Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə95/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   91   92   93   94   95   96   97   98   ...   108

 
329
Pəricahanda bir tərəfdən köçəri qadınlarda olan bir növ "kişi" 
ruhu var, ikinci tərəfdən nağıl və  əfsanə  qəhrəmanlarındakı sevgi 
macərası meyli və həvəsi vardır. O, son günlərə qədər əmisi oğlunun 
eşqi ilə yaşayırdı. Onu başqa cəbhədə görəndə  məhəbbətindən  əl 
çəkməyə, döyüşə hazır olmağa çalışır. Cahangir ağa tutduğu həyat 
yolunu ona başa salandan sonra Pəricahan da fikrindən dönür. 
Pəricahanın bu mənəvi və  məfkurəvi dönüşü  əsərdə süni və ani 
verilməmişdir. Tamaşaçı  və oxucu yaranan şərait və  təsirli amillər 
nəticəsində belə bir dönüşün yaranacağına inanır. Bu dönüş  həm 
Pəricahan xanım, həm də Cahangir ağa şəxsiyyətlərinin bitkinliyinə 
daha artıq kömək edir. 
S.Saninin yaradıcılığında realizm əsasdır, aparıcıdır. Burada biz 
həyatı bütövlüklə, qaranlıq və  işıq tərəfləri ilə birlikdə görürük. 
Hətta bir sıra əsərlərində ("Eşq və intiqam") ədib müsbət surətlərə, 
müsbət hadisələrə daha çox yer, daha çox Bədii rəng verir. 
Məzhəkələr yazsa da, satira və yumor Süleyman Sani üçün xas 
deyildir. Onda həyatın gözəl hadisə  və xüsusiyyətlərinin təsdiqi 
əsasdır. Onun əsərlərində  xalq  ruhu  və xalq həyatını  təmsil edən 
nurani və xeyirxah qocaların (Piri baba, İmamverdi baba, Piri kişi) 
surətləri diqqəti cəlb edir. Bu qocalar xalq idrakını, min illərlə 
xalqımızda yaşayıb, müəyyənləşən gözəl dəb və qaydaları  təmsil 
edirlər. Gənclərin səadətinə çalışırlar, çətinliyə, dara düşənlərə 
məsləhət verirlər, bağ salır, ağac becərirlər, xəstələri müalicə ediflər. 
Bu özü, ədibin əsərlərində nağıl ruhunun qüvvətli olmasını göstərir. 
S.Saninin  əsərlərində  təsvir olunan səhnələr və hadisələr bəzən 
bir növ əfsanə və əsatirləri yada salır. Divlərin hördüyü dağlar, vəhşi 
heyvanlara düçar olan aciz, kimsəsiz insanlar, "Qan bulaq"ları... 
Bunlar  ədibin üslubunu, Bədii təfəkkürünü də  şərtləndirınişdir, 
tənqidi realist yazıçılara və romantiklərə heç də oxşamayan  


 
330
bədii vasitələrin meydana çıxmasına səbəb olmuşdur.  Əgər tənqidi 
realistlərdə həyat və məişət bütün təfərrüatı və bütün dolğunluğu ilə 
göstərilirsə, romantiklərdə  hər  şey xəyala tabe olur, yüksəldilirsə, 
S.Sanidə bu həyat ictimai zəminəsindən ayrılmadan, əfsanəvi, əsatiri 
rəng alır. Ən adi və real hadisələrdə oxucu "sehirli" bir tərəf görür 
və ya axtarır. Bəzən  əhvalatın quruluşu və  işlənilməsində  də bu 
xüsusiyyət nəzərə çarpır. "Eşq və intiqam" pyesinin əsas 
münaqişələri bu istiqamətdədir. 
Həmin bu "əfsanə" və "sehr" əlamətlərinə görədir ki, ədib 
ziddiyyət və münaqişələrin nəticəsini hadisənin özündən çıxarmır. 
Bu nəticəni sonradan nurani qocanın dili ilə deyir ("Eşq və intiqam", 
"Qaraca qız"). Yenə buna görədir ki, S.Sani başqa  ədiblərimizdən 
fərqli olaraq keçmiş  həyatımızın çirkin və  zərərli cəhətlərini satira 
yolu ilə yox, faciə yolu ilə qamçılayır. O, köhnə dünya qurbanlarına, 
nadanlığa mübtəla olanlara gülmür, ağlayır. O, oxucusunda gülüş 
vasitəsi ilə nifrət doğurmağa yox, kədər vasitəsi ilə  mərhəmət 
doğurmağa, mütəəssir etməyə çalışır. 
Feodalizm dövründə Azərbaycanda yayılan  ən dəhşətli bir 
ictimai xəstəlik - qan davaları S.Saninin əsərlərində xüsusi bir 
qüvvətlə qırmanclanır, bu bəlanın dəhşətli nəticələri göstərilir ("Eşq 
və intiqam", "Ümid çırağı"). 
Süleyman Sani öz zamanəsində  məşhur olan və  ədəbi 
yaradıcılığın  əsas qüvvələrini özündə toplayan iki böyük üslubdan 
heç birinə  mənsub deyildir. O, nə Hadinin adı ilə bağlı olan 
romantizm üslubuna, nə  də Mirzə  Cəlilin adı ilə yad olunan hələ 
Mirzə  Fətəlidən başlayıb gələn tənqidi-realizm üslubuna mənsub 
deyildir. Maksim Qorki rus ədəbiyyatının böyük xidmət və 
xüsusiyyətlərini romantizm ilə realizmin vəhdətində görür. Bu 
cəhəti XX əsr Azərbaycan ədiblərinin də bir çoxunda görmək olar. 
Bu Abdulla Şaiqdə, xüsusən Süleyman Sanidə  səciyyəvi 
xüsusiyyətdir. Müəllimliyi, maarifçiliyi 
 
 


 
331
uşaq psixologiyasını  həmişə hesaba almaları, hər bir əsərdə 
tərbiyəvi, əxlaqi, didaktiki prinsipləri üstün tutmaları bu yazıçıların 
üslubunu başqalarından ayırmışdır. Bunlar nə romantiklər kimi 
gələcək xəyallarına məftun, nə  də  tənqidi realistlər kimi keçmişin 
tənqidinə aludədirlər. Onlar nə romantiklər kimi tarixin parlaq 
səhifələrini, parlaq simalarını yazır, nə  də  tənqidi realistlər kimi 
ölməli, məhv olmalı adamları əsas Bədii hədəf götürürdülər. Bunlar 
hər  şeydən  əvvəl məktəbə müraciət edir, ona göz tikirdilər. Həmin 
ədibləri keçmişdən də, gələcəkdən də artıq maraqlandıran bugün idi. 
Bugünün həyatı ilə yaşamaq, havası ilə  nəfəs almaq, bugünkü 
gəncliyin, bugünkü cəmiyyətin ehtiyaclarını ödəməyə çalışmaq 
zərurəti də buradan doğurdu. Bugün üçün, inkişafın indiki 
mərhələsində meydana çıxan və  təxirəsalınmaz vəzifələrin təsvirini 
vermək Süleyman Saninin başlıca xüsusiyyətlərindəndir. 
İntibah məsələlərinə  həsr olunan bir və ya bir yarım səhifədən 
ibarət olan hekayələr  ədibin yaradıcılığında çox təəssüf ki, azdır. 
Bəlkə  də bu əsərləri çox yazmaq olmur. Bunlarda tərənnüm üsulu 
əsasdır. Bunlarda qanadlı bir qəlb çırpnır. Bu əsərlər böyük Qorkinin 
"Şahin nəğməsi" və "Fırtına quşu"nu xatırladır. Bu hekayələrdə 
həyat və  məişət səhnələri təfsilatı ilə alınımamışdır. Burada bir 
xatirə, bir işarə  və  bəzən ildırım kimi yanıb sönən bir işıq 
verilmişdir. Lakin bu yeni işıqda biz bir aləmi, böyük gələcəyi 
görürük. Bir an görünüb yox olan bu aləmin həsrətini çəkirik. Bu 
hekayələrdə adamların da həyatı bir xətt, bir işarədə verilmişdir. Bu 
adamlar adi adamlar deyil, biz onların simasının şəklini, gözlərinin 
rəngini görmürük. Necə geyindiklərmi də bilmirik. Ancaq ilk 
tanışlıq dəqiqələrindən, hekayənin lap ilk sətirlərindən biz bu 
adamların qəlbini görürük. Onlar həyəcanlıdırlar, müntəzirdirlər. 
Onlar sanki böyük fırtınalardan çıxmış, heyrətə  gətirəcək olan bir 
gəminin tamaşasına 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə