Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə61/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   57   58   59   60   61   62   63   64   ...   315

İdarəetmə mədəniyyəti 

 

127



bit edildi. Məmur aparatında və orduda and içmək nəzərdə tutulurdu. Xarici si-

yasət sahəsində xalqların assimilyasiyası və mədəniyyətlərin qarışması üçün ilk 

dəfə olaraq, xalqların bir vilayətdən digərinə köçürülməsi tətbiq edilməyə baş-

landı. B.e.ə. VIII əsrin sonu üçün V Salamansarın dövründə zəngin tacirlərin 

və kahinlərin təsir dairəsini məhdudlaşdırmaq məqsədi ilə, Assuriya və Babilis-

tanda məbədlərin və özünü idarə edən ticarət şəhərlərinin imtiyaz və toxunul-

mazlıqları hökmdar tərəfindən ləğv olundu ki, bu da şahın devrilməsi ilə başa 

çatan kahin-ticarət və hərbi dairələr arasında siyasi mübarizənin kəskinləşməsi-

nə gətirib çıxardı. Yeni hökmdar II Sarqon, hakim sinfin bu iki təbəqəsi arasın-

da tarazlığın saxlanılması yolu ilə dövlətdə olan daxili siyasi mübarizənin tən-

zimlənməsinə nail ola bildi. B.e.ə. VII əsrin əvvəllərində Babilistanda baş ver-

miş dağıntıları bərpa edən və b.e.ə. 671-ci ildə Misiri işğal edən şah Asarhadon 

daxili siyasi sabitliyə eyni idarəetmə strategiyası: hərbi partiyanın maraqlarıyla 

sələmçi-ticarət və kahin dairələrinin maraqlarının məharətlə əlaqələndirilməsi 

ilə nail ola bilmişdi. Lakin Assuriyadakı nisbətən uğurlu dövlət idarəçiliyi, 

yüksək təhsilli (o vaxt üçün), yalnız siyasəti və dövlət işlərini deyil, həm də dil-

ləri, riyaziyyatı, astronomiyanı  və digər elmləri yaxşı bilən Aşşurbanapalın 

(b.e.ə. 669 - 635/27-ci illər) padşahlığı vaxtına düşür. Qədim Şərqdə, 300 000-

dən artıq gil lövhəciklərin hesablandığı ən geniş kitabxananın Nineviyada yara-

dılması xidməti ona məxsusdur.  

Bununla yanaşı həmin dövrdə - əmlak təbəqələnməsi, icma mülkiyyətinin 

aradan qalxması və şəxsi mülkiyyətin inkişafı, sələmçiliyin genişlənməsi, tor-

pağın və  şəxsin girovu ilə verilən borclarla əlaqədar, dövlət idarəçiliyində 

ciddi çatışmamazlıqlar və  çətinliklər yer almışdı. Assuriya iqtisadiyyatının 

qarətlərə əsaslanan parazit xüsusiyyətləri istehsal qüvvələrinin inkişafına im-

kan yaratmırdı. Hərbi qənimətin qeyri-bərabər paylanması ictimai münasibət-

lərin tənzimlənməsində çətinliklərə səbəb olurdu. Hərbi, xidməti, kahin və ti-

carət zadəganlarının ayrı-ayrı təbəqələrinin monopolizmi, həm hakim sinfin 

daxilində, həm də onunla və xırda istehsal sinifləri arasında sosial-siyasi zid-

diyyətlər  əmələ  gətirirdi. Sosial-siyasi yanaşmada, bütün bunlar yekunda, 

müstəbid aşşur dövlətini son dərəcə dayanıqsız etdi. Özünü “şahlar şahı” ad-

landıran hökmdarın, orduya və böyük bürokratik aparata söykənən qeyri-

məhdud hakimiyyəti, müəyyən şəhərlər, məbədlər və saray rütbələri üçün im-

tiyazlara  əsaslanan  ədalətsiz daxili siyasəti Assuriyanın inkişafına “içi boş 

müqəvva” kimi yardım edirdi. İqtisadiyyatın birtərəfli inkişafı, sonsuz sosial 

münaqişələr, siyasi birliyin olmaması, böyük dövlətin dövlət idarəçiliyi təşki-

lindəki yanlış hesablamalar, həmçinin istila edilmiş xalqların artan mübarizə-

si son hesabda Assuriyanı məhvə gətirib çıxardı. B.e.ə. VII əsrdə Midiya və 

Yeni Babilistan şahlığı ilə mübarizədə dağıdıcı  məğlubiyyətə  uğrayaraq, 

Assuriya öz mövcudluğunu sona yetirdi və tarixdə heç bir əsəri qalmadı.  




Fuad Məmmədov

 

 

128



Kiçik Asiya, Aralıq dənizi, Ərəbistan,  

Yaxın və Orta Şərq dövlətləri 

 

Avropa və Asiya materikləri arasında aralıq mövqe tutan, Kiçik Asiya 

ərazisində öz dövlətlərini yaradan hetlər, hürritlər, frigiyalılar, lidiyalılar və 

digər xalqlar bir çox cəhətdən Şumer-Mesopotamiya və Misir mədəni eta-

lonlarını mənimsəmişdilər, amma öz xüsusiyyətlərinə də malik idilər. B.e.ə. 

II minillikdə Qədim Het şahlığı zamanı şahlar idarəetməni - əyanlara, xalq 

yığıncaqlarına və müntəzəm olaraq "pankus" yığıncağına toplaşan xalq yığ-

ma qoşununa arxalanaraq, həyata keçirirdilər. Aralarında şahın ailə üzvləri-

nin xüsusi rol oynadığı  əyanlar, “tuliya” adlanan zadəganlar  şurası yarat-

mışdılar.  Şura xalq yığıncağının işinə  də  əhəmiyyətli dərəcədə  rəhbərlik 

edirdi. Tuliyada birləşən Het aristokratiyası padşahın hakimiyyətini məh-

dudlaşdırırdı. Het hüququna əsasən, əhali iki kateqoriyaya bölünürdü: zadə-

gan nümayəndələrinin, şah əyanlarının, kahinlərin və iri mülkədarların aid 

edildiyi azad insanlar və qeyri-azad statuslu insanlar – vergi ödəyən əhali. 

Dövlət strukturunun boşluğu və tez-tez baş verən sülalə münaqişələri güclü 

monarxiya hakimiyyətinin yaradılmasına mane olurdu. Yeni Het dövründə 

mixi mətnlərdə ilahiləşdirilmiş hökmdar “Günəş” adlandırılsa da, mərkəz-

dənqaçma qüvvələrinin üstünlüyü b.e.ə. XIII –XII əsrlərin hüdudunda Het 

dövlətinin süqutuna gətirib çıxardı.  

B.e.ə. X əsrin əvvəlində mərkəzləşdirilmiş yəhudi monarxiyası siyasəti 

yürüdən David şahın kültü yaradılmış  Fələstində  əks mənzərə müşahidə 

olunurdu. Dövləti idarə etmək üçün ali əyanın başçılıq etdiyi mərkəzi döv-

lət aparatı  təşkil edilmişdi. Hökmdarın yanında  şəxsən ona sadiq muzdlu-

lardan ibatət qvardiya yaradılmışdı. Davidin oğlu Solomonun idarəçiliyində 

İsrail-Yəhudi çarlığı 12 dairəyə bölünmüş  və  şah ailəsinin xeyrinə  əmək 

mükəlləfiyyəti tətbiq edilmişdi.  Əmtəə münasibətlərinin inkişafı  və  şəxsi 

mülkiyyətin meydana çıxması sosial inkişaf proseslərini idarəetmə sistemi-

nin mürəkkəbləşməsinə səbəb olurdu. İdarəetməni qaydaya salmaq məqsə-

dilə b.e.ə. VIII-VI əsrlərdə Yəhudi çarlığının azad əhalisi dörd silkə bölün-

dü. Birincini kübar aristokratiya (əyanlar və knyazlar) təşkil edirdi. İkincini - 

ruhani aristokratiyası (kahinlər və gələcəyi peşəkar xəbər verənlər). Üçün-

cünü - “torpaq xalqı” – icma nadellərinə malik, yığma qoşunda xidmət et-

məyə və vergiləri ödəməyə borclu olan azad əhalinin əsas kütləsi. Dördün-

cünü – hüquqlarda məhdud əcnəbilər (gəlmələr və mühacirlər).  

Müqayisəli kulturoloji təhlil baxımından, Finikiya dövlətinin mədəniy-

yəti müəyyən maraq doğurur. Dünya mədəniyyətində  finikiyalıların  tarixi 

rolunu, hər şeydən əvvəl, hələ b.e.ə. II minillikdə onlar tərəfindən icad edil-

miş  və demək olar ki, dünyanın bütün məlum  əlifbalarının  əsasını  təşkil 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə