Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə5/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   2   3   4   5   6   7   8   9   ...   108

 
14
Klassik sənət  əsərləri kimi böyük elm yadigarları da bütün 
zamanlar üçün gərəklidir,  əhəmiyyətlidir. Mir Cəlal müəllimin 
“Azərbaycanda  ədəbi məktəblər (1905-1917)” əsəri də XX əsr 
Azərbaycan  ədəbiyyatını öyrənənlər, tədqiq edənlər üçün daima 
vacib və nüfuzlu elmi mənbə olacaqdır.  İndiyədək yalnız bir 
dissertasiya nüsxəsi olub kitabxanada oxuna biləcək bu əsər, indi 
geniş auditoriya qazanmış olur, ədəbiyyat elmimizin çox dəyərli 
bir nümunəsi kimi gələcək tədqiqatçıların ixtiyarına verilir. 
Gözəl alim, böyük pedaqoq Mir Cəlal müəllimin bu da bir xeyir-
duası olsun!.. 
 
Təhsin Mütəllimov 
 
  


 
15
 
 
 
 
 
 
Müqəddimə  
 

 
Haqlı olaraq yeni dövrün Azərbaycan  ədəbiyyatını böyük 
ədibin adı ilə “Molla Nəsrəddin dövrü” ədəbiyyatı adlandırırlar. 
Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə) - bu adın özü 
maarifçi demokrat ədəbiyyatımıza sima və sifət vərən bir simvol 
olmuşdur. Bu ad çəkildimi,  ədəbiyyatda siyasi ideyaların 
çarpışması dövrü, müasir, mübariz, həqiqi həyat  ədəbiyyatının 
güclü və  cəsarətli bir axınla hücuma keçməsi dövrü təsəvvürdə 
canlanmış olur. 
Nizami, Füzuli kimi klassikləri müstəsna tutsaq, Mirzə Fətəli 
Axundova qədər, müəyyən dərəcədə  hətta ondan da sonra 
Azərbaycanda klassik Şərq  şeiri üslubunda, yarım sxolastika 
istiqamətində olan, aşıq-məşuq duyğularını  tərənnüm edən gül-
bülbül, mey-məzə, hicran-vüsal şeiri dəb düşmüşdü. Keçən əsrin 
axırları  və  əsrimizin ilk on ili ərzində yazan bir çox şairlərin 
S.Ə.Şirvani,  Ə.Nəbati, Natəvan, Azər, Müniri, Mirzə  Həsib 
Qüdsi, Ləli, Qumru, Raci, Sərraf kimi şairlərin əsərlərində az bir 
istisnanı nəzərə almasaq məzmun, mətləb köhnə idi. 
Bu şeir qədim və orta əsrlərdəki məzmun və şəkil parlaqlığını 
itirmişdi. Bu şeirin  ən böyük “vətəndaşlıq” xidməti, həm də 
bəşəri xidməti köhnə cəmiyyətdə ağır, uzun və tükənməz bəlalara 
düçar olan insanın, şəxsiyyətin, maddi və 
 
  


 
16
mənəvi məhrumiyyətlər içində  çırpınan fərdin dərdini tərənnüm 
etməkdən, həssas adamların qəlbindən qopan fəryadları səbt edib 
saxlamaqdan, insanın dəruni, mənəvi həyatının bədii tarixçəsini 
yaratmaqdan ibarət olmuşdur.  İnsan təbiəti və fitrəti ilə azad, 
sərbəst yaranmışdır. Ağa-qul cəmiyyətinin ağır kötəklərinə məruz 
qaldıqca qəlblərin dərdi böyük, ümumi və çəkilməz olmuşdur. Bu 
dərdin ifadəsinə  şiddətli ehtiyac duyulmuşdur. Bu, qoca Şərqin 
musiqisində  və  şeirində daha açıq ifadə olunmuşdur. Sonralar 
saray zadəganları  və ruhanilər  şeirin bu məzmununu da 
dəyişməyə, qəzəldə olan demokratik təsiri boğmağa çalışmış  və 
müəyyən dərəcədə müvəffəq də olmuşlar. Qəsidəçiliyin, mərsiyə 
ədəbiyyatının rəvac tapması, insanın, istismar dünyasında 
çırpınan aşağı  təbəqələrin ictimai arzularına dini rəng və  məna 
vərmək, ağlamağı acizlik və yazıqlıq kimi yox, “mömünlük”, 
“hünər” və “savab əməl” kimi qələmə  vərmək bu dəyişmənin, 
saray-ruhani təbliğatının meyvəsi idi. 
Son əsrdə İranda olduğu kimi, Azərbaycan şairləri arasında da 
mərsiyə, növhə, sinəzən və s. müsibət mahnıları böyük şöhrət 
tapmışdı. Daxil, Qumru, Raci, Sərraf, Dilsuz, Pürqəm,  Şükuhi, 
Dilxun, Ləli, Çakər, Mirzə Səməndər kimi şairlər var qüvvələrini 
sərf edərək, söz sənətinin bütün üsullarından, bədii vasitələrin hər 
növündən istifadəyə çalışaraq camaatı  ağlatmış, dünyadan əl 
üzməyə, axirət fıkri ilə, cənnət xəyalı ilə yaşamağa çağırmışlar. 
“Dünya evində hər nə edərsən, keçər gedər”, “Bu dünya fanidir - 
fani, Bu dünyada qalan hanı”, “İsgəndər tək əzizim çulğasan gər 
mülki-dünyanı,  Əlin boş, bihəşəm dünya evindən köçməyə 
dəyməz”... Belə sözlərlə avamları  nəinki mübarizədən 
uzaqlaşdırmış, hətta adamları gündəlik məişət, güzəran üçün 
çalışmaq həvəsindən də salmışlar. 
Mərsiyə  şeirinin ustalarından olan dərbəndli Qumra (1819-
1892) bir varlının çağırışı ilə ömrünü növhə yazmağa  


 
17
sərf etmişdir. O, divanını  təb ilə  ağlın uzun-uzadı bir dəyişməsi 
ilə başlayır. Axırda “Kərbəla eşqinə uyan təb” ağlın 
mühakimələrinə gülərək qalib gəlir: 
 
Adəm ilən bəhayim içrə nə fərq, 
Başda həvayi-eşqi-ruxi-dilbar olmasa... 
Almazla dangü dirhəmə şur olmayan başı, 
Ta zövqi eşqilən o başa dəftər olmasa...
1
 
 
Dilsuz şiələri müttəsil, gecə-gündüz ağlamağa çağırır: 
 
Ağla ey şiə, nə qədər olsa macal, 
Bu əzadə şəbü ruzu, məhu-sal. 
Vay ol kəsə ki, rehlət edə bu cəhanidən, 
Bir dəst-xətti olmaya sahibzəmanidən...
2
 
 
Qəzəl  ədəbiyyatının rübabi təsiri də beləcə  zəifləməkdə idi. 
Buradakı hisslər süniləşmiş, surətlər köhnəlmiş, çeynənmiş, ikrah 
oyatmaq dərəcəsinə  gəlib çıxmışdı. Belə  əsərlər ömrünü eyş-
işrətdə keçirən mülkədar və tuccar nümayəndələrinin zövqünü 
oxşasa da, zamana şeiri olaraq səhnədən çəkilməkdə idi. 
Qəzəlxan  şairlərin yaradıcılığında meydana gələn və sürətlə 
yayılan həcv, satira meylinin özü şeirə olan yeni ictimai sifarişin 
zəif olsa da, bir səsi idi. Əgər mərsiyə məscid, minbər malı, rəsmi 
dini məclis söhbəti idisə, həcvlər el malı, camaatın öz içində 
sərbəst oxunan ağızdan-ağıza gəzib, xan və  bəyin, müctəhid və 
ya qazinin pis əməllərindən xəbər vərən, adamlarda gülüş  və 
tənqid hissi oyadan, “senzura”-nın əli çatmayan nümunələr idi. 
 
 
 
 
 
                                                 
1
 Kənzül-Məsaib. Təbriz, 1300 /hicri/, səh. 11. 
2
 
Divani Dilsuz. Təbriz, 1281 /hicri/, səh. 38. 
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə