Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə13/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   9   10   11   12   13   14   15   16   ...   108

 
40
 
  
elmlərini ilk plana çəkir, öz fikrini Axund Əbutürab kimi quran 
və şəriət ilə, dinin öz ehkamı ilə isbata çalışırdı. 
Bu məsələlərdə  əsl demokratik cəbhədə dayanan Cəlil 
Məmmədquluzadə isə Axund Əbutürabı  və onun görüşlərini 
kəskin tənqid edirdi. O, məşhur “İbrahimbəyin 
səyahətnaməsi”ndə  təsvir olunan cəhalət, mövhumat aləmi ilə 
Axund  Əbutürabın görüşləri arasındakı eyniyyəti görürdü və 
məqaləsini belə bitirirdi: “Mordəənd vəli zində, zindəənd vəli 
mordə”
1

 
3. Teatr-musiqi 
 
Teatr yalnız Bakıda deyil, bütün ölkədə  zəruri bir ictimai-
mədəni müəssisə kimi hörmət qazanırdı. Nəcəfbəy Vəzirov, Cəlil 
Məmmədquluzadə, 
Əbdürrəhimbəy Haqvərdiyev, Üzeyir 
Hacıbəyov kimi ədiblər səhnənin tələblərini ödəməyi vətəndaş 
borcu bilir, müstəsna bir ciddi-cəhd ilə yeni-yeni əsərlər 
yazırdılar. “Hacı Qara”, “Müsibəti-Fəxrəddin”, “Dağılan tifaq”, 
“Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Ölülər”, “Arşın mal 
alan”, “Məşədi  İbad” teatrların repertuarından düşməyən  əsərlər 
idi. 
Bu zaman teatr yetkin və peşəkar, istedadlı aktyorlar 
yetişdirmişdi. Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa 
Əliyev, Sidqi Ruhulla və başqaları artıq tanınmış aktyorlar idilər. 
Teatrın təsir dairəsi vətəndən çox-çox uzaqlara qədər yayılmışdı. 
Səyyar aktyor dəstələri İranın böyük şəhərlərində, Orta Asiyada, 
Dağıstanda, Gürcüstanda və Tatarıstanda, Volqaboyunda tez-tez 
tamaşalar verirdilər
2

 
 
                                                 
1
 
“Molla Nəsrəddin”, 1906, № 8, səh.7.
 
2
 
Bu haqda bax: Ə.Haqverdiyev “Azərbaycanda türk teatrı” /Əlyazması/. Ədəbiyyat 
İnstitutunun əlyazmaları şöbəsi, inv.6070
 


 
41
 
 İnqilaba qədər gizli çalışan “Nicat” cəmiyyəti teatr işini 
genişləndirmişdi. Bununla yanaşı “Səfa” cəmiyyəti də aktyor 
dəstəsi saxlayırdı. Azərbaycanın peşəkar aktyor dəstələri təşkil 
edilmiş, bina, paltar və s. cəhətdən mühüm işlər görülmüşdü. 
1908-ci ildə Ü.Hacıbəyovun “Leyli və  Məcnun”  əsərinin 
tamaşası ilə Azərbaycan teatrı tarixində opera sənətinin binası 
qoyuldu. Onun ardınca “Əsli və  Kərəm”, “Şah Abbas və 
Xurşidbanu”, “Rüstəm və Söhrab” və s. əsərlər meydana çıxdı. 
Mətbuat teatrın həm yayılmasına, camaata çatmasına, həm də 
onun qarşısında duran vəzifələri aydınlaşdırmağa kömək edirdi. 
Bakıda dörd artist dəstəsi (rus-Azərbaycan) çalışırdı ki, bunlar 
növbə ilə Tağıyev (indiki Ş.Qurbanov adına Azərbaycan Dövlət 
Musiqili Komediya Teatrı) və Mayılov (indiki Azərbaycan 
Dövlət Akademik Opera və Balet Teatrı) teatırlarının binasında 
tamaşa verirdilər. 
Azərbaycan artistləri ölkə xaricində  də böyük hörmət 
qazanmışdılar. Yaxın Şərq ölkələrinin heç birində teatr bu sürətlə 
inkişaf etməmişdi. Azərbaycan artistlərini  İranda həmişə böyük 
şadlıq və  fərəhlə qarşılamışlar. Türkiyədə  çıxan “Tamaşa” 
məcmuəsi Azərbaycan teatrının inkişafına qibtə edərək yazırdı: 
“Qafqaziyada türk (Azərbaycan - M.C.) qadını səhnədə tamaşada 
iştirak ediyor və namusundan heç bir şey qeyb etmiyor. 
Məşhurlarının rəsmləri kart-postal olaraq satılıyor"
1

Orta Asiyada Mərv, Aşqabad kimi şəhərlərdə  də 
azərbaycanlılar tamaşalar verirdilər. 
Azərbaycan mədəniyyətində sevincli və iftixara səbəb olan 
məsələlərdən biri milli musiqinin böyük inkişafı idi. Üzeyir 
Hacıbəyov kimi istedadlı bir musiqi xadiminin yetişməsi 
nəticəsində Azərbaycan xalqının musiqi mədəniyyəti 
 
                                                 
1
 
  “Tamaşa” məcmuəsi. İstambul, 1918, №7. 
 
 


 
42
 
 
zənginləşdi. Onun “Leyli və Məcnun” operası, “Arşın mal alan” 
və “Məşədi İbad” operettaları bu gün də yaşayan əsərlərdir. 
Hələ 1913-1914-cü illərdə Ü.Hacıbəyovun “Arşın mal alan” 
operettasının şöhrəti bütün Yaxın Şərqə yayılmışdı. Hətta Parisdə 
tamaşaya qoyulması, bu əsərin bütün dünyada nə  qədər böyük 
maraq oyatdığını sübut edir. Ü.Hacıbəyovdan başqa Müslüm 
Maqomayev (“Şah  İsmayıl”), Məşədi Cəmil  Əmirov (“Namuslu 
qız”) kimi musiqi xadimlərini də göstərmək olar. 
 
4. Rəssamlıq və memarlıq 
 
Diqqətəlayiq hadisələrdən biri də “Molla Nəsrəddin” 
məcmuəsi ilə  əlaqədar böyük sürətlə inkişaf edən rəssamlıq 
sənətidir. İstedadlı rəssamlar olan K.Rotter və O.Şmerlinq, bir az 
sonra isə  Əzim  Əzimzadə (1880-1943) jurnal səhifələrində öz 
sənətlərini müvəffəqiyyətlə nümayiş etdirirdilər. Ə.Əzimzadənin 
hər bir əsəri, hər karikaturası xalq ilə, kütlə ilə danışan canlı 
insan, ona müəyyən ictimai yaraları göstərən yeni bir təbib idi. 
Əzimzadə (yalnız “Molla Nəsrəddin”də deyil, “Kəlniyyət”, 
“Tuti”, “Babayi-Əmir” və “Məzəli” məcmuələrində də işləmişdir. 
Qüvvətli bir istedad sahibi olan Bəhruz Kəngərli də (1898-1922) 
realist rəssam idi. O, Azərbaycanda ilk dəfə olaraq realist 
mənzərələr yaratmışdır. Onun əsərlərində yerli kolorit güclüdür. 
Rəssamın “Qaçqınlar”, “Yatmış  uşaqlar” adlı  təsvirləri çox 
mənalı və qiymətlidir. 
Həyatında  şairliyə  də, rəssamlığa da eyni dərəcədə meyl 
göstərən və XX əsrin  əvvəllərinə  qədər yaşayıb yaradan Mir 
Möhsün Nəvvab (1831-1918) də maraqlı şəxsiyyətdir. Nəvvabın 
yaratdığı  Şərq koloritli kitab haşiyələri rəssamlıq tarixində 
yaşayacaq əsərlərdir. 
 
  


 
43
Memarlıq sahəsində  də yeni təşəbbüslər görülməkdə idi. 
Keçmiş  “İsmailiyyə”nin (indiki Elmlər Akademiyası binası) və 
indiki opera teatrı binasının tikilməsi, Bakıda bir sıra qiymətli 
memarlıq tikintilərinin  əmələ  gəlməsi, ölkədə köhnə  Şərq 
memarlığının nüfuzdan düşdüyünü, yeni Avropa üslubunda olan 
imarətlərə güclü meyl oyandığını göstərirdi. Ancaq bu meyl hələ 
lazımınca müəyyənləşməmişdi. Bakı varlılarının Rusiya, İtaliya 
və ya Fransadan çağırdıqları memarlar qismən öz arzularına və 
qismən sahibkarın zövqünə uyğun binalar tikirdilər. Buna görə də 
yeni tikintilərdə həm Şərq əlamətlərini saxlayan, həm də yeniləri 
təqlid ilə yaranan eklektik bir üslub gözə çarpmaqda idi. Gəncə, 
Şuşa və başqa  şəhərlər də yeni bir sima alırdı.  Şəhərlər qapalı 
evləri,  əndərunlu həyətləri, minarəli məscidləri, karvansaraları, 
örtülü şeytanbazarları, alvər meydanları, xan sarayları ilə tanınan 
köhnə  şəhər; küçəyə  pəncərəli və balkonlu evləri, geniş planlı 
küçələri, teatrları, kitabxanaları, möhtəşəm və çoxmərtəbəli 
binaları, mehmanxanaları, pasajları, bankları, poçta-teleqrafları, 
vağzalları olan yeni şəhər kimi ikiyə bölünürdü. 
 
5. Ədəbi mübarizələr 
 
İyirıninci  əsr Azərbaycan  ədəbiyyatında yeni bir intibah 
dövrünün başlanğıcı oldu. Əgər qədim dövrlərdə ölkə Nizami, 
Xaqani, Füzuli kimi, bir əsr bundan qabaq Mirzə  Şəfi və yarım 
əsr bundan qabaq M.F.Axundov kimi tək-tək böyük simaları ilə 
dünya  ədəbiyyatı sahəsində görünə bilirdisə, indi Azərbaycanın 
tərəqqipərvər  şair və  ədiblərinin  əksəriyyəti dünya mədəniyyəti, 
dünya siyasəti ilə  səsləşməyə başlamışdılar.  İyirminci  əsrin 
görkəmli  ədib və  şairləri böyük bir ictimai hərəkat içərisində 
yetişərək, mübarizə sahəsinə atılmışdılar. 
 
  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə