Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə6/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   2   3   4   5   6   7   8   9   ...   108

 
18
Doğradur, bu həcvlərin çoxu şəxsi, xırda və  məhdud 
mövzulara aid olurdu. Ancaq bunlar arasında sırf ictimai, hətta 
siyasi məna və  məfkurəli  əsərlər də yox deyildi (S.Ə.Şirvani, 
Sərraf, Raci və başqalarında). Deməli, köhnə şeir üslubu çürümə 
və inhitat dövrünü yaşayırdı. 
 

 
Bu ədəbiyyata qarşı birinci tənqidi fıkir oyadan və bu şairlərin 
ən böyüyünə ancaq “nazim”
1
 adı  vərən Mirzə  Fətəli Axundov 
idisə, bu ədəbiyyata qarşı  kəskin  əməli mübarizəyə başlayan, 
buna qarşı yeni ictimai-siyasi məfkurələr ədəbiyyatını irəli sürən 
C.Məmmədquluzadə olmuşdur. 
“Şeir nəşəsi” adlı  məqaləsində Mirzə  Cəlil aşiqanə  şeiri 
müsəlman dünyasında bir xəstəlik adlandırır: “Şeir nəşəsilə məst 
olan şairlər tək bir Azərbaycanda deyil, Türkiyədən başlamış yer 
üzərində yaşayan cümlə müsəlman qələm sahibləri şairdirlər. 
Nə qədər ki, Qərbdə, yəni elm və fənn ilə, texnika ilə şöhrət 
tapmış millətlər arasında eşq və  məhəbbət  şairləri azdırlarsa, o 
dərəcədə bir cənnətin hurilərini xəyal ilə qucaqlayan islam 
ümməti içində  eşq və  məhəbbət  şairliyi günü-gündən 
artmaqdadır. 
Onunçün də onlarda dünya mədəniyyəti tərəqqi tapmaqdadır, 
bizlərdə  də  xəyalat “mədəniyyəti”  şöhrət tapmaqdadır. Orada 
qələm sahibi öz fıkrini sadəcə kağıza köçürüb ildırım itiliyi ilə 
dünya və aləmə yayır, bizlər də sol ovucumuza bir balaca kağız 
alıb, gözlərimizi göyə axıdıb, qafıyə axtarırıq və məzmunu vəzn 
qafıyəyə qurban gətirib şeir yazırıq. 
 
                                                 
1
 
   M.F.Axundov. Əsərləri. II c. Bakı, 1938, səh.72. 
 


 
19
Məzmun da ki, həmin bir məzmundur: eşq və məhəbbət”
1

Mirzə  Cəlil burjua ədəbiyyatçılarının “sənət sənət ücündür” 
nəzəriyyəsini rədd edərək  şeiri, hekayəni, romanı xalqın tərəqqi 
və inkişafına xidmət üçün zəruri silah səviyyəsinə qaldırmaq 
tərəfdarı olmuşdur. Onun fıkrincə qəzəl ədəbiyyatı nə qədər incə, 
nə qədər gözəl və qəlbə yatan olur-olsun, həyatdan, ictimai-siyasi 
mübarizədən uzaq olduğu üçün əsrə müvafıq deyil, faydasızdır və 
hətta nəticə etibarı ilə  zərərlidir. Ona uymaq, boğulanlara 
baxmayıb, dəniz mənzərəsinin seyrinə dalmaq kimi mənasızdır. 
Ədibin fıkrincə XX əsrdə, ümumi intibah, azadlıq işinə kömək 
etməyən ədəbiyyatı, kitabları yandırmaq lazımdır: “Mədfəni-fıkr 
olan minlərcə müsəlman kitablarını lazım gəlir yandırmaq ki, bu 
yanğının  şöləsi vasitəsi ilə millətə lazım olan kitabları görmək 
mümkün ola” 
2

Rus demokrat münəqqidi N.A. Dobrolyubov ras ədəbiyyatının 
inkişafından danışan məqalələrinin birin də göstərir ki: “şeir, 
sənət və ümumiyyətlə elmlər həyatdan doğur, həyat şeirdən asılı 
deyildir.  Ədəbiyyatda müstəqim olaraq, təbii olaraq həyatdan 
doğmayan nə varsa eybəcərdir və  mənasızdır. Ancaq çılpaq 
kəlləsi qalmış bir simanın gözəlliyinin təsviri ilə heyrət oyatmaq 
ciddi-cəhdi nahaqdır. Yunan allahları qədim Yunanıstanda gözəl 
ola bilərdilər. Ancaq onlar fransız faciələrində və bizim keçən əsr 
odalarında kifirdirlər. Orta əsr cəngavərlik xitabnamələri yüz 
minlərcə adamı müqəddəs yerlərin azad edilməsi üçün 
mübarizəyə  cəlb edə bilirdi. Ancaq həmin xitabnamələr XIX 
əsrdə təkrar olunsa gülüşdən başqa heç bir duyğu oyanmaz...”
3

                                                 
1C.Məmmədquluzadə. Şeir nəşəsi. “Molla Nəsrəddin”, 1924, № 5. 
2C.MəmmədquIuzadə. Mədfən. “Molla Nəsrəddin”, 1929, № 23. 
3N.A.Dobrolyubov. Əsərləri, I c, Moskva, 1934, səh. 206. 
 
 


 
20
Böyük ras ədibinin keçən  əsrdə dediyi bu sözlər XX əsrin 
başlanğıcında da Azərbaycanda hələ layiqincə düşünülməmişdi. 
Ancaq Cəlil Məmmədquluzadə bu fıkirlərin Azərbaycan 
ədəbiyyatında tətbiqinə çalışmışdır. Uşaqları 6-7 yaşından 
etibarən məktəblərdə “Gülüstan”, “Cameyi Abbas” ilə  tərbiyə 
etmək istəyən ruhani və yarımruhani ziyalılar gənc nəslin, xalqın 
gözünü açmağa yox, qapamağa çalışırdılar. Adamları  cənnət 
xəyalatına çağıran, tərkidünya  əhvali-ruhiyyəsi yayan şeirlər 
Mirzə Cəlilə qədər Azərbaycanda şüar sayılırdı: 
 
Sərınayəyi-to əz in cəhan ek kəfən əst,  
Ura be güman nist, bəriya nə bəri. 
 
Avam müsəlman camaatı düşünürdü ki, dünyadan mənim 
payım bir kəfəndirsə, onu da aparmağa ehtimalım yoxdursa, 
İsgəndər kimi fatehlər belə dünyadan həsrətlə gedirsə, daha 
çalışıb-çabalamağın nə  mənası var. Oturab ibadət etmək, 
mümkün qədər çox ağlamaq lazımdır ki, cənnətdə Allah bunun 
əvəzini vərsin. O zaman məqbul və dəb olan bu dini mühakiməni 
bütün gülünclüyü ilə açıb göstərən, hörmətdən salan Mirzə Cəlil 
olmuşdur. 
Mirzə  Cəlil insan şüurana, azad düşüncə  və hissə qarşı 
sonradan uydurulan bütün çərçivə  və maneələrin puç, zərərli 
olduğunu və bu maneələrin islam ölkələrində daha çox olduğunu 
təəssüflə iqrar edirdi. O, elmdə  də, sənətdə  də  hər  şeydən  əvvəl 
fikrə, hissə, qələmə  və  əməli fəaliyyətə  sərbəstlik, müstəqillik 
tələb edirdi. Mühakiməni dini məngənələrdən, polis və jandarma 
təzyiqindən, müctəhid və qazilərin hər cür qəyyumluğundan xilas 
etməyə çalışır, onun təbii, sağlam istiqamətinə qarşı çevrilmiş hər 
cür tədbiri  şiddətli zülm sayırdı. O, ədəbiyyat sahəsində çalışsa 
da, bir çox fikirləri məfkurənin, ictimai həyatın bütün sahələrinə 
aid idi. O öz vətənində  ədəbiyyatı  Şərq sxolastikasından, dili 
Tehran, Nəcafül-Əşrəf, 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə