Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə12/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   8   9   10   11   12   13   14   15   ...   108

 
37
 
müddət yaşaya bilmir, 1908-ci ildə oktyabrın 7-də qapanır. Sonra 
Haşım bəy “İttifaq” qəzetini nəşr edir. Bu qəzet də 1909-cu ildə 
bağlanmışdır. Həmin ildə o, “Səda” qəzetini nəşrə başlamışdır. 
Bu qəzet Haşım bəyin nəşr etdiyi mətbuat içərisində  ən çox 
yayılanlardandır. 
1911-ci ildə Bakıdakı bir çox mühərrirlərlə bərabər Haşım bəy 
Vəzirov da həbs olunur. Sonra həbsdən çıxmağa müvəffəq olur. 
“Səda” qəzeti qapandıqdan sonra “Qafqazist” adlı bir rus 
qəzetini, “Sədayi-vətən”, “Sədayi-həqq”, nəhayət, “Sədayi-
Qafqaz” qəzetlərini nəşr edir. Bu axırıncı  qəzet 180 nömrə 
çıxdıqdan sonra hökümət tərəfindən rəsmən qapanmışdır. Haşım 
bəy məşhur məzhəkə jurnalı olan “Məzəli”nin də mühərriri idi. 
Bu jurnal “Molla Nəsrəddin”dən sonra mətbuat tarixində  ən 
görkəmli məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin 
bir qələm ilə əks olunur. 
“Məzəli” yalnız ümumi məsələlərdən yox, ölkənin daxili 
vəziyyətindən,  şəhər həyatından da bəhs edirdi. Burada köhnə 
pərəstlər, avamlar, maarif və  mədəniyyət düşmənləri
rüşvətxorlar, yalançı ruhanilər  şiddətlə  tənqid olunurdular. 
“Məzəli”də Əli Nəzmi, M.S.Ordubadi, Əliağa Vahid, Cənnəti və 
s. qüvvətli qələm sahibləri iştirak edirdilər. 
Haşım bəy Vəzirov həm də yaxşı bir yazıçı idi. O, “Döymə 
qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil”, “Xan-xan” 
adlı komediyalar yazmışdır. Bu komediyalarında köhnə adətlərə, 
ailə-məişət məsələlərində  xəstə  əhvali-ruhiyyələrə gülmüşdür. 
Haşım bəyin rus dilindən bir neçə tərcüməsi də vardır. Bunların 
içərisində  Şekspirin məşhur  əsəri “Otello”nun tərcüməsini 
göstərınək olar. 
“Dəbistan” (1906-1907), “Rəhbər” (1906), “Məktəb” (1911-
1918) isə  tərbiyə  və  məktəb məsələlərindən bəhs edən pedaqoji 
məcmuələr idi. Burada sadə dildə  şeirlər, hekayələr, nağıllar, 
məsəllər çap olunurdu. S.S.Axundovun “Qorxulu nağıllar”ı, bir 
sıra müəlliflərin (A.Şaiq, M.A.Əli- 
 


 
38
  
yev,  Ə.M.Mustafayev və b.) yazdığı “Gülməli nağıllar” bu 
nəşrlərin ən faydalı yazılarındandır. 
Vaxtilə ancaq Tiflisdə olduqca məhdud miqdar və tirajla 
Azərbaycan dilində kitabçalar buraxılırdısa, indi Bakıda 
mükəmməl və güclü Azərbaycan mətbəələri düzəlmişdi. Tarixə, 
ədəbiyyata, coğrafiyaya, hifzi-səhiyyəyə  və elmin başqa 
sahələrinə aid kitabçalar buraxılırdı. Rus ədəbiyyatından 
(A.S.Puşkin, L.N.Tolstoy, M.Qorki) tərcümələr olunurdu. 
Gözüaçıq, mütəşəbbüs  ədiblər, mühərrirlər  əldə olan maddi və 
mənəvi imkanlardan geniş istifadə edir, ədəbiyyatımızın  əsas 
əsərlərini nəşrə çalışırdılar. 
 
2. Maarif 
 
1905-ci ildən sonra mətbuatla yanaşı maarif ocaqlarının da 
sayı artmağa başlamışdı. Köhnə molla məktəblərində
mədrəsələrdə sürətlə islahat başlanmışdı.  Şəriət, din dərsləri ilə 
yanaşı, dünyəvi, təcrübi elmlər təlim olunurdu. “Üsuli-cədid” 
deyilən yeni Avropa sistemli məktəblər açılırdı. 
1887-ci ildə Bakıda birinci rus-tatar, yəni rus-Azərbaycan 
məktəbi açılmışdı. Burada 42 nəfər  şagird var idi. 1913-cü ildə 
isə Bakıda 9 rus-Azərbaycan məktəbi, 8 rus-Azərbaycan qız 
məktəbi və bir 6 sinifli məktəb var idi. Burada azərbaycanlı 
balalarından 2249 nəfər  şagird oxuyurdu. Bunlardan 337 nəfəri 
Azərbaycan qızları idi. 
Aydındır ki, bu məktəblər xalqın maarifə olan həvəsini 
ödəmək imkanından çox-çox uzaq idi. Çünki bu zaman Bakıda 
10 deyil, 20 Azərbaycan məktəbi açılsa da, yenə şagird tapılardı. 
Məktəblər proqram və müəllim qüvvələri cəhətindən də nisbətən 
möhkəmlənmişdi. 1913-cü ildə Bakıda 55 nəfər azərbaycanlı 
müəllim, 15 nəfər müəllimə var idi. Məktəblərdə ana dili mühüm 
dərslər sırasına keçmişdi. Azərbaycanca ilk əlifba kitabının 
(“Vətən dili”) 7-ci və mükəmməl nəşri 
 


 
39
  
1910-cu ildə buraxılmışdı. Yeni nəsil M.F.Axundovun, 
M.P.Vaqifin, S.Ə.Şirvaninin və başqa görkəmli sənətkarların 
əsərlərindən nümunələrlə tanış olurdu. 
1906-cı ildə birinci dəfə olaraq Azərbaycan müəllimlərinin 
Bakıda yığıncağı oldu. Burada məktəb, dərs, tədris proqramı 
məsələlərindən başqa, məktəb  şagirdlərinin ictimai-tərbiyəvi 
məsələsi də müzakirəyə qoyuldu. Məktəblilər və müəllimlər 
böyük mədəni-ictimai məsələlərdə, M.F.Axundovun, 
A.S.Puşkinin, L.N.Tolstoyun yubileylərini keçirmək işində 
cəmiyyəti-xeyriyyələrin tədbirlərində  fəal iştirak edirdilər. 
Mədəhi-maarifə  və ictimai işlərə xidmət edən “Nəşri-maarif”, 
“Cəmiyyəti-xeyriyyə”, “Nicat” və s. cəmiyyətlər düzəlirdi. 
Uşaqların təlim-tərbiyəsi, hazırlıqlı müasir gənclərin 
yetişdirilməsi hər kəsi düşündürən ümumi və  zəruri bir məsələ 
sayılırdı. 
1905-1906-cı illərdə  mətbuatda (“Həyat” və “Molla 
Nəsrəddin”) “Bizə hansı elmlər lazımdır” mövzusunda 
genişlənən mübahisə maarif, məktəb və elm məsələsinin nə qədər 
mühüm olduğunu göstərdi. Bakılı Axund Əbutürab bu sərlövhə 
altında yazdığı  məqaləsində  məktəblərin müsəlmanlıqdan, 
şəriətdən uzaqlaşdığını, təbiət, hesab, tibb, həndəsə  və bu kimi 
dünyəvi elmlərin rəvac tapdığını göstərib, təəssüf edirdi. “Əgər 
bir şəxs tamam ülumi-riyazi və hikməti-təbii təhsilində ömür sərf 
edə, müəllimi-əvvəl Ərəstətalis (Ərəs-mü - M.C.) məqamını dərk 
edə,  əlbəttə, tərəqqi-übudiyyətə, həqqi-təəlaya alim və arif 
olmayacaq və insaniyyət və  mədəniyyət  şəhrinə daxil 
olmayacaq... Elmi-hesabda kamil olmaqla insan olmaq olmaz. 
Bəlkə insan elmi-dəyanəti və şəriəti bilib, öz nəfsi ilə mühasibə 
edib,  əmali-xeyriyyə  və  əmali-şəriyyəsini mizani-şərilən vəzn 
edib xeyrini artırır və şərdən münəzzeh və mübərra olmaqla insan 
olur”. 
Əli bəy Hüseynzadə, xüsusilə Cəlil Məmmədquluzadə Axund 
Əbutürabın bu mühafızəkar fıkrinə qarşı  çıxmışdır.  Əli bəy din 
elmlərinin lüzumunu inkar etmir, ancaq təbiət 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə