Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə94/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   90   91   92   93   94   95   96   97   ...   108

 
326
ilə səslənir. Xüsusilə məktəblilərin sevdiyi əsərlərdən olan "Qaraca 
qız" və "Nurəddin" hekayələri dərin bir hiss ilə, qüvvətli bir həqiqət 
şəklində yazılmışdır. 
Bu hekayələrdə adətən uşağın marağını oxşamaq üçün olan 
macəralar, çarpışmalar, gözlənilməz, nagəhani sevinclər, kədərlər 
əsas deyildir. Burada həyatın mürəkkəbliyi, çətinliyi,  şirinliyi, ağır 
və müdhiş qayda və qanunları, bunların hökmü və  nəticələri bütün 
çılpaqlığı ilə yazılmışdır. 
Bu hekayələr uşağa xoş və ya qəmli duyğu verməkdə qalmır, onu 
qayğısız uşaqlıq yuxusundan ayıldır. Həyata hazır olmağa çağırır, 
həyat yolunda olan və ola bilən bütün əngəl və maneələrdən 
xəbərdar edir. 
Ən xoşbəxt və təmin olunmuş uşaq belə "Qaraca qızı" oxuduqda 
canına lərzə düşür, həyat yolunda hər bir gözlənilməz dəhşət və 
faciənin baş verə biləcəyinə inanır.  İndiyə  qədər bir çox ədib və 
şairlərin əsərində "çalış", "çalış" deyə uşağa edilən quru və təsirsiz 
tövsiyə, təlimin  əvəzinə  ədib, çalışmağın,  şəxsi taleyi əmək ilə 
qazanmağın labüd və yeganə yol olduğunu uşağa sadə, aydın və 
təbii bir üsul ilə başa salır. Uşağa ata-ana qucağının və qayğısının 
həmişəlik və kifayət olmadığını, səadətin ancaq səy ilə,  əmək ilə 
əldə edildiyini öyrədir. 
"Qorxulu nağıllar"ın ikinci əhəmiyyəti orada ictimai hadisələrlə 
yanaşı  təbiətin, heyvanatın həyatma aid səhnələrin verilməsində, 
uşağın məlumatının artırılmasındadır. Arılar, quşlar, ilanlar, bağ-
bağça, bitkilərin həyatı,  əkinçilik, qaraçı  məişəti... bütün bunlar 
xüsusilə məktəblilər üçün həm maraqlı, həm də lazımlı, öyrənilməli 
səhnələrdir. "Qorxulu nağıllar"ın üçücü əhəmiyyəti köhnə cəmiyyət 
quruluşunun, istismar və zülm dəhşətlərinin göstərilməsindədir. 
Qaraca qız yoxsul, yetim bir qızdır. Hüseynqulu ağanın qızı 
Ağca xanım ilə dost olub ünsiyyət bağlayır. Ağca xanımın ata-anası 
uşaqların Qaraca qızın yanına buraxmırlar, bunu  


 
327
özləri üçün təhqir sayırlar. Qaraca qız isə öz dostluğunda 
möhkəmdir. Hətta Ağca xanımı ilan vuran zaman heç kəs uşağa 
kömək edə bilmir. Yalnız Qaraca qız dostluq ucundan canından 
keçərək yaranın zəhərini sorur, Ağca xanımı ölümdən qurtarsa da, 
axırda özü zəhərlənib ölür. 
Ədib, burada yetim qız ilə mülkədar xanımının mənəvi 
mahiyyətini müqayisə edir, insanı hisslərdən məhrum mülkədarlar 
ilə  həqiqi insani hisslərlə yaşayan və ölən pak, təmiz, saf insanı - 
yetim uşağı qarşılaşdırır. 
Köhnə  cəmiyyətin insanlar arasında yaratdığı  və  dərinləşdirdiyi 
bərabərsizlik ən çirkin bir ictimai dərd kimi özünü göstərir. Bu əsər 
keçmişdə, feodalizm dünyasında yoxsul uşaqlarının necə 
bədbəxtliyə  məhkum olduğunu isbat edir. Bu hekayələrdəki təbii, 
səlis,  şirin nağıl üslubu S.Sanini qüvvətli, istedadlı  və öz orijinal 
sənəti ilə parlayan bir ədib kimi məşhur etdi. 
S.Sani yaradıcılığının son və daha məhsuldar dövrü 20-ci illərdən 
sonraya aiddir. O, mövzuca nağıl, əfsanə, əsatir mənbələri ilə bağlı 
maraqlı hekayələr yazırdı.  Ədibin bu dövrdə yazdığı hekayələri 
Bədii dəyərinə görə iki hissəyə bölmək olar. Bunlardan biri 
"Qorxulu nağıllar" kimi ümumi, bəşəri məsələləri və hissləri 
tərənnüm edən hekayələrdir. "Qan bulağı", "Ümid çırağı" və "Mister 
Qreyin köpəyi"ni bu sıradan saymaq mümkündür. Bu hekayələrdə 
ədib xalqın mübarizə tarixini, onun zəngin və xeyirxah ənənələrini, 
cəhalətə qarşı mübarizəsini, kapitalizm, imperializm aləmində baş 
verən zülm və haqsızlıqları göstərir, ikinci qisim hekayələr  ən çox 
günün tələbinə müvafıq, nisbətən bəsit halda yazılmış  əsərlərdir 
("Qatil çocuq", "Molla Qasım", "Sona xala", "Bax mən buna 
yoxam").  Ədibin bu zaman "Tənqid və  təbliğ" teatrı üçün yazdığı 
əsərlər sovet dramaturgiyasının ilk əsərləri sayıla bilər. 
 
  


 
328
Burada qadın azadlığını, yeni həyatı  qəbul etməyən, başa 
düşməyən pinəçi Qafarın və Mirzə Fərəçin öz arvadları ilə apardığı 
mübarizə  təsvir olunur. Ərlərinə nisbətən arvadlar (Şahsənəm və 
Gülpəri) gözüaçıq adamlardır. Onlar yeni həyatın feyzindən istifadə 
etmək, açıq gəzmək, ictimai yerlərə getmək istəyirlər. Ərləri, günün 
birində teatr tamaşasında öz arvadlarına rast gəlirlər. Münaqişə bu 
planda davam və inkişaf edir. Nəhayət, Qafar da, Mirzə Fərəc də öz 
qəbahətlərini anlayırlar.  Ər-arvad ixtilafına sevinən, kəbini pozub 
pul almaq üçün gələn Molla Qasım gülünc vəziyyətdə qalır, evdən 
qovulur. 
Əsərdə yalnız beş  nəfər iştirak edir. Əsər çox yığcam,  şirin və 
aydın üslubda yazılmışdır. Gülüş  həm hadisələrdən, vəziyyətdən 
doğur, həm də ictimai məzmun daşıyır. 
Ədibin "Laçın yuvası"  əsəri 1921-ci ildə teatr müsabiqəsində 
birinciliyi qazanmışdır. Pyesdəki  Əmiraslan ağa və  Pəricahan çox 
mürəkkəb, inandıncı  və mükəmməl işlənmiş surətlərdir. Bu əsərdə 
"atalar və oğullar" ixtilafı xüsusi bir üsul ilə təsvir olunur. 
Əmiraslan ağa tədbirli, iradəli, qaniçən bir mülkədardır.  Ətraf 
kəndlərdə mülkədar ağalığı  yıxılsa da, o silahı  əldən vermir. O, 
yoxsullar hakimiyyətini özünə ölümdən betər bilir. Belə bir işin baş 
tutacağına inanınır. Əmiraslan ağanın doğma oğlu Cahangir ağa öz 
atasına qarşı mübarizə aparır. 
Məslək uğrunda vuruşan və ölümə belə hazır olan gənc Cahangir 
ağa da maraqlı bir şəxsiyyətdir. O nəinki atası ilə, hətta sevdiyi əmi 
qızısı Pəricahan xanımla da bir düşmən kimi üz-üzə gəlir. Cahangir 
ağa məhəbbətini məsləkinə qurban verməli olur. Bu əsərdə  təsvir 
olunan mülkədar qızı Pəricahan da canlı və yaddaqalan şəxsiyyətdir. 
Onu nə "Hacı Qara"dakı Sona ilə, nə  də" "Eşq və intiqam"dakı 
Qəmər və Zəhra ilə müqayisə etmək olar. Bu qızda cəsarət, igidlik, 
döyüş və mübarizə həvəsi çox qüvvətlidir. 
 
  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə