Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə101/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   97   98   99   100   101   102   103   104   ...   108

 
350
görə  də bir sıra  əsərlərdə bu məsələ  kəskin qoyulmuş  və 
göstərilmişdi. Uzeyir Hacıbəyovun "Məşədi  İbad" musiqili 
komediyasında axmaq, heç bir cəhətdən qabiliyyəti olmayan bir 
məşədi pulunun gücünə öz gülünc, vəhşi, alçaq, iyrənc ehtiraslarını 
icraya çalışır. Çox bacarıqlı  və çox bilikli adamlar var ki, puluna 
görə  Məşədi  İbadın başına toplaşır, onun səfehliyindən 
mənfəətbərdar olmaq istəyirlər. 
Qazanc ehtirası, xüsusilə neft məsələsi ilə  əlaqədar olanda daha 
kəskin, daha dramatik münaqişələr meydana çıxırdı. Tamamilə 
gözlənilməz bir təsadüfün nəticəsində mənasız bir şəxsiyyət günlərin 
birində  şəhərin  əyanları  sırasına keçə bilirdi. Məsələn, birisinin 
torpağından neft fantanı qalxırdısa, dərhal o adam milyonçu olur, 
kasıblığın daşını atır, o nisbətlə bütün ictimai əlaqələrini dəyişirdi. 
"Neft və milyonlar səltənətində" həmin məsələlər 
göstərilmədədir. Sevgi, ailə  məsələləri də bu romanda maraqlı 
şəkildə qoyulmuşdur. Burada təsvir olunan macəra uydurına 
deyildir. Bakıda nəinki bir, bəlkə  də onlarca gənc qız və  oğlanın 
başına belə və ya buna oxşar hadisə gəlmişdi. 
"Neft və milyonlar səltənətində" adlı  əsərdə pul ağalığının 
törətdiyi ictimai fəlakətlər təsvir olunur. Kasıb bir kişinin oğlu Cəlil 
ağa təsadüfən torpaqdan vuran neft fantanı  nəticəsində varlanır, 
milyonçu olur. Bundan sonra pis, əhlikef yoldaşlarla dostlaşır. Pul, 
zənginlik, həddindən artıq təmin olunmaq, Cəlil ağanın gözünü 
örtür. O, harın bir milyonçu kimi vaxtını kef, içki məclislərində 
keçirir, ailəsini unudur. Həyalı bir azərbaycanlı qız olan sevgilisi isə 
min cür əzaba, məhrumiyyətə dözərək ehtiyac ucundan saçını da 
kəsib satır, balasını böyüdür, namusunu qoruyur. Vaxtilə  Cəlil ağa 
ilə dostluq edən namərdlər onun ağır vəziyyətindən istifadə edərək 
arvadını ələ keçirməyə çalışırlarsa da, nəticə vermir. 


 
351
Varlanmaqda və qudurmaqda olan Bakı neft milyonçularının 
çirkin siması bu əsərdə çox zəngin, qüvvətli boyalarla 
göstərilmişdir. 
Burada təsvir olunan adamların nəinki xalqa, mədəniyyətə, hətta 
öz ailəsinə belə ziyan verən tüfeyli olduqları  əsərin hər bir 
parçasında görünür. "Müyonlar səltənətində" dostluq, yoldaşlıq 
əlaqələri hiyləyə, riyakarlığa çevrilir. Məhəbbət, sədaqət duyğuları 
unudulur. Hər  şey milyonlar ilə  həll olunur. Təmiz və pak ailələrə 
min cür çirkin vərdişlər yol tapır. Qumar, içki, mənəvi pozğunluq 
varlılar həyatının əsas məzmununu təşkil edir. 
 


 
352
 
 
 
 
Məhəmməd Qarayev 
 
Maarifçi yazıçılardan biri Malıbəyli (Şuşa) kəndində müəllimlik 
edən, kiçik hekayələr müəllifı Məhəmməd Qarayevdir. Məhəmməd 
Qarayev mükəmməl təhsil görmüş, mədəniyyət işinə xüsusi eşq və 
həvəslə girişən çalışqan bir ziyalı idi. Yazılarını  ən çox "Məktəb" 
jurnalında çap etdirirdi. İstər müəllimliyi və istərsə  tərbiyəvi 
əhəmiyyəti olan sadə hekayələri ilə az bir zamanda şöhrət 
qazanmışdı. Birinci dəfə Malıbəyli kəndində qız məktəbinin binasını 
qoyan olmuşdur. Onun hekayələri uşaq  ədəbiyyatının yaxşı 
nümunələrindən sayıla bilər. O da Süleyman Sani Axundov kimi 
uşaq zövqünə yaxşıca bələd olduğundan və Azərbaycan məişətini 
gözəlcə bildiyindən, qələmə aldığı mövzuları müvəffəqiyyətlə 
işləyirdi. "Sərçə  və ilan", "Siçan və qurbağa" adlı hekayələrində 
təbiət hadisələrinin, heyvanlar aləminin təsvirinə xüsusilə diqqət 
verir. Müəllif çalışır ki, uşaqlara təbiət haqqında məlumat versin. 
Maraqlı bir əhvalatda, sərçə, siçan haqqında danışılan hadisələrdə 
uşaq həm eyləncəli nağıl, həm də  həqiqi dərslik məlumatı tapır. 
Məhəmməd Qarayevin dili də mövzularına uyğun olaraq, sadə, təbii 
və şirindir. S.S.Axundov onun vəfatı münasibətilə yazdığı məqalədə 
Məhəmməd Qarayevi bir müəllim, bir yazıçı  və  vətənpərvər ziyalı 
kimi belə  tərifləyir: "Sən qızmış  şir kimi düşmənin üstünə hücum 
etdin. Onun özü və hədsiz olan (həm də müsəlləh) qoşunu sənin nur 
oxundan günəşin hərarətindən qarın  əridiyi kimi əriyib tələf oldu... 
Ah sən nə tez söndün? Ey şölə, nə tez zəhmət və qeyrətinin  


 
353
səmərəsi ilə  tərbiyə almış körpə  qızlara qara geydirdin? Nə tez 
sevgili qardaşlarının ümidini kəsdin? Qəm etmə ey pak puh! Rahət 
yat! Tutduğun işlər, göstərdiyin yollar unudulmaz!".
1
 
Məhəmməd Qarayevin ruscadan tərcümələri də vardır ki, bunlar 
da məktəblilər üçün münasib və faydalı olan hekayələrdir.
2
 
Məhəmməd Qarayev 1913-cü ildə yanvarın doqquzunda vəfat 
etmişdir. Əsərləri toplanıb nəşr edilməmişdir. 
 
                                                 
1
 "Məktəb" jurnalı, Bakı, 1913, № 18. 
2
 Bu haqda bax: Koçarlinskiy F. Pamyati narodnoqo uçitelya Mameda Karaeva, 
Kafkazskiy sbornik. 1913, № 31. 
 


 
354
V. Xırda məişət dramları 
 
Səhnə  təsirinin və  səhnə  ədəbiyyatının sürətlə artdığını keçən 
fəsillərdə söyləmişdik. Yalnız Bakı, Tiflis, Gəncə, Naxçıvan kimi 
mərkəzi və yarımmərkəz  şehərlərdə deyil, kiçik qəsəbələrdə, hətta 
bəzi dəmiryol stansiyalarında belə səhnə tamaşalarının göstərilməsi 
kütlə üçün yeni və olduqca maraqlı hadisə idi. Mollalar, 
köhnəpərəslər səhnəni "şeytan yuvası", tamaşanı "hoqqabazlıq", 
artistləri "arsız" adlandırırdı, camaat yenə maraqlanırdı, tamaşalara 
gedirdi. Teatr tamaşaları indi bir çox köhnə "ictimai" yerləri  əvəz 
edirdi. Əsrlərdən bəri davam edən, eyni məzmun və şəkillərdə təkrar 
edilən  şebih (misteriya) tamaşaları, yalanları, ifşa olunmuş  dərviş 
mərəkələri, "MollaNəsrəddin" tərəfindən istehzaya qoyulub rüsvay 
edilən it boğuşdurmaq, öküz, xoruz döyüşdürmək kimi zəminəsini 
itirmiş adət və oyunlar əvəzinə camaat yeniliyə teatr tamaşalarına 
rəğbət göstərirdi. Bir tərəfdən bu tamaşalırın Avropadan, deməli 
yeni mədəniyyət aləmindən gəlməsi, digər tərəfdən yerli, hörmətli 
ziyalıların, mətbuatın və  məktəblilərin bu işi təbliğ edib yayması, 
üçüncü tərəfdən gənclərin başqa xalqlarda görüb daha da 
həvəslənmələri teatr işinin sürətlə  rəvac tapmasına səbəb olurdu. 
Yalnız bu işin sənətkarları, həqiqi ustaları və peşəkarları deyil, hər 
bir həvəskarın səhnəyə meyl etməsi də buradan doğurdu. Buna görə 
də çoxtəbii olaraq, həqiqi dramaturgiya  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə