Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə96/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   92   93   94   95   96   97   98   99   ...   108

 
332
durmuşlar. Onlar üfüqə, rüzgara, günəşə baxırlar. Yalnız gəmidəki 
yoldaşlarının, yalnız özlərinin deyil, bütün cəmiyyətin taleyini 
həmin səhərin bahar rüzgarında, sabah günəşində görürlər. Bu 
hekayələrdə qocalar başlıca simalardır. Bunlar bəzən böyük və 
xilaskar simvolu kimi görünürlər, kütlələrə yol göstərir, sirli 
məsələlərə vaqif olur, insanlara kömək edirlər. Bir qədər əfsanə və 
nağıl üslubunda verilən bu surətlər Azərbaycan xalqının sevdiyi və 
həmişə hörmət bəslədiyi el ağsaqqallarının, xeyirxah və müdrik 
babaların surətləridir. Onlara olan ümumi ehtiram və etimad, onların 
dərin zəkası  və kamil ağlında olan qüvvət və xarüqüladəlik  ədibin 
lövhələrində çox parlaq canlandırılmışdır. 
 


 
333
Abdulla Şaiq 
Talıbzadə 
 
(1881-1959) 
 
Tərcümeyi-halı 
 
Talıbzadə Abdulla Şaiq Axund Mustafa oğlu 1881-ci ildə 
Tiflisdə ruhani ailəsində doğulmuşdur. Atası Borçalıdandır. Anası 
Mehri xanım tiflisli Cəfərin qızıdır. Atası Tiflisdəki altı sinifli 
Rüşdiyə məktəbində şəriət və Şərq dilləri müəllimi idi. 
A.Şaiq yeddi yaşından məktəbə daxil olub dörd il oxumuş, fars 
və rus dillərini öyrənmişdir. Sonra anası ilə Xorasana gedib, orada 
təhsilini davam etdirmişdir. Xorasanda Mirzə Yusif adlı bir 
müəllimin yanında 5 il oxumuşdur. Fazili Yekçeşm adlı bir fars şairi 
hər gün öz şeirlərini gətirib Mirzə Yusifə oxuyar, Mirzə Yusif də 
ona məsləhətlər verərmiş. Gənc Abdulla Şaiq müəlliminin bu 
söhbətləri ilə maraqlanmış  və ilhamlanmışdı. O, bir gün 
İ.A.Krılovun "Sazandalar" təmsilini ruscadan farscaya tərcümə edir 
və müəlliminə göstərir. Müəllimi Abdulla Şaiqi təqdir edib, daha da 
həvəsləndirmiş, həmin  əsərin azərbaycancasını ona yazdırmışdır. 
Ancaq o zaman Şaiq farscanı türkcədən yaxşı yazarmış. 
1900-cü ildə Abdulla Şaiq Tiflisə qayıdır. Bir müddət orada 
qaldıqdan sonra böyük qardaşı ilə Bakıya köçüb altı sinifli  


 
334
məktəblərdən birinə ehtiyat müəllimi təyin edilir. 1911-ci ildə atası 
vəfat etdikdən sonra böyük bir ailənin ağır yükü Abdulla Şaiqin 
öhdəsinə düşür. 
Abdulla  Şaiq müəllimlik edərək, dərs kitabları  və proqramlar 
tərtib edib xalq maarifi sahəsində çalışmışdır. Eyni zamanda Bədii 
yaradıcılıq fəaliyyətini də davam etdirmişdir. 1910-cu ildə 
qəzetlərdə hissə-hissə  nəşr etdirdiyi "Əsrimizin qəhrəmanları" 
romanı oxucular tərəfindən təqdir edilmişdir. 
Abdulla  Şaiq uzun illər ali və orta məktəblərdə  ədəbiyyat 
müəllimi olmuşdur. 
Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə Abdulla Şaiqə 
"Əməkdar incəsənət xadimi" adı verilmişdir. 
Abdulla  Şaiq Bədii yaradıcılığa gənc ikən, hələ Tiflisdə 
məktəbdə oxuyarkən başlayır. A.Şaiq "Köç", "Məktub yetişmədi", 
"Ağlaşma" və s. hekayələrin, "Xasay", "Vətən", "Nüşabə" və başqa 
pyeslərin müəllifidir. Uşaq  ədəbiyyatı sahəsində onun mühüm 
xidmətləri vardır. 
 
Yaradıcılığı 
 
Abdulla  Şaiq Süleyman Sani kimi peşəkar müəllim, fəal maarif 
xadimi idi. Əsrimizin ilk illərindən başlayaraq yeniliyi təbliğ edən 
kiçik şeirlər, hekayələr, pyeslər yazmışdır. Yaradıcılığının ilk dövrü 
sayılan bu illərdə (1905-1920) Şaiq "Bir quş", "Nişanlı  qız", "XX 
əsrə xitab", "Hürriyyət pərisi", "Yad et", "Birnəğmə", "Vərəmli 
həyat", "Həpimiz bir günəşin zərrəsiyiz", "Bir mələkə", "Fidan", 
"Dağlar sultanı", "İdeal və insanlıq" şeirlərinin, "Məktub yetişmədi", 
"Köç", "İntiharını, yaşamaqmı?", "Ağlaşma", "İblisin hüzurunda" və 
s. hekayələrin müəllifi kimi şöhrət qazanmışdır. 
 


 
335
Şaiqin bu zamankı şeirlərində əsasən kədərli lövhələrin (vərəmli 
qız, tənhalıq, həzin xatirə, sükunətdən  şikayətli qadın, yuvasından 
ayrı düşən quş  və s.) tərənnümündən ibarət olan lirika ilə yanaşı 
gələcəyə, səadətə və işığa xitab və müraciət ruhunda yazılmış, ümid 
doğuran parçalar da vardır. Bu iki xətt  şairin  əsərlərində mübarizə 
şəklində yox, müvazi şəkildə yaşamaqdadır.  Əgər birinci xəttə 
qəmqüssə lirikası demək mümkünsə, ikinci xəttə xoş bir xəyal, işıqlı 
bir romantika demək olar. 
A.Şaiq zəmanəsinin gözüaçıq ziyalılarından idi. Tiflis kimi 
Avropa təsiri olan bir şəhərdə yaşadığından, əsrin mədəni həyatı ilə 
az-çox tanış olduğundan o, yenilik, mədəni hərəkat eşqi ilə 
alovlanırdı. O da öz xalqının cəhalətdən xilas olmasına, 
mollaxanalar  əvəzinə yeni üsullu məktəblərin açılmasına çarələr 
axtarırdı. A.Şaiqin fikrini həmişə  məşğul edən azad, mədəni həyat, 
müasir ictimai məsələlər, xalqın dərd və ehtiyacları idi. 
Ona görə də Şaiqin şeirində gördüyümüz kədər təsadüfi deyildir. 
Bu kədər ictimai kədərdir, vətəndaşlıq kədəridir. Bu, həssas və 
qeyrətli bir vətəndaşın kədəridir. Xüsusilə 1907-1912-ci illər 
dövründə yazılmış  şeirlərdə bu kədər daha qüvvətlidir. Çünki bu 
zaman irtica bütün qüvvəsi ilə hökm sürməkdə, tərəqqipərvər 
adamları, fikir və duyğuları  vəhşicəsinə  təqib etməkdə idi. Şaiq, 
"Şəklində" adlı kiçik şeirdə öz duyğularını  və bunların nə  şəkildə 
təzahür etdiyini, onun ruhunu necə sıxdığını belə söyləyir: 
 
Üzümdə gərdi-təkəddür niqab şəklində,  
Gözümdə əşkitə-həssür hübab şəklində,  
Pejimdə heykəli-mazi və halbir kabus,  
Önümdə səfvəti-ati üqab şəklində.  
Başıında fövci-xəyalət axın-axın dolaşır,  
Üfüqdə parçalanan bir səhab şəklində... 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə