Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə102/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   98   99   100   101   102   103   104   105   ...   108

 
355
və teatr ilə yanaşı yüngül məzmunlu pyeslər və  əyləncəli tamaşa 
peşəkarları da meydana gəlirdi.  Əgər həqiqi dramnəvislər 
(Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov) realizm 
üslubunda qiymətli dramlar, komediya və faciələr yaradırdılarsa, 
əyləncəpərəstlər maraqlı, gülməli, vaxt keçirməli pyeslər, 
səhnəciklər, operettalar, vodevillər yaradırdılar.  Əgər həqiqi 
dramları tamaşaya qoymaq, göstərmək üçün müəyyən, lazımi şərait 
və vəsait, müqtədir aktyor heyəti və münasib otaqlar lazım olurdusa, 
əyləncə oyunları üçün bu lazım olmurdu. Belə tamaşalar ən uzaq və 
kasıb bir kənddə  də göstərilə bilərdi. Bunlarda iştirak etmək üçün 
aktyor və aktyorluq məharətindən çox güldürmək, məsxərəçilik 
etmək, bir qədər də səs ilə oxumağı bacarmaq kifayət idi. 
Belə pyeslər öz qaydası ilə çoxalmağa, yayılmağa başlamışdı. 
Bunları yalnız orta səviyyəli və istedadlı yazıçılar (Mirzə 
Məhəmməd Axundov, Rəşidbəy  Əfəndiyev) deyil, aktyorlar 
(M.Kazımovski, Mirzə 
Ağa 
Əliyev, 
Əhməd Qəmərli), 
hüquqşünaslar (Əlibəyov), mühərrirlər (Hacı  İbrahim Qasımov, 
Qafur Rəşid, Haşımbəy Vəzirov), idarə  məmurları (Cəfər 
Bünyadzadə), tacirlər və ümumiyyətlə azçox əli qələm tutan 
həvəskarların hamısı yazırdı. Ona görə  də dramaturgiyanın bu 
xəttində əsl ədəbiyyat və sənət əsəri sayıla bilən nümunələr olduqca 
az idi və olanlar da ya naqis, ya da nöqsanlı idi. 
Bu müəlliflərin yazılarını,  şübhəsiz  əsas  ədəbi məktəblərin heç 
birinə mənsub etmək olmaz. Bunlarda həyat və məişət ənənələri olsa 
da, realizm yoxdur. Şeirdə kitabnamə  və  xəyaldan istifadə olsa da
romantika yoxdur. Əsas xüsusiyyətlərinə görə bunlar naturalizmə 
daha yaxın idilər. Ancaq bunlar haqqında naturalizm istilahını da 
ehtiyatla demək lazımdır. Çünki bu, nə  nəzəri köklərə  və  əsaslara 
söykənən fransız (E.Zolya), nə  də  xəyali lövhələri çılpaq da olsa 
ustalıqla təsvir  


 
356
edən rus (Arsıbaşev) naturalizmi idi. Naturalizmə doğru 
istiqamətlənən, lakin sənət səviyyəsinə qalxa bilməyən, həyatı kor-
koranə təqlid ilə yazan, cəlbedici olmaq üçün həm musiqidən, həm 
intizarlı münaqişələrdən, həm gülüşdən, həm göz yaşından eyni 
dərəcədə faydalanan və eyni şəkildə istifadə edən, hələ 
müəyyənləşməkdən, üslublaşmaqdan çox uzaq olan həvəskarların, 
həm də  bəzən alovlu və inadlı  həvəskarların (Kazımovski) gənclik 
məktəbi idi. 
Bu həvəskar dram yazanların mövzu dairəsi nədən ibarət idi? 
Bunlar Ü.Hacıbəyovun "O olmasın, bu olsun" komediyasında 
cavanlıq iddiasına düşmüş Məşədi İbadları, alimlik, ictimai xadimlik 
iddiasına düşən avam, xudbin, mənfəətpərəstləri lağa qoyurdular. 
Yaxud, artıq hörmətini itirməkdə olan mərsiyəxan, dua yazan, ilan 
oynadan yalançı din xadimlərinə gülürdülər. Bu əsərlərdən eləsi də 
var idi ki, özü-özlüyündə Molla Nəsrəddin lətifələri kimi gülməli 
əhvalatlardan alınmışdı. Dramaturq bu əhvalatı  səhnələşdirməklə 
nəinki məharət və  sənət işlədir, hətta sadələşdirir, bəsitləşdirirdi. 
Belə bir "əyləncəli" dramaturgiyanın xoşbəxtliyi orasında idi ki, 
səhnə  ədəbiyyatına, tamaşaya tələb çox idi. Tamaşa ehtiyacından 
faydalanaraq belə dramaturqlar zirəkliklə günün mövzularını 
götürür, tələsik bir şəkil, verib əhvalat qurur, musiqi, mahnı ya 
məsğərə ilə bəzəyib səhnəyə çıxarırdılar. 
Bu  əsərlərdə  həyatın Bədii təsviri yox, kor-koranə  təqlidi, foto 
surəti vardı. Buna görə də dövrün istiqamətləndirici meyllərini açan, 
göstərən hadisələri qələmə almaq əvəzinə naturalist dramaturqlar 
zahirən qəribə, məzəli, gülməli ya təəccüb etməli hadisələri mövzu 
seçirdilər. Rus dilini və  məişətini bilməyən və bunlardan çox uzaq 
olan bir İran həmbalı ilə ziyalı bir rusun qarşılaşması, birbirinə  işi 
düşməsi və dilləşməyə  məcbur olması, özü-özlüyündə tamaşalı bir 
səhnə 


 
357
olurdu. Yəqin ki, həyatda belə hadisələr olmamış deyildi. Ancaq 
bunun sənət üçün müəyyən bir məfkurə  və ya duyğunu ifadə üçün 
nə dərəcə münasib və müvafiq olduğu üzərində düşünmək lazım idi 
ki, dediyimiz müəlliflər bunu etmirdilər. Onlar qəribəlik, gülüş 
xatirinə bu hadisəni səhnəyə gətirirdilər. Hadisənin fotosurətini alır, 
bəlkə  də  həmin zahiri boyalan tündləşdirir, tamaşa yaradırdılar. 
(M.Kazımovskinin "Daşim-daşim", "Həmşəri mənzili" və s.) 
Bu dramların ikinci və mühüm nöqsani, xarakterlərin, bitkin 
insan surətlərinin olmamasıdır. Bu əsərlərdə adamlar bütün vücudu, 
bütün xasiyyəti və bütün varlıqları ilə göstərilmirdilər. Onlar ancaq 
bir cəhətləri ilə, tamaşanı rövnəqləndirə bilən xasiyyət və vərdişləri 
ilə (gülməli danışmaq, oxumaq, evlənmək ehtirası ifadə etmək) 
iştirak edirdilər. Həqiqi dramaturgiyada, ümumiyyətlə həqiqi realist 
ədəbiyyatda həyatdan alınan hadisə  və  əhvalatların, insanların 
göstərilməsi, qəhrəmanların xasiyyətnaməsini açmaq üçün bir 
vasitə, bir silah, bir üsul, bir bəhanə olduğu halda, burada əksinədir. 
Burada surətlər, qəhrəmanlar, tiplər məzəli, maraqlı hadisəni, 
rövnəqləndirmək üçün bir vasitə halma düşürlər. 
Buradan aydındır ki, naturalist dramaturqların qəhrəmanları 
bitkin  şəxsiyyətlər, müəyyən ictimai zümrəni və  əhvali-ruhiyyəni 
təmsil edən surətlər ola bilmirlər. Onların daxili aləmi yoxdur. 
Onların psixologiyası tamaşaçı üçün qapalı qalır, açılmır. 
Üçüncü tərəfdən, bu əsərlərin mühüm kəsiri, həyatın hadisənin, 
materialın seçilməsində, daha doğru seçilməməsindədir. Realizm 
həyatı mükəmməlliyi ilə görüb göstərməyi tələb edən bir üslubdur. 
Ancaq realizm heç vaxt həyatda olan hər  şeyi göstərmək tərəfdarı 
olmamışdır və ola bilməz.  Əsl məsələni fərdi məsələdən, həlledici 
vəsiləni tabe vəsilədən,  əsas hadisəni  əhəmiyyətsiz xırdalıqlardan 
ayırıb seçmək sənətin,  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə