Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə103/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   100   101   102   103   104   105   106   107   108

 
358
eləcə də realizmin əlifbasıdır. Yuxarıda saydığımız dramaturqlar isə 
belə bir seçkiyə  əhəmiyyət vermir və  bəlkə  də verə bilmirlər. 
Əksinə, onlarda həyatın xırdalıqları daha ətraflı  və daha tez-tez 
əsərdə özünü göstərirdi. Buna görə  də dövrün, cəmiyyətin, sinfin, 
hətta bir ailənin belə  səciyyəsini öyrənmək üçün bu əsərlərə 
əsaslanmalı müddəa tapmaq olmurdu. 
Dördüncü tərəfdən, naturalizm, hadisələrə açıq münasibətin 
olmamasından, konkret təsvir nöqsamndan da irəli gəlirdi. Bu 
dramaturqlar hər  şeyi kor-koranə inkara alışdıqları kimi, hər  şeyi 
qəbula da alışmışdılar. Misal üçün məscid, minbər, molla, qazi, 
mərsiyə, ölü namazı  və sairə bu kimi köhnəliyə aid olan 
münasibətlər bir tərəfdə, məktəb, müəllim, qəzet, səhnə, ictimai 
həyat və sair yeniliyi göstərən hadisə və münasibətlər ikinci tərəfdə 
dururdu. Naturalistlər həyatı bu iki cəhətin, zülm ilə  işığın 
qarşıqarşıya durmasından və mübarizəsindən ibarət sayırdılar. 
Ancaq bu mübarizənin mürəkkəbliyini, müxtəlifüyini, konkret 
səhnələrini, üstün və  zəif cəhətlərini, başlanğıcını  və  nəhayətini 
görmür, görə bilmirdilər. Misal üçün mədəniyyət aləmində yeni 
hadisə kimi qəbul olunan, təriflənən və şöhrət qazanan opera sənəti 
bəzi dramaturqlar tərəfindən lağa, məsğərəyə qoyulurdu. Hacı 
İbrahim Qasımov Üzeyirbəyin "Leyli və Məcnun" operasına nəzirə 
olaraq yazdığı "Leyli və  Məcnun" pyesində
1
 həm musiqi ilə 
danışmağı və həm Füzuli şeirini opera şəklinə salmağı oyuncaq kimi 
bir şey hesab edir. 
O, gördüyü hadisələrə gülərək, operanın öz dili və öz üsulu ilə 
bunları  həcv edir. Tamaşaçını belə  əyləncələrdənsə, müasir ictimai 
məsələlərlə, xalqın, millətin halı, ehtiyacı və tələbi ilə yaşamağa və 
düşünməyə çağırır. Füzulinin, operada istifadə olunan məşhur 
qəzəlini bu şəklə salır: 
                                                 
1
 Hacı İbrahim. Leyli və Məcnun, Bakı, 1912. 


 
359
Güli rüxsarinə qarşu,  
Qələmdən qanlı axar su,  
İyirminci vekdir bu,  
Yatan millət oyanmazmı? 
 
Bütün bunlara görədir ki, naturalist milli dramaturqların 
əsərlərində böyük məsələ, böyük sənət və  hətta böyük bir ictimai 
meyl tapmaq çətin idi. Təsadüfi deyil ki, bu müəllifiər aras-dan 
görkəmli bir ədib çıxmadı.  Ədəbiyyatda bu yüngül yolu tutan 
adamlar bir neçə il sonra (1916-1918) tamaşaçı və oxucu tapmaqda 
çətinlik çəkdilər və yavaş-yavaş  həvəsdən düşməyə başladılar. Bu 
tipli  əsərlərin hamısını  əhatə  və  təhlil etmək çox çətindir və 
lüzumsuzdur. Biz burada ümumiləşdirməyi, bunlardan bir neçə 
səciyyəvi nümunə göstərməyi, bu sahədə daha çox çalışmış olan 
şəxsiyyətlər üzərində dayanmağı kifayət bilirik. 


 
360
 
Mirzə Məhəmməd  
Axundov (Hatif) 
 
(1888-1926) 
 
M.M.Axundov peşəkar bir müəllim olsa da, həyatı boyu Bədii 
yaradıcılıqla məşğul olmuşdur. O, bəzən xırda şeirlər, bəzən Nizami 
şeirini təbliğ  və böyük şairin məqbərəsini təsvir edən mənzumələr 
yazır, bəzən el ədəbiyyatından seçib topladığı  lətifələri "Məclis 
yaraşığı"
1
 adı ilə çap etdirirdi. 
Mirzə Məhəmməd Axundovun şeirlərində müasirlərinin çoxunda 
olduğu kimi maarifə, elmə çağırış, cəhalətdən, qəflətdən  şikayət 
başlıca mövzudur. "Müsəlman aləminin" geridə qalması, 
həmvətənlərinin iyirminci əsrdə  də "qafil olması" müəllifi 
kədərləndirir. O, həyatda, həqiqət aləmində görə bilmədiyi bir çox 
ictimai istək və arzularını yuxuda görməyə, bununla təsəlli tapmağa 
məcbur olur.
2
 Mirzə Məhəmməd ictimai mühitdə gördüyü və nifrət 
etdiyi köhnə adətləri rədd etmək istəyir. Ancaq buna qüdrəti çatmır. 
Düşmənini özündən güclü görüb təəssüf və şikayətə başlayır. Hətta 
"Xaliqdən xaliqə şikayət"
3
 edir: 
                                                 
1
Mirzə Məhəmməd Axundov. Məclis yaraşığı, Bakı, 1917.  
2
Mirzə  Məhəmməd Axundov. Röyam, yaxud  həqiqətə  təsadüf, Gəncə,  Əhməd Hacı 
Həsənzadə mətbəəsi, 1910. 
3
Müəllifin bu maraqlı şeiri əlyazmasıdır, qızı Pakizə xanımdadır. 
 


 
361
Nə feyz var idi bu kərəmdə,  
Asudə gəzər ikən ədəmdə.  
Kim dedi sənə, məni yaratdın,  
Dəryayi-qəmü bəlayə atdın. 
 
Şairin bu şikayətində  xəyyamanə bir etiraz vardır. O, yoxluğu 
qəm, qüssə dəryasından ibarət olan mühitindən üstün tutur. 
Ancaq bunlar və buna oxşar bir çox parçalar Mirzə Məhəmmədin 
yaradıcılığı üçün səciyyəvi deyildir. O, dram yazmağa daha çox 
əhəmiyyət verirdi. Mirzə  Məhəmməd Axundovun çap olunmuş  və 
olunmamış, lakin rayon, məktəb səhnələrində oynanmış bir sıra 
dramları vardır. Bunlar içərisində "Hər nə  əkərsən, onu biçərsən" 
komediyası (1909), "Sədi Vəqqas" (1911) və "Analıq" (1916) 
faciələri daha çox yayılmış, tanınmış əsərlərdir. 
Müəllif bir pərdəli komediyasında ailə  həyatından,  ər və arvad 
arasındakı  sədaqətin pozulmasından bəhs edir. Səlimbəy öz qadını 
Xurşid xanıma xəyanət edərək qonşusu Rəşidbəyin qadını Diləfruza 
vurulursa, Diləfruzun əri Rəşidbəy də öz növbəsində Xurşid xanım 
ilə aranı düzəldir. Səlimbəyin nökəri Qurban isə hər iki tərəfin, həm 
qadınların, həm də kişilərin sirdaşı  vəzifəsini məharətlə yerinə 
yetirir. 
Maraqlı qurulan əhvalatın faciəli və ya müdhiş  nəticəsi 
gözləndiyi halda, hadisə tamam əksinə bir rəng alır. Kişilər də, 
qadınlar da öz qəbahətlərini etiraf edir, tövbə deyib dağılırlar. Öz 
qadınına xəyanət etmiş Səlimbəy, qadını kişiyə xəyanətinin nə qədər 
acı olduğunu duyur və bu həqiqəti anlayır. 
Bu əsərdə maraqlı qurulmuş, ərin arvaddan, arvadın ərdən xəlvəti 
işlərini açıb göstərən adi bir əhvalatdan başqa diqqətəlayiq heç nə 
yoxdur. Səlimbəyin, eləcə  də Xurşid xanımın ancaq adı, ünvanı 
vardır. Bu adamlar canlı insan, yadda  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə