Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə62/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   58   59   60   61   62   63   64   65   ...   315

İdarəetmə mədəniyyəti 

 

129



edən ilk əlifba ilə əlaqələndirmək qəbul edilmişdir. Finikiya idarəetmə mə-

dəniyyəti üçün – b.e.ə. IX əsrdə Tirdən olan finikiyalılar tərəfindən yaradıl-

mış Karfagenin (Yeni şəhər) - Şimali Afrikada yeni dövlət təcrübəsi xarak-

terikdir. B.e.ə. V əsrin ikinci yarısı – III əsrin ortalarında Karfagen Aralıq 

dənizinin qərb hissəsində ən qüdrətli və bütün Aralıq dənizi boyunca ən iri 

dövlət idi. Ölkənin siyasi qüdrətinin əsası – oliqarxiyanın yüksək inkişaf et-

miş iqtisadiyyatı, dinamik sosial struktur və sabit siyasi sistem idi. Oliqar-

xiya tendensiyaları, adətən,  şah hakimiyyətinin təsirini məhdudlaşdıran iri 

ticarətçilər və quldarların olduğu ölkələrdə üstünlük təşkil edirdi. Oliqarxi-

ya, siyasi quruluş kimi, varlı karfagen ailələrinin nisbətən məhdud qrupları-

nın maraqlarını ifadə edirdi. Dövlət idarəçiliyi, başında  iki sufetin – bir il 

müddətinə seçilmiş ali vəzifəli və ali vətəndaş hakimiyyətinə malik simala-

rın durduğu çoxkomponentli strukturu təşkil edirdi. Bütün dövlət işləri 30-

lar Şurası və 300 üzvün, – öz sıralarına başqa sosial qrup nümayəndələrinin 

buraxılmasını məhdudlaşdıran ən zəngin və kübar ailələrin nümayəndələri-

nin daxil olduğu Ağsaqqallar surasında həll edilirdi. Vaxtaşırı olaraq, döv-

lətin siyasi sistemində əhəmiyyətsiz rol oynayan xalq yığıncağı çağırılırdı. 

Ali nəzarət orqanı - hakimlik funksiyalarının məxsus olduğu 104-lərin Şu-

rası idi. Karfagen oliqarxiyası, hər hansı bir zadəgan ailəsi tərəfindən haki-

miyyətin tam ələ keçirilməsi və onun təfəfindən tiraniya formasında təkba-

şına idarəetmə yaradılmasının vaxtında qarşısını almaq üçün hakimiyyət 

balansına nəzarət edirdi.  

Qədim Ərəb ölkələrinin dövlətçilik mədəniyyətinin formalaşması xüsu-

siyyətləri onların coğrafi baxımdan Misir və Mesopotamiya kimi Qədim 

Şərq sivilizasiya mərkəzlərindən təcrid olunması ilə şərtlənirdi. Ərəbistanın 

istehsal qüvvələrinin inkişafı və ilkin sinfi cəmiyyətin formalaşması prose-

si, ərəb tayfaları arasında kahinlərin və tacirlərin meydana çıxması, b.e.ə. II 

minilliyin axırı - I minilliyin əvvəlində dövlətlərin əmələ gəlməsinə və ərəb 

sivilizasiyasının yaranmasına gətirib çıxardı. Qədim  ərəb sivilizasiyasının 

mühüm nailiyyəti yazının  əlifba sisteminin yaradılması idi. Cənubi  ərəb 

əlifbası başlanğıcını ya finikiya, ya da protosinay əlifbasından götürür. Şi-

mal-qərbi ərəb nəbati əlifba yazısı özünün, finikiya əlifbasına gedib çıxan 

aramey prototipinə malik idi. B.e.ə. II minilliyə aid olan daha məşhur maddi 

mədəniyyət abidələri – Mərib bəndi (Yəmən), Katabanın paytaxtı Timna, Nə-

batey şahlığının paytaxtı Petra və başqalarıdır. Main, Kabatan, Ausan, Hadra-

mut, Səba və Himyərit  şahlıqlarından ibarət Qədim Yəmən sivilizasiyasının 

əmələ gəlməsi b.e.ə. IX-VIII əsrlərə aiddir, lakin artıq b.e.ə. I minilliyin əvvə-

lində ticarət yollarının dəyişməsi, mühitin pisləşməsi və irriqasiya qurğularının 

tədricən dağılması nəticəsində cənubi ərəb dövlətləri tənəzzülə uğradı. 



Fuad Məmmədov

 

 

130



Cənubi  ərəb dövlətlərinin siyasi quruluşu və dövlət idarəetmə sistemi 

üçün nümunə Səba şahlığı idi. O, 6 tayfadan ibarət idi ki, onlardan üçü im-

tiyazlı mövqe tuturdu. Bütün tayfalar, əsasını ayrı- ayrı nəsillərin təşkil et-

diyi daha xırda  şaxələrə bölünürdülər. Tayfaların idarə olunması onların 

başçıları, kollegial orqanı  təşkil edən kübar nəslin nümayəndələri (“kəbir-

lər”) tərəfindən həyata keçirilirdi. İmtiyazlı tayfalar kübar nəsil nümayən-

dələrindən müəyyən müddətə, dövlətin - torpaq və sudan istifadə ilə bağlı 

olan kahinlik və təsərrüfat, həmçinin astronomik, astroloji və təqvim müşa-

hidələri funksiyalarını yerinə yetirən vəzifəli simalarını - "eponimləri" se-

çirdilər. Dövlət və xüsusi hüquqi sənədlərin tarixini qeyd edən, tarix hesabı 

aparan eponimlər vəzifəyə 30 yaşında başlayırdılar və  səlahiyyət müddəti 

qurtardıqda, ağsaqqallar şurasına daxil olurdular. B.e.ə. III-II əsrlərə qədər 

Səba şahlığında dövlət idarəçiliyini irsi səciyyə daşıyan, icra hakimiyyətinə 

malik yüksək vəzifəli simalar - “mükərriblər” həyata keçirirdilər. Mükərrib-

lərin fəaliyyət sahəsinə dini mahiyyətli və təsərrüfat funksiyaları ilə yanaşı, 

tayfa ittifaqlarının vaxtaşırı təzələnməsi, dövlət sənədlərinin və hüquqi akt-

ların dərc edilməsi, şəhər ərazilərinin və şəxsi mülklərin sərhədlərinin mü-

əyyən edilməsi və s. daxil idi. Müharibə vaxtı mükərriblər yığma qoşunun 

başında dayanırdılar və “məlik” (hökmdar) titulunu qəbul edirdilər. Dövlə-

tin ali orqanı dini, qanunverici, inzibati, təsərrüfat və məhkəmə funksiyala-

rına malik olan Ağsaqqallar şurası idi. Dövlətin şəhər və yaşayış məntəqə-

ləri muxtar idarəetmə sisteminə malik idi.  

Artıq b.e.ə. III-II minilliklərdə  İkiçayarası dövlətlərlə  sıx bağlı olan 

Elam sivilizasiyasında özünəməxsus dövlət mədəniyyəti formalaşdı. Elam 

cəmiyyəti üçün səciyyəvi cəhət, matriarxat və qəbilə-tayfa quruluşu qalıqla-

rının xeyli saxlanmasını təsdiq edən bacılarla nigah və dövlətin üç nəfər tə-

rəfindən idarə edilməsi idi. Elamda dövlət idarəçilyi çoxpilləli sistemə ma-

lik idi. Dövlət iyerarxiyasının ən yüksək pilləsində ölkənin ali hakimi hesab 

edilən və Şumerin “sukkalmah” (böyük elçi) titulunu daşıyan hökmdar du-

rurdu. Onun iqamətgahı dövlətin paytaxtında, Suz şəhərində yerləşirdi. 

İkinçi pillədə, Simaşda iqamətgahı olan və hökmdarın vəfatı zamanı onun 

yerini tutan müavini (adətən qardaşı) - “sukkal” (elçi) dururdu. Üçüncü iye-

rarxiya pilləsində canişin və ya Suz şəhərinin padşahı yerləşirdi. Daha aşağı 

pillələri vilayətləri idarə edən və birbaşa sukkalmahın ali hakimiyyətinə ta-

be olan “addalar” (atalar) tuturdu. Addaların varisləri ana xətti üzrə qohum-

lar idi. Qohumluq əlaqələri ölkədə idarəetmə sisteminin bütün səviyyələrin-

də mühüm əhəmiyyətə malik idi. Şah ailələrində qəbul olunmuş levirat ins-

titutuna görə, şahın ölümündən sonra onun qardaşı və varisi ölənin dul qal-

mış qadınına evlənir və bununla da taxta sahiblik hüququnu əldə edirdi. Bir 

neçə əsr ərzində ölkədə Hammurapi qanunları işləyirdi. Məhkəmə iclasları 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə