Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə6/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   2   3   4   5   6   7   8   9   ...   50

 
21 
B İ R İ N C İ   B Ö L Ü M 
 
İ L K   H Ə B S L Ə R 
 
 
ŞƏXSİYYƏT VƏ İSTİBDAD 
Əliabbas  Qədimovun  adı  ilk  dəfə  professor  Zəkəriyyə 
Mabudoğlu
’nun  (Əlizadə’nin)  rəhbərliyi  altında  hazırlana-
raq  nəşr  edilmiş  və  onun  həmmüəllif  olduğu  “Şəkidə 
məhəllə  adları,  soylar  və  ləqəblər”
  kitabında  (14)  çəkilib. 
Ümumiyyətlə,  çoxillik  gərgin  axtarışların  nəticəsində  or-
taya  qoyulmuş  və  Şəkinin,  adları  artıq  unudulmuş  xeyli 
görkəmli  övladları  haqqında  ilk  dəfə  ətraflı  bilgi  verən 
həmin  çox  dəyərli  əsərin  278-287-ci  səhifələrində  Azər-
baycan tarixşünaslığında ilk dəfə olaraq Ə.Qədimovun da 
kimliyi  xalqımıza  tanıdılıb.  Hörmətli  professor  kitabda 
onu  Vətən,  xalq  qeyrəti  çəkdiyinə  görə  şər  qüvvələr 
tərəfindən  qətlə  yetirilən  və  beləliklə,  şəhidlik  məqamına 
çatan bir vətənpərvər ziyalı kimi dəyərləndirib.  
“Şəkidə məhəllə adları, soylar və ləqəblər” kitabındakı 
məlumat  AR  Milli  Təhlükəsizlik  Nazirliyinin  arxivindən 
götürülmüş  istintaq  sənədləri  əsasında  hazırlanıb.  Bu 
sənədləri  isə  həmin  arxivdən  prof.  Ədalət  Tahirzadə  üzə 
çıxarıb.  
Əliabbas  Qədimovun  şəxsiyyətiylə  yaxından  tanış 
olduqda  ona  dərin  sayğı  yaranır.  Onun  mübariz  həyatı 


 
22 
ŞƏXSİYYƏT’in  İSTİBDAD  üzərində  qələbəsinə  gözəl 
örnəkdir.  
1937-1938-ci illərin qurbanlarını bir daha rəhmətlə anır 
və  inanırıq  ki,  bu  kitab  o  qanlı  dönəmin  gerçəkliklərini 
sənədli  şəkildə  ortaya  qoyacaq,  hələ  də  Stalin,  Bağırov, 
kommunizm xiffəti çəkənlərin nə qədər yanıldığını əyani 
göstərəcək. Keçmişin  gerçəkliyini bilmək yeni Stalinlərin, 
Mircəfərlərin bir daha meydana gəlməməsi üçün olduqca 
vacibdir. 
“ANTANTAÇI” VƏ “MÜSAVATÇI” QƏDİMOV  
Bu başdan bildirək ki, Əliabbas Qədimov sovet dönə-
mində bir neçə dəfə tutularaq dindirilib və həmin dindir-
mələrin  bəzi  protokolları  indi  AR  MTN  arxivində  sax-
lanılır.  İstintaq  işlərində  Ə.Qədimovun  həyat  və  fəaliy-
yətinin  ən  müxtəlif  yönlərinə  işıq  salan  bilgilər  öz  əksini 
tapıb.  Əlinizdəki  bu  kitab  MTN  arxivindəki  sənədlər 
əsasında hazırlanıb. Müəlliflər Ə.Qədimovla bağlı, demək 
olar  ki,  bütün  mövcud  sənədləri  əldə  edib  və  onların 
hamısını  ruscadan  ana  dilimizə  çevirərək  ilk  dəfə  bütöv 
şəkildə oxucuların malı edib.   
Öncə  1921-dəki  ikinci  dustaqlığının  sənədlərindən 
başlayacağıq,  çünki  1920-dəki  həbsinə  dair  protokol  əldə 
deyil.  
AR  MTN  arxivindəki  2687  saylı  (indiki  PR-128  saylı) 
istintaq  işi  indiyədək  başqa  heç  bir  qaynaqda  üzləşmə-
diyimiz  çox  qiymətli  faktarla  zəngindir.  Bir  qismini  ilk 
dəfə  prof.  Zəkəriyyə  Əlizadə’gilin  yuxarıda  adı  keçən 


 
23 
əsərində  verdiyimiz  həmin  faktlar  təkcə  Əliabbas  Qədi-
movun  həyatını  öyrənmək  baxımından  deyil,  həm  də 
ümumən  o  dönəmin  ictimai-siyasi  durumuna  yaxından 
bələd olmaq üçün çox dəyərlidir.  
Əliabbas  Qədimovun  və  bir  çox  şəkilinin  1921-in 
martında  həbs  edilməsinə  əsas  yaradan  sənəd  25  mart 
1921-də verilmiş əməliyyat hesabatından çıxarışdır. Ora-
da oxuyuruq: 
“Müvəkkilin
4
 verdiyi məlumatdan bəlli olmuşdur ki, Gəncə 
vilayətinin  Şəki  şəhərində  bir  qrup  ziyalının  yaratdığı  gizli 
təşkilat  Antantanın,  xüsusən  İngiltərənin  xeyrinə  fəaliyyət 
göstərir.  Bu  təşkilatın  başlıca  məqsədi  Zaqafqaziyada  İngiltərə 
təmayülünü  formalaşdırmağa  nail  olmaqdır.  Təşkilat  təmiz 
ağqvardiyaçı mahiyyətdədir. 
Bu təşkilata aşağıdakı şəxslər daxildir: 
1. 
Məhəmmədəli  Əfəndiyev  (Şəki  ali  real  məktəbinin 
direktor müavini)  
2. 
Abbas
5
 əfəndi (Şəki şəhərində həkim) 
3. 
Süleyman əfəndi Şirinbəyov (sabiq zabit) 
4. 
Zahid İbrahimxəlil oğlu (Qışlaq məktəbinin direktoru). 
Sonuncuların Şəki şəhərində böyük nüfuzu var. 
Təşkilatın  mövcudluğu belə  aşkarlanıb:  Şəkidən  gələn  Türk 
yol[daş] 
Həsən  Çələbi Bakıda mənim məlumat qaynağım olan 
şəxsin  mənzilinə  düşüb.  Partiya  mənsubiyyətimi  bilmədiyi 
halda  söhbət  etdiyimiz  zaman  Şəkidə  qonağı  olduğu  adamlar 
arasında  baş  verən  bir  müzakirə  barəsində  siyasət  adamı  kimi 
                                                 
4
 Söhbət çekist olan əməliyyat müvəkkilindən gedir. 
5
 Əliabbas Qədimov nəzərdə tutulur. 


 
24 
mənə  məlumat  verdi.  Müzakirədə  iştirak  edən  adamların  adla-
rını  gizli  saxlamaq  şərtiylə  bildirdi  ki,  onların  hamısı  İngiltə-
rənin  Zaqafqaziyaya  müdaxiləsinə  tərəfdar  olmaqda  həmrəylik 
göstərdikləri  halda  yalnız  o,  İngiltərənin  Şərqdə,  o  sıradan 
Türkiyədə ələ keçirdiyi mülklərin qeyri-qanuni olduğunu bildi-
rərək etiraz etmişdir. Yol. Həsən Çələbi bir daha söhbət iştirak-
çılarından  bu  məlumatı  gizli  saxlamağı  xahiş  edib.  Məhz  bu 
səbəbdən  yığıncağın  keçirildiyi  yeri  və  ümumiyyətlə,  yuxarıda 
qeyd  olunan  təşkilatın  gizlilik  qaydalarını  aydınlaşdırmaq 
mümkün olmadı. 
Hazırda yol. Həsən Çələbi XI ordunun Tiflisdəki Türklərdən 
ibarət kommunist dəstəsinə ezam edilmişdir. 
İmza: Xüsusi Şöbənin rəisi 
Mixaylov. 
İnformasiya şöbəsinin rəisi 
Slavitski”. 
Əslində  heç  bir  bir  təşkilat-zad  yoxdu.  O  zaman 
çekistlər  özlərinin  “iş  gördüyünü”  gözə  soxmaq  üçün 
hətta  iki-üç  adamın  bir  yerə  yığışıb  nə  haqdasa  adicə 
müzakirə,  mübahisə  aparmasını    təşkilat  kimi  qələmə 
verirdilər.  Bu,  Fövqəladə  Komissiya
6
 orqanlarına  çox 
sərfəliydi,  çünki  onlar  bir  ildə  neçə  əksinqilabi,  antisovet 
təşkilatı  aşkarlayıb  zərərsizləşdirmək  haqqında  hesabat 
verirdilər. Təbii ki, nə qədər çox belə təşkilat üzə çıxarılsa 
çekistlərə  o  qədər  çox  “sağ  ol”  deyilirdi.  Mixaylovun  da 
yeni  bir  əksinqilabi  təşkilatın  mövcudluğunu  “aşkar-
laması”  bu  baxımdan  istisna  deyil.  O,  evdə  adi  ünsiyyət 
şəraitində bir neçə tanışın apardığı sıradan siyasi diskus-
                                                 
6
 Bu  təşkilat  Azərbaycanda  daha  çox  “ÇK”  adıyla  (rusca  ЧК; 
“Чрезвычайная комиссия” sözündən) məşhurdur. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə