Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə14/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   10   11   12   13   14   15   16   17   ...   108

 
44
Bu zaman qabaqcıl yazıçılar qarşısında böyük çətinliklər 
dururdu. Azərbaycan hələ də müstəmləkə idi. Çar zülmü daha da 
şiddətlənmişdi. Mövhumat hökm sürürdü. Bunlar hələ yeniliyin, 
açıq düşüncə və mühakimənin, yaradıcı fıkir və hissin, ümumən 
intibah mədəniyyət tədbirlərinin önünə sədd çəkirdi. 
Lakin o dövrün təlatümlü siyasi-ictimai vəziyyəti, hadisələri 
böyük mənəvi təbəddülata, oyanışa səbəb oldu. Gözüaçıq 
adamlar öz məhdud məişət mənafelərindən kənara çıxıb, vətənin 
ümumi həyatı ilə  tənəffüs etməyə, öz hüquqsuzluqlarının  əsl 
səbəblərini dərk etməyə başladılar, öz fıkirlərini, hisslərini 
deməyə cəsarətləndilər. Cəlil Məmmədqulüzadə öz xatirələrində 
bu hadisələrdən bəhs edərək belə yazır: “Qələm azadlığı o yerə 
çatdı ki, bir gün bazarda qəzet satan uşaqları “Kukureku” çığıra-
çığıra  şəkilli bir jurnalı satan gördüm. Bu jurnal rus dilində çap 
olunurdu. Adı “Kukureku” idi... Bir nömrəsində bir xoruz şəkli 
çəkilmişdi. Xoruzun başı  əsrin padşahı Nikolayın başı idi... 
Haman jurnal nömrəsi mənim üçün xeyli bir qiymətli yadigardır. 
Xudaya, yuxudurmu bu, ya eyni həqiqətdir?! Padşahı da 
mümkün imiş lağa qoymaq və onu xoruz şəklinə salıb, dünyaya 
nəşr etmək? 
Şəkli alıb qaçdım yoldaşımın yanına. 
- Faiq hələ durmusan? Məgər durmalı əsrdir? ... Burada əsrin 
allahını  şəkillərdə  çəkirlər, onu xoruza oxşadırlar, amma bizi 
indiyədək qoymuyublar ki, nəinki padşahın  şəklini çəkək, 
qoymuyublar onun ismini dua və sənasız zikr edək. İndi padşaha 
istehza edirlər, amma indiyədək bizi qoymuyublar bir dərvişin 
hoqqabazlığını  tənqid edək, mərsiyə xanın lotuluğunu tənqid 
edək, qoymuyublar başımızın üstünü kəsən minlərcə 
zorbazorların zülmlərindən bəhs edək, qoymuyublar islam 
millətini çürüdən və çürütməkdə olan milyonlarca müf- 
 
  


 
45
sid həşəratların eyblərini açıb camaatı mütənəbbeh edək. Amma 
... bu nədir, əsrin padşahını gör nə günə salıblar!”
1
 
Hamı azadlığa eyni dərəcədə  həris və möhtac idi. Amma bu 
məfhumu hamı eyni şəkildə və məzmunda düşünmürdü. Xüsusilə 
ədəbiyyat aləmində söz və mətbuat azadlığı ilə əlaqədar bir sıra 
nöqteyi-nəzərlər gözə çarpmaqda idi. İstər mərkəzdə  və istərsə 
əyalətlərdə onlarla qəzet nəşr olunmaqda idi. Bu zaman əmələ 
gələn qruplaşmalar, fıkir ixtilafları, tərəddüdlər adi bir hal idi. 
Hər  şeydən  əvvəl osmanlıçılıq təbliğatının qüvvətləndiyini 
qeyd etmək lazımdır. Çünki yerli burjuaziya inqilabı, 
Türkiyədəki hərəkat ilə müqayisə edirdi. Bütün islahatı  həmin 
şəklə salmaq istəyirdi. Hacı Zeynalabdin Tağıyevin,  İsabəy 
Aşurbəyovun maddi köməyi ilə  nəşri başlanan "Füyuzat" və 
"Şəlalə" məcmuələri yeni dirçəlməkdə olan Azərbaycan sənaye 
burjuaziyasının orqanı idi. Bu məcmuələr hər cəhətdən İstanbula 
əsaslanaraq osmanlı ruhu, dili, üslubu ilə yazırdılar. 
Türkiyə-İtaliya müharibəsi (1911-1912), Trablisin italyanlar 
tərəfindən fəthi ilə  əlaqədar olaraq, bu cərəyan təəssübkeş bir 
rəng almış, dərinləşmişdi. Azərbaycan burjuaziyası bu 
müharibədə türklərin tərəfində durmaqla, onlara əlindən gələn 
köməyi əsirgəmirdi. Azərbaycanda türklər üçün ianə yığılır, türk 
qaçqınları himayə  və  təmin olunurdu. Hətta bu sahədə az səy 
göstərməyən dövlətlilərdən Musa Nağıyevə və Hacı Zeynalabdin 
Tağıyevə Türkiyə hökuməti tərəfindən mükafat olaraq medal 
göndərilmişdi. 
Məktəblərdə 
tədris-tərbiyə 
vəsaiti olaraq, Türkiyə 
kitablarından istifadə olunurdu. Kitabxanaların  əsas fondu 
İstanbul kitabları idi. İstanbuldan gəlmiş müəllimlər nüfuz sahibi 
idi- 
     
  
                                                 
1
 
C.MəmmədquIuzadə. Əsərləri, II c, Bakı, 1936, səh. 95. 
 
 


 
46
lər. Ali təhsil və  hərbi ixtisas həvəsində olan varlı balalarının 
çoxu İstanbula oxumağa gedirdi. 
Mirzə  Məhəmməd Axundov, Cəlal Yusifzadə,  Əlipaşa 
Hüseynzadə, Səməd Mənsur və bir çox şairlər az və ya çox 
dərəcədə türkçülük təsirinə qapılmışdılar. 
Keçmişlə bağlı olan bir ədəbi qrup da müsəlman-fars təsiri 
altında yaşayan və yazan yazıçılar idi. Bunlar əksəriyyətlə ruhani 
ailəsindən çıxmış, müsəlman dünyasında tərbiyələnmiş adamlar 
idilər. Bunları  sıx birləşdirən cəhət islam dini, keçmiş 
müstəmləkə  həyatının mürtəce  ənənələri idi. Əgər osmanlı 
tərəfdarları  İstanbula üz çevirirdilərsə, bunlar "islam 
mərkəzlərinə": Bağdada, Tehrana, Nəcəful-Əşrəfə, Məşhədə 
yönəlmişdilər. Osmanlı  tərəfdarlarında türkçülük əsas idisə
bunlarda islamçılıq  əsas idi. Onlar türk tarixinə müraciət edir, 
türk xaqan və paşalarının fütuhatı ilə ilhamlanırdılarsa, bunlar 
islam tarixi ilə  fəxr edirdilər.  Ərəb və fars müsəlman  ədib və 
şairlərinin  əsərlərini idealizə edirdilər. Bunlar Şərq ölkələrinin, 
xüsusilə Azərbaycanın geridə qalması  səbəbini bu ölkələrdə 
islam dini ehkamının layiqincə yerinə yetirilməməsində, təhrif 
edilməsində görürdülər. Nicatı geriyə, islama qayıtmaqda 
axtarırdılar. Ona görə  də dini ehkamları    müasirləşdirınək, 
dəyişdirib yenidən işə salmaq istəyirdilər. 
Bu ədəbiyyatçıların fəaliyyətində tərcümə mühüm yer tuturdu. 
Məşhur Bakı qazısı Mir Məhəmməd Kərim quranı Azərbaycan 
dilinə  tərcümə etmişdi. O, məşhur  ərəb  ədibi Cürci Zeydanın 
islam tarixini əhatə edən silsilə romanlarını ("Üzərai-Qüreyş", 
"Kərbəla yanğısı", "Ərınanusa", "17 Ramazan") tərcümə etmiş, 
dini hədisləri  şərh və  təbliq edən bir sıra kitabçalar buraxmışdı. 
Mirzə Sadıq ibn Molla Süleyman Bad-kubəyi "Bəhrül-Həqaiq" 
adı ilə "Gülüstan"ın şərhini nəşr etmişdi. 
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə