Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə18/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   14   15   16   17   18   19   20   21   ...   108

 
58
vərəqlərini samovar alışığı etsələr də, gözlənən bir məqam gəlib 
çatacaq və bu vərəqlərə ayrı cür baxılacaq idi. Buna həmin 
ədiblər möhkəm inanırdılar. "Bunu da bilirik ki, ey mollalar, 
günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir 
və keçəl-küçəl qardaşlarını dostu ilə düşmənini tanıyıb, haman 
yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar... daha dalısını 
demirəm"
1
.Tarix göstərdi ki, demokrat, maarifçi, realist 
yazıçıların əsərləri kütlələrin zülm və əsarətə, din və mövhumata 
qarşı mübarizəsində, onların oyanmasında, siyasi həyata 
hazırlanmasında çox mühüm iş görmüşdür. Realistlərin başladığı 
tənqid doğru, haqlı və mahiyyət etibarilə oyadıcı tənqid idi. 
Ancaq bunların hamısı ilə  bərabər XX əsr tənqidi 
realizmindəki birtərəfliliyi, məhdudluğu və aludəçiliyi də 
unutmaq olmaz. Bu üslubda yazanlar, o cümlədən 
C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, M.Ə.Sabir daha çox 
həyatın mənfi səhnələrini, mənfı adamlarını qələmə almağa meyl 
edirdilər. Köhnə dünyaya, çara, mülkədara və tüfeyli ruhanilərə 
qarşı mübarizə aparanların fəaliyyətini kifayət qədər  əks 
etdirmirdilər. Onlar tənqidə, satira və kinayəyə o qədər aludə 
olmuşdular ki, içərisində olduqdarı  həyatın, iştirak etdikləri 
siyasi-ictimai intibahın müsbət adamlarının və hadisələrinin 
təsvirini bir zərurət kimi hiss etmirdilər. 
 
                                                 
1
 
 
"Molla Nəsrəddin", 1906, №4, səh.4.
 
 


 
59
 
 
 
 
Cəlil   Məmmədquluzadə 
 
(1869-1932) 
 
Tərcümeyi-halı 
 
Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) böyük bir ədəbi 
məktəb yaratmış, Azərbaycan ədəbiyyatında yeni bir çığır açmış 
ədibdir. O, 1869-cu ildə Naxçıvanda doğulmuş, 1887-ci ildə Qori 
müəllimlər seminariyasını bitirib 10 il müəllimlik etmişdir. 
1898-ci ildə  ədib  İrəvana köçmüş, orada mütərcimlik və 
vəkillik etmişdir. Sonra xoşuna gəlmədiyindən bu işdən  əl 
çəkmiş, xırda hekayələr yazmağa başlamışdır. "Danabaş kəndinin 
əhvalatları" bu dövrin məhsuludur. Birinci mətbu əsəri olan "Poçt 
qutusu" hekayəsini ilk dəfə  "Şərqi-Rus" (1903) qəzetinin 
mühərriri Məhəmmədağa Şahtaxtlıya oxumuşdur. Məhəmmədağa 
Şahtaxtlı  həmin hekayəni bəyənib müəllifı daha da 
həvəsləndirmiş, onu öz qəzetində işə çağırmışdır. 
C.Məmmədquluzadə 1904-cü ildən "Şərqi-Rus" qəzetində 
mühərrirliyə başlamışdır. 1906-cı il aprel ayının 7(20)-dən 
məşhur "Molla Nəsrəddin" məcmuəsini nəşr etdirmişdir. 


 
60
Ədib  əvvəl "Novruz" adlı bir qəzet nəşr etdirmək fikrində 
olmuşdur. Senzura buna icazə verinəmişdir
1
. "Şərqi-Rus" qəzeti 
bağlandıqdan sonra C.Məmmədquluzadə "Qeyrət" mətbəəsini 
təşkil edərək, bir sıra müəlliflərin kitablarını nəşr etdirir. 
İlk nömrələrindən etibarən "Molla Nəsrəddin" jurnalı bütün 
Yaxın  Şərqdə  şöhrət qazanır, bir çox gözüaçıq  ədib,  şair və 
mühərrirlərin məcmuə  ətrafında toplanmasına səbəb olur. Əvvəl 
Tiflisdə, sonra bir müddət Təbrizdə  və  nəhayət, Bakıda nəşr 
olunan, təxminən 25 ilə yaxın ömür sürən (1906-1931) "Molla 
Nəsrəddin" jurnalı  ədibin ictimai fəaliyyətində, eləcə  də bütün 
Azərbaycan mətbuatı tarixində görkəmli yer tutur. 
C.Məmmədquluzadə mühərrirliklə yanaşı hekayəçilik və 
dramaturgiya fəaliyyətini də davam etdirirdi. "Ölülər", "Danabaş 
kəndinin məktəbi", "Anamın kitabı", "Dəli yığıncağı"  ədibin  ən 
mühüm səhnə  əsərlərindəndir. Bu əsərlər uzun müddət yalnız 
Azərbaycanda deyil, bütün başqa müsəlman  şəhərlərində  də 
oynanılmışdır. C.Məmmədquluzadənin hekayələri dönə-dönə 
nəşr edilmişdir.  Əsərləri qonşu xalqların dillərinə  tərcümə 
olunmuşdur. 
 
 
Mirzə Cəlil məktəbi 
 
Mirzə  Fətəli Axundovdan sonra Azərbaycan  ədəbiyyatının, 
mədəniyyətinin və ümumiyyətlə ictimai inkişafı tarixnin ən 
böyük siması  məhz Cəlil Məmmədquluzadədir. Mirzə  Cəlilin 
ədəbi-ictimai fəaliyyəti o qədər geniş, o qədər zəngindir ki, hələ 
onun sağlığında belə öz təsirini bütün yaxın 
 
                                                 
1
 
"Həyat" qəzetinin səhifələrində oxuyuruq: "Cəlil Məmmədquluzadənin 
Tiflisdə "Novruz" adlı  qəzet nəşr etmək ricasını Qafqaz canişini qəbul etmədi", 
1905, №76, səh.3 
 


 
61
Şərqdə göstərmişdir. Müsəlman  Şərqində, daha doğrusu, 
Azərbaycan dili anlaşılan bütün ölkələrdə elə bir yer yoxdur ki, 
Cəlil Məmmədquluzadəni bu və ya başqa dərəcədə tanımasınlar. 
Onun fəaliyyəti coğrafı hüdud tanımadığı kimi, zaman 
məhdudiyyəti də tanımır. "Molla Nəsrəddin" elə bir həqiqət və 
intibah kitabıdır ki, onu açan hər bir şüurlu oxucu, müəllifin 
böyüklüyünə və cəsarətinə valeh olacaqdır. Azərbaycan xalqının 
oyanmasında,  əsrlərcə feodal zülm və zülmətində yaşayan 
kütlələrin əsarətdən, "ölülər" aləmindən qurtulmasında, tərəqqi və 
səadət yoluna düşməsində, maarif və  mədəniyyətin təbliğində 
"Molla Nəsrəddin"dən böyük iş görən ikinci bir qəzet və məcmuə 
göstərmək çətindir. Elə buna görə  də Azərbaycan xalqı "Molla 
Nəsrəddin" məcmuəsinin və onun fədakar təşkilatçısı  Cəlil 
Məmmədquluzadənin adını həmişə uca tutmuş, hörmət və izzətlə 
yad etmiş və etməkdədir. 
Eynilə  də  bədii yaradıcılıq sahəsində yeni ədəbiyyatın 
istiqamətini düşünərkən Cəlil Məmmədquluzadə bütün əzəməti 
ilə  nəzərimizdə canlanır. Saray ədəbiyyatına, məclis, mey-məzə 
ədəbiyyatına qarşı  həyat və mübarizə  ədəbiyyatının, xalqın 
tərəqqi, yüksəlmək meyllərindən doğan və bu meylləri ifadə edən 
tənqidi realizmin inkişaf etdirilməsində, həyat və  məişətimizin 
əlvan lövhələrinin  ətraflı  və  cəsarətlə  ədəbiyyata gətirilməsində, 
xalq zəka və yumorunun inkişafında, təbiilik, sadəlik və 
həqiqətpərəstliyin bədii bir meyar kimi qalib gəlməsində, Sabir 
qələminin canlanınasında, Sabir ənənələrinin güclənməsində 
Azərbaycan  ədəbiyyatı tarixi hər kəsdən  əvvəl Cəlil 
Məmmədquluzadəyə minnətdardır. 
Cəlil Məmmədquluzadənin yaratdığı "Molla Nəsrəddin" 
məcmuəsi Azərbaycanda xalq hərəkatının məna və ruhunu ifadə 
edən  ən nüfuzlu bir mətbuat olaraq tanınmışdı. Bu məcmuədə 
mütləqiyyətə, irticaçılara qarşı  ən kəskin satiralar, həcvlər, 
taziyanələr yazılırdı. 1906-1911-ci illərdə "Molla 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə