Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə2/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   2   3   4   5   6   7   8   9   ...   108

 
5
S. Vurğundan da eyni dərinlikdə, eyni vüsət və vəcdlə yazırdı. 
Ən çox maraq göstərdiyi sənətkarlar isə M.Füzuli ilə C. 
Məmmədquluzadə idi. 1940-cı ildə  nəşr olunmuş “Füzulinin 
poetik xüsusiyyətləri” kitabı  və onun təkmilləşdirilərək “Füzuli 
sənətkarlığı” (1958) adlandırılmış variantı indi də bu poeziya 
dahisi haqqında ən dəyərli mənbələrdəndir. 
Romantik Füzuli hələ nisbətən cavan Mir Cəlalı 
sehirləmişdisə, sonralar ahıl çağlarında realist Mirzə  Cəlil onu 
daha artıq təsirləndirmişdi. O, Füzuli eşqinin fəlsəfi-estetik 
dərinliyini və zərifliyini böyük fəhmlə kəşf edə bildiyi kimi, Mirzə 
Cəlil dərdinin də gülüş təzahürünü, qəhqəhəli fəryadlarını xüsusi 
həssaslıqla duya bilmiş  və  dərin, dəqiq təhlilə  cəlb etmişdir. 
Ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi sahəsindəki kamil biliyi 
və üstəlik də  zəngin yazıçılıq təcrübəsi onun elmi təhlillərinə 
xüsusi vüsət verirdi. Bütün bunlardan əlavə Mir Cəlal müəllimdə 
bədii materialın məğzinə, ruhuna, müəllif fıkrinin dərinliklərinə 
nüfuz etmək, dəfələrlə haqqında bəhs olunmuş  əsərlər barədə 
tamam yeni mülahizələr söyləmək və çox dəqiq, həssas təhlil 
aparmaq bacarığı var idi. Özü də ən mürəkkəb fıkirləri belə elə 
sadə, aydın nəzərə çatdırırdı ki, lap adi oxucu üçün də anlaşıqlı 
olurdu. 
Mir Cəlal müəllimin təhlil texnikası, üslubu son dərəcə 
orijinal idi. Bədii təhkiyədə olduğu kimi, elmi-nəzəri təhlildə  də 
o, çox konkretdir, dəqiqdir, lakonikdir. Quru, mücərrəd 
mühakimə  və xüsusən zahiri effekt naminə olan sünipafos Mir 
Cəlal müəllimin elmi mülahizələrinə  və  təhlillərinə yaddır. Mir 
Cəlal müəllim bədii yaradıcılığın mahir diaqnostiki idi. Uzun və 
dolaşıq ehtimallara, yaxud qəliz və mürəkkəb istilah- 
 
  


 
6
lar düzümünə, düyününə uymadan həmişə çox aydın, konkret və 
orijinal nəticələr söyləməyə  cəhd edir, əsaslı, sübutlu, inamlı 
hökmlər verirdi. Ən başlıcası da odur ki, onun fikirləri möhkəm, 
həyati və estetik məntiqlə  əsaslandırılır. Bu təhlillərdə müəyyən 
emosionallığa, bəzən bədii təhkiyəni andıran obrazlı deyim 
tərzinə də təsadüf olunur. Amma zəruri məqamlarda və çox təbii 
şəkildə. Hətta tədqiqat obyektinin xarakterinə uyğun olan 
kinayəli intonasiyalar da bu təhlil üçün yad deyildir. 
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqvərdiyev kimi satiriklərin 
əsərlərindəki tənqidi mətləbləri qabarıq nəzərə çatdırmaq və 
onlara aydın, təsirli münasibət bildirmək üçün məhz belə 
üsullardan istifadə olunmuşdur. 
Mir Cəlal müəllim fikir dərinliyinə  və  dəqiqliyinə, məna 
dolğunluğuna və ifadə aydınlığına xüsusi diqqət yetirərdi. Onun 
“Klassiklər və müasirlər”', “Gülüş  bədii silah kimi”, 
“C.Məmmədquluzadə realizmi haqqında”, prof. P.Xəlilovla 
yazdığı  “Ədəbiyyatşünaslığın  əsasları”, prof. F.Hüseynovla 
yazdığı “XX əsr Azərbaycan  ədəbiyyatı” kitablarında, yüzlərcə 
elmi məqalələrində  məhz bu üslub əsasdır. 
Təcrübə göstərir ki, çox vaxt görkəmli alimlərin maraq dairəsi 
müəyyən tarixi - mərhələvi mahiyyətdə olur; ədəbiyyat tarixinin 
hər hansı bir dövrü, mərhələsi başlıca maraq obyekti, mənbəyi 
seçilir.  Şübhəsiz, bunun da üstün cəhətləri vardır. Lakin elə 
alimlər də  məlumdur ki, onlar üçün bu cəhət səciyyəvi deyildir. 
Mir Cəlal müəllim orta əsrlərdən başlamış lap müasir dövrə 
qədər bir sıra görkəmli sənətkarlara aid dəyərli  əsərlərin 
müəllifıdir. Bu bir cəhətdən Mir Cəlal müəllimin Azərbaycan 
ədəbiyyatına mükəmməl bələdliyi, çox geniş erudisiyaya, maraq 
dairəsinə malik olması ilə əla- 
 
  


 
7
qədardırsa, digər tərəfdən (bəlkə də başlıca olaraq) onun yüksək 
səviyyəli  ədəbiyyat nəzəriyyəçisi olması ilə izah edilə bilər. 
Həqiqi  ədəbiyyat nəzəriyyəçisi isə milli ədəbiyyatın təkamül 
prosesini, mərhələlərini və  əlamətdar xüsusiyyətlərini dərindən, 
sistemli bilməlidir. Mir Cəlal müəllim də  məhz belə  zəngin
ensiklopedik biliyə malik çoxcəhətli alim idi. Onun namizədlik 
dissertasiyası Füzuliyə  həsr olunduğu halda, doktorluq əsəri 
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” adlanır. Bu əsərdə 
müxtəlif ədəbi metoda, müxtəlif bədii üslublara əsaslanan bir sıra 
görkəmli sənətkarın yaradıcılığı tarixin və dünyagörüşlərin 
mürəkkəb təzadları fonunda geniş  nəzəri təhlilə  cəlb edilmişdir. 
1946-cı ilin dekabrında tamamlanmış  və 1947-ci ildə  uğurla 
müdafiə olunmuş bu dissertasiya işi Mir Cəlal müəllimin kamil 
bir alim kimi formalaşma prosesinin uğurlu yekunu, nəticəsi kimi 
də qiymətləndirilə bilər. 
Məlum olduğu kimi ötən əsrin əvvəlləri, xüsusən 1905-1917-ci 
illər kiçik zaman kəsiyi olsa da, milli ədəbiyyatımızın bəlkə  ən 
qüdrətli, zəngin və mürəkkəb dövrü kimi səciyyələnə bilər. Məhz 
bu zaman təxminən minillik ədəbiyyatımızın romantik və realist 
ənənələri görünməmiş, qəribə bir təkamül və novatorluq 
zirvəsinə çataraq bütün əvvəlki  əsrlərin təcrübələrini bütün 
sonrakı zamanların  ədəbiyyatına  əmanət etdi; ədəbiyyatımızın 
gələcək nailiyyətlərinə sarsılmaz milli zəmin yaratmış oldu! XX 
əsrin  əvvəllərində milli ədəbiyyatımızın həm realist, həm də 
romantik inkişafında həlledici ideoloji-estetik keyfiyyət dəyişikliyi 
yarandı, eyni zamanda bir növ nəzəri və  əməli istiqamət 
proqramları da müəyyənləşdi. 
Məhz bu dövrün ideoloji-bədii xarakterini, mürəkkəbliklərini 
və sənət xarüqələrini sistemli və mükəm- 
 
  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə