Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə15/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   11   12   13   14   15   16   17   18   ...   108

 
47
1912-ci ildə "Bustan"ı  tərcümə edən Seyid Zərgər bir sıra 
şeirlərində "islamın halına yanır", Allaha xitabla xilafət fütuhatını 
arzulayırdı: 
 
Buludlarını tutub əflakı gündən bir əsər yoxdur,  
Neçin bürci-səadətdən zühur etməz qəmər, yarəb. 
 
Gün ilə İran dövlətinin şiri-xurşidinə, ay ilə osmanlı dövlətinin 
ay-ulduzuna işarə edən Zərgər, vətəninin də nicatını oralarda, 
"islam birliyində" axtarırdı. 
Mirzə  Məhəmməd Ziya, Mirzə Hadi Sabit, Həsən Səyyar, 
Mirzə  Səməndər, Cəlal Yusifzadə,  İbrahim Tahir, Müniri, Azər 
də qismən Hacı Seyid Əzim  Şirvanini, qismən də fars 
ədəbiyyatını  təqlid edən, dini qəsidələr və yarım maarifçi 
məzmunda qəzəllər yazırdılar. 
    Cənubi Azərbaycan  şairlərindən Sərraf da eyni ruhda əsərlər 
yazaraq, islamı "təməddünə" çağırırdı ("Ey milləti-islam, oyan 
vəqti səhərdir"). Molla Mahmud Çakər Naxçıvani "Leyli və 
Məcnun" poeması ilə yanaşı olaraq: 
 
Necə qan ağlamasın daş bu gün,  
Kəsilib yetmiş iki baş bu gün. 
 
- mətləli məşhur sinəzənini və bir sıra mərsiyələrini yazmışdı. 
"Dirilik" məcmuəsi isə (1914) türkçülük ilə islamçılıq 
təsirlərini birlikdə götürən və "dərinləşdirən" bir istiqamət 
tutmuşdu. "Türk, islam tarixinə aid yazılar məəl-məmnuniyyə 
dərc ediləcəkdir" - deyə oxuculara müraciət edən bu məcmuə 
ingilis generallarından və İran şahlarından tutmuş hər bir rütbəli 
şəxsin  şəklini çap etməyi və  həyatından yazmağı, alman 
cahangirlərinin qərb iştahasını təbliğ etməyi özünə vəzifə sayırdı. 
"Dirilik" məcmuəsi islam Şərqinin 
 


 
48
geridə qalmasını  və  fəlakətini "din əmrlərinin" layiqincə yerinə 
yetirilməməsində görürdü. O yazırdı: "Biz, yəni islam aləmi və 
islam millətləri, dinimizin sağlam  əmrlərindən çox uzaqlaşaraq, 
dünya diriliyinə  qərib bir nəzərlə baxmağa başladığımız bir 
zamandan bəri başqalarının rizəxarı  və onlardakı  tərəqqi və 
imranın əsir və dəstkirləri olduq. Bunu etiraf etməliyiz...". 
Bu yazıçılar ana dili tərəfdarları olsalar da, məfkurəvi 
istiqamətlərindən asılı olaraq süni bir dildə yazırdılar. Bunların 
dilində azərbaycanca kəlmələr çox idi; ifadənin, cümlənin, 
quruluşu və  tərkibləri isə tamamilə  ərəbcə, farsca idi. "Hasili-
kəlam,  ənvai-əzaba giriftar oldum. Ta həmin həftə ki, hüccacın 
islamiyyətlik müjdəsi yetişdi, məni bəndi zəncirdən xilas 
eylədilər və movrusim zəbt olundu... Onların zahiri halları səlah 
və  təqva ilə ziynətlənmişdi və ümənayi-dövlətdən birisi bu 
tayifeyi-dərvişlərin haqqında ziyadə hüsni-zənni var idi. O şəxsin 
hüsni-zənni fasid olub, dərvişlərin vəzifələri münqət oldu"
1
. Bu 
dili geniş oxucu kütləsi anlaya bilmirdi. Bu dil, nə ərəb, nə fars, 
nə də Azərbaycan dilinin qanunlarına uyğun idi. 
Bir sıra ziyalılar rus təhsili gördükdən, rus həyat və məişətinə 
qaynayıb-qarışdıqdan sonra, öz vətəninə  və milli varlıqlarına 
biganə qalır, öz xalqlarının taleyindən uzaq düşürdülər. Onlar ana 
dilində yazmağı eyib sayırdılar. 
Əhmədbəy Cavanşir, Mehdibəy Hacınski də bu ruhlu 
ziyalılardan idi. Mehdibəyin ədiblik fəaliyyəti rus dilində yazdığı 
"İz skazaniy Vostoka" (1910) adlı  əsərdən ibarət olmuşdur. Bir 
neçə kitabçadan ibarət olan bu əsərdə fars, türk və  ərəb 
məxəzlərindən götürülmüş nağıl, hekayə  və  lətifələr təhrif ilə 
ruscaya köçürülmüşdü.       
 
                                                 
1
 
 
Bəhrul-həqaiq. Bakı, 1911. 
 


 
49
Bu adamlar Azərbaycanın həqiqi ziyalılarından,  ədib və 
şairlərindən (M.F.Axundov, C.Məmmədquluzadə, 
Ə.Haqvərdiyev, N. Vəzirov) fərqli olaraq keçmiş rus 
mədəniyyətinə Azərbaycan xalqının inkişafı üçün istifadə 
mənbəyi və nümunəsi deyil, bir məqsəd, ideal kimi baxırdılar. 
Buna görə  də onlar nə rus xalqının mədəniyyətinə  və  nə  də öz 
xalqlarının mədəniyyətinə xidmət edə bildilər. 
XX  əsrin ilk 10-15 ilində Azərbaycan ziyalıları arasında 
firəngiməablar deyilən Avropa tərəfdarları da meydana çıxmışdı. 
Firəngiməab ziyalılar ancaq Avropa mədəniyyətinin zahiri 
cəhətlərinə kor-koranə  məftun olmuşdular. Bu ziyalılar Parisdə, 
Berlində təhsil alan, Avropanı gəzən, öz ölkələrinə istehza edən, 
bəzən də tamamilə köçlü-külfətli Avropaya mühacirət edən 
adamlar idilər. Aydındır ki, belələri Azərbaycan xalqının 
mədəniyyəti üçün və ümumiyyətlə  mədəniyyət aləmi üçün heç 
bir xidmət sahibi olmamışlar və ola da bilməzdilər. Çünki, həyat 
və  fəaliyyətləri təqliddən ibarət olan, müstəqil mühakimədən 
məhrum olan bu adamlar, yaşadıqları Avropa şəhərlərinin 
gurultuları içində sönüb gedir, nə  qədər fəal və istedadlı olsalar 
da, içərisinə düşdükləri başqa və yabancı bir ölkənin 
münəvvərləri ilə ayaqlaşa bilmirdilər.  İkinci tərəfdən bunların 
müəyyən bir ictimai idealı yox idi. Onlar Avropa mədəniyyətinin 
bəşəriyyətə xeyrini nəzərə almağı bacarmırdılar, ancaq Avropa 
burjua münəvvərlərinin təmiz, səliqəli, fırəvan yaşadığını görüb, 
məftun olur, öz məişətlərini "asılılıqdan" xilas etmək üçün 
Avropaya mühacirət edirdilər. 
Göründüyü kimi ziyalılar və xüsusilə  ədəbiyyatçılar arasında 
saydığımız bu qrupların əsas istinadgahı ölkənin, xalqın öz həyatı 
deyil, kənar, yad təsirlər idi. Bunların hərəsi bir xarici ölkənin 
təsirində idi. Hərəsi də bu təsiri ölkədə yaymaq, oyanmaqda olan 
kütlələrə aşılamaq istəyirdi. (Bu meyl- 
 


 
50
lər C.Məmmədquluzadənin "Anamın kitabı"  əsərində geniş  və 
aydın şəkildə göstərilmişdir). 
Ölkədə sürət və vüsətlə davam edən ictimai-siyasi hadisələr 
olduqca mürəkkəb idi. Yalnız zəhmətkeş xalqın mənafeyini 
güdən  əsl qabaqcıl  ədəbiyyat bu mürəkkəbliyi düzgün görə  və 
göstərə bilərdi. 
XX  əsrin başlanğıcında Azərbaycanda belə  ədəbiyyat 
yaranmaqda idi. Bu, əsasən, realizm, demokratizm istiqamətində 
inkişaf edən yeni, fəal, müasir, qüvvətli bir ədəbiyyat idi. Bu 
ədəbiyyat xalqın həyatı, mübarizəsi, arzu və idealları ilə bağlı, 
oxucusunu ayıldan, intibaha çağıran, yeni ruhlu, yeni məzmunlu 
ədəbiyyat idi. 
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə