Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə17/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   13   14   15   16   17   18   19   20   ...   108

 
55
xırda həcmli vodevil və  səhnəciklər də yazılırdı. Realizm üçün 
çox münasib olan bədii nəsr sürətlə inkişaf edirdi. Doğrudur, çox-
çox əvvəllərdən, Füzuli zamanından belə ədəbiyyatımızda ritmik 
nəsr olmuşdur. M.F. Axundov və  İ.Qutqaşınlı kimi müəlliflərin 
tək-tək hekayələri də  məlumdur. Ancaq bir ədəbi  şəkil olaraq 
hekayə  və hekayəçilik bu zaman daha çox inkişaf etmişdir. 
Roman yazanlar da olmuşdur. Nəsrin  şəkli və növü getdikcə 
çoxalmışdı. "Molla Nəsrəddin" məcmuəsində  xırda hekayələrlə 
yanaşı "Xortdanın cəhənnəm məktubları" kimi səyahətnamə 
səpgili felyetonlar nəşr olunmuşdur. Xırda hekayə mətbuatda çox 
nəşr olunan və oxucunun hörmətini qazanan janr idi. 
Şeirdə  də ictimai məzmun,  şəkil müxtəlifliyi və  zənginliyi 
yeni keyfiyyət idi. "Molla Nəsrəddin" və "Məzəli" 
məcmuələrində  nəşr olunan, yeni ictimai məsələləri təsvir və 
tənqid edən şeirlər əksər hallarda şəkilcə də yeni və maraqlı idi. 
Böyük Sabirin qələmindən çıxan bəhri-təvillər (uzun dərya), 
taziyanələr və s. satiranın məzmununa çox uyğun və münasib 
şəkillər idi. Xırda rübabi şeirlərin özü də daha qabaqkı qəzəllərə 
bənzəmirdi. Burada da müasir insan, onun hiss və  həyəcanları 
əsas idi. Hər şeydən əvvəl rus və Avropa şairlərində olduğu kimi 
əhvalat təsvir edən kiçik süjetli şeirlər meydana çıxırdı. 
Bu mövzu zənginliyi,  şəkil  əlvanlığı  ədəbiyyatımızın 
inkişafına xidmət etməklə bərabər oxucuların maraq və zövqünə 
münasib idi. Realizm ədəbi məktəbi həm ideya, məzmun, həm də 
şəkil və üslub cəhətdən çox zaman başqa məktəblərdən seçilir və 
qüvvətli görünürdü. 
Tənqidi realizmin əsas xüsusiyyətləri nöqteyi-nəzərindən 
(həqiqətpərəstlik,  şiddətli tənqid, gülüşün üstünlüyü, məişəti 
dərindən təşrih, istibdad və mövhumatın əsas hədəf alınması, dil, 
ifadə, üslub sadəliyi və s.) böyük bir ədəbi məktəbə başçılıq edən 
qüdrətli ədib Cəlil Məmmədquluzadənin, 


 
56
Əbdürrəhimbəy Haqvərdiyevin, Mirzə  Ələkbər Sabirin, Əli 
Nəzminin yaradıcılığı dövrünün ədəbiyyatı üçün səciyyəvidir. Bu 
şəxslər XX əsrdə inqilaba qədərki və müəyyən dərəcədə  hətta 
inqilabdan sonrakı  ədəbiyyatın böyük simalarıdır. Dövrün elə 
böyük, kiçik ictimai-siyasi hadisə  və  məsələsi yoxdur ki, bu 
ədiblərin sənət aynasında bu və ya başqa dərəcədə əks olunmasın. 
Mirzə  Cəlilin realist ədəbi üslubunda mühüm ictimai 
mətləblərin müxtəsər, aydın izahı ilə bağlı olan əsas şərt sadə ana 
dilində yazmaqdan ibarət idi. Bir sıra hallarda istər mətbuatda, 
istər məktəbdə  və istərsə danışıqda qəlizləşdirilən, yaxud da 
təhrif olunaraq müxtəlif rəngə salman ədəbi dilin təmizliyi, 
saflaşması, daha doğrusu, canlı xalq dilinin fəal bir təfəkkür 
forması, ünsiyyət vasitəsi olaraq, hər yerdə  cəsarətlə  işlədilməsi 
realistlərin mühüm məramnamə  məsələlərindən biri idi. Mirzə 
Cəlil bu haqda öz fıkrini belə yazır: "Molla Nəsrəddin"də açıq 
ana dili ilə yazdığımız mətalibi onlar (oxucular - M.C.) açıqca 
başa düşdülər; elə asan vəchlə başa düşdülər ki, dəxi bu dildən 
başqa qeyri bir dil axtarmağa hacət qalmadı... Əlbəttə, bu dil ki
biz onunla "Molla Nəsrəddin"i yazırdıq, o dili biz ümum türklər 
üçün  ədəbi bir dil hesab etmək fıkrində deyildik və bu da bizə 
heç lazım deyil. Bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan 
bir dillə Azərbaycan türklərinə və bəlkə də sairə türklərə asan bir 
dillə yetirmək idi. Və zənn edirəm ki, yetirdik də... Çün, hərənin 
bir məqsədi və  şüarı olan kimi bizim də  şüarınız dil yaratmaq 
deyildi, ancaq dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə 
ona yetirmək idi"
1

Buna görə  də canlı dil, danışıq dili, həyat dili molla 
nəsrəddinçilərin, xüsusilə Mirzə  Cəlilin  əsas üslub xüsusiyyəti 
idi. 
 
                                                 
1
 
 C.Məmmədquluzadə. Əsərləri, II c, Bakı. 1936, səh.511-512. 
 


 
57
Böyük rus ədibi L.N.Tolstoy xalq jurnalı naşirlərinə məsləhət 
görürdü ki, əl yazılarını sadə oxuculara göstərsinlər. Onların 
mülahizəsindən sonra çap etsinlər: "Əgər xalq jurnalı  həqiqətən 
xalq jurnalı olmaq istəyirsə, o aydın və anlaşıqlı olmağa 
çalışmalıdır... Buna nail olmaq isə  çətin deyildir. Bütün 
məqalələri dalandarların, faytonçuların və ev arvadlarının 
"senzurasından" keçirmək kifayətdir. Əgər bu oxucular bir sözdə 
də "anlamadım" deyə dayanmırsa, məqalə gözəldir.  Əgər bu 
adamlardan biri oxuduğunu danışa, söyləyə bilmirsə məqalə heç 
nəyə yaramaz..."
1

L.Tolstoyun fıkirləri ilə Mirzə  Cəlilin çıxardığı jurnalın dili 
haqqındakı məramnaməsini müqayisə edəndə nə qədər uyğunluq 
və yaxınlıq hiss olunur. Mirzə  Cəlilin də  fıkri belə idi: yazının 
dili o qədər sadə, o qədər aydın vərilməlidir ki, onu hamballar, 
nökərlər,  əsnafın  ən aşağı  təbəqəsi başa düşə bilsin. Nəinki 
jurnalı, özünün bir çox hekayələrini də Mirzə Cəlil bu məqsədlə 
nəzərdə tutaraq, tamam sadə danışıq dili ilə yazırdı. 
Azərbaycan  ədəbiyyatında tarixi bir dönüş  və irəliyə doğru 
yeni bir addım olan bu realizmə ona görə tənqidi realizm deyilir 
ki, tənqid bu üslubun başlıca xüsusiyyəti idi. Köhnə  cəmiyyətin 
əsrlər boyu davam edən feodal-patriarxal münasibətlərini yıxıb 
dağıtmaq, insanların hərəkətini,  şüurunu sustaldan bütün dini, 
siyasi ehkamları  rədd etmək bu üslub sahiblərinin böyük, tarixi 
vəzifəsi və xidməti idi. Avam camaat birinci dəfə mollanın, 
müctəhidin, yaxud "yer üzündə allahın gölgəsi" sayılan padşahın 
tənqid olunduğunu, qəzet və jurnalların bu haqda cəsarətlə 
yazdığını görəndə bir müddət heyran qalır, xof və  şübhə ilə 
düşünürdülərsə, çox çəkmədən həqiqəti dərk edir, ictimai aləmdə 
əmələ  gələn təbəddülatı anlamağa başlayırdılar. "Molla 
Nəsrəddin" dediyi kimi jurnal 
 
                                                 
1
L.N.Tolstoy. Poln. sob soç., XIII c, Moskva, 1913, səh.226-227. 
  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə