Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə107/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   100   101   102   103   104   105   106   107   108

 
372
qalxmır. Bu əhvalat bir dərəcəyə  qədər Haqverdiyevin "Acından 
təbib" hekayəsini xatırladır. Orada müəllif iki yarpaqlıq bir yumor 
ilə kifayətləndiyi halda, Rəşid bəy  Əfəndiyev burada bunu, bir 
komediya mövzusu və materialı etmişdir. 
 


 
373
 
 
 
 
 
Mir Mahmud Kazımovski 
 
(1888-1940) 
 
M.Kazımovski Bakıda doğulmuşdur.  İlk təhsilini mollaxanada 
almış, on yaşında 3-cü şəhər məktəbinə daxil olmuşdur. Məktəbdə 
ikən teatr ilə maraqlanmış,  Ərəblinski,  Əlvəndi, Zeynalov kimi 
səhnə  həvəskarlarının dərnəyində  iştirak etmişdir.  İlk dəfə 
M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasında 
nökər rolunu oynayıb. 
Kazımovski  ədəbi yaradacılığa "Daşım-daşım" vodevili ilə 
başlamışdır. 
M.Kazımovski Sovet hakimiyyəti qurulduqdan sonra Xalq 
Maarif Komissarlığı  tərəfindən qəzalara ezamiyyətə göndərilmiş, 
orada kütləvi dram dərnəklərinin təşkil edilməsində iştirak etmişdir. 
1932-ci ildə Bakıya qayıdaraq "Tənqid və  təbliğ" teatrına (Satir-
aqit) daxil olmuş, kiçik həcmli  əsərlər yazmışdır. Sonralar 
Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında çalışmış, 
teatrdakı  fəaliyyətinə görə Respublikanın  əməkdar artisti adını 
almışdır. 
Mir Mahmud Kazımovski xırda pyes müəllifləri arasında ən çox 
yazan və  əsərləri  ən çox oynanan müəlliflərdəndir. Kazımovski 
yalnız yazıçı deyil, həm də musiqişünas idi. Operettalarının 
musiqisini özü tərtib edirdi. Nizami adına  Ədəbiyyat  İnstitutunda 
Kazımovskinin bir sıra əsərləri saxlanmaqdadır:  


 
374
"Vəfasız məşuqə" (1915), "Məndən olub, mənə oxşamayan", 
"Daşim-daşim" (1905), "Həmşəri mənzili" (1912), "Yaftüməli" 
(1917), "Cüm-Cümbəy" (1916) adlı pyeslər  əlyazması  şəklindədir. 
Hamısının oynanılmasına senzuradan icazə  əlavə olunmuşdur. 
"Vurhavur" (1915) və "Molla Cəbi" (1912) çap olunmuş əsərləridir. 
Müəllif bu əsərlərinin demək olar ki, hamısında məişət mövzuları 
götürmüş, evlənmək, köhnə adətlər, molla, mərsiyəxan, falçı və sair 
istismarçı, müftəxor ünsürləri bədii istehzaya tutmuşdur. 
Ən çox şöhrət tapmış və həm də ictimai əhəmiyyətli əsərlərindən 
biri olan "Molla Cəbi"nin müqəddiməsində müəllif "Molla Cəbi" 
haqqındakı  tənqidinin dindarlar arasında, bəlkə  şiddətli təsir 
buraxdığını güman edib yazır: 
"Mən özümə lazım bildim ki, bu növ din və dünyamıza rənglər 
vuran şəxslərin üzərlərinə çəkilən pərdələrdən bir neçəsini götürüm. 
Əgər cəmiyyətimizdə inad etməsələr, o vaxt boylə lotuların 
aralıqdan çəkiləcəyinə şübhə ola bilməz.
1
 
Doğrudan da "Molla Cəbi"nin adından və camaatın avamlığından 
istifadə edən fırıldaqçıların rüsvay edilməsinə kömək edən bir 
əsərdir. Ancaq burada müəllifin başqa  əsərlərində olduğu kimi, 
tənqid yüngülləşdirilmiş, sadələşdirilmiş, məsxərə yolu ilə 
aparılmışdır. Molla Cəbinin hərəkətləri tamaşaçım güldürürsə  də 
nifrət oyatmır. Çünki Molla Cəbi bir xarakter, bir ictimai zümrə, bir 
ictimai xəstəlik təmsil edən hədəf kimi alınmamışdır. Əsərdə əhali, 
kəndlilər də Molla Cəbi üsulu ilə, yəni məsxərə yolu ilə  təsvir 
edilməkdədir. Müəllif Molla Cəbinin fırıldaqlarına rəvac vermək 
üçün şərait olsun deyə, kəndliləri çox sadəlövh, bəzən də axmaq 
 
                                                 
1
Mir Mahmud Kazımovski. Molla Cəbi, Bakı, 1912, səh.3.  


 
375
kimi göstərir. Kəndlilərin nümayəndəsi Nəsir kişi Molla Cəbini 
kəndə aparmaq üçün vədələr verir: 
"Molla  əmi, biləsən nə var. Bizə bir molla lazımdır ki, həmi 
mərsiyəxan olsun, həmi pəsməzarda-zadda lazım olsun, həmi də 
dərviş toyu-zad olanda lap qaluruq məhəttəl. Onu da bil ki, bizim 
kənddə  həmişə  kəndxuda üstdə iki-üç tirəlik düşərdü. Ona görə 
istiyərdük ki, kəntxuda  əvvəli bir qeyri yerli olsun və ikincisi 
allahdan qorxan olsun...".
1
 
Molla Cəbi də bunların sözünə inanır və  şələpələsini 
yığışdırmağa, kəndə molla, kəntxuda getməyə hazırlaşır. Kəndlilər 
oxu oxutmamış, səsinə  və "elminə" qulaq asmamış aparmırlar. 
Nəhayət, Molla Cəbi mollalıq  əvəzinə camaata "kef verməkdə, 
məsxərədə məşhur olur. 
M.Kazımovskinin pyesləri səhnə quruluşunun,  əhvalatın 
maraqlılığı  cəhətindən müvəffəqiyyətli  əsərlərdir.  Əyləncəli pyes 
olaraq bu əsərlər on illərlə Azərbaycan səhnəsindən düşməmişdir. 
                                                 
1
 
Mir Mahmud Kazımovski. Molla Cəbi, Bakı, 1912, səh.13. 
 


 
376
Əhməd Qəmərli Məlikov 
 
(1880-1950) 
 
Əhməd Qəmərli Məlikov 1880-cı ildə Bakıda doğulmuşdur. 
İbtidai təhsilini rus-müsəlman məktəbində almış, məşhur artist 
Ərəblinski ilə bir yerdə oxumuş, onun sayəsində teatra artıq həvəs 
göstərmişdir. 1905-ci ildən səhnədə  iştirak etmiş, 1907-ci ildə ilk 
əsəri olan "Tamahkarlıq" pyesini yazmışdır. 
1910-cu ildə "Cavanlar məişəti", daha sonralar "Yusif və 
Züleyxa", "Rüstəm və Söhrab", "Məkrizənan", "Satılan qız" operetta 
və komediyalarını yazmışdır. Qəmərli inqilabın ilk illərində "Tənqid 
və  təbliğ" teatrında oynanılan bir çox xırda pyeslərin müəllifidir. 
Orta Asiyada öz əsərlərindən ibarət bir sıra tamaşalar vermişdir. 
1907-ci ildə Xorasanda ilk dəfə teatr təşkil etmiş  və yerli ziyalılar 
arasında böyük hörmət qazanmışdır. 1910-cu ildə  təkrar səyahətə 
çıxaraq,  İranda mövhumat əleyhinə bir sıra tamaşalar vermişdir. 
Səhnə xidmətlərinə görə "Respublikanın  əməkdar artisti" adını 
almışdır. 
Əhməd Qəmərli də  xırda, gülməli, məişət mövzularını  əks 
etdirən pyeslər müəllifidir. Onun əsərləri maraqlı hadisələrin sürətli 
və təbii cərəyanı etibarilə cəlbedici olduğundan uzun illər səhnədən 
düşməmişdir. "Cavanlar məişəti", "Məkrizənan", "Usta Qəmbər", 
"Qarınqulular", "Yusif və Züleyxa"  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə