Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə8/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   4   5   6   7   8   9   10   11   ...   108

 
24
cəmiyyətə “Ölülər” kimi tarixi - bədii ittihamnamə yazan Mirzə 
Cəlil  ədəbiyyatda xalq məfkurəsinin,  əməkçi siniflərin 
mənafeyinin ilk carçısı və ələmdarı oldu. 
Mirzə  Cəlil istər publisist və istərsə  bədii yazılarında 
mücərrədlikdən uzaq idi. O, həmişə konkret ictimai-tarixi 
şəraitdən çıxaraq mühakimə aparırdı.  Əgər romantik 
sənətkarların, hətta bəzi realist yazıçıların  əsərlərində “yenilik”, 
“təcəddüd”, “inqilab” məfhumu ümumi, qeyri-sinfi, qeyri-tarixi 
alınırdısa, Mirzə Cəlildə bu tamamilə başqa idi. 
Cəlil Məmmədquluzadənin tarixi xidmətlərindən biri onun 
inkişaf etdirdiyi realizm məktəbidir. Nəzəri qidasını demokratik 
ədəbiyyatdan alan, mənbəyini Mirzə  Fətəli dramlarından, 
materialını isə o zamanki Azərbaycanın müstəmləkə 
vəziyyətindən, köhnə  həyat və  məişətdən alan Mirzə  Cəlil 
realizmi XX əsrin ibtidasında güclü bir məktəb olaraq 
ədəbiyyatda üstünlük fəth etmişdi. 
Cəlil Məmmədquluzadə sənətdə həqiqətə sitayiş edirdi. Onun 
üçün  ən böyük meyar, həm məfkürə, həm bədiilik meyari hər 
şeydən əvvəl həqiqət idi. Hər hansı bir əsərdə həqiqətdən yayınan 
bir  əlamət görürdü, saxta sayır, nifrət edirdi. Mirzə  Cəlil sənəti 
müqəddəs saydığı üçün həqiqətdən kənar təsvir etmir, həqiqəti 
onun mayası, cövhəri, qayəsi sayır. Bu barədə  ədib böyük rus 
demokrat  ədib və  şairləri ilə tamam həmfikirdir. N.A.Nekrasov 
1855-ci ildə Botkinə  məktubunda yazırdı: “Həqiqəti qərəzsiz və 
ehtirasla, hər şeydən, hətta öz-özündən də artıq sev və ona xidmət 
elə. Belə etsən, işlər qaydasında gedər, sənətə xidmət etmək 
istərkən həm də  cəmiyyətə xidmət etmiş olarsan. Əksinə, 
cəmiyyətə xidmət etmək istərkən, eyni zamanda sənətə xidmət 
etmiş olarsan”. 
Mirzə  Cəlilin də yaradıcılıq proqramı bu idi. Bu həqiqət, 
azadlığa, qurtuluşa doğru olan bu həyat həqiqəti onun əməli 
fəaliyyətində  də, yaradıcılığında da xarüqələrin yaranmasına 
səbəb oldu. 
 
  


 
25
Əlbət ki, Mirzə  Cəlilin realizmi tənqidi realizm idi. Tənqidi 
realizm Rusiyada olduğu kimi Azərbaycanda da müəyyən ictimai 
münasibətin, ictimai inkişafda müəyyən bir mərhələnin məhsulu 
idi. Bu, xüsusilə XIX əsr rus ədəbiyyatında böyük bir məktəb 
olmuşdur. Tolstoy, Qoqol, Şedrin və Nekrasov bu üslubdan 
istifadə etmişlər. Tənqidi realizm ictimai münasibətdə  şüura 
sığmaz uyğunsuzluqları açan, insanın və  cəmiyyətin düşdüyü 
böhranı göstərən, feodal və kapital dünyasına qarşı oxucuda ayıq 
tənqidi fikri qüvvətləndirən bir metod idi. Mirzə  Cəlil bundan 
geniş istifadə etmişdir. 
Mirzə Cəlil realizmində bir sıra səciyyəvi xüsusiyyətlər vardır. 
Onun  əsərlərində obyektiv təsvir üsulu üstündür. M.Qorki 
yazıçılara olan məsləhətinin birində deyir: “Siz özünüz 
qəhrəmanlarınıza qoşulmayın. Oxucuya da mövzu oxumağa (dərs 
deməyə) çalışmayın. Siz oxucuya yaxşı, dürüst, aydın surətlər 
verin. Nəticəni oxucu özü çıxardar”. 
Mirzə  Cəlil məhz bu mənada obyektiv təsvir yolu ilə gedir. 
Onun  əsərlərində müəllif qətiyyən görünmür. Oxucu özünü 
qəfildən yeni bir aləmdə görür. Həyat ona o qədər təbii, həqiqi, 
canlı görünür ki, bunların bir sənətkar lövhəsi olduğunu unudur, 
özünü  əhvalatın içində duymuş olur, onunla yaşayır. “Ölülər”i, 
“Anamın kitabı”nı, “Usta Zeynal”ı, “Dana-baş  kəndinin 
əhvalatları”nı xatırlayın. Bu əsərlərdə həyat və hadisələr, insan və 
psixologiya elə  təbii, həqiqi, dürüst, inandırıcı  çıxmışdır ki, 
bunları realizmin parlaq nümunələri adlandıra bilərik. 
Mirzə Cəlilin hekayələrindəki parlaq lövhələr belə lövhələrdir. 
Biz bunları oxuyanda “belə  də ola bilər” demirik. Biz deyirik: 
“məhz belə olar, ayrı cür ola bilməz”.  İsgəndər ilə  Şeyx 
Nəsrullahın rəftarı, Xudayar bəyin Zeynəbə qarşı zülmü məhz bu 
cür ola bilər, ayrı cür ola bilməz. 
Mirzə  Cəlilin sənətini L.N.Tolstoyun sənəti ilə müqayisə 
etmək əlbəttə ki, ilk baxışda qəribə gələ bilər. Ancaq bir mə- 
 
  


 
26
sələdə Mirzə  Cəlil sənətini Tolstoy ilə  bərabər tutmaq olar və 
lazımdır: o da təsvirin canlılığı, qabarıqlığı  və yaxud plastika 
məsələsidir. Tolstoy hadisələrin, adamların təsvirində qaranlıq 
cəhət qoymadığı kimi, təfərrüatı, cüziyyatı  həqiqi rənglərlə 
göstərdiyi kimi, Mirzə Cəlil də hadisəni canlı həyata çevirib göz 
qabağına gətirməyi bacarır; hekayələrində cərəyan edən əhvalatı 
biz yalnız qulağımız, gözümüz ilə deyil, hətta duyğularımızla 
qəbul və  dərk edirik. Obyektiv təsvir burada foto surəti, bitərəf 
təsvir deyil, hər bir böyük sənətdə olduğu kimi, burada da 
tendensiya, meyl, sənətkarın tərəfkirliyi  əsərin daxili 
vəhdətindəki ünsürlərin canına hopmuş haldadır. Bu sağlam 
tərəfkirlik böyük ədibin bir çox əsərində alovlu ehtirasa, hissin 
tüğyanına çevrilmişdir. 
Müəllif hissini, ehtirasını, hökmlərini söz ilə, müstəqim yol ilə 
yox, Belinskinin sənətdən tələbinə müvafiq olaraq, bütün əsərlə, 
lövhələrlə, parlaq surətlərlə deyir. 
Böyük  ədibin yaradıcılığında insanlar, onların taleyi əsas 
mövzudur və başlıca yer tutur. Mirzə Cəlil tarixdən yazmamışdır. 
Onun qəhrəmanları tarixi şəxsiyyətlər deyil, onun bütün əsərləri 
müasir həyatdandır. Ayrı cürə  də ola bilməzdi.  Ədəbiyyata 
mübarizə üçün gələn, müasir cəmiyyətin islah və inqilabına 
çalışan bir realist, qələmini zamanının başlıca məsələlərinə 
səfərbər etməli idi və etdi. 
O, qəhrəmanlarını  təmkinli bir romantika ilə  təsvir edir, 
bunlara ümid bəsləyir,  əsl sözünü onların dili ilə deyir. Mirzə 
Cəlilin realizmində satira, acı gülüş ilə yanaşı lirika və zəminəli 
bir xəyal vardır. Bunlarla yanaşı demək də düzgün olmaz. Çünki 
bunlar həyatda olduğu kimi elə mürəkkəb və elə çarpazlaşmış bir 
haldadır ki, bir-birindən ayırmaq da çətin olur. “Ölülər” kimi 
xalis, kəskin və güclü satira əsərində elə yerlər vardır ki, həzin və 
mənalı lirika satiraya üstün gəlir.  İsgəndər pəncərədən günəşə, 
bütün dünyaya işıq və feyz vərən 
 
  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə