Microsoft Word Gulnara-kitab son doc



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə7/61
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76565
1   2   3   4   5   6   7   8   9   10   ...   61

AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
21
 
 
 
  
Quba dialektini tədqiq edən R.Rüstəmov bu dialekt-
də 3 qrammatik zamanda  – keçmiş, indiki, gələcək za-
manlarda 5 zaman – şühudi keçmiş, nəqli keçmiş, indiki, 
qəti gələcək, qeyri-qəti gələcək zaman formalarının ol-
duğunu göstərməklə yanaşı, keçmiş zamanın uzaq keç-
miş, bitməmiş keçmiş, qəti gələcəkli keçmiş, qeyri-qəti 
gələcəkli keçmiş formalarından da bəhs etmişdir
1
.  
Lakin “Azərbaycan dilinin dialekt və şivələrində fel” 
adlı  əsərində bu fikrindən daşınan müəllif,  sadə  xəbər 
şəkli + idi(və ya imiş)-dən ibarət olan mürəkkəb  şəkli
əslində, heç bir yeni zaman məfhumu ifadə etmədiyini 
yazmışdır
2
. Beləliklə, R.Rüstəmov da dialekt və şivələ-
rimizdə felin üç – 1. keçmiş (olduğunu şühudi keçmiş, 
nəqli keçmiş); 2.indiki; 3.gələcək(qəti gələcək,qeyri-qə-
ti gələcək) zamanlarının olduğunu qəbul edir
3
.  
M.İslamov  Şəki dialektində felin xəbər  şəkilinin 3 
zamanla ifadə olunduğunu yazır: keçmiş, indiki və  gə-
ləcək zamanlar.Keçmiş zamanın 2– şühudi və nəqli keç-
miş, eləcə də, gələcək zamanın 2 formasını qəti və qey-
ri-qəti gələcək zaman formalarını göstərmişdir. Qeyd 
edək ki, müəllif xəbər şəklini sadə və mürəkkəb forma-
larına ayırsa da, mürəkkəb xəbər  şəkli haqqında məlu-
                                                 
1
 Rüstəmov R.Ə.Quba dialekti.Bakı,1961,s. 162-167.  
2
Rüstəmov R.Ə.Azərbaycan dilinin dialekt və  şivələrində fel.Bakı,1965, 
s.186.  
3
 Yenə orada. s. 187.   
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
22
 
 
 
 
mat vermişdir. O, mürəkkəb xəbər şəkli adı altında yal-
nız hekayə formasını göstərməklə kifayətlənmiş, eyni 
zamanda bu dialektdə mürəkkəb xəbər şəklinin rəvayə-
tinə  də  təsadüf olunduğunu söyləmiş, lakin çox da sə-
ciyyəvi olmadığı üçün ayrica bəhs etməyi lazım bilmə-
mişdir
1

Azərbaycan dilinin Muğan qrupu dialekt və  şivələ-
rində felin zamanları ayrıca başlıq altında deyil, xəbər 
forması adı altında təqdim olunur. Burada felin 3 zaman 
və 5 forması haqqında məlumat verildikdən sonra 
mürəkkəb fel formalarından söhbət açılır.  
Müəllif burada fel formalarının yalnız hekayəsinin 
işləndiyini yazır
2
. “Xəbər formasının hekayəsi” başlığı 
altında uzaq keçmiş, bitməmiş keçmiş, gələcəkli keçmiş, 
müzareli keçmiş formaları verilir. 
Azərbaycan dilinin Qərb qrupu dialekt və  şivə-
lərində də felin keçmiş, indiki, gələcək zamanlarında 5 
formanın olduğu göstərilir
3
.  
Burada da xəbər şəkli dedikdə, əsasən, uzaq keçmiş, 
bitməmiş keçmiş, qəti gələcəkli keçmiş  və  qeyri-qəti 
gələcəkli keçmiş nəzərdə tutulur. 
                                                 
1
İslamov M.İ.Azərbaycan dilinin Nuxa dialekti.Bakı,  1968, s.114-133.  
2
Azərbaycan dilinin Muğan qrupu şivələri.Bakı,  1955, s.124.  
3
 Azərbaycan dilinin Qərb qrupu dialekt və  şivələri. I cild, Bakı, Azərb. 
SSR. EA nəşriyyatı, 1967, s. 112-131.  


AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
23
 
 
 
  
 Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələrini 
o biri dialekt və şivələrdən fərqləndirən şəkilçilər indiki 
və  qəti gələcək zamanlara aiddir. Zaman formaları 
dəyişməz qalsa da, onların morfoloji əlamətləri digər 
dialekt və  şivələrdə olduğu kimi, burada da öz rənga-
rəngliyi ilə seçilir. 
 
§3. Felin zamanları türkoloji tədqiqatlarda 
Türk dillərində fel zamanlarının tarixi baxımdan 
tədqiqi də dilçilərin diqqət mərkəzindən kənarda qalma-
mış və bununla bağlı bir sıra məqalələr, dissertasiyalar 
yazılmışdır. Bununla yanaşı dilin tarixi qrammatikasına 
həsr olunmuş bir sıra  əsərlərdə, daha sonra abidələrin 
tədqiqinə həsr olunmuş əsərlərdə də felin zamanları öz 
əksini tapmışdır. 
Türk dillərində felin zamanlar sistemi ilə bağlı, on-
ların sayının müəyyənləşməsi ilə əlaqədar olaraq türko-
loji  ədəbiyyatda da fikir müxtəlifliyi və mübahisəli 
məqamlar, haçalanmalar və ziddiyyətlər mövcuddur. 
Türkologiyada zaman formalarının bölgüsü bir neçə 
prinsip üzrə aparılır.  
Bu prinsirlərdən biri ondan ibarətdir ki, dilçilər fel 
zamanlarını keçmiş, indiki, gələcək zaman formalarına 
ayırmaqla və  hər bir zaman formasının morfoloji əla-
mətlərini göstərməklə tədqiq etmişlər. İkinci fikir ondan 
ibarətdir ki, zaman formaları sadə və mürəkkəb olmaqla 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
24
 
 
 
 
iki hisəyə ayrılır. Sadə zaman formalarına qəti keçmiş 
zaman, nəqli keçmiş zaman, indiki zaman, qəti gələcək 
zaman, qeyri-qəti gələcək zaman; mürəkkəb zaman for-
malarına isə  idi, imiş hissəcikli formalar daxil edilir. 
Üçüncü qrup dilçilər isə  idi, imiş hissəcikli mürəkkəb 
zaman formalarını keçmiş zaman forması kimi göstərir 
və keçmiş zamanın sayını lüzumsuz şəkildə artırırlar.  
A.N.Kononov 1961-ci ildə  nəşr olunan “Müasir 
özbək  ədəbi dilinin qrammatikası”  əsərində felin za-
manlarını sadə və mürəkkəb olmaqla 2 yerə ayırmışdır. 
Müəllif  indiki-gələcək zaman, indiki konkret zaman, 
indiki davamedici zaman, qəti keçmiş zaman, perfektli 
keçmiş zaman, subyektiv keçmiş zaman, ehtimal bildirən 
gələcək zaman, qəti gələcək zaman, tarixi qəti gələcək 
zaman olmaqla felin 9 sadə zaman formasını göstərmiş,  
keçmiş zamanın mürəkkəb formalarını  uzaq keçmiş 
zaman, qeyri-müəyyən imperfekt, müəyyən imperfekt, 
davamlı keçmiş zaman formalarına ayırmışdır
1

“Tuva dilinin qrammatikası” kitabında felin za-
manları  felin xəbər  şəkli adı altında təqdim edilmiş  və 
xəbər  şəklinin  keçmiş, indiki  və  gələcək zaman kimi 3 
zaman formasından ibarət olduğu göstərilmişdir. Əsərdə 
felin keçmiş zaman forması 5 yerə ayrılır:  
1.
 
qəti keçmiş zaman;  
                                                 
1
Кононов  А.Н.  Грамматика  современного  узбекского  литературного 
языка. М.-Л., Изд. АН. СССР, 1960, с. 208-232.  


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə