Microsoft Word Gulnara-kitab son doc



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə6/61
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76565
1   2   3   4   5   6   7   8   9   ...   61

AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
17
 
 
 
  
M.Hüseynzadə felin zamanlarını “zaman kateqori-
yası” başlığı altında verir. O, felin ənənəvi üç zamanını 
göstərir:  keçmiş, indiki və  gələcək zamanlar. Müəllif 
keçmiş zamanın şühudi və nəqli keçmiş, gələcək zama-
nın isə  qəti və qeyri-qəti gələcək zaman formalarından 
ibarət olduğunu yazır
1
.  
Bununla yanaşı, M.Hüseynzadə felin zaman, şəxs 
və  şəkil kateqoriyalarından bəhs edərkən felin xəbər 
şəklinin geniş izahını verir və burada da felin zamanla-
rından və onları ifadə edən morfoloji əlamətlərdən danı-
şır. O, xəbər şəklini iki hissəyə (sadə və mürəkkəb for-
malara) ayırır. Sadə xəbər şəklinə felin zamanlarını aid 
edir. Mürəkkəb xəbər şəklinin isə zaman şəkilçilərindən 
sonra felə  “idi”, “imiş” və ya “isə” hissəciyinin əlavəsi 
ilə yarandığını yazır
2
 . 
1958-ci ildə T.Əfəndiyevanın yazdığı namizədlik 
dissertasiyası
3
 felin  keçmiş zamanına həsr edilmişdir. 
Müəllif 2005-cü ildə bu mövzuya yenidən qayıtmış  və 
“Felin keçmiş zaman formaları”
4
 adlı kitabını nəşr etdir-
mişdir. N.H.Ağazadə 1965-ci ildə “Müasir Azərbaycan 
                                                 
1
 Hüseynzadə M. Müasir Azərbaycan dili.Bakı,Maarif,1983, s.169-176. 
2
 Yenə orada.  s. 189-197. 
3
 Гаджиева  Т.А. (Эфендиева).  Система  форм  прошедшего  времени 
глагола  в  современном  азербайджанском  литературном  языке.АКД.  
М., 1958, 24 с. 
4
Əfəndiyeva T.Felin keçmiş zaman formaları.Bakı,“Nurlan”,2005,132 s. 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
18
 
 
 
 
ədəbi dilində  şəkil kateqoriyası”
1
, M.Ş.Rəhimov 1966-
cı ildə “Azərbaycan dilində fel şəkillərinin formalaş-
ması tarixi”
2
 adlı doktorluq dissertasiyalarını yazaraq 
felin zaman kateqoriyasına  şəkil kateqoriyası daxilində 
yanaşmışlar.  
M.B.Əsgərovun 2002-ci il-də  nəşr olunmuş “Za-
man formaları, adverbial fel formaları və onlar arasında 
funksional semantik əlaqələr” adlı monoqrafiyası
3
   da 
məsələyə yanaşma orijinallığı ilə seçilir. 
Azərbaycan dilçiliyində felin zamanlarına dair 
konkret iki dilin müqayisəli şəkildə ifadəsi bir sıra əsər-
lərdə öz əksini tapmışdır. Felin zamanlarına həsr olun-
muş  tədqiqatlar arasında  İ.Tahirovun “Azərbaycan və 
ingilis dillərində zaman kateqoriyası”  əsəri də özünə-
məxsusluğu və baxış yeniliyi ilə diqqətəlayiqdir.  
Müəllif Azərbaycan dilində ilk dəfə olaraq zaman 
probleminə yalnız felin zaman kateqoriyası daxilində 
deyil, Azərbaycan dilinin müxtəlif səviyyələrində təza-
hür edən temporal anlayışların kompleks təsvirinin fo-
nunda araşdırılmasına
4
  nail olmuşdur. Y.Kərimovun 
                                                 
1
Агазаде  Н.Г.Категория  наклонения  в  современном  азербайджанском  лите-
ратурном языке. АДД. Баку, 1965, 75 с.  
2
Рагимов  М.Ш.История  формирования  наклонений  глагола  в  азер-
байджанском языке. АДД. Баку, Изд. АН АССР, 1966, 99 с.   
3
 Əsgərov M.B. Zaman formaları. Adverbial formaları və onlar arasında funksio-
nal semantik əlaqələr. Bakı, “Nurlan”, 2002, 146 s.  
4
 Tahirov  İ.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı, “Nurlan”, 
2007, s. 9.  


AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
19
 
 
 
  
“Azərbaycan və qazax dillərində felin zamanları”, R.Sa-
dıqovun “Müxtəlif sistemli dillərdə obyektiv və qram-
matik zaman əlaqələri” adlı monoqrafiyaları, F.Cahan-
girovun “İngilis dilində perifrastik zaman formaları  və 
onların Azərbaycan dilində ifadə formaları”, A.Öksüzün 
“Müasir türk və Azərbaycan dillərində felin zamanları”, 
L.Hüseynovanın “Felin davamlı zamanlar sistemi”, B. 
Cəfərovanın “İngilis və Azərbaycan dillərində felin za-
manlar sistemi”, G.Həsənovanın “Fel zamanlarının mü-
qayisəli tipologiyası”
1
 adlı dissertasiyaları son dövrdə 
bu sahədə atılan uğurlu addımlar kimi qiymətləndirilə 
bilər. 
§2.Azərbaycan dilinin dialekt və şivələrində  
 felin zamanları 
Ədəbi dildən fərqli olaraq türk dillərinin dialekt və 
şivələrində felin zamanlarını araşdırarkən bir sıra müx-
təlif və  ədəbi dildə rast gəlinməyən ifadə vasitələri və 
ya morfoloji əlamətləri meydana çıxır. Eləcə də, zaman 
formaları, onların formal əlamətləri ilə bağlı elə xüsu-
                                                 
1
Керимов Я.Времена глагола в азербайджанском и казахском языках. АКД. 
Баку, 973,32 c; Sadıqov R.Müxtəlifsistemli dillərdə obyektiv və qrammatik 
zaman  əlaqələri. Bakı,“Nurlan”, 2004,115 s; Cahangirov F. İngilis dilində perif-
rastik zaman formaları və onların Azərbaycan dilində ifadə formaları. NDA. Bakı, 
2000, 23 s; Öksüz A.M.Müasir türk və Azərbaycan dillərində felin zamanları. 
NDA.Bakı,2003,27 s; Гусейнова Л.Система длительных времен глагола. АКД. 
Баку, 2005,22 c; Cəfərova B.İngilis və Azərbaycan dillərində felin zamanları 
sistemi. DDA. Bakı, 2006, 34 s; Həsənova G.Fel zamanlarının müqayisəli tipolo-
giyası. Diss... f.e.n.. Bakı,  2009, 132 s. 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
20
 
 
 
 
siyyətlər aşkarlanmışdır ki, bunlar Azərbaycan ədəbi di-
lində müşahidə olunmadığı halda, digər türk ədəbi dil-
lərinin əsas morfoloji əlamətlərindən sayılır.  
Məsələn, müasir Azərbaycan ədəbi dilində müşahidə 
olunmayan, amma dialekt və şivələrimizdə özünü göstə-
rən -adu, -ədü indiki zaman şəkilçisi, şəxs sonluqlarının 
bəzən işlənməməsi, qeyri-qəti gələcək zamanın inkarın-
da şəxslər üzrə, xüsusilə, birinci şəxsin təkinin müxtəlif 
variantlarla ifadəsi, -acaq, -əcək  gələcək zaman şəkil-
çisinin  -cak formasında işlənməsi digər türk ədəbi dil-
lərinin morfoloji əlamətlərindəndir. Dialekt və şivələri-
mizdə zaman formalarının bir sıra morfoloji əlamətləri 
digər türk ədəbi dillərində olmasa da,dialektlərində özü-
nü göstərir. Bu mənada Azərbaycan dialektoloqlarının 
felin zamanları ilə bağlı araşdırmalarına xüsusi yer ayır-
maq, bizcə, məqsədəuyğundur. 
M.Şirəliyev felin zamanlarını xüsusi kateqoriya de-
yil, xəbər  şəkli kimi təqdim edir.O, xəbər  şəklini sadə 
və mürəkkəb xəbər  şəkillərinə ayırır. Müəllif  ənənəvi 
bölgüyə sadiq qalaraq Azərbaycan dilinin dialekt və şi-
vələrində felin keçmiş, indiki, gələcək zamandan, keç-
miş zamanın  şühudi və  nəqli keçmiş, gələcək zamanın 
qəti gələcək və qeyri-qəti gələcək zamandan ibarət ol-
duğunu yazmış və onların geniş şərhini vermişdir
1

                                                 
1
Şirəliyev M.Azərbaycan dialektologiyasının  əsasları.Bakı,1962,s.207-
248.  


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə