Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə5/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   2   3   4   5   6   7   8   9   ...   50

 
17 
tədris,  milli  təbəqələrin  fənlərdən  və  sənətlərdən  istifadəsi  o 
millətin  öz  dilində  olsun.  Onda  millət  möhkəm,  sabit  və  əbədi 
ömür sürə bilər, millətin əsas gözə görünən səadət və xoşbəxtliyi 
kimi əlamətlər onun bütün üzvlərinə nəsib olar... Əksinə, elmlər 
və  fənlər  yad bir dildə tədris olunarsa xalqın dili az bir zaman 
ərzində  dəyişib  başqası  ilə  əvəz  olunar,  cüzi  bir  təbəddülat 
nəticəsində  məhv  olub  sıradan  çıxar...  Millətin  öz  dilində  fay-
dalı  elmlər  mövcud  olmasa  o  millət  daim  yaşaya  bilməz”
  (11, 
184). 
Ş.C.Əfqani  islam  dinini  milli  vəhdət  üçün  ikinci  ən 
mühüm şərt hesab edirdi. O yazırdı ki, dinlər hansı adları 
daşıyırsa daşısın, hamısı bir-birinə bənzəyir, “insana inam 
və inanc təlqin edir. Elmə və mədəniyyətə ən yaxın və ən doğma 
din  islam  dinidir,  elm  və  maarifin  inkişafı  ilə  islam  qanunları 
arasında  heç  bir  ziddiyyət  yoxdur...  Qərb  dünyası  azadlıq 
maskası  taxaraq  müsəlman  Şərqindəki  dini  təəssübü  pisləyir, 
çünki  avropalılar  müsəlmanların  dini  etiqadlarını  onların 
arasında ən möhkəm  peyvənd kimi tanıyırlar, ona  görə də dini 
təəssübə qarşı müxtəlif ad altında bu  peyvəndi və bağı süstləş-
dirməyə  çalışırlar,  halbuki  avropalılar  özləri...  dini  təəssübə 
daha çox mübtəla olublar. İslam elm dinidir, cihad və mübarizə 
dinidir,  yaxşı  işlərə  dəvət  və  pis  işlərdən  çəkindirmək  dinidir, 
izzət  dini  və  zilləti  qəbul  etməyən  dindir,  məsuliyyət  dinidir”
 
(11, 184).   
Göründüyü  kimi,  qərblilərin  bütün  vasitələrlə  məhv 
etməyə,  qarşısını  almağa  çalışdığı,  burada  ən  ümumi 
xətlərini bəlirlədiyimiz ideologiya əslində bəşəri dəyərlərə 
əsaslanan,  Şərq  xalqlarına  müstəmləkə  əsarətindən 


 
18 
qurtuluş  yolunu  göstərən  mütərəqqi  bir  düşüncə  sistemi 
idi. Buna görə də başqa sümürgəçilər kimi kommunistlər 
də həmin sistemin ən qatı düşməni olaraq onu kökündən 
qazıb  məhv  etmək  üçün  bütün  güclərini  sərf  edirdilər. 
Onlar  Sovetlər  Birliyində  cəsarətlə  “Türkəm”  və  “müsəl-
manam”  deyən  hər  kəsi  özlərinin  sümürücü  hakimiy-
yətinə düşmən sayır və gedərgəlməzə göndərirdi.  
Çıxışlarının birində Stalin demişdi ki, xarici imperialist 
dövlətlərin tərkibindən qopub ayrılmaq uğrunda aparılan 
mübarizə  inqilabdırsa  SSRİ-nin  tərkibindən  ayrılmaq 
üçün edilən hər hansı bir cəhd əksinqilabdır.  
SSRİ-də  Türk  xalqlarının  yaşadığı  ərazilərdə  pantür-
kizmin  güclənməsindən  rahatsız  olan  Bağırov  da  öz 
ağasının  dediklərini  daha  da  konkretləşdirərək    bildir-
mişdi:  
“Kamalçı Türkiyə yeganə müstəqil Türk dövləti olduğundan 
burjua-millətçi  ünsürlər  əksinqilabi  təbliğat  apararaq  SSRİ-də 
yaşayan  Şərq,  Türk-tatar  xalqlarını  Türkiyədən nümunə  götü-
rərək  Sovet  İttifaqından  ayrılmağa  və  Türkiyənin  rəhbərliyi 
altında  qüdrətli  Türk-tatar  dövləti  yaratmağa  çağırırlar.  Pan-
türkist  və  panislamist  əhval-ruhiyyəsi  yaradılması  ilə  bağlı 
bütün  işlər  SSRİ  əleyhinə  müharibəyə  hazırlaşmaq  vəzifəsinə 
tabe edilmişdir”
 (29, 90).  
Bu  ittihamla  hər  bir  şəxsi  əksinqilabi  fəaliyyətdə 
suçlayaraq məhv etmək mümkündü. Məsələn, Xalq Daxili 
İşlər  Komissarlığının  böyük  şairimiz  Hüseyn  Cavid 
haqqında  topladığı  məlumatlarda  bildirilirdi:  “...İranda, 
Dağıstanda,  Ermənistanda,  Gürcüstanda  olan  bütün  Azərbay-


 
19 
can torpaqlarını birləşdirib, burjua təmayüllü müstəqil Azərba-
ycan  dövləti  yaratmaq  uğrunda  gizli  fəaliyyət  göstərən  pan-
türkist  əksinqilabçı  təşkilatın  üzvləri  arasında  9-cu  adam 
Hüseyn Caviddir...” 
 
(10, 138). 
Artıq  bu  gün  məktəblilərə  də  bəllidir  ki,  kommu-
nistlərin qanlı qırğınlarının ən dəhşətli dönəmi 1937-1938-
ci illərə düşür. ÜİK(b)P MK-nın 28 fevral 1937-ci il plenu-
munda Bağırovun çıxışı Azərbaycanda hakimiyyətin cəza 
orqanlarının  tam  gücüylə  işə  düşməsinə  çağırış  oldu. 
Yarandığı gündən  milyonlarca insanı  məkv etmiş Fövqə-
ladə  Komissiya  (“ÇK”)  və  Dövlət  Siyasi  İdarəsinin 
(“QPU”)  övladı  olan  Xalq  Daxili  İşlər  Komissarlığı 
(XDİK/”NKVD”)  milli  ziyalılara  qarşı  “pantürkist”  və 
“panislamist”  ittihamlarını  kütləvi  tətbiqə  başladı.  Doğ-
rudur, bəzi hallarda “millətçi”, “müsavatçı” kimi “xırda” 
ittihamlar  da  irəli  sürülürdü,  ancaq  son  nəticədə 
məhbusların  hamısı  sovet  hakimiyyətini  silahlı  yolla 
devirmək  məqsədiylə  yaradılmış  gizli  əksinqilabçı  təşki-
latın  üzvü  olmaqda  suçlanır  və  üçnəfərlik  “troyka”nın 
keçirdiyi  15  dəqiqəlik  qapalı,  vəkilsiz  “məhkəmə”də 
ölümə  (eyni  zamanda  əmlakının  müsadirə  edilməsinə), 
yaxud  bütün  vətəndaş  hüquqları  alınmaqla  çoxillik 
gedərgəlməz sürgünə (katorqaya) məhkum edilir, bundan 
sonra  onların  ailə  üzvləri  də  tarixdə  görünməmiş 
vəhşiliklə  küçələrə  atılır,  körpə  uşaqlarının  hərəsi  bir 
yetim  evinə  verilir,  ailənin  işləyənləri  işdən,  oxuyanları 
məktəbdən qovulur, onlara nəinki maddi-mənəvi yardım 


 
20 
etmək istəyənlər, hətta salam verənlər də “xalq düşməni” 
adlandırılaraq cəzalandırılırdı...  
Stalinin  tezliklə  ehkama  çevrilən  saxta  tezisləri  sovet-
kommunist  imperiyasının  hər  yerində  olduğu  kimi 
Azərbaycanda da cəmiyyətin böyük bir savadsız kəsimini 
inandırmışdı.  Ancaq  ağıl,  düşüncə,  məntiq  yiyəsi  olan 
aydınlarımız  bu  saxta  “ellər  atası”nın  əslində  amansız 
ellər cəlladı olduğunu görür və onun fəzilət kimi qələmə 
verdiyi  rəzalətlərə  qarşı  ciddi  mübarizə  aparırdılar. 
Əlinizdəki bu kitabın baş qəhrəmanı olan həkim Əliabbas 
Əli  oğlu  Qədimov  (1883-28.9.1937)  da  həmin  minlərcə 
dəyərli ziyalımızdan biridir. 
 
 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə