Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə98/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   94   95   96   97   98   99   100   101   ...   108

 
340
 
"İblisin hüzurunda" adlı kiçik simvolik səhnədə həmin məsələ bir 
az da açıq  şəkildə verilmişdir.  İblis bəşəriyyətin bugünkü halına 
baxır. Müharibələri, aclığı, fəlakəti, qızışan  ədavəti görüb 
balalarından və xadimlərindən razılıq edir. Xennas (İblisin balası) öz 
müvəffəqiyyətlərini belə izah edir: "Saçdığımız toxumlar o qədər 
dərin rişə atmış və qurduğumuz tor əlayaqlarını elə sarımış ki, insan 
bütün  şərəf və  mənliyini unutmuşdur.  Əsrlərcə onların  ətrafına 
dolaşmasaq belə almış olduqları adətlərindən  əl çəkməzlər. Bir də, 
biz onların içində o qədər iblislər yetişdirmişik ki, onlar bizim 
yerimizi tuta bilər".
1
 
İnsanın alçaldığına və  şeytani  əməllərə uyduğuna inanan iblis, 
yer üzündə  şər işlərin artıq dərəcədə kök saldığını  və insanların 
əksəriyyətində  şeytani sifətlərin üstün olduğunu, insanların "kağız 
və  mədən parçalarına" (pula) səcdə etdiyini görüb sevinir və 
oğlanlarını xidmətdən azad edir. 
Əgər "İdeal və insanlıq"da mübarizə var idisə, inşan və ideal bir 
cəbhə  təşkil edərək zülm və  fəlakətlə vuruşurdusa, burada elə bir 
mübarizə  və vuruşma yoxdur. Burada insan aciz qalıb təslim olur
İblis tam qalib və hökmrandır. Burada xeyirxah qüvvələri təmsil 
edən surətlər yoxdur. Yalnız xəsis və bir şahı pulundan keçməyən 
insan var ki, bu da bəşər nümayəndəsi olaraq İblislə mübarizə etmir, 
əksinə, öz hərəkəti ilə onu sevindirir. 
Bunlar  Şaiqin müharibə  dəhşətlərindən aldığı  təsirdən doğmuş 
naümidlik  əhvaliruhiyyəsi ilə yazılan, ümumən  şairin yaradıcılığı 
üçün səciyyəvi olmayan əsərlərdir. 
Bu dövrdə A.Şaiqin başqa ruhda, təbiəti, kənd həyatı və məişətini 
tərənnüm edən  şeirləri də vardır. Misal üçün "Dağlar soltanı", 
"Fidan"ı göstərınək olar. İctimai-siyasi aləmdə gedən qanlı 
vuruşmalara qarşı bu əsərlərdə "sakit, xoş və saf 
 
  
                                                 
1
Abdulla Şaiq. Seçilmiş əsərləri, Bakı, 1936, səh.204.  


 
341
bir həyat duyulmaqdadır. A.Şaiq yorulduğu, üz döndərdiyi ictimai 
mübarizələrə qarşı köhnə  həyat səhnələrini təsvir edir. Birinci 
şeirində şair çobanları yüksək bir məhəbbətlə tərənnüm etmişdir: 
 
Bu yerlərin sultanıdır çobanlar,  
Həm bəyidir, həm xanıdır çobanlar. 
 
A.Şaiqin bu əsəri dillərin əzbəri idi və çobanlıq həyatının həqiqi 
mənzərələrini, kənddən alman duyğuları verirdi. 
"Fidan" da belə hissi, lirik bir şeirdir.  Şair  ən kiçik, zəif, 
müqavimətə iqtidarı olmayan bir kolda, bir balaca ağacda da böyük 
həyat hissi, həyat  əzəməti duyur. İnsanın borcu, harada olur-olsun 
həyata xidmətdir. Fidan balaların, yeniyetmələrin timsalıdır. Onu 
küləkdən, tufandan qorumaq hər kəsin borcudur. A.Şaiqin 
şeirlərində bəzi süni ifadə və kəlmələr tapılsa da, (xırda pul əvəzinə  
pozuq para kimi) dili əsasən sadə, anlaşılan dildir. 
 
Nəsri 
 
A.Şaiqin "Məktub yetişmədi" və "Köç" hekayələri nəsrimizdə 
yeni və orijinal bir hadisə idi. Sabirin fəhlənin hüquqsuzluğunu və 
istismar olunmasını  təsvir edən  şeirlərindən sonra fəhlə  məişətinə 
dair hekayələrə olan ehtiyac qanuni idi. 1905-ci il inqilabının ilk 
illərində Seyid Musəvinin "Mis mədənində", "Çaqçuq", "Təzə 
həyatın tüluunda" adlı  əsərləri yeni ədəbiyyatın,  ədəbiyyatda yeni 
vəzifələr axtaran yeni dünyanın səsi idi. A.Şaiqin "Məktub 
yetişmədi"  əsəri də yeni mövzuda yazılmış son dərəcə  gərəkli bir 
əsər idi. İrandan gəlmiş  fəhlə Qurban mədənlərdə çalışır. Onun işi 
çox,  əmək haqqı az, vəziyyəti isə çox ağırdır. Lakin Qurban 
dözməlidir, əlacı yoxdur, "əhli-əyal" sahibidir. O, İranda ərbabın və 
şah 
 


 
342
mülazimlərinin zülmündən qaçıb burada iş tapıb, bir parça çörək 
pulu qazanınağa gəlmişdir. Qurban nainsaf Hacı Qulunun 
mədənində  kənkanlıq edir. O, bir tikə çörək üçün vətənindən,  əziz 
balalarından, xanımanından ayrı düşmüşdür. "Bir qədər pul 
toplamaq "məqsədi ilə çalışır, yeməyinə də qənaət edib əlinə keçəni 
uşaqları üçün yığır. "Anaxanıma, Məmişə  qırmızı güllü dəsmal 
almaq" xəyalındadır. Qurban arvadına yazdırdığı məktub qoynunda 
olduğu halda fantan vuran neft quyusunda məhv olur. 
Qurbana ölüm gətirən fantan, Hacı Qulu üçün bayram olur. 
A.Şaiqin təsvir etdiyi bu əhvalat o zaman neft mədənlərində 
təsadüfi deyil, adi gündəlik bir hadisə idi. Bu fikri Qurbanın yoldaşı 
belə  təsdiq edir: "Bax, bu yerlərin hər guşəsinə ayaq bassan, hər 
ovuc torpağına qazma vursan, işçi gəmiyi görər, işçi fəryadı 
eşidərsən...".
1
 
Şaiqin bu hekayəsi realist bir əsərdir. Köhnə Bakıdakı  fəhlə 
həyatı burada təbii və inandıncı boyalarla göstərilmişdir. Obyektiv 
təsvir və göstərınə üsulu ilə yazılan bu hekayədə sahibkar da, fəhlə 
də inandıncı münasibətlər əsasında verilmişdir. 
İnqilab  ərəfəsindəki Bakıda iki cür fəhlə var idi: biri siyasi 
cəhətdən  şüurlu, fəhlə  təşkilatlan ilə  əlaqə saxlayan, inqilabi 
mübarizə ruhu ilə yaşayan fəhlə, biri də öz məzlumluğunu bir "tale" 
kimi qəbul edən, ancaq öz əməyinə gücü çatan, fərdi həyatı ilə 
yaşayan, geridə qalmış  fəhlə. Qurban ikinci növ fəhlələrin tipik 
nümayəndəsi kimi ustahqla yaradılmış maraqlı bir surətdir. 
Qurbanın faciəli həyatını, Hacı Qulu kimi sahibkarların isə bu 
faciəyə laqeyd, vicdansız münasibətini göstərməklə A.Şaiq 
istismarçılara qarşı nifrət duyğusu oyadır. 
A.Şaiqin bu dövrdə yazdığı ikinci və daha qüvvətli hekayəsi 
kənd həyatından alınınış "Köç"dür. Bu əsərdə Azərbaycanın  
                                                 
1
 Abdulla Şaiq. Seçilmiş əsərləri, Bakı, 1936, səh.113. 
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə