Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə9/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   5   6   7   8   9   10   11   12   ...   108

 
27
O göylər soltanına baxır, sonra bacısına tərəf dönür, ürəyini 
dolduran ağrı və həsrət ilə belə deyir: 
“Bax, həyətdə gün çıxıb, sən ki, o günü görməyəcəksən, nəyə 
lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb, 
amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?”
1
 . 
Mirzə Cəlilin realizmində sadəlik əsas xüsusiyyətlərdəndir. O, 
sənətdə  hər cür bəzək-düzəyə, uydurmaya, qondarmaya, qeyri-
təbii hər cür “üsul” və “qaydalara” nifrət edirdi. 
L.N.Tolstoy xalq jurnalı  nəşr edənlərə  məsləhət görürdü ki
yazıları aşbazların və faytonçuların “senzurasından” keçirsinlər. 
Mirzə  Cəlil təxminən bu dərəcədə sadəlik meyarı 
götürmüşdür. Birinci dəfə o danışıq dilini, canlı dili, 
azərbaycanlıların şirin, əlvan, ahəngdar, sərbəst danışığını yazıya, 
kitaba, hətta bədii əsərə gətirmişdir. Bu dilə gülmək, danışanları 
lağa qoymaq üçün yox, bu dilin xəzinə  şəklində yatıb qalan 
məziyyətlərini meydana çıxarmaq üçün, bu dildə danışanların 
sözünün mühakiməyə, ifadəsinin məntiqə, danışıq  şəklinin 
məzmuna nə qədər uyğun olduğunu, bu dilin ahəngdar, musiqili
səlis,  şirin,  əlvan, zəngin ehtiyatlı, bünövrəli, çoxcəhətli, ruhən 
sərbəst, tarixən isə möhkəm inkişaf qanuniyyətinə, orijinallığa 
malik bir dil olduğunu göstərmək üçün gətirmişdir. 
“İki ay bundan qabaq naçalnikdən izin alıb getmişdim 
kəndimizə anamın ziyarətinə. Orada mən bir həftə qaldım. Amma 
necə qaldım. Əmoğlum Pirvərdinin bərəkətindən elə yadıma gəlir 
ki, kəndimiz behiştin bir guşəsi idi. Pirvərdi bir məharətlə yan 
tütəyi çalırdı, ki, onun çalmağına qulaq asanda mənim yemək-
içmək yadıma düşmürdü. 
Əmoğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da kürd 
çobanlarına tapşırmışdı. Bununla belə özü də həmişə qo- 
 
 
                                                 
1
 
C. Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh.35. 
 
 


 
28
 
yunlarının yanında olardı  və qeyri çobanlar kimi bu da yan 
tütəyini çalmağı adət eləmişdi. Amma Pirvərdinin çalmağı özgə 
bir çalmaq idi və çox ittifaq düşərdi ki, qonşu kəndlərdən bunun 
yan tütəyi çalmağına qulaq asmağa gələrdilər və mənim özümün 
bu çalğıya o qədər həvəsim vardı ki, daha doya bilmirdim. 
Axırda mən özüm də bir belə  eşqə düşdüm ki, özümə bir yan 
tütəyi  ələ  gətirib başlayım yavaş-yavaş çalmağa ki, bəlkə  pənah 
Allaha, mənə də elə xoşbəxtlik üz vərdi ki, mən də Pirvərdi kimi 
çalan oldum. Əmoğlum bu xəyalımı bilən kimi o öz tütəyini 
bağışladı  mənə... Tütəyi səliqə ilə basdım pambığın arasına, 
qoydum bir balaca qutuya ki, yolda arabada sınmasın və gəldim 
İrəvana. Burada mənzilimdə qutudan tütəyi çıxartdım və üst-
başımın tozunu silməmiş  və yoldan rahat olmamış, başladım 
tütəyi çalmağa. 
Amma, heyf və heyf; nə qədər püfləyirəm - tütək heç bir səs 
vərmir. Dodağımı gah belə tuturam, gah elə tuturam, gah yavıqda 
çalıram, gah bir az uzaqdan üfürürəm. Tütək ancaq körük kimi 
fısıldayır...”
1

Bu parçada ədəbi cəhətdən, sərf-nəhv cəhətdən bəlkə  də 
nöqsan tapmaq olar. Ancaq danışıq dilinin, söyləmə  və nağıl 
üslubunun təbiiliyi, sadəlik məziyyəti cəhətindən heç bir irad 
tutmaq olmaz. Cümlələrin qısalığı, mətləbin aydınlığı, danışığın 
səmimiliyi bizi alıb aparır. Biz bu söhbətə qulaq asmaqdan 
doymuruq. 
Mirzə Cəlil anasına “madər”, atasına “pədər” deyənlərə, hətta 
çörək  əvəzinə “nan” deyənlərə  qəhqəhə ilə gülürdü. Onun yad 
ünsürlərdən uzaq, təmiz, təbii, sadə dili özü dediyi kimi 
zəmanəsində bir kəşf oldu: 
“Cəmi kəmcürət savadlılarımıza “Molla Nəsrəddin” məcmuəsi 
bir nümunə və bəlkə bir dəlil və rəhnüma oldu: 
                                                 
1
  C.Məmmədquluzadə. Əsərləri, II c, Bakı, 1936, səh. 232. 
 
  


 
29
Paha. Belədəmi yazarlarmış. Bu ki, lap asan imiş. Belə mən də 
yaza bilərmişəm. Və yazdılar da”
1

Dil haqqında Mirzə Cəlilin əsas qanunu budur: elə yazmalı ki, 
kütlə başa düşsün. Bu qanun ilə yazdığı üçün ədibin həm jurnalı, 
həm bədii əsərləri mürəkkəbi qurumamış ümumxalqın mah oldu. 
Mirzə Cəlilin müxtəsər, canlı, məzmunlu, səciyyəvi hekayələri 
klassik nəsrin qiymətli inciləri olduğu kimi, komediyaları da 
dramaturgiya sənətinin əvəzsiz nümunələridir. 
Mirzə  Cəlilin komediyaları Mirzə  Fətəli məktəbini
 
yeni və 
yüksək mərhələyə qaldırmışdır. Burada müasirlik, siyasi məsələ 
və hadisələrin ön plana çəkilməsi, adamların taleyi və bu taledə 
xalqın, ölkənin taleyini ifadə  və  həll etmək meyli ilk nəzərdə 
gözə çarpır. 
Bu mənada “Anamın kitabı” pyesi bütün Azərbaycan 
dramaturgiyasında xüsusi bir yer tutur. Əgər “Ölülər”də 
vətənimizin keçmişi vərilibsə, bu əsərdə  vətənimizin gələcək 
taleyi, onun tutacağı yol, onun imkan və qüvvələri təsvir 
olunmaqdadır. 
Bu əsər siyasi məqsədləri və ümumən qayəsi etibarilə Səməd 
Vurğunun “Vaqif”i (1938) ilə  səsləşməkdədir. Buna görədir ki, 
bu  əsərə, eləcə  də Mirzə  Cəlilin o biri komediyalarına başqa 
komediyalar kimi, hətta Mirzə  Fətəli komediyaları kimi 
baxmamalıyıq. Burada qəhqəhələrdən ayılan tamaşaçının 
diqqətini çəkən, onda gələcəyə olan hiss və marağı, ümid və 
arzunu oxşayan bir qüvvə vardır. 
Təxminən  ədibin bütün komediyaları yüksək, faciyəvi və 
romantik səhnələr ilə komediya sənətinə heç də  sığışmayan 
barışmaz, ciddi və  dəhşətli münaqişələr ilə bitməkdədir. 
Qəbristanlıqda məşədi və  kərbəlayıları rüsvay edən  İsgəndərin 
ölülərə xitabən söylədiyi nitq, gözləri qəzəblə parlayan 
 
                                                 
1
 
C. Məmmədquluzadə. Əsərləri, II c, Bakı, 1936, səh. 512. 
 
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə