Microsoft Word Gulnara-kitab son doc


AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə5/61
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76565
1   2   3   4   5   6   7   8   9   ...   61

AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
13
 
 
 
  
1. Azərbaycan dilçiliyində fel zamanlarının tədqiqi 
Azərbaycan dilçiliyində felin zamanlarının geniş 
və ətraflı tədqiqi akademik A.A.Axundovun adı ilə bağ-
lıdır. Onun Azərbaycan dilinin materialları  əsasında 
yazdığı “Felin zamanları” adlı namizədlik dissertasiya-

1
, 1961-ci ildə nəşr olunmuş eyniadlı kitabı,
2
  bu möv-
zu ilə bağlı bir sıra məqalələri
3
  bu gün də öz elmi 
əhəmiyyətini və əvəzsizliyini saxlamaqdadır.  
Felin zamanlarının tədqiqi A.A.Axundovun 1961-
ci ildə nəşr olunmuş “Felin zamanları” kitabında geniş 
və ətraflı işıqlandırıldığından biz, əsasən, 1950-ci ildən 
sonra ümumi dilçilikdə, eləcə  də türkologiyada fel za-
                                                 
1
 Axundov A.A.Felin zaman kateqoriyaları. Filologiya elmləri namizədi 
alimlik dərəcəsi almaq üçün təqdim olunmuş avtoreferatı. (NDA). Bakı, 
1958, 25 s.  
2
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, 137 s. 
3
Axundov A.A.Felin gələcək zamanı.//Azərbaycan dili və  ədəbiyyatının 
tədrisi.I buraxılış. Bakı,1960,s.89-95;AxundovA.A.Felin indiki zamanı. // 
Azərbaycan dili materialları  əsasında.S.M.Kirov adına ADU-nun Elmi 
əsərləri.Bakı,1958, №2,s.119-130; Axundov A.A.Felin zaman kateqoriya-
sının tədqiqi tarixindən.//Aspirantların elmi əsərləri.3-cü buraxılış. Bakı. 
1957,s.21-37;Axundov A.A.Felin zamanları məsələsinə dair.// S.M.Kirov 
adına ADU-nun Elmi əsərləri.Bakı,1958,  №2, s.133-136;Axundov A.A. 
Felin zamanlarının üslubi xüsusiyyətləri//Filologiya fakültəsinin  əsərləri. 
Bakı,1958,s.211-213;Axundov A.Fəlsəfi və qrammatik zaman kateqoriya-
ları. Dil və  ədəbiyyat.I c.,2003,s.199-204; Axundov A.A.Türk dillərində 
felin zaman formalarının mənşəyi məsələsinə dair. Dil və  ədəbiyyat.I c. 
Bakı,2003,s.266-276;Axundov A.A.Türk dillərində zaman və sıra kateqo-
riyalarının qarşılıqlı əlaqəsi.Dil və ədəbiyyat.I c.,2003, s.200-266. 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
14
 
 
 
 
manlarının tədqiqini,onların təsnifi prinsiplərini,struk-
tur-semantik və üslubi xüsusiyyətlərini araşdırmağa ça-
lışacağıq. 
1951-ci ildə  nəşr olunmuş “Azərbaycan dilinin 
qrammatikası” kitabında “idi”, “imiş” hissəciyi ilə əmə-
lə gələn mürəkkəb formalar felin keçmiş zaman forma-
ları kimi verilir, felin 12 zaman formasının olduğu gös-
tərilir
1
.  
Əsərdə qeyd olunan mülahizələrin yalnış, səhv və 
birtərəfli olması akademik A.A.Axundov tərəfindən ət-
raflı izah edilərək sübut olunduğu üçün təkrarçılığa yol 
vermək istəmir və diqqəti 1960-cı ildə  nəşr olunan 
“Azərbaycan dilinin qrammatikası” əsərinə yönəldirik. 
“Azərbaycan dilinin qrammatikası”nın 1960-cı il 
nəşrində felin zamanları ilə bağlı fikirlər əslində 1951-ci 
ildə nəşr olunmuş qrammatika kitabındakı fikirlərin bir 
qədər inkişaf etdirilmiş, dəyişdirilmiş forması idi.  
1951-ci il nəşrindən fərqli olaraq burada aşağıdakı 
dəyişikliklər edilmişdir:  
1)
 
12 zaman deyil,11 zaman formasından bəhs olunur. 
Bu zaman formalarından bir neçəsi birləşdirilmiş və 
bir neçə yeni zaman forması  əlavə olunmuşdur.Hə-
min zaman formaları aşağıdakılardan ibarətdir:  
1. Şühudi keçmiş                      6. Bitməmiş keçmiş zaman  
2. Nəqli keçmiş                         7. Davamlı keçmiş zaman 
                                                 
1
Azərbaycan dilinin qrammatikası.I h.,Bakı,Azərb.SSR EA nəşriyyatı,1951 


AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
15
 
 
 
  
3. Uzaq keçmiş                         8. İndiki zaman  
4. Qəti-gələcəkli zaman            9. Davamlı indiki zaman 
5. Qeyri-qəti gələcəkli zaman  10. Qəti gələcək zaman 
                      11.Qeyri-qəti gələcək zaman  
 
2)
 
Nəqli keçmiş zaman forması öz daxilində nəqli keç-
miş-1 və nəqli keçmiş-2 formalarına ayrılır.  
3)
 
“idi”, “imiş” köməkçi felləri ayrı-ayrılıqda deyil, ey-
ni zaman forması daxilində birləşərək, biri-digərini 
asanlıqla  əvəz etməklə, müvafiq zaman formaları 
əmələ gətirirlər.  
Bu fikrə bir qədər aydınlıq gətirək. Belə ki, I kitab-
da “idi” və “imiş” köməkçi fellərinin əmələ gətirdiyi za-
man formalarının hər biri xüsusi növ kimi göstərilir: 
bizə  məlum olan 2 keçmiş zaman formasından başqa 
aşağıdakı zamanların adı çəkilir:  
bitməmiş keçmiş                          nəqli rəvayət  
müzareli keçmiş                           bitməmiş rəvayət  
gələcəkli keçmiş                          müzareli rəvayət  
                                                     gələcəkli rəvayət  
“İdi” hissəciyinin iştirakı ilə  əmələ  gələn fel za-
manları ayrıca qeyd olunsa da,“imiş” hissəciyinin əmələ 
gətirdiyi zaman formalarından xüsusi söhbət açılmır.  II 
kitabda isə “idi” və “imiş” hissəciklərinin yaratdığı za-
man formaları birləşdirilərək bir zaman adı altında təq-
dim olunur.  
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
16
 
 
 
 
Məsələn, əgər I kitabda  felin əsası+ -ar
2
+ idi for-
ması müzareli keçmiş və felin əsası+-ar
2
+imiş forması 
müzareli rəvayət adlandırılırsa, artıq II kitabda bu iki 
forma bir zaman forması kimi göstərilərək  qeyri-qəti 
gələcəkli keçmiş zaman adlandırılır.  
İndiki zaman 2 növdə özünü göstərir:indiki za-
man(-ır
2
) və davamlı indiki zaman(-maqda
2
). Təbii ola-
raq indiki zamanın II növü keçmiş zamanda  da öz ək-
sini tapır. 
 
 
1961-ci ilin yanvar ayının 17-20-də, Bakıda Azər-
baycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiy-
yat və Dil İnstitutunun təşəbbüsü ilə “Türk dillərində fe-
lin zaman və şəkil kateqoriyaları məsələsinə həsr olun-
muş müşavirə keçirilmişdir
1
. Bu müşavirənin material-
larının toplusu 1968-ci ildə nəşr olunmuşdur
2
.  
Müşavirədə N.A.Baskakov,A.Tursunov,S.Cəfərov,  
M.Hüseynzadə, M.Şirəliyev, Z.Budaqova, N.Hacıyeva, 
N.Ağazadə, A.A.Axundov,A.K.Ələkbərov,M.Rəhimov, 
T.Əfəndiyeva, U.Əliyev, U.M.Yarullina, B.Xocayev və 
başqaları  iştirak etmiş, məruzələrin  əksəriyyəti Azər-
baycan dilinin zaman və  şəkil kateqoriyası probleminə 
həsr olunmuşdur. 
                                                 
1
Совещание по вопросам категорий времени и наклонения глагола в 
тюркских языках. Баку, Изд. АН Аз.ССР, 1961, 46 с.  
2
 Вопросы категорий времени и наклонения глагола в тюркских язы-
ках. Баку, «Элм», 1968, 229 с.  


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə