Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə7/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   2   3   4   5   6   7   8   9   10   ...   108

 
21
İstanbul ünsür və  ədalarından, düşüncəni islam ehkamından 
qurtarmağa çalışdığı kimi, Azərbaycanı müstəmləkə 
vəziyyətindən, xalqı feodal quruluşu boyundurağundun xilas 
etməyə səy edirdi. Ona görə də cavan ədib həyatı çulğamış olan 
bu gülməli, həm də ağlamalı vəziyyətin təsvirindən başladı: 
“Ürəyimin dərdi çox idi. Tiflisin Şeytanbazarında
1
 rast 
gəldiyim islam aləmi hər gün və  hər saat məni yazmağa vadar 
edirdi. Şairlər deyən kimi: 
 
Yaza-yaza dərdimi aləmdə kaqız qoymadım,  
Axırı bir guşeyi-divara yazdım dərdimi.
2
 
 
- Axırda mən də götürdüm bir hekayə yazdım. Yazdım ki, bir 
bədbəxt müsəlman zəhmətkeş ki, onun adı Usta Zeynaldır, o 
qədər dini cəhalətə çumubdur ki, bu cəhalətin bərəkətindən 
həmişə  zəhmətdədir. Görürdüm ki, mollalar bu biçarə Usta 
Zeynalı başa salıblar ki, dünyada bir təmiz var, bir də murdar. 
Təmiz odur ki, bitli, sirkəli də olmuş olsa ancaq etiqadca 
müsəlman olsun, Əli şiəsi olsun. Və murdar odur ki, çox pakizə 
və təmiz də olmuş olsa və bu dəqiqə təmiz bir hamamdan çıxmış 
olsa, bir surətdə ki, o müsəlman deyil... o adam murdardır. Mən 
də kağız tapa bilməyib divar səhifələrini qənimət bilirdim ki, 
orada Usta Zeynalın bədbəxtliyini təsvir edim...”
3

Mirzə Cəlilin yazmaqdan əsas məqsədi bu idi. Xalqı cəhalətə, 
zillətə salan, camaatın evini yıxan adamları, hadisələri, səbəbləri 
göstərmək, oxucunun etiqadını dəyişmək idi. 
                                                 
1
  Şeytanbazar bir Tiflisdə yox, çox müsəlman  şəhərlərində var idi. Burada adam 
aldatmaq, yalan, hiylə, oğurluq və s. pis əməllər məkanı mənasında, bir simvol kimi məcazi 
mənada işlənir. 
2
 
Müəllifi naməlum olan bu beyt belə də oxunur:  
Axiri bir səflıeyi-divara yazdım dərdimi. 

C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh. 21. 
 
 


 
22
Mirzə  Cəlil bədii  ədəbiyyatı  həyat üçün, xalqın mübarizəsi 
üçün zəruri bir vasitə sayırdı  və bunu bütün ədəbi fəaliyyətinə 
V.Q.Belinskinin dili ilə desək, “Alfa və omeqa”, Şərqin dili ilə 
desək, bismillah və xətmullah seçmişdi. 
Böyük  ədibin bədii  əsərdən ikinci tələbi  əxlaqi məziyyət, 
yaxud hüsni-əxlaq duyğuları idi. Bu məsələdə  də o köhnə  Şərq 
zehniyyətinə, Sədilərin orta əsrlərə  məxsus nəsihətinə, Fazili-
Dərbəndilərin “əxlaqına” zidd idi. Sədi  şeirlərinin çoxunda 
oxucunu susmağa çağırırça, Mirzə Cəlil oxucusunu hər bir zülm 
və haqsızlığa qarşı  çıxmağa çağırır. Sədi ayaqyalın adama 
qılçasız adamı göstərib təsəlli vərməyə çalışırsa, Mirzə  Cəlil 
piyada yol gedənə Avropanın yeni nəqliyyat texnikasını göstərib 
düşündürməyə, fəaliyyətə vadar edir. Sədi oxucusunu taleyə, 
qismətə, qəzavü-qədərin hökmünə inandırmağa, hər bəlaya səbr 
və  təhəmmül etməyə öyrədir. Mirzə  Cəlil isə xalqını  fəaliyyətə, 
öz səadətini öz əli, öz gücü ilə  əldə etməyə çağırır. Böyük ədib 
sonradan və hakim siniflər tərəfindən uydurulmuş bütün 
“müqəddəsatı” rədd edir. O, tələb edir ki, yalanı  ən müqəddəs 
sayılan bir müctəhid demiş olsa da, yalan kimi qəbul etmək 
lazımdır. Doğrunu  ən hörmətsiz adam, İsgəndər (“Ölülər”) kimi 
bir sərsəri, bir kefli demiş olsa da, doğru kimi qəbul etmək, 
hörmət bəsləmək lazımdır. 
Dünyada  ən müqəddəs  şey sağlam mühakimənin istiqaməti, 
doğru və real məntiqin tələbləridir. Heç bir zahiri qondarma, 
bəzəmə  səbəblər müqəddəs və ülvi olan azad düşüncə yolunu 
kəsməməlidir;  əqlin, zəkanın işıqlı fanarını söndürməməlidir. 
Buna görə də Mirzə Cəlil bədii əsərlərdən yeni, əxlaqi, gənc nəsli 
köhnə fikirlərdən, çirkin əməllərdən iyrəndirən, ona yeni zəhmət, 
fəaliyyət duyğuları  aşılayan yeni ictimai vərdişləri tələb edir. 
Hətta sovət dövründə, inqilabın ilk illərində  bəzi səhnə 
əsərlərində göstərilən eşqbazlıq lövhələrinə qarşı Mirzə Cəlil çox 
qəzəblənirdi.  Əyləncə, maraq oyatmaq, çoxlu tamaşaçı  cəlb 
etmək üçün edilən, məz- 
 
  


 
23
munu  şəklə qurban vərən, “milyonu şahıya satan” və  nəticə 
etibarilə dramaturgiyamızı yolundan azdıran bu əsərlər haqqında 
Mirzə  Cəlil dönə-dönə yazmışdır. “Eşq mədrəsəsi” məqaləsində 
oxuyuraq: “haradan biz bu yolu tutmuşuq və kimdən öyrənmişik. 
Səbəb nə oldu ki, indi teatromuzun əlli illiyində biz 
səhnələrimizdə “Kimyagər” 
əsərləri 
əvəzinə növ-növ 
mütribbazlıqlar görürük. “Məstəli  şah” kimi bir ibrətli və xeyli 
məzəli nümayiş  əvəzinə  şantanlar görürük və  hədsiz - hesabsız 
qiymətli əsərləri tərcümə edib... göstərmək əvəzinə hər gün, hər 
gecə teatrlarımızı zurna-balaban, tar-qaval məclisinə oxşadıb 
ziffaf gecələrini eyni surətdə cavanlarımızın gözünün qabağına 
gətiririk ki, fürsəti qənimət bilsinlər və bu fani dünyanın 
baqiliyinə çox ümidvar olmasınlar; o məhəbbət  şərbətindən 
dadmağı tərbiyə və təhsildən sonraya qoymasınlar...”
1

Bu sağlam və kinayəli tənqidin izahına ehtiyac yoxdur. 
Mirzə  Cəlil sənətdə mucərrədliyin də  əleyhinədir. Eyni 
şiddətli və istehzalı gülüşünü o, Şərifin “Gözəllik nədir” adlı 
məqaləsinə qarşı  işlətmişdir. Mirzə  Cəlil göstərir ki, gözəllik 
anlayışı mücərrəd deyil, müəyyəndir, mütləq deyil, tarixidir. 
Məqalə sahibi kimin gözəllik hissindən və baxışından danışdığını 
seçmədiyi üçün Mirzə  Cəlil ona kəskin cavab vərərək, sadə bir 
kəndlinin gözəllik haqqındakı  təsvirini müəllifin alimanə 
mülahizələrinə qarşı qoymuşdur.  
Mirzə  Cəlilin dil məsələlərinə,  ədəbiyyatda müasirlik 
məsələsinə, canlı insanların təsviri, sadəlik və  fəallıq 
məsələlərinə dair qeydləri çoxdur. Ancaq onun ədəbi-bədii 
baxışlarını müəyyən etmək üçün ən parlaq, zəngin material 
ədibin öz bədii əsərləridir. 
“Molla Nəsrəddin” məcmuəsini açan, Haqvərdiyevi, Sabiri, 
Ordubadini, Ə.Nəzmini, Qəmküsarı başına yığan, köhnə 
  
                                                 
1
 
C.Məmmədquluzadə. Eşq mədrəsəsi. “Molla Nəsrəddin”, 1923,  19. 
 
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə