Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə100/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   96   97   98   99   100   101   102   103   ...   108

 
346
 
 
 
İbrahim bəy Musabəyov 
 
(1881-1942) 
 
Maarifçi yazıçılardan biri olan İbrahim bəy Musabəyovun aydın 
tərcümeyi-halı  əldə yoxdur. Müasirlərinin söyləməsinə görə,  Şəki 
qəzasının Qutqaşen kəndində anadan olmuş, Qori müəllimlər 
seminariyasını bitirdikdən sonra Şəki, Qutqaşen və Göyçayda on il 
müəllimlik etmişdir. Sonra Bakıya gələrək, burada pedaqoji, ədəbi 
və ictimai fəaliyyətini davam etdirmişdir. İ.Musabəyov 1921-1936-
cı illərdə Krımda yaşamış  və müxtəlif işlərdə çalışmışdır. 1942-ci 
ildə Karakanda şəhərində  vəfat etmişdir.  İbrahim bəy də bir çox 
həmkarları kimi dərs verməklə, məktəb divarları arasındakı 
fəaliyyəti ilə kifayətlənməmişdir. O öz biliyi və istedadı sayəsində 
qələm sahəsində      çalışmağa   başlamışdır. Onun ilk hekayələri 
1913-1914-cü illərdə "Məktəb" jurnalında çap olunmuşdur ("Rzanın 
qutusu", "Rəhimdil arvad", "Kor və onun yoldaşı" və s.). Müəllif bu 
hekayələrində mülayim bir üslub və sadə dil ilə  uşaqlar üçün 
maraqlı, ibrətli  əhvalatlar danışır, onları elmə, biliyə, zəhmətə 
çağırır. 
İbrahim bəy bir nasir olaraq sonrakı kitabları ilə  şöhrət 
qazanmışdır. Onun "Cəhalət fədailəri", "Xoşbəxtlər", "Gözəllərin 
vəfası" kimi povestləri və nəhayət, "Neft və milyonlar səltənətində" 
adlı romanı bitkin və kamil əsərlər kimi zamanının maraqlı  və 
səciyyəvi məsələlərini təsvir edir. 
 


 
347
"Cəhalət fədailəri"ndə
1
 iki  məktəbli arasında davam və inkişaf 
edən, sonradan ictimai həyat səhnəsinə keçən maraqlı və faciəli bir 
əhvalat verilir. Rəşid, Rəhim adlı yoxsul bir kişinin oğludur. Rəhim 
özü avam olsa da, elmin, maarifin qədrini bilən adamdır. Ona görə 
də  ən zəruri ehtiyaclara dözərək oğlu Rəşidi oxudur. Rəşid orta 
təhsillə kifayətlənmir. Tibb İnstitumnu bitirdikdən sonra vətənində 
xəstəxana açır, vətəninə, millətinə xidmətə çalışır, kasıbları pulsuz 
müalicə edir, ictimai-faydalı  işlərdə  iştirak edir. Rəşidin sevgilisi 
Mina da eyni tale sahibidir. O, müəllimlik məktəbini bitirmişdir. 
Yoxsul uşaqlarını pulsuz oxudur. Bunların ataları da gənclərin azad 
sevgisinə mane olmur, əksinə şad olub kömək edirlər. Buna görə də 
Rəşid ilə Mina məsud həyat qurur, xoşbəxt olurlar. 
Müəllifin dediyi kimi "dünyada heç bir şey baqi olmadığından, 
bu cavanların xoşbəxtlikləri də uzun müddət çəkmədi". Vaxtilə 
Minanı sevən, indi isə  Rəşidin səadətinə paxıllıq edən tacir 
Abasəlinin oğlu Rəhim tapança ilə  gənclərin hər ikisini vurub 
öldürür, ailələrin və bütün kəndin sevincini matəmə çevirir. 
"Xoşbəxtlər"də  də eyni ilə bu ruhda bir əhvalat vardır. Burada 
oğlanın adı Aslan, qızın adı Cahandır. Ancaq burada valideynlər, 
əvvəlki  əsərdəki kimi mülayim və gözüaçıq deyil, cahil və 
köhnəpərəst adamlardır. Bunların arasında nəsil ədavəti, qan davası 
vardır. Məhəmməd kişi Cahan xanımı, qızın istəmədiyi bir adama 
ərə vermək istəyir. Qız qorxa-qorxa olsa da öz haqqını tələb edir: 
- "Atacığım! Yadımdadır, bir gün mənə dedin ki, qızım, sənin 
inəyini istəyən var, satım ya yox? Yadındadırmı? 
- Yadımdadır bala, söylə görüm nə demək istəyirsən? 
(Məhəmməd kişi öylə hesab edirdi ki, Cahan ona bir əhvalat 
söyləyəcək). 
                                                 
1
 İ.Musabəyov. Cəhalət fədailəri, Naşiri Məşədi Eyyub Ələkbərov, Bakı. 
 


 
348
 -  Atacığım! Məgər allah məni inəkdən də alçaqmı yaradıb?  İnəyi 
satanda məndən sordun, bəs bugün mənim özümü satanda nə üçün 
məndən sormadın ki, qızım, səni satıram, razısanmı?"
1
 
 Qızın bu cəsarəti atanı qəzəbləndirir: 
" Qələt eləmə! Sən qanan iş deyil bu! Sən mənim üzümə  ağ 
olursan, and olsun allaha, səni bu saat öldürrəm!" 
Aslanın da valideyni belədir. Deməli, burada azad sevgiyə, eləcə 
də "xoşbəxtliy"ə imkan yoxdur. Mühit gənclərin ziddinədir. Onlar 
gərək ya ailələrindən əl çəkib, ata-analarının üzünə durub el içində 
rüsvay olalar, yaxud da qəlblərində doğan məhəbbətdən əl çəkələr. 
Belə bir vəziyyət qarşısında dayanan gənclərə bir "xoşbəxtlik" üz 
verir ki, o da şəhərə düşən vəba xəstəliyidir. Qızın atası bu 
xəstəlikdən ölür, qardaşını isə Aslan xilas edir. Nəticədə ədavət hissi 
ortadan qalxır, Aslan ilə Cahana təntənəli bir toy olur. 
Göründüyü kimi, bu povestlərin hər ikisi səthi, sxematik bir 
əhvalat üzərində yazılmışdır. Mövzu özü də  təzə deyildir. Hələ 
keçən  əsrin axırlarından tutmuş  Şərqdə, islam ölkələrində pis bir 
ənənə olan qız alqı-satqısına, qızların zorla ərə verilməsinə qarşı bir 
çox qüvvətli  əsərlər yazılmışdır. Ailə  və  məişət məsələlərinə 
toxunan bütün əsərlərdə bu münaqişəni az və ya çox dərəcədə 
görmək mümkündür. 
İbrahim bəyin bu povestlərində  həyat da sönük və ümumi 
verilmişdir. 
"Atası yoxsul bir kişi idi". Bu, əlbəttə, bədii əsər ifadəsi deyildir. 
Bədii əsərdə "yoxsul" sözü ilə adamlar səciyyələnə bilməzlər. Çünki 
yoxsulluq və ya varlılıq ümumi, məntiqi məfhumdur. Bədii əsər isə 
konkretlik, müəyyənlik tələb edir. Bu yoxsul kişi dilənçi idimi, 
odunçu, qalayçı ya biçinçi idimi? 
                                                 
1
 İ.Musabəyov. Xoşbəxtlər, Bakı, 1913, səh.26. 
 


 
349
Bu haqlı suallar əsər boyu məhdud qalır. Buna görə  də  həmin 
əsərlər hazır povestdən daha çox povest haqqında geniş plana 
bənzəyir. 
Lakin bu heç də müəllifin bedü təsvir bacarığından məhrum 
olduğunu iddiaya əsas verınir. Məselən: "Cahanın qara, uzun və 
gürzə kimi parlaq iki hörüyü", yaxud "şikar düşmüş ac peləng kimi 
boynunu və sütün kimi ağ qollarını tərpədib yerindən qalxdı, üzünü 
yuyub, ayna qabağında durub, tüstü kimi dağınıq saçlarını daramağa 
başladı. Bu halda onun ürəyi, ov başına dolanan tərlan kimi Aslanın 
ətrafında dövr etməkdə idi...".
1
 
Ayrı-ayrı  səhifələrdə belə  və buna oxşar təsvirlər tapmaq 
mümkündür. Ancaq, ümumən, povestlərin Bədii keyfıyyəti zəifdir. 
İbrahim bəyin  ən qüvvətli,  ədəbiyyat tarixi üçün də  ən 
əhəmiyyətli  əsəri  şübhəsiz ki, məşhur "Neft və milyonlar 
səltənətində" adlı romanıdır. Bu əsər ilk nəşrindən etibarən ümumi 
şöhrət qazanmış, dərhal kinoya çəkilmişdi. Bu əsərin belə gurultu 
doğurmasının bir neçə  səbəbi vardır. Birincisi, burada pul 
hakimiyyətinin, qazanc ehtirasının qüvvətli ifşasıdır. Bakıda 
kapitalizmin  əsrarəngiz bir surətdə  və  həm də birdən-birə inkişaf 
etməsi ictimai münasibətlərin dəyişməsinə, pulun nəinki maliyyə 
münasibətində, həm də ailə, əxlaq, məişət əlaqələrində həlledici rol 
oynamasına səbəb oldu. O zaman qazanc ehtirası  hər  şeydə  və  hər 
yerdə güclü bir amil kimi idi. Kapitalizm aləmində  və bu aləmə 
uyğun olan şüurlarda bir adamın başqasından kamal, zəka, 
qabiliyyət, bilik, mərifət cəhətdən nə  dərəcədə artıq və ya əskik 
olduğunu təyin etmək üçün, demək olar ki, yeganə ölçü pul idi. Pul 
kişilik, qüvvət, qüdrət demək idi. Kimin cibində bir manat pul 
artıqdırsa, deməli onun "kişiliyi", qeyrəti də artıqdır. Ona 
                                                 
1
 İ.Musabəyov. Xoşbəxtlər, Bakı, 1913, səh.43-44. 
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə