Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə104/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   100   101   102   103   104   105   106   107   108

 
362
qalan tip olmaqdan çox uzaqdırlar. Bu pyes bir əsər, bir Bədii lövhə 
təsvirindən daha çox, bir sözbaz qadının gündəlik qiybətini andıran 
söhbəti xatırladır. Biz belə hadisənin və  əhvalatın yalanlığını, ya 
qeyri-təbiiliyini iddia edə bilmərik. Ancaq bunun sənət lövhəsi 
deyil, həyatdan surəti çıxarılmış, foto şəkli alınmış bir hadisə 
olduğunu iddia edə bilərik. Buna görə də komediya adlandırılan bu 
səhnəcikdə sənətə aid çox az şey tapmaq olar. 
"Sədi Vəqqas" faciəsində isə
1
 müəllif daha geniş və məsu-liyyətli 
bir mövzu götürmüşdür. O, islam tarixinin parlaq səhi-fələrindən 
birini - xilafət fütuhatını, islam sərkərdələrinin  ən məşhurlarından 
olan Sədi Vəqqası göstərmək istəmişdir. 
Burada da Mirzə  Məhəmməd Axundov hadisənin  əslinə sadiq 
qalmağa və tarixi Bədii fənər ilə  işıqlandırmaq  əvəzinə, həmin 
hadisənin sadəcə təbliğatı ilə kifayətlənmişdir. 
Məzmun etibarilə bu əsər M.S.Ordubadinin "Əndəlisin son 
günləri"  əsərinə çox oxşayır. Orada da islam xilafət fütuhatı 
tərənnüm olunur. Burada da yerlilər ilə işğalçılar arasında mübarizə 
göstərilir. Fərq orasındadır ki, birinci əsər ərəblərin süqutu dövrünü 
təsvir etdiyi halda, ikinci əsərdə Sədi Vəqqas böyük bir təntənə ilə 
İran qoşununu sındırır, ölkəni fəth edir. 
Lakin bu fərqlər hər iki müəllifm Bədii məqsəd birliyinə mane 
olmur. Mirzə  Məhəmməd Axundov da M.S.Ordubadi kimi ərəb 
işğalma bəraət qazandırır, yerli əhalinin öz vətəninin müdafıəsinə 
"cəhalət" kimi baxır.  İran sərkərdəsi  şücaətli Rüstəm ağır 
vuruşmalarda, qoşununu, mübarizə yoldaşlarını itirəndən sonra 
meydanda tək qaldığını görüb peşman olur. O, peşman olur ki, nə 
üçün müsəlmanların çağırışına qulaq asmadı, nə üçün "vəfasız" 
dünyaya bel bağladı. Bu təsir ilə dünyaya xitab edən Rüstəm deyir: 
                                                 
1
 Mirzə  Məhəmməd Axundov. Sədi Vəqqas, Gəncə,  Əhməd Hacı  Həsənzadə  mətbəəsi, 
1911. 
 


 
363
"Ey gələcəyinə bel bağlamayan dünya! Bizi sən qucağına aldın, 
cürbəcür nemətlər ilə aldatdın. Gözəl ləzzətli təamları, baği-irəm 
kimi bağçaları, pəri kimi gözəlləri nəzərimizdə böyük göstərdin. 
Bizi uşaq kimi yallandırdın, bizi aldatdın. Biz də  sənin sözünə 
allandıq, işin gələcəyini düşünmədik.  Əhvalımız belə qalacaqdır 
ümidi ilə  məhrur olduq. Bizi indi yumşaq döşəklərdən qaranlıq 
qəbrəmi buraxacaqsan. Budur sənin yalançı  işlərinə, aldadıcı 
gülüşlərinə aldanıb ümidi-mənəvidən ləzzət almayanlar, insanlıq 
kəlamından bixəbər olanlar üçün axırda qara torpağa qarışmaqdan 
özgə çarə yolu yoxdur...".
1
 
Rüstəm bu etirafı ilə bütün ömrünün, apardığı  vətənpərəstlik 
mübarizələrinin puç olduğunu,  ərəblərin haqlı, özünün isə qafıl 
olduğunu təsdiq edir. 
Burada tarixi həqiqət təhrifi olduğu kimi bədii həqiqətin, yəni 
sənət qanunlarının da pozulmasına yol verilmişdir. Ömrünü, həyatını 
vətəni və milləti yolunda verən qocaman bir qəhrəman həyatının son 
dəqiqəsində düşmən qarşısında bunu deməz. Xüsusilə iranlılar ilə 
ərəblər arasındakı o zamankı düşmənçilik və barışmaz  ədavəti, 
həmçinin böyük Firdovsinin dərin nifrət və təəssüflə dediyi məşhur 
beytləri xatırlasaq
2
, Rüstəm kimi bir sərkərdənin təsvirindəki bu 
süniliyi seçə bilərik. 
 
 
                                                 
1Mirzə Məhəmməd Axundov. Sədi Vəqqas, Gəncə, Əhməd Hacı Həsənzadə mətbəəsi, 1911. 
2 Zi şiri-şotor xordəni susimar
Ərəbra ba cahi rəsidəst kar: 
Ka təxti-kayanra konəd arizu, 
Tfu bər tö ey çərxi-gərdun, tfu! 
Tərcüməsi: 
Dəvə südü içib, kərtənkələ yeyən  
Ərəbin işi o yerə çatıb ki,  
Kəyan taxtı əldə etmək arzusundadır,  
Fırlanan fələk sənə lənət olsun, lənət! 
 


 
364
O zamanın əyləncəli roman və dramlarında dəb düşdüyü kimi, bu 
əsərdə  də ictimai hadisələrlə müvazi sevgi macərası  cərəyan edir. 
Ərəb ordusunda sərkərdə  Zərraf  əsgər qızı Müslümə ilə sevişir. 
Ancaq bu məhəbbət vəzifə sevgisindən, "işdən" sonraya qoyulur. 
Müslümə sərkərdəni sevsə də zahirdə onun xahişlərinə qulaq asmır, 
o nəyi isə gözləyir. Gözlədiyinin nə olduğun axırda ordu qalib 
gələndə bilirik. Zərraf  İran ordu komandalarından olan pəhləvan 
Dərəfşi-Kaviyanin başını  kəsib gətirir, sevgilisinin ayağı altına 
ataraq məğrurluqla deyir: 
"Al, budur iranlıların milyonlarca qiyməti olan, əsla basılmaz 
deyib, etiqad etdikləri Dərəfşi-Kaviyani, sənin, sən Müslümənin 
ayağının altındadır. Məndən istədiyin də bu deyilmi idi? İndi məni 
sevdiyini söyləməzsənmi. Söylə, söylə?". 
Ancaq burada Müslümə  məhəbbətini izhar edərək "aşiqanə bir 
tövr ilə" "sevirəm" deyir. 
Müəllif ictimai münaqişələri sxemaya düzdüyü, canlı insanlar 
əvəzinə əmr ilə, müəllifin işarəsi ilə oyan-buyana hərəkət edən bu və 
ya başqa söz deyən əşxas yaratdığı kimi, gənclər arasındakı sevgini, 
bu təbii və insani ehtiyacı da əsgəri vəzifəyə çevirmiş, qurutmuş və 
sadələşdirmişdir. 
"Sədi Vəqqas" pyesində, zahirən "hər  şey öz yerindədir". 
Vuruşan cəbhələr, qəhrəmanlar, qoşunlar, ixtilafiar, monoloqlar, 
mükalimələr, səhnə  tələbləri və sairə. Ancaq bir şey,  əsas bir şey 
sənətə məxsus olan daxili hərarət, ürək, alovlu hiss yoxdur. Hiss ilə, 
ilham ilə yox, soyuq mühakimə ilə  tərtib olunmuş olduğu halda 
dərhal gözə çarpır. Buna görə də "Sədi Vəqqas" səhnədə qoyulanda 
və çap edilib yayılanda heç bir rəğbət qazanmadı. Buna nisbətən 
müəllifin "Analıq" faciəsi
1
 miyana bir səviyyədə yazılmış əsərdir. 
 
                                                 
1
Mirzə  Məhəmməd Axundov. Analıq, 1916. Əlyazması Nizami adına  Ədəbiyyat 
İnstitutunun əlyazmaları şöbəsindədir, inv. № 222. 
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə