Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə3/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   2   3   4   5   6   7   8   9   ...   108

 
8
məl nəzəri təhlildən keçirmək,  ədəbiyyatımızın həm klassik 
ənənələrini, həm böyük novatorluq yaranışlarını, həm də sonrakı 
ədəbi prosesin təkamül proqramlarını müəyyənləşdirmək üçün 
son dərəcə aktual, mühüm (həm də müşkül!) bir vəzifə idi... 
“Azərbaycanda  ədəbi məktəblər (1905-1917)” adlı  əsərində 
Mir Cəlal müəllim həm geniş məlumatlı ədəbiyyat tarixçisi, həm 
də bədii faktları nəzəri ümumiləşmələr əsasında sistemləşdirən və 
səciyyələndirən mahir ədəbiyyat nəzəriyyəçisi kimi çox dəqiq 
təhlillər aparmışdır. 
Mir Cəlal müəllim bu əsərində dünyagörüşlər, estetik 
baxışlar, metod, üslub və s. cəhətdən forınalaşan və müxtəlif 
sənət yaxınlıqlarına  əsaslanan milli ədəbi məktəblərin meydana 
gəlməsindən və özünəməxsusluğundan bəhs etmişdir. 
Ədəbiyyat nəzəriyyəsinin bir sıra problemləri kimi ədəbi 
məktəb anlayışı da müxtəlif vaxtlarda, məqamlarda müxtəlif 
məzmunlarda başa düşülmüşdür.  Ədəbi məktəb anlayışı  əsas 
etibarilə hər hansı bir böyük sənətkarın yaradıcılığının təsiri ilə 
yazıb-yaradan, onun ənənələrini davam və inkişaf etdirən 
ədiblərin ideya-estetik yaxınlığı, ümumiliyi kimi başa düşülür. 
Mir Cəlal müəllim də  ədəbi məktəblərdən bəhs edərkən 
mahiyyətcə həmin prinsipə əsaslanmışdır. Lakin o, ədəbi məktəb 
anlayışını  bəzən müxtəlif modifikasiyalarda,  fərqli  şəkillərdə, 
modellərdə ədəbiyyat tarixi faktlarına aid etmişdir. 
Mir Cəlal müəllimin bu əsərində ümumilikdə  ədəbi məktəb 
anlayışı daha çox ədəbi platforma birliyi və  ədəbi təsir 
mənalarında işlədilmişdir. Dünyagörüşlərdəki yaxınlıq, inikas 
tiplərinə görə uyğunluq (realist, romantik) və  bədii üslub 
komponentləri əsasında bəzən 
 
  


 
9
də  (şərti mənada) müxtəlif  ədəbi məktəblərin mövcudluğundan 
bəhs olunmuşdur. Məhz bu zəmində eyni tarixi dövrdə yaşamış 
sənətkarların yaradıcılıq səciyyəvilikləri müqayisələr, paralellər 
əsasında daha qabarıq, konkret və  əsaslı  nəzərə çatdırılmış, 
onların qüvvətli-zəif cəhətləri,  ənənəvi-novatorluq keyfiyyətləri, 
fərdi-ümumi xüsusiyyətləri tarixilik və müasirlik meyarları 
əsasında qiymətləndirilmişdir. 
Bu  əsərdə  bəlkə  ən  əhəmiyyətli cəhət isə ondan ibarətdir ki, 
Mir Cəlal müəllimin bir sıra klassiklərimizin dünyagörüşündəki 
və  bədii yaradıcılığındakı özünə-məxsusluq, orijinallıq və 
mürəkkəbliklər haqqında fikirlərini bilmək imkanı yaranır; 
həmçinin onun bir sıra  ədəbiyyat hadisələri, faktları barədə 
münasibəti aydınlaşmış olur. 
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərindən bəzi 
hissələr müxtəlif vaxtlarda müxtəlif  şəkillərdə çap olunmuşdur. 
Xüsusilə Mir Cəlal müəllimin professor F.Hüseynovla birlikdə 
çap etdirdikləri “XX əsr Azərbaycan ədəbiyyatı” adlı ali məktəb 
dərsliyində bu əsərdən də istifadə edilmişdir. Lakin 
“Azərbaycanda  ədəbi məktəblər (1905-1917)” əsəri indiyədək 
bütövlükdə nəşr olunmamışdır. 
*   *   * 
Mir Cəlal müəllimin bu əsərini kitab şəklində hazırlamaq və 
onun redaktoru olmaq mənə təklif ediləndə, dərhal çoxdan olmuş 
bir  əhvalat yadıma düşdü... Univərsiteti bitirərkən diplom 
rəhbərim rəhmətlik Mir Cəlal müəllim idi. Diplom işinin 
mövzusuda xalq yazıçısı  Ə.Vəliyevin “Qəhrəman” romanı idi. 
Mir Cəlal 
 
  


 
10
müəllim diplom işi haqqında rəyini diktə etdi və tapşırdı ki, 
makinada yazdırım, sonra qol çəksin. Mir Cəlal müəllimin rəyini 
oxudum və mənə elə gəldi ki; onun yüngülvari redaktəyə ehtiyacı 
var... Rəyin bəzi yerlərini üslubca “redaktə” etdim və düşündüm 
ki, Mir Cəlal müəllim belə xırda düzəlişləri sezməz, onlara diqqət 
yetirməz. Rəyi makinada yazdırdım və müdafıədən  əvvəl Mir 
Cəlal müəllimə  təqdim etdim. Mir Cəlal müəllim rəyi oxudu, 
gülümsədi və dedi: “Təhsin, rəyə qol çəkirəm, müdafiən də 
uğurlu olsun. Amma yadında saxla, birdə  mənim yazımın 
üslubuna dəymə”. Mir Cəlal müəllim həmişə olduğu kimi öz 
fikrini beləcə böyük səmimiyyətlə, mədəniyyətlə  və pedaqoji 
taktla bildirdi. 
İndi mənə Mir Cəlal müəllimin samballı bir əsəri redaktə üçün 
təqdim olunurdu. Şübhəsiz, bu çox böyük məsuliyyət və diqqət 
tələb edirdi. Dissertasiya təxminən 60 il əvvəl yazıldığı üçün ilk 
növbədə onu sovət, dövrü ideologiyasının təzahürlərindən azad 
etmək lazım idi. Bu ideologiya isə, xüsusən, humanitar 
tədqiqatlara çox qüvvətli  şəkildə, dünya görüş  səviyyəsində 
sirayət etmişdi. Buna görə də o zamankı başqa əsərlərdə olduğu 
kimi Mir Cəlal müəllimin əsərində də bəzi ədəbiyyat faktlarına və 
bir sıra  ədiblərin yaradıcılığına  əsərin yazıldığı illərin tələbləri 
baxımından tendensiyalı münasibət mövcud idi. Vəziyyəti 
yüngülləşdirən o idi ki, Mir Cəlal müəllim “XX əsr Azərbaycan 
ədəbiyyatı” dərsliyi üçün dissertasiyasından götürmüş olduğu 
bölmələri ideoloji baxımdan da müəyyən dərəcədə redaktə 
etmişdi. Lakin onda da sovət ideologiyası  hələ mövcud idi. 
Demək, istər həmin bölmələri, istərsə də dərsliyə düşməyən digər 
hissələri (belə hissələr isə çoxdur) redaktə zamanı bu günün ic- 
 
  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə