Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə106/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   100   101   102   103   104   105   106   107   108

 
369
yazır, bunların birinci növbədə  məktəb səhnələrində qoyulmasını 
təşkil edir, hətta şəxsən artist kimi iştirak edirdi. Rəşid bəyin "Qan 
ocağı"ndan başqa, "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız 
ərə gedər"
1
, "Pul dəlisi", "Bir saç telin qiyməti", "Tiflis səfirləri", 
"Diş ağrısı", "Təbiətdə əhvaliməişət"
2
 adlı dramları vardır. 
Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr 
yazmış, rus klassiklərindən (Puşkin, Lermontov, Krılov) dərs 
kitablarına münasib parçalar seçib tərcümə etmişdir. Eləcə  də 
farscadan "Rüstəm və Söhrab" əhvalatım (Firdövsidən), "Cam" adlı 
mənzuməsini (Şillerdən) tərcümə etmişdir. Rəşid bəy istər  şeir 
tərcümələrində  və istərsə müasir mövzularda yazdığı  şeirlərində 
klassik şeir üslubu və yolu ilə genişdir. Hətta Şilleri də Firdövsinin 
işlətdiyi vəzndə, mütəqarib ilə  tərcümə etmişdir. Rəşid bəy 
Əfəndiyevin ədəbi və Bədii əhəmiyyəti olan əsərləri, demək olar ki, 
ən çox pyesləridir; xüsusilə  əsrimizin  əvvəllərində yazılan 
komediyalarıdır. 
Bu məzhəkələr nəinki üslub etibarilə, həm də mövzu etibarilə bir 
silsilə və bir vəhdət təşkil edən əsərlərdir. Bunların hamısında köhnə 
dünya, köhnə  məişət, köhnə zehniyyət təsvir olunur. Əgər "Qan 
ocağı"nda bir ailə içərisindəki nifaq, fəsad,  ədavət, köhnə ailənin 
çürük bünövrəsi, məktəbə olan cahil və  vəhşi  əlaqələr göstərilir və 
ailəyə dəhşətli bir ad: "Qan ocağı" adı verilirsə, "Qonşu-qonşu olsa, 
kor qız ərə gedər" adlı komediyasında qadın alqı-satqısı, qadınların 
hüquqsuzluğu və gülünc evlənmək qaydaları təsvir olunur. 
Bu  əsərdə müəllif maraqlı, həm də  təbii  əhvalat qurmuşdur. 
Sövdəgər Qaçay bəy şəhərə çox gəlib gedir. Karvansaralarda,  
                                                 
1
 
Bu əsərlərin hər üçü çap olunmuşdur. 
2
 Axırıncı pyeslərin hamısı əlyazmasıdır. 
 


 
370
ya qonaq yerində rahatlıq görmür, evlənmək, burada da bir arvad 
saxlamaq istəyir. El içində məşhur olan dəllal qadın Cici xanım işə 
düşür. Zərbəli bəyin qocalmış, çirkin, heç kəsin tamah salmadığı 
qızı Sonanı ona ərə vermək fikrinə düşür. Qonşu qız Dilbəri göstərib 
Sonanı ərə vernmək fikrinə düşür. Qonşu qız Dilbəri göstərib Sonanı 
verirlər. Qaçay bəy aldanır və xərci hədər gedir. Bu əsərdə Sonadan 
da, Qaçay bəydən də canlı verilmiş surət Mələk arvaddır. Belə 
qadınlar hamının, varlının da, yoxsulun da, böyüyün də, kiçiyin də 
evinə  məhrəm olan, hər yerə yol tapan, zirək, hiyləgər, lotu, 
macəraçı qadınlar keçmişdə Azərbaycanın  şəhər və  kəndlərində 
məclis, mərəkə axtarırdılar. Təzə xəbəri, ya toy, ya vay xəbərini bu 
qadınlar bilərdilər. Xüsusilə  kənardan gəlmələr, qız almağa, ya 
oğlan evləndirıməyə gələnlər belə qadınlar üçün yağlı bir şikar kimi 
mənfəətli müştəri olardılar. Mələk də belə tiplərdəndir. 
Qaçay bəyə tor quran da, ondan xələt və peşkəş alan da Mələk 
olur. Qaçay bəy puluna, malma güvənən, heç bir ehtiyacı olmayan, 
qoçusifət bir mülkədardır. Onu aldatmaq hər adamın hünəri deyil, 
Mələk də buna cəsarət etməzdi. Ancaq Zərbəli bəyin qızı Sona üçün 
olan xeyr işdə heç bir qorxu ola bilməz. Çünki qızm qardaşı  hər 
barədə Qaçay bəydən artıq adamdır. 
Əsərin ən qüvvətli cəhəti məişət, etnoqrafık səhnə və əlamətlərin 
zənginliyidir. Burada verilən bayatılar, atalar sözü və  məsəllərin 
çoxu ehtimal ki, birinci dəfədir  ədəbiyyata, kitaba düşür. Bu 
parçalarda milli kolorit, adət, ənənə, qədim qaydalar bütün əlvanhğı 
ilə görünməkdədir. Bu əlvanlığı tiplərin dilinə də aid etmək olar. 
Rəşid bəy, xüsusilə mükalimələrdə  həddən artıq çılpaqlığa, 
biədəb ifadələrdən geniş istifadəyə imkan verir. Mələk arvadm 
danışıqlan tamam ədəb və  nəzakət dairəsindən kənardır. Müəllif 
bunlarla guya etnoqrafıya, məişət əlaqələrini 


 
371
yazıya köçürmək istəyir. Halbuki, bunlar əsərin naturalist 
meyillərini daha da qəlizləşdirir, qüvvətləndirir. 
"Saqqalın kəraməti"ndə ruhanilərin fırıldaqlarından bəhs olunur. 
Göyçay çölündə yağışa düşən bir dəstə sövdəgər daldalanmağa yer 
axtarırlar. Heç kəsin bu yaxınlarda qonaq yeri yoxdur. Çünki, bu 
yerlərin əhalisi (tərəkəmə) köçəri camaatıdır, deməli oturub məskən 
salmırlar. 
Çarvadarların deməyinə görə bu yerin əhalisi ancaq molla, seyid 
və  mərsiyəxanlara hörmət edib qonaq saxlarlar. Qərara gəlirlər ki, 
sövdəgər Hacı Söhrabı uzun saqqalına, qiyafəsinə görə molla 
qələmə versinlər və onun sayəsində bir qonaq yeri tapsınlar. Bu 
"vəzifə" Hacı Söhrab üçün çətin olsa da razılıq verir. Gəldikləri 
kəndli evində isə sanki "molla"nı çoxdan gözləyirmişlər. Kənd 
mollası ilə deyişmə  təklif edirlər. Kənd mollası Qulaməli ilə 
sövdəgər Hacı Söhrab üzüzə gəlib deyişməli olur. 
Bu əsərdə də müəllif gülünc vəziyyət yarada bilmişdir. Adamlar 
bu vəziyyətdən çıxmaq üçün təlaş edib çarə aradıqda isə daha 
gülünc olurlar. Bu mənada ancaq iki surət Hacı Söhrab və Molla 
Qulaməli seçilir, komediyanın mərkəzində durarlar. 
Ancaq əvvəlki pyeslər haqqındakı fıkri burada da təkrar etməyə 
məcburaq. Çünki hər gülməli  əhvalat və  hətta gülməli vəziyyət 
mühüm ictimai hadisəyə toxunmur, həyatda çox rast gəlinən maraqlı 
və gülməli bir əhvalatı göstərməklə kifayətlənən müəllif 
komediyanın ictimai məna tərəfinə lazımi diqqət yetirməmişdir. 
Bu pyeslər oxucu və tamaşaçıya ağızlarda gəzən yüzlərlə maraqlı 
lətifələrin buraxdığı  təsirdən artıq heç nə vermir və verə bilməz. 
Çünki bu hadisə yalnız sövdəgərlərin deyil, məmurların da başma 
gələ bilər, yalnız Göyçayda deyil, Xaçmazda da baş verə bilər. 
Burada canlı insanlar, tamamlanmış xarakterlər olmadığından 
əhvalat Bədii əsər səviyyəsinə  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə