Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   6   7   8   9   10   11   12   13   ...   121

31 
 
* * * 
 
 Mən çox utanırdım: bir küncdə oturmuşdum. Qonaqlar bir-bir gəlirdilər. 
Addım səsi eşidən kimi ürəyim döyünürdü. Təzə toyun nəzakət qaydalarını 
yadıma salırdım. Elə bil bibim qabağımda və ya çiynimdə oturub, qulağıma 
pıçıldayırdı: "Belə otur, elə otur!" 
Qonaqlar içəri girməmiş  mən  əllərimi görüşməyə, salamlaşmağa 
hazırladım. Bibimdən öyrəndiklərimi ürəyimdə əzbərlədim. 
Qonaqlar zaldakılarla görüşüb  əyləşdilər. Uşaq, dəlləkdən qorxan kimi 
mən də qonaqlardan çəkinirdim. Onlar mənə  tərəf gələndə  mən də öz-
özümə: "Gözlə ki, nəzakət qaydaları pozulmasın", - deyirdim. Ancaq 
görüşəndə ayağa qalxıb-qalxmamağın mənasını bilmirdim. Bibim mənə 
öyrətməmişdi. Başqalarına baxırdım: qalxan da olurdu, oturduğu yerdə əlini 
uzadıb görüşən də olurdu. Quşbaxışı bu adamları müqayisə etdim. Mənə elə 
gəldi ki, ayağa qalxıb görüşənlər daha mötəbər adama oxşayırlar. Onları 
təqlid edib qalxdım. Bir xanımın yumşaq, üzüklü və  ağ  əlini ovcuma alıb 
sıxdım. 
- Çox xoş gördük! Təbiət sizdən razı olsun! - dedim. 
Bəy içəri girdi. Adamlar bir-birinə dəydi. Yuxarı başda üç nəfərlik yer 
hazırlamaq istəyirdilər. Bibim kəlağayısını yellədərək gəldi, onları geri 
çağırdı: 
- Mən nə vaxt desəm, onda!.. 
Hazırlanan yerlərdə çalğıçılar oturdular. Dəm tutdular, nə tutdular! Sarı, 
buxara papaqlı birisi tarı bağrına basıb, özündən getdi. Qaval yox idi. 
Başıaçıq, boynu şallı, pencəyi çox gödək, qulaqları dik bir oğlan  şaxsey 
dəfıni dizləri arasına alıb mal döyəcləyən kimi döyürdü. Birisi də klarnet 
üfürürdü. Onun nəfəs almadan iki saat üfürməsinə hamı mat qalmışdı. 
Müğənni özündən getmişdi. Pəncərələrdən küçəyə segah tökülürdü. "Can, 
ay atam balası, can!" - deyən səslər ucalırdı. "Atam balası" elə bərk döyürdü 
ki, adamın dümbəyə rəhmi gəlirdi. 
Stolun yanları adamla doldu. Mən tanıdığım bir nəfər də yox idi. Ona 
görə bir küncdə  qəribsəyirdim. Nəzakət qaydalarından qorxduğum üçün 
yanımdakıları dindirməyə  də  cəsarət etmirdim. Bir də gördüm bəy iri 
addımlarla otağı ölçüb, yuxarı başa keçdi. Keçdi, nə keçdi! Üç nəfər ayağa 
qalxdı. Sağdışa, soldışa da yer elədilər. Bəy yenicə oturmuşdu ki: 


32 
 
 - Xankişi! - deyə səsləndi: 
Tədarük otağından oğru pişik kimi ağzını təmizləyə-təmizləyə başıaçıq, 
uzunçənə kişi gəldi (toyda başıaçıq adam bir o idi, bir də mən). Bəy ona əmr 
ilə tapşırdı: 
- Yoldaşlar məclisi sənə həvalə edirlər. İşə başla! 
- Baş üstə, ay bəy! Mənim kor gözüm üstə! - deyən Xankişi  əllərini 
ətəyinə silib, ətrafa göz gəzdirdi. - Hə... niyə danışmırsınız? Yoldaşlar, 
domino oynayan var, desin. Kart kimin meyli çəkir? Muşqulat eləyək. 
Təvəqqe eləyirəm, çalanlar yorulanda qrammofonu oxudasınız. 
Bibim o biri evdən dilləndi: 
- Oynamaq 
olsun, 
Xankişi! Oynat! 
Adamlar güldülər. 
Xankişi irişə-irişə cavab verdi: 
- Nə deyirik! Sahibkar deyir, gərək ola da! Başlayaq oynamağa! 
Bəy əlini stula vurub, Xankişiyə acıqlandı: 
- Bu nə mövhumatdı eləyirsiniz? Niyə  bəs arvadlar bir yanda oturub, 
kişilər o biri yanda? Bu saat qatma-qarışıq lazımdır. Məhv olsun köhnə 
qaydalar! 
Bəyin sözünü şarpaşarp alqışladılar. Xankişi stullara əl gəzdirməyə 
başladı. Hamını növbə ilə: bir arvad, bir kişi düzdülər. Elə arvad var idi ki, 
ərsiz, elə kişi var idi ki, arvadsız gəlmişdi. Bunlar nəzərə alındı. 
Utancaqlığından tək qalan mən oldum. Xankişi düzdüyü adamlara baxıb, 
əlini əlinə çırpır, nəşələnirdi: 
- Bax, belə ha! Mədəni budur ha! 
Onun gözü güldü, məni işarə ilə hamıya göstərdi. 
- Binəvaya baxın! Yazıq tək-tənha qalıb!.. 
Adamlar gülüşdülər. Mən tərlədim. Bibim içəridən səsləndi: 
- Onun yanında özüm oturacağam! 
Məclis bayram mağazası kimi bəzənmişdi. Allı-güllü zərif paltar geymiş 
qadınların qulağında sırğalar, par-par parıldayırdı. Sanki onlar satılmaq 
üçün düzülmüşdü. 
Kişilərin burnu, qadınların barmaqları  işıldayırdı. Qadınların üzü, 
kişilərin dişi ağarırdı. Qadınların dodağı, kişilərin boynu qızarırdı... Otağın 
havasını sorub, klarnetə doldurmaq istəyən adam da rəngbə-rəng insanların 
əlvan paltarına bəstələnmiş havalar səpirdi. Özündən gedən müğənnidən 
gözlənilmədən "Xoruz mahnısı" yüksəldi: 
 


33 
 
Mənim toyuğum çil-çil idi, 
Qanadları pil-pil idi. 
Toyuq deyil, bülbül idi; 
Səni yanasan, toyuq tutan, 
Odlanasan, toyuq tutan! 
 
Xankişi bir qalın-qayım arvadı aralığa saldı. Yanındakılar pıçıldaşırdı ki, 
"21-də kassirşadır". Kassirşa doğrudan qəşəng oynadı. Hər ləngərində bir 
gəminin qərq olmaq təhlükəsi hiss olunurdu. Döşəmənin taxtaları cırıldayır, 
şüşələr tərpənir, kənardakı stol titrəyirdi. Musiqi coşanda qadın kələfçəni 
düyün saldı. Nə etdiyini özü də bilmir, atılıb-düşürdü. Bunların hamısı təzə 
toyun nəzakət qaydalarını pozurdu. Bibimin içəridən qışqırığı bu arvadın 
rəqsini yarımçıq saxlayacağını güman edirdim. Olmadı. O, hərdən böyrünə 
biz soxulan fil kimi göyə atılırdı. Hamı baş-gözünü qorumağa 
başladığından, əl çalan yox idi. 
Bundan sonrä sanki onun tamam əksinə, qəsdən bir arıq hörümçəyi 
aralığa saldılar. Atlas paltar, qırmızı  çəkmə geymiş bu arıq qızın qaşları 
mötərizə, burnu sual işarəsinə oxşayırdı. Yerindən qalxan kimi çapalamağa 
başladı. Onun sürətli, qarışıq hərəkətləri can verən məxluqu andırırdı. Sanki 
quruya düşmüş balıq özünü yerdən-yerə çırpırdı. Bir az çapaladıqdan sonra 
stuluna yapışıb qaldı. Sinəsi qalxıb-düşür, nəfəsini dərirdi. Bu da təzə 
kassirşa imiş!.. Ona macal vermədən qara krepdeşindən çarlston paltar 
geymiş, pəhləvan kimi enlikürək bir qadın aralığa çıxdı. 
Xankişi səsləndi: 
- Yoldaş yoldaşı ilə oynasın! 
Yuxarı başda müştükdə papiros çəkən və yaxalığı yanakı əyilmiş bir kişi 
irəli çıxdı. Qaraquş kimi qanad gərib, arvadına kölgə salmağa, dolanbacı 
getməyə başladı. Qadın isə irişdiyindən dodağı sallanmışdı.  Əri fırlanırdı, 
qadın durduğu yerdə qarmon kimi büzülüb-açılırdı. 
Bunlardan sonra çıxan qadınların çoxu durduğu yerdə qanad çalır, sağa-
sola dönürdülər. Yalnız bir nəfər (o da deyilənə görə gəlinin qohumu imiş), 
gözəl oynaması ilə hətta çalğıçıların da heyrətinə səbəb oldu. Qız al geyimi 
ilə şəfəq kimi parlayır, xumar gözlər kimi süzülüb gedirdi. 
Çaylar içildi. Xörək gəldi. Plov nə plov! Buludlar qarlı dağlar kimi 
ucalmışdı. Camaat xörəyə girişdi. Evdə qulaq batıran bir marçıltı qopdu. Bir 
dəqiqədə məlum oldu ki, nə aş çatır, nə də qara. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə