Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə10/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   6   7   8   9   10   11   12   13   ...   108

 
30
 
 
Gülbaharın öz evində kitab yanğını  təşkil edib böyük və 
müqəddəs vəsiyyətnaməni oxuması klassik faciələrin yüksək 
qəhrəmanlarını, onların basılmaz daxili, mənəvi qüdrətini 
xatırladan lövhələr deyilmi? 
Mirzə  Cəlil  ədəbi məktəbindəki realizmin məhdudluğu, 
birtərəfliliyi tarixən məşrutdur. O zamankı  ədiblərimizin çoxu 
yıxmaq, dağıtmaq, köhnə dünyanın bünövrədən sarsıtmaq üçün 
ən çox tənqidə, satirik üsul və boyalara güc vərmişlər. 
Realistlərin mühüm lövhə  və  təsvirləri belədir. Burada həyatın 
işıqlı  tərəflərinə etinasızlıq vardır. Burada gələcək, yeni həyat, 
qalib insanlar, yeni dünya üçün vuruşanlar ya yoxdur, ya 
təkdirlər. Burada əsas surətlər mənfi adamlardır,  əsas hadisələr 
mənfı hadisələrdir. Mirzə  Cəlil yaradıcılıq metodundakı bu 
məhdudluq,  şübhəsiz  ədibin görüşlərindəki məhdudluq ilə 
əlaqədardır. 
 

 
Azərbaycanda ümumən filoloqiya kimi ədəbiyyatşünaslıq elmi 
də əsasən bir elm olaraq inqilabdan sonra yaranmışdır. Ədəbiyyat 
sənətinin özündə olduğu kimi şiddətli sinfı mübarizə  şəraitində 
yaranmışdır.  Əsrimizin  əvvəllərinə  qədər. meydana çıxmış olan 
təzkirələr ən yaxşı halda mətnşünaslıqdan, şairləri, əsərləri qeyd 
etməkdən irəli gedə bilmirdi. 
Ədəbiyyat tarixi sahəsində ilk addımı Firidun bəy Köçərli 
atmışdır. O, 1903-cü ildə Tiflisdə  nəşr etdirdiyi, rus oxucusuna 
Azərbaycan  ədəbiyyatının böyük şəxsiyyətlərindən müxtəsər 
məlumat vərən kitabçasından sonra ədəbiyyat tarixi yazmaq 
fıkrinə düşmüş, böyük həvəslə material toplamışdır. Firidun bəy 
məqsədinə nail olmadan vəfat etdiyindən onun yazıları bir 
material olaraq “Kommunist” qəzeti nəşriyyatı 
 
  


 
31
tərəfindən çap olunmuşdur
1
. Bu kitablarda şairlərin,  ədiblərin 
tərcümeyi-halı,  əsərləri, mühit və  həyat  şəraitləri haqqında 
məlumat vardır.  Əsasən tərcümeyi-hal (bioqrafik) üsulu ilə 
yığılan və yazılan bu məlumat tədqiqatçılar üçün mühüm mənbə 
sayıla bilər. Ancaq Firidun bəyin “materialları” da təzkirələrdən 
az fərqlənir. Burada ədəbiyyat və  sənət nümunələrinin sistemli
elmi təhlili yoxdur. Burada ədəbiyyatın sinfi bir məfkurə kimi 
ictimai hadisələrlə  əlaqəli təhlilini axtaramaq nahaqdır. Yenə 
həmin illərdən başlayaraq “Kommunist” qəzetinin nəşr etdiyi 
silsilə kitablar da bir həvəskarın  şəxsi zövqi ilə bağlı olaraq 
yığdığı  və ancaq tarixi, faktik cəhətdən müxtəsər izah vərdiyi 
materiallardır. 
1930-cü illərə  qədər Bakıda, Tiflisdə, Təbrizdə, Tehranda bu 
tipli, ya buna oxşar kitablar olmuşsa da, bunların heç birində 
1905-ci ildən sonrakı dövr ədəbiyyatı mövzu olmamışdır. 
Yalnız son illərdə yeni yetişən gənc  ədəbiyyat alimləri bu 
dövrin ayrı-ayrı mühüm simalarının tədqiqinə  səy etmiş, 
keçmişlərdən çox fərqli olaraq əsasən faydalı kitablar yazmışlar
3

Orta-ali məktəblər üçün dərsliklər yaratmışlar
4
. Bundan başqa 
ədəbi-tarixi icmallarda, ayrı-ayrı yazıçıların külliyatına, 
ədəbiyyat məcmuələrinə  vərilən müqəddimələrdə
5
 bu dövrün ən 
görkəmli yazıçıları haqqında məlumat- 
 
 
 
 
 
                                                 
1
F.Köçərli. Azərbaycan ədəbiyyatı tarixi materialları, II c, (4 hissə), Ba-kı, 1925-26. 
2  “Mirzə Şəfi Vazeh”, “İmadəddin Nəsimi”, “Ağa Məsih Şirvani”, “Bahar Şirvani” və b. 
3  M.İbrahimov. Böyük demokrat, Bakı, 1939, C.Xəndan. Sabir, Bakı, 1940. 
4 C. Xəndan. Azərbaycan  ədəbiyyatı (XX əsr) (əl yazması hüququnda), Bakı, 1939; 
M.Arif, C.Xəndan. XX əsr ədəbiyyatı, Bakı, 1941. 
5Antologiya Azerbaydjanskoy poezii, Moskva, 1939. 
 
 
 


 
32
lar yazılmışdır ki, bunların hamısı  həmin dövrün tədqiqinə bir 
hazırlıq olmuşdur. 
Nəhayət, müharibə illərində SSRİ Elmlər Akademiyası 
Azərbaycan Filialının təşəbbüsü ilə iki cildlik “Müxtəsər 
Azərbaycan  ədəbiyyatı tarixi” nəşr edilmişdir ki
1
, həmin  əsərin 
mühüm bir fəsli (V fəsil) bu dövr ədəbiyyatı tarixinin 
konspektindən ibarətdir
2

Azərbaycanda  ədəbi məktəblərin tədqiqinə  həsr olunan bu 
əsərdə müəllifin qarşısına qoyduğu vəzifə yalnız  əsas üslubların 
yaranması, inkişaf və xasiyyətnaməsini vərmək deyildir. Vəzifə 
həm də Azərbaycan  ədəbiyyatında  əmələ  gələn tarixi dönüşün, 
köhnə, sxolostik ədəbiyyat ilə yeni ədəbiyyatın fərqinin bu 
spesifık məfkurə sahəsində necə  əks olunduğunu göstərməkdən 
ibarətdir. 
Azərbaycanda realizmin, romantizmin və ya başqa  ədəbi 
cərəyanların səciyyəsi, xasiyyətnaməsi, inkişaf yolu hələ  də 
aydınlaşdırılmamışdır. Bu dövrün ədəbiyyat həyatı məfkurəvi bir 
proses kimi tədqiq olunmamışdır. 
Bir sıra mühüm ədəbi sənədlər, hadisələr, nəinki orta 
səviyyəli, hətta görkəmli  ədəbi simalar ədəbiyyat tariximizdən 
kənarda qalmış, oxucuya tanıdılıb təqdim edilməmişdir.  Əlbəttə 
ki, bu vəziyyət heç vaxt bu dövr ədəbiyyatının qonşu  Şərq 
ölkələri  ədəbiyyatına olan böyük təsirini göstərməyə imkan 
vərməzdi. Bundan əlavə,  ədəbiyyat hərəkatının özü, əməli 
cəhətdən də belə bir əsərə olan ehtiyacı zəruriləşdirmişdir. Çünki 
bugünkü  ədəbiyyatımızın özündə bir sıra yazıçıların üslub və 
yaradıcılığı 
əsrin 
əvvəllərində böyük realistlərin 
müəyyənləşdirilmiş üslubu ilə, Sabir satira məktəbi ilə 
əlaqədardır. 
 
 
 
                                                 
1
 
Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi, I-II c, Bakı, 1943-44.
 
2
 
V fəslin mətni bu sətirlərin müəllifinindir
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə