Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə105/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   100   101   102   103   104   105   106   107   108

 
365
Hadisənin özü sənətə, qələmə layiq hadisədir. Ögey ana, yaxud 
Mirzə  Məhəmmədin dediyi kimi "analıq" keçmişdən rəhmsiz və 
qəddar bir simada təsvir olunardı. Bu əsərdə  də  həmin məsələ 
qoyulmuşdur. Müəllim Mirzə  Səmədin arvadı ölür, artıq dərəcədə 
sevdiyi səkkiz yaşlı  oğlu  İlyas yetim qalır. Mirzə  Səməd heç vaxt 
Ziba xanımdan sonra evlənmək istəməzdi, qəlbini başqa bir kəsə 
verməyi mərhuməyə  xəyanət sayardı. Amma əlac yoxdur, evi 
dağıtmaq, uşağı avara qoymaq olmaz. Bu ümid ilə dostlarının 
xahişinə razılıq verir, yenidən evlənir ki, oğluna tərbiyə verən olsun. 
Xurşid xanım Mirzə  Səmədin ikinci arvadı, bədəsil, nanəcib 
adam olduğundan yazıq atanın ümidləri boşa çıxır, daha da 
peşmançılığa bais olur. Xurşid xanım İlyasa nəinki analıq edir, hətta 
onu nökərdən də aşağı tutur. Onu ac saxlayır, döyür, təhqir edir. İş o 
dərəcəyə çatır ki, uşaq dərdini heç kəsə deyə bilmir. Çünki atasına 
söz deməyi, Xurşid xanım ona qadağan etmişdir. Nəhayət, uşağın 
müsibəti bütün şəhərə yayıldığı halda, Mirzə  Səməd yenə bundan 
xəbərsiz qalır. Bu barədə ona deyilən sözləri qərəz hesab edir. Yetim 
İlyas dərsdən fürsət tapanda qəbristanlığa qaçır, anasının qəbrini 
qucaqlayıb ağlayır. 
Bu təsirli hadisənin axırını müəllif nə intiqam, nə  də faciə ilə 
qurtarır. Əvvəlki əsərlərində olduğu kimi burada da müəllimlik hissi 
və üsulu üstün gəlir. Mirzə  Səməd Xurşid xanımın  İlyasa etdiyi 
cinayətləri biləndən sonra qadını danlayır. Xurşid xanım öz 
qəbahətini anlayıb tövbə edir, üzr istəyir. Mirzə  Səməd onun 
təqsirini bağışlamaq istəməyəndə, yumşaq qəlbli  İlyas irəli yeriyib 
atasına yalvarır ki, "ağa, bacımı bağışla". Mirzə  Səməd oğlunun 
xatirinə Xurşid xanımın günahından keçir. Xurşid xanım da bundan 
sonra İlyasa övlad kimi baxmağa başlayır. 
Göründüyü kimi, "Analıq" pyesinin həm süjeti, həm məzmunu, 
həm də nəticəsi pis deyildir. Burada həyat şirəsi, həqiqət  


 
366
mayası vardır. Ancaq sənətkarlıq məsələsində müəllifin zəifliyi yenə 
gözə çarpmaqdadır.  Ən təsirli və  həyəcanlı yerlərdə belə müəllif 
soyuqqanlılıq, nəsihət üsuluna keçir. Dramaturji münaqişələr də 
sadələşdirilmişdir. Müəllif bir evdə baş verən və bütün şəhərə  səs 
salan müsibəti qəsdən süni olaraq ailə başçısından, Mirzə Səməddən 
gizlədir ki, əhvalatın davamına imkan olsun. Halbuki, nə oxucu, nə 
də tamaşaçı buna inanmır və inana bilməz. 
Mükalimələr də  təbii cızığından çıxarılmışdır. 89 yaşlı  uşaq, 
anasının qəbri üstündə özünəməxsus uşaq dili ilə yox, səhnə 
qəhrəmanlarına məxsus monoloq cümlələri ilə, bir sözlə, kitab dili 
ilə danışır: 
"Ana. Axır mənim bikef olmağıma razı olmazdın. İndi məni bu 
gündə görüb də, qəbirdə necə rahət yatırsan. Ana, mənim əzizliyim 
səninlə getdi. Atam məni analığın dırnağına verdi. Dur məni qurtar, 
qurtarmasan da qəbrini aç, məni də yanına apar...".
1
 
Əsərin  əsas münaqişələri ilə az əlaqədar olan, elmli cavanlar 
Nəsir, Rəhim də süni düşünür, süni danışırlar. Bunlar bütün ictimai 
mühakimələrini qəbristanda danışır, baş daşlarını oxuyaraq, birbiri 
ilə mübahisə edirlər. Rəhim deyir: "Nədəndirsə, yaxşı adam bu 
zəmanədə az yaşayır...". 
Nəsir bu "hikməti" belə izah edir: "Çünki, zəmanəmiz öylə bir 
zamandır ki, onda könül açası heç bir şey yoxdur. Hər yana baxırsan 
cəhalət, buz, ədavət, zülm, nifaq, fıtnə, fəsad.... 
Qardaş qanı tökmək füqəranı  sızıldatmaq, məzlumlar ahı 
eşitməkdən başqa bir şey görünməyir...". 
Bu sözlər yeni məktəbdə oxuyan gənclərin yox, dünya görmüş, 
zəmanəsini təcrübədən keçirmiş bir adamın, həm də bişmiş bir 
siyasət adamının sözüdür. 
                                                 
1
Əlyazması Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsindədir, inv. № 222. 
  


 
367
Mirzə 
Məhəmməd Axundovun dramlarında surətlərin 
xarakterindən doğmayan, müəllif mühakimələrinin nəticəsi olan, heç 
bir Bədii  əhəmiyyəti olmayan belə lövhələr, təsvirlər və nitqlər 
çoxdur. Bunlar müəllifin həyatı  dərin, realistcəsinə, sənətkaranə 
təsvir bacarığında aciz olduğunu, daha çox hadisələrin surətini 
çəkməyə meyl etdiyini göstərir. Bu da həmin  əsərləri xırda, 
naturaüst səhnəciklər, əyləncəli və az təsirli tamaşalar səviyyəsindən 
yuxarı qalxmağa qoymur. 
Mirzə  Məhəmmədin dram dili şeir dilindən daha sadə  və 
aydındır. Bu işdə ona müəllimliyi kömək etmişdir. O fikirlərini açıq 
deməyi, izah etməyi bacarır. 


 
368
Rəşid   bəy   Əfəndiyev 
 
(1863-1944) 
 
R.Əfəndiyev hələ keçən  əsrin 80-ci illərində Qori darül 
müəllimində (seminariyada) oxuyarkən dram ilə maraqlanmış, ilk 
"Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur. 
O, M.F.Axundovdan sonra ilk dram yazanlardan sayılır. İlk əsərinin 
müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq Bədii 
yaradıcılıqla məşğul olmuşdur. On il Qutqaşendə müəllimlik etdiyi, 
8 il Tiflis idarəyiruhaniyyəsində katib müavini vəzifəsində çalışdığı 
və  nəhayət, 16 il Qori darülmüəlliminində müəllim olduğu 
zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmamış, xüsusilə 
təlimtərbiyəyə aid səhnə  əsərləri yazmağa səy etmişdir. Rəşid bəy 
Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü 
məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan 
pyeslərin yaranmasına sərf etmişdir. Onun "Uşaq bağçası" adlı 
əlifba kitabı  və "Bəsirətülətfal" adlı qiraət kitabı Azərbaycanda 
şöhrət qazanmış ilk dərs kitablarındandır. O, varlı ailədən olan 
qadının maddi köməyindən istifadə ilə  dəfələrlə  İstanbula gedir, 
düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.
1
 Bununla 
yanaşı səhnə əsərləri 
                                                 
1
 
Bu barədə bax: Rəşid bəy  Əfəndiyevin tərcümeyi-halı, 1924. Əlyazması 
Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsindədir, inv. № 8161. 
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə