Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə70/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   66   67   68   69   70   71   72   73   ...   315

İdarəetmə mədəniyyəti 

 

145



Qədim Hindistanda dövlətçiliyin formalaşması prosesində qəbilə başçı-

ları və nəsli əyanlar, sahiblik səlahiyyəti adətən ali hakim tərəfindən təsdiq-

lənən ictimai sərvətləri öz əllərində  cəmləşdirmişdilər. Bununla bərabər 

mərkəzi hakimiyyət varislik hüquqlarını rejimə daha artıq loyal nümayən-

dələr üçün təsbit etməyə cəhd edirdi. Öz hakimiyyətini möhkəmləndirmək 

məqsədi ilə çox vaxt hökmdarlar öz qohumlarını və tərəfdarlarını yerli ha-

kimlərin əvəzinə irəli çəkərək, onların yerli əhali ilə qurulan münasibətləri-

ni zəiflədən yerdəyişmə siyasəti aparırdılar. Yeni məmurlara müvəqqəti 

olaraq verilən torpaqlar hər vaxt geri alına bilən “yemləmə” mənbəyi kimi 

nəzərdən keçirilirdi. Bu, əks prosesi – şahın yüksək mənsəb sahibləri üçün 

ayrılmış torpaqları irsi mülkiyyətə çevirmək cəhdini stimullaşdırırdı. Bu re-

allıqlar sosial ziddiyyətlər və siyasi sabitsizliyə səbəb olurdusa da, Qədim 

dövrün sonunda Hindistanda iri mülkədarlığın inkişafı müşahidə olunurdu. 

Bu proses Hindistanda feodal dövlətçiliyi əsaslarının tədricən formalaşma-

sına yardım edirdi.  

Qədim Hindistanda dövlət idarəçiliyi xüsusiyyətlərini başa düşmək üçün 

nəzərə almaq lazımdır ki, cəmiyyətin idarə edilməsi sisteminə din böyük tə-

sir göstərirdi. Əyanların zənginliyinin əsasının hakimiyyətə sahiblik oldugu 

vedi dövründə qurban kəcməyə böyük dini əhəmiyyət verilirdi, çünki hesab 

edilirdi ki, “allah ... onu mədh edənləri mükafatlandırır”. Budda dövründə 

mərasim və qurbandan imtina ilə  əlaqədar olan ənənəvi dünyagörüşünün 

dəyişməsi baş verdi. Qurbanlıq ayininin məqsədinin ailələrin və icmaların 

rifaha yetişməsi olduğu vedi dinindən fərqli olaraq, budda dini təlimi dini 

azad olmanın insanın sosial mövqeyindən asılı olmağını elan edərək, əsas 

məqsəd kimi şəxsiyyətin azadlığını bildirirdi. Hökmdarların buddizmi hi-

mayə etməsi həm də onunla şərtlənirdi ki, bu din “möminlik şahlığının” 

əsasının asılı olduğu dünyanın hömdarı idealını irəli sürdü, möminliyin ya-

yılması (“dxarma çarxının dönməsi”) isə eyni zamanda bu dini ideala cavab 

verən hökmdarın hakimiyyətinin güclənməsi demək idi. Kuşan hökmdarla-

rının himayəsi nəticəsində buddizm şərqi İranda, Mərkəzi Asiyada, Çində, 

Yaponiyada, Tibetdə  və Monqolustanda yayıldı.  Əsasını çoxsaylı  Qədim 

Hindistan xalqlarının arxaik inamları – təbiət və heyvan ayinləri, ilahə-ana-

ya və kainatın əsası olan, hər yerdə mövcud Yaradan Allaha (Vişnuya və ya 

Şivaya) sitayiş təşkil edən ənənəvi hinduizm də dövlət idarəçiliyində müəy-

yən rol oynayırdı. Hinduizm üçün səciyyəvi cəhət insanın əsli ilə təyin olu-

nan əxlaqın nisbiliyi haqqında müddəa idi (hər bir insan özünün irəlicədən 

təyininə və vəzifəsinə malikdir, və biri üçün yaxşılıq olan bir şey, başqası 

üçün günah ola bilər). Buddizmi tədricən sıxışdırıb aradan çıxaran hinduiz-

min xüsusiyyəti onun ideyalarının müxtəlif və ziddiyyətli olması, başlıca 




Fuad Məmmədov

 

 

146



mahiyyətinin isə - dini təlim deyil, hind cəmiyyətinin sosial konservatizmi-

nə yardım edən mərasim qaydalarına və sosial normalara riayət etmək idi.  

Suvarma əkinçiliyi və dəmir əmək alətlərinin yayılması ilə bağlı istehsal 

vasitələrində inkişaf b.e.ə. VI-III əsrləri əhatə edən buddizm dövründə şə-

hərlərin intensiv tikilməsinə, Şimali Hindistanın iqtisadi və siyasi inkişafına 

yardım edirdi. Əgər vedi dövründə idarəetmə “çoxqütblü” xarakter daşıyır-

dısa və tayfa sülalələrinin əlində idisə, hakimlər isə tayfa ərazilərinin siyasi 

mərkəzlərini təşkil edən qalalarda başçılıq edirdilərsə  də, budda dövründə 

həm strateji, həm də yerli xarakterli şəhərlərin tikintisi adi hal almışdı. Bu-

na əmək bölgüsündəki tərəqqi, əmtəə-pul münasibətlərinin inkişafı və sosi-

al təbəqələşmə imkan verirdi. Dövlət idarəçiliyi prosesində, başçılarının şə-

hər özünüidarəsi tərkibinə daxil olduqları tacir birlikləri və  sənətkarların 

birləşdikləri sex təşkilatları mühüm rol oynayırdılar. Peşə vərdişləri varis-

liklə ötürüldüyünə, nigahlar isə sosial dairə hüdudunda bağlandığına görə, 

belə birliklərin üzvləri patriarxal xarakterə malik çox böyük “ailələr” və ya 

klanlar əmələ gətirirdilər.  

Ailənin idarə edilməsi ənənəsi də öz xüsusiyyətlərinə malik idi. Ailə rifahı-

nın əsası dini qurbanlar, ailəni birləşdirən ideoloji amil isə - ata-baba ibadəti 

hesab edilirdi. Ailələrin həyat fəaliyyətinin ən vacib məsələləri daha nüfuzlu si-

maların başçılıq etdikləri qohumların yığıncaqlarında həll olunurdu. İcmaların 

qarşılıqlı yardım ənənələrinin möhkəmliyi ilə fərqlənən “böyük ailə” və ya qə-

bilə çərçivəsində daha mötəbər ailələr digərlərinə hımayədarlıq edirdilər, əvə-

zində isə onların xidmətlərindən geniş istifadə edirdilər.  

Qədim hind cəmiyyətində baş verən sosial dəyişmələr dövlətin təşkili və 

idarəçiliyində  dəyişikliklər prosesinə  səbəb olurdu. Əvvəllər tayfaların ki-

çik hökmdarlarına istinad edən dövlətçiliyin inkişafı nəticəsində b.e.ə. I mi-

nilliyin ortalarında  Şimali Hind dövləti hakimlərinin dayağı xidmətdə ol-

muş zadəganlar və formalaşan inzibati aparat oldu. İrsi aristokratiya tədri-

cən mərkəzdə hakimlik edən sülalənin “adamları”, o cümlədən, “xalqın” 

nümayəndələri - vayşlar kastası tərəfindən sıxışdırılırdı. Formalaşan dövlət 

idarəçiliyi sisteminin xüsusiyyətlərindən biri o idi ki, dövlətdə insanın zən-

ginliyi və onun nüfuz dərəcəsi yüksək varnalardan əmələ  gəlməsindən az 

əhəmiyyət daşımırdı. Lakin bütövlükdə cəmiyyətin sosial sürət qabiliyyəti 

iyerarxiya kasta sisteminin saxlanılması ilə məhdudlaşdırılırdı. Silki ideolo-

giya nöqteyi-nəzərindən əsaslandırılmadan cəmiyyətdə insanın sosial statu-

sunun dəyişilməsi mümkün deyildi.  

Şimali Hind dövlətlərinin  əksəriyyətində padşah sülalələri hakimlik 

edirdi, baxmayaraq ki, başlıca olaraq, periferiyalarda – şimal-qərbdə - Pən-

cəbdə və uzaq şimal-şərqdə - Himalay dağlarına yaxın rayonda oliqarxiya 

dövlətləri də mövcud idi. Hindistanın oliqarxiya dövlətləri də öz xüsusiy-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə