Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə16/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   12   13   14   15   16   17   18   19   ...   108

 
51
 
II. Realizm 
ədəbi   məktəbi 
 
Xalq yumoru və  
mübariz satira 
 
XX  əsrin  əvvəllərində Azərbaycan ictimai həyatında olduğu 
kimi,  ədəbiyyatında da həm  şəkil, üslub, həm də  məzmun və 
keyfiyyətcə böyük dəyişiklik əmələ gəldi. Şair və ədiblər köhnə, 
ənənəvi mövzulardan aktual ictimai-siyasi mövzulara keçdilər, 
günün zəruri məsələləri ilə, zəhmətkeşlərin taleyi ilə yaşamağa 
başladılar. XIX əsrdə  və XX əsrin ilk illərində  bədii  əsərlərin 
başlıca münaqişəsi mülkədar ilə  kəndli, bəy ilə  əkinçi, avam ilə 
oxumuş, fanatik ilə ziyalı arasındakı ziddiyyət idisə, indi siyasi 
həyatdakı mübarizələrin bütün şəkilləri, cəmiyyətin bütün 
təbəqələri ədəbiyyatda görünməyə başlamışdı. 
Azərbaycan tarixində heç bir zaman bədii  ədəbiyyat indiki 
qədər günün məsələləri ilə sıx əlaqədə olmamış, heç bir zaman bu 
məsələləri indiki dərəcədə  əhatə etməmişdi.  İndi  ədəbiyyat çox 
kəskin siyasi silah olmuşdu. Bir tərəfdən köhnə dünyanı, 
bünövrəsindən laxlamış olan feodal münasibətlərini yıxıb 
dağıtmaq, o biri tərəfdən yeni həyat üçün məramnamə  vərmək 
vəzifəsini qarşısına qoyaraq qabaqcıl yazıçılar kütləyə müraciət 
edir, onun mənafeyini ifadə etməyə çalı- 


 
52
şırdılar. Onlar, əsərlərindən başqa  əməli işləri, ictimai 
fəaliyyətləri ilə  də mübarizədə  fəal iştirak edirdilər. 
C.Məmmədquluzadə, M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Haqvərdiyev, 
N.Vəzirov yazıçı olmaqla bərabər, həm də  mətbuat və ya səhnə 
xadimləri idilər. Bu zaman bədii  ədəbiyyatın başlıca mövzusu 
müasir cəmiyyətin yaşayışı idi. Nə  aşiqanə mövzular (Füzulidə, 
Nizamidə olduğu kimi), nə Firdovsi təsirli tarixi qəhrəmanlıq 
dastanları, nə Sədi nəsihətləri bu zaman dəbdə deyildi. Bu zaman 
ədəbiyyat kiçik bir ailədən başlamış, böyük bir ölkəyə qədər hər 
yerdə baş  vərən  əhəmiyyətli hadisələri siyasi ideyalar nöqteyi-
nəzərindən mənalandırmağa çalışırdı. 
Birinci dəfə olaraq bədii ədəbiyyatda fəhlənin həyatı əks edilir 
(M.Ə.Sabirin "Fəhlə", "İnsanmı sanırsan?", A.Şaiqin "Məktub 
yetişmədi", C.Məmmədquluzadənin "Usta Zeynal", A.Səhhətin 
"Əhmədin qeyrəti"  əsərləri),  əkinçinin vəhşicəsinə istismarı, 
hüquqsuzluğu (M.Ə.Sabirin "Əkinçi", "Vur-vur ki, gətirməyibdir 
arpa", C.Məmmədquluzadənin "Danabaş  kəndinin  əhvalatları", 
"Poçt qutusu"), zehinləri kütləşdirib iflic edən puç etiqad və 
ənənələr (Ə.Haqvərdiyevin "Xortdanın cəhənnəm məktubları", 
S.SAxundovun "Cəhalət qurbanı", M.Ə.Sabirin "Şikayət və 
nədamət", M.S.Ordubadinin "Bədbəxt milyonçu" əsərləri) 
göstərilirdi. Bəzi  əsərlərdə isə köhnə dünyanın faciələri bütün 
dəhşəti ilə  qələmə almırdı (Cəlil Məmmədquluzadənin "Ölülər" 
əsəri.) 
Realistlər bununla da kifayətlənmirdilər. Yenilik adına 
cəmiyyətə soxulan, əsl həqiqətdə isə xalqı  əsarətdə saxlamağa 
çalışan qayda və münasibətləri, yenicə dirçəlməkdə olan sənaye 
şəhərinin çirkin cəhətlərini, maliyyə burjuaziyasının  əhvali-
ruhiyyəsini, pul ağalığını 
və fetişizmini döyəcləyir 
(İ.Musabəyovun "Neft və milyonlar səltənətində", M.Ə.Sabirin 
"Ey pul", Əli Nəzminin "Pul" əsərləri), burjua ziyalılarının 
fəaliyyətsizliyini, xüdbinliyini, mənfəətpərəstliyini, əsl xalq, 


 
53
vətən hisslərindən məhrum olduğunu göstərməklə xalqı sayıq 
salırdılar (M.Ə.Sabirin "Ürəfa marşı", A.Səhhətin "Müsəlman 
ürəfaları", S.S.Axundovun "Qonaqlıq", 
Ə.Haqvərdiyevin 
"Tənqid"  əsərləri). Yazıçılar bədii silahla publisistikanın da 
vəzifəsini müəyyən dərəcədə ifa edirdilər. Hətta bəzi sənətkarlar 
məqalələrlə  çıxış edərək, öz bədii görüşlərini elan edir, yeni 
ədəbiyyat yolunu nəzəri cəhətdən  əsaslandırırdılar. (A. Səhhətin 
"Tazə şeir necə olmalıdır?" məqaləsi). 
Bunlar aydın göstərir ki, bütün görkəmli yazıçılar yenilik hissi 
ilə, cəmiyyətdə  əmələ  gələn böyük təbəddülat ilə, xalqı 
həyəcanlandıran zəruri ideyalarla yaşayırdılar. Bacardıqca öz 
qələmləri ilə yenilik hərəkatında, ictimai-siyasi çarpışmalarda 
iştirak etməyə çalışırdılar. Bu dövrdə ictimai mübarizələri  əks 
etdirən, zəruri tələblərə cavab vərə bilən başlıca və 
istiqamətvərici ədəbi üslub realizm idi. 
Əsasını M.F.Axundovdan və Q.Zakirdən götürən,  Şekspir, 
Molyer, Qoqol, L.Tolstoy kimi böyük sənətkarlarla səsləşən bu 
üslub, XIX əsr Azərbaycan realizmindən çox fərqlənirdi. Köhnə 
quruluşu və münasibətləri amansız tənqid və ifşa bu üslubun 
əsasını  təşkil edirdi. Bu zaman satira çox yüksək səviyyəyə 
qalxmışdı.  Ədəbiyyatda yumor və satira böyük sənətkarların 
qələmi ilə  fəlsəfi səviyyəyə qaldırılmış, bəşəri ideyalar 
cəhətindən mənalandırılmışdı. Köhnəliyə gülüş, təkcə sənətkarın 
yox, yeniliyi, gələcəyi alqışlayan xalq kütlələrinin gülüşü, 
qəhqəhəsi kimi səslənirdi. 
Məlumdur ki, 1905-ci ilə  qədərki  ədəbiyyatda dövlət 
məmurlarının, din xadimlərinin tənqidinə imkan və  şərait yox 
dərəcəsində idi. Camaatı "bəli-bəli" deməyə öyrədən qanun və 
ehkamlar ancaq qara qüvvələrə, gücə  əsaslanırdı. Ona görə  də 
xalqda köhnə munasibətlərə olan tənqidi fikir və mülahizələr 
boğulurdu. Bu fıkir və hisslər qarşısı alınan, sədlənən bir axın 
kimi qalırdı. Bu hissələr ölmür, əksinə,  şiddət kəsb edir, hər 
yerdə qüvvətlənir, ifadə imkanı və forması ax- 
 


 
54
tarırdı. Çox çəkmədi ki, gözüaçıq, iti qələmli realist yazıçılar bu 
formanı tapdılar, öz qəzəb və nifrətlərini satira ilə ifadə etdilər. 
Bu satira yeni məzmunlu və çox mənalı, təsirli idi. Gülüşün 
hədəfı son dərəcə çirkin və  rəzil simalı adamlar olduğundan, 
onlara gülən  ədiblər isə  mənəvi cəhətdən çox yüksəkdə 
durduqlarından satira daha təbii, daha təsirli çıxırdı. Bundan 
başqa XX əsr realistlərində gülüş ilə yanaşı göz yaşlarının, qəzəb 
və mərhəmətin, sevinc və kədərin, kəskin satira ilə həzin lirikanın 
yanaşı inkişaf etdiyini görürük. Ədəbiyyatımızın  ən gözəl 
xüsusiyyətlərindən biri olan insanpərvərlik bütün görkəmli 
əsərlərdə, bədii lövhələrdə  təzahür edirdi. Sənətkarlar ictimai 
xəstəlikləri göstərərək, bəyləri, xanları, sahibkarları amansız ifşa 
edir, onların daxili, mənəvi boşluqlarına gülür, həm də  zəhmət 
adamlarının, aşağı  təbəqələrin halına acıyır, həyəcanlı  fəryad 
qoparırdılar.  Ədiblər yalnız köhnə dünyaya gülməklə, çirkin 
münasibətləri ifşa ilə kifayətlənmir, ictimai hüquqdan məhrum 
edilmiş, siyasi şüuru zəif olan yüz minlərlə avam adamları, fəhlə, 
muzdur, kəndli, sənətkar kütlələrini qəflətdən oyatmağa 
çalışırdılar. Onlar doğma bir hiss ilə, odlu bir məhəbbətlə bu 
adamların qolundan tutmaq, müasir həyatın tələbləri səviyyəsinə 
qaldırmaq, gözlərini açmaq, şüurlarını işıqlandırmaq istəyirdilər. 
Bunun üçün təbii, mənalı xalq yumoru böyük və faydalı bir 
vasitə idi. Maraqlı üsullarla, zarafat yolu ilə yoldaşın səhv və 
nöqsanını yoldaşa göstərmək xalq ruhuna da çox uyğun idi. 
Burada yazıçılar canlı  həyata,  şifahi  ədəbiyyatın zəngin 
xəzinəsinə daha çox müraciət edirdilər. 
Bu dövrədək realizm, mövzu etibarilə  nə  qədər geniş bir 
məktəb idisə, janr etibarilə  də o qədər geniş  və çoxcəhətli idi. 
İndiyə qədər ədəbiyyatda elə bir şəkil yox idi ki, realistlər bu və 
ya başqa dərəcədə ondan istifadə etməmiş olsunlar. Mirzə Fətəli 
Axundovla başlayan dramaturgiya indi təzə  və  fəal bir şəkil 
alaraq inkişaf edirdi. Məzhəkə, faciə, dram ilə yanaşı 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə