak-

kum” həyata keçirirdi. Lakin b.e.ə. XVIII əsrin əvvəllərində dövlət idarəet-

mə sistemi yenidən təşkil edildi. Mərkəzləşdirilmiş geniş inzibati aparat ya-

radıldı. Padşah həm hökmdar, həm ali baş komandan, həm də hakim idi. 

Dövlət, padşah ailəsindən, ali idarə və ya yerli sülalə içərisindən olan cani-

şinlərin başçılıq etdikləri dairələrə və ya əyalətlərə bölündü. Çoxsaylı mə-

mur aparatı vergilərin yığılması, ictimai işlərin təşkili və ordu toplamaqla 

məşğul olurdu. Şəhər şurası ümumdövlət orqanı statusundan məhrum edil-

mişdi. Bununla belə, b.e.ə. XV-XIV əsrlərdə  şura orta Aşşur qanunlarını 

dərc etməkdə davam edirdi ki, bunun əsasında da ağsaqqallar tərəfindən 

Aşşurda məhkəmə icraatı həyata keçirilirdi. Orta Aşşur qanunları “böyüklə-

rin” hüquqlarını qoruyurdu. Kənd icması torpaq üzərində mülkiyyət hüqu-

quna sahıb idi və  ağsaqqalın və  kənd “böyüklər”  şurasının rəhbərliyi ilə 

özünüidarəyə malik idi. Atanın və ərin, ev sahibinin hökmü bütün ailə üzv-

lərinə şamil edilirdi. İstila olunmuş vilayətlərin idarə edilməsi, assuriya hər-

bi və vətəndaş idarəsinin rəhbərlik etdiyi əyalətlər qismində, məğlub ölkə-

lərin Assuriyanın tərkibinə daxil edilməsi yolu ilə həyata keçirilirdi.  

B.e.ə. birinci minilliyin əvvəli üçün qədim şərq dövlətlərinin siyasi və sosi-

al-iqtisadi inkişafında qeyri-bərabərlik müşahidə olunur. Yaxın  Şərqin siyasi 

səhnəsinə Midiya, Urartu, Persiya, Lidiya, Kuş kimi dövlətlər çıxır. Lakin bu 

dövrdə də Yaxın Şərqdə üstünlüyə nail olan ən güclü imperiya Assuriya hesab 

edilirdi. Aramey tayfalarının hücumları  nəticəsində ikiyüzillik tənəzzül yaşa-

mış Assuriya b.e.ə. X-VII əsrlərdə yeni Aşşur dövründə öz inkişafının, yüksəli-

şin və tənəzzülün vaxtaşırı əvəzlənməsi ilə səciyyələnən yeni pilləsinə qalxdı. 

Onun iqtisadi inkişaf, həmçinin kəskin daxili sosial problemlərinin aradan qal-

dırılmasının əsas mənbəyi, Qafqazda və Şərqi-Aralıq dənizi sahilində yerləşən 

nisbətən zəif dövlətlərin işğalı və əsarətinə yönəldilmiş təcavüzkar xarici siya-

səti idi. B.e.ə. VIII əsrdə hökmdar III Tiqlatpalasar hakimiyyətin mərkəzləşdi-

rilməsi səviyyəsini qaldıran və Assuriya dövlətini möhkəmləndirən inzibati is-

lahat keçirdi. İdarəetmənin yenidən qurulması canişinliklərin parçalanması, on-

ların vilayət rəisləri adlanmağa başlayan hakimlərinin mərkəzi hakimiyyətə ta-

be etdirilməsi və funksiyalarının məhdudlaşdırılması ilə bağlı idi. Vilayət rəis-

ləri tərəfindən idarə olunan ərazilər xeyli azaldı, onların öz mülkləri parçalandı, 

onlara, vergi və mükəlləfiyyətlərdən azad edən toxunulmazlıq fərmanlarını 

vermək dövlətin xeyrinə qadağan olundu. Digər islahat ordunun gücləndirilmə-

sinə yönəldilmişdir: əsgər yığma əsasında doldurulmuş və padşahın təminatın-

da olan “hökmdar polku” - daimi ordu yaradıldı, qoşun növünə görə bölgü təs-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə