Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə11/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   7   8   9   10   11   12   13   14   ...   108

 
33
Bu təsirin kökü, mənbəyi  ətraflı öyrənilməsə, həmin 
yazıçıların yaradıcılığını düzgün təyin etmək olmaz. Bu dövr 
inqilabi-demokrat yazıçıların yaradıcılığında bir sıra mühüm 
xüsusiyyətlər var ki, onu öyrənmədən  ədəbiyyat hərəkatının nə 
keçmişini və  nə  də hazırkı keyfıyyətlərini düzgün düşünmək 
olmaz. 
Bu  əsərin yazılışında rast gəldiyimiz mühüm çətinliklərdən 
biri mənbələrin, bir çox yazıçı arxivlərinin  əldə olmaması idi. 
Məlumdur ki, bu dövr bədii sənədlərinin çoxu, xüsusilə ikinci, 
üçüncü dərəcəli yazıçıların  əsərləri toplanmamış, yoxlanmamış, 
nəşr olunmamışdır. Bu çətinliyi dəf etmək üçün müəllifə kömək 
edən arxiv işçilərinə, yazıçı ailələrinə və bir sıra ədəbi hadisələrə 
şəxsən  şəhadət vərən adamlara - o zamanın məktəb, mətbuat, 
teatr işçilərinə təşəkkür izhar etməyi vacib bilirik. 
Bu  əsərin  əsas hissəsi Böyük Vətən müharibəsi illərində 
yazılmışdır. O zaman yazılmışdır ki, akademiyanın  əlyazmaları 
fondu faşizm təcavüzündən, bomba və yanğından müdafiə üçün 
dəmir qutulara yığılır, bağlanır, əmrə müntəzir saxlanırdı. Həmin 
günlərdə  əlyazmaları kitabxanasının işçiləri, xüsusilə qocaman 
Novruz əmi heç bir xahişdən boyun qaçırmır, cari elmi işə kömək 
üçün  əlindən gələni edir, bütün qutuları axtarmaqla 
tədqiqatçıların istədiyini tapıb gətirirdi. 
Bəli, qanlı faşist vəhşiləri aləmə yanğın və  bəla gətirdiyi 
dəhşətli günlərdə, qəhrəman döyüşçülərimiz cəbhələrdə 
vətənimizi və  bəşər mədəniyyətini qoruduğu dəqiqələrdə 
Azərbaycan alimləri yorulmaz elmi, tədqiqat işlərini davam 
etdirirdilər. 
Mən bu kitaba baxanda o günləri xatırlayıram. Belə böyük 
Vətənin vətəndaşı, belə böyük bir xalqın övladı olduğumu 
düşünüb başımın ucalığı ilə fəxr edirəm. 
 
Bakı, 15.X11.1946 
 
  


 
34
 
 
 
 
 
I. İctimai-siyasi həyat 
 
XX  əsrin  əvvəllərində Azərbaycan müstəmləkə ölkəsi olaraq 
qalırdı. Azərbaycan kəndində feodal münasibət hakim idi. 
Azərbaycan şəhəri əsasən ticarət və xırda kustar şəhəri idi. Yalnız 
Bakıda sənaye kapitalizmi görünməmiş bir sürətlə inkişaf 
etmişdi. Neft sənayesinin artması Bakının kapitalist inkişafı 
yoluna düşməsində mühüm rol oynayırdı. Yalnız Rusiyanın 
deyil, əcnəbi kapitalın da bir hissəsi neft sənayesinə qoyulmuşdu. 
Yoxsul və ehtiyac içində olan kəndlilər Azərbaycanın ən uzaq 
guşələrindən Bakıya fəhləliyə  gəlirdilər. Bu fəhlələrin bir qismi 
mövsim işçisi idi. Onların bir ayağı kənddə, bir ayağı şəhərdə idi. 
İlin əkin-biçin vaxtını kənddə, torpaq işində keçirir, boş vaxtlarda 
isə  şəhərə, dəmir yoluna, mədənə muzdlu işə  gəlirdilər. Bakıya 
köçənlərin bir qismi isə  həmişəlik fəhlə olaraq qalırdı. Bunlar 
yalnız Bakıda deyil, ipək sənayesinin inkişaf etdiyi Şəkidə, çoxlu 
kustar kərpic zavodu, gön, xalça və s. müəssisələri olan Gəncədə, 
mis mədənləri ilə tanınan Gədəbəydə, sement istehsal edən 
Tovuzda, duz istehsalı ilə  məşhur olan Naxçıvanda 
toplaşmışdılar. Ancaq heç yerdə  fəhlələr Bakıda olduğu kimi 
sürətlə artmırdı. 
 
  


 
35
Mədəni hərəkat 
 
1. Mətbuat 
 
Çar hökumətinin oktyabr bəyannaməsindən sonra ölkənin hər 
tərəfinə yayılan mətbuat, buluddan sivrilib çıxan ulduzlar kimi 
parlamağa başlamışdı. O dövrdə Azərbaycan ziyalıları arasında 
siyasi-ictimai fikrin istiqamətini, məslək mübarizələrini müəyyən 
etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini 
bilmək üçün 1917-ci ilə qədər çıxan, qapanan və yenidən çıxan, 
adını, ünvanını, hətta yolunu dəyişən müxtəlif qəzet və 
məcmuələri gözdən keçirmək kifayətdir. Bakıda “Kaspi” 
mətbəəsindən  əlavə Tiflisdə  və  Gəncədə kiçik mətbəələr 
yaranmışdı. Xüsusilə Orucov qardaşlarının bu sahədəki fəaliyyəti 
nəticəsində  mətbəələr genişlənir, istər qəzet, məcmuə  və istərsə 
kitab nəşri üçün böyük imkan yaranırdı.  Şuşa, Naxçıvan kimi 
şəhərlərdə  də  zəif, məhdud imkanla olsa da, çapxana binası 
qoyulurdu. 
Məmmədağa  Şaxtaxtlının Tiflisdə  çıxardığı  “Şərqi-Rus” 
(1903-1905) qəzeti o zaman məşhur yeganə Azərbaycan qəzeti 
idi. Bu qəzetdə C.Məmmədquluzadə, M.Ə.Sabir,  Ə.Nəzmi, 
M.S.Ordubadi, Abdulla Tofıq Sur, H.Zərdabi kimi məşhur  ədib 
və şairlər iştirak edirdilər. Qəzet maarif, mədəniyyət əlifba və dil 
islahatı məsələlərinə böyük əhəmiyyət verirdi. 
Azərbaycan dilində ilk fəhlə  qəzetlərindən biri kimi nəşr 
olunan “Təkamül” (1906) birinci nömrəsində öz məsləkini belə 
xülasə edirdi: “Bizim xidmət etdiyimiz, yolunda can qoyub, onun 
hər bir mənafe və hüququnun qaraulunda durduğumuz işçilər 
həmən füqarayi-kasibədir. Biz hər bir surət və şəkildə, zülm, cəbr 
və zorun əleyhinə  iş görəcəyiz. Biz insaniyyətin və  hər millətin 
qismi-əzəmi olan fəqirlər və məzlumlar 
 
  


 
36
tərəfindəyiz. Onların mənafe və hüquqlarının xidmətçisi və 
gözətçisiyiz. 
Bir millətin, bir qurumun, bir sinfın, bir heyətin və yaxud bir 
şəxsin üstünə edilən  ədalətsizlikləri, təəddi və  təcavüzləri biz 
həmişə qaytarmağa çalışacağız, özü də cəmi insanları bir nəzərdə 
tutub ümum insaniyyət naminə olaraq zülmün hər bir tərzvə 
qismdə olsada, büruz və zühuruna sədd çəkəcəyiz...”
1
 . 
“Təkamül” ilk nömrəsini M.Hadinin “El fəryadı” adlı 
azadpərəst  şeiri ilə başlayır.  Şair millətin səadətini hürriyyətdə 
görür. 
“Təkamül” uzun müddət davam edə bilmədi. 1907-ci ildə 
onun əvəzinə “Yoldaş” nəşr olundu, o da tez bağlandı. Bu dövrdə 
müxtəlif dünyagörüşləri təmsil edən qəzet və jurnallar nəşr 
olunur, sürətlə bir-birini əvəz edirdilər ki, bunlardan “Molla 
Nəsrəddin”, “Dəvət-Qoç”, “Bakinski raboçi”, “Dəbistan”, 
“Hilal”, “Tərəqqi”, “Tuti”, “Kəlniyyət”, “Babayi Əmir” və s. 
göstərmək olar. 
Qəzetlər arasında az-çox ardıcıl demokratik xərti Haşım bəy 
Vəzirovun nəşr etdirdiyi “Tazə  həyat” (1907-1908), “İttifaq” 
(1908-1909), “Səda” (1909-1911), “Sədayi-vətən” (1911-1912), 
“Sədayi-həqq”, “Sədayi-Qafqaz”da (1915-1916) görmək olar. 
Haşım bəy Vəzirov (1868-1916) Azərbaycanın məşhur 
mətbuat və  ədəbiyyat xadimlərindəndir. 1905-ci il inqilabı 
dövründə Haşım bəy xalq cəbhəsində  fəal iştirak edənlərdən 
olmuşdur. Buna görə də çar höküməti tərəfindən beş il Stavropol 
şəhərinə sürgünə göndərilmişdi. Sürgündən qayıtdıqdan sonra bir 
müddət “İrşad” qəzetində ictimai-mədəni məsələlərə dair 
hərarətli məqalələr yazır və xalqını maarifə çağırırdı. Nəhayət, o 
özü müstəqil bir qəzet yaratmaq fıkrinə düşür, “Tazə  həyat” 
qəzetini 1907-ci ildə aprelin 1-də nəşrə başlayır. Bu qəzet tərəqqi 
pərəst mövqe tutduğundan uzun 
 
                                                 
1
 
 “Təkamül”, 1907, № 4. 
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə