Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   5   6   7   8   9   10   11   12   ...   121

28 
 
Sevgilim pıçıldadı: 
 - O kimdisə bayaqdan sənə baxır. 
Mən bir də baxdım. Boyalı, şişman bir qadın idi. Sifəti tanış gəldi. İxtiyarsız 
Səadət xanımı xatırladım, qızarıb, üzümü geri çevirdim. Çox keçmədi, onu 
gördüm ki, bir əl mənim yaxama bənd oldu: 
      -  Vicdansız, məni hamilə qoyub hara qaçırsan, fahişələr ilə  gəzirsən? 
Vicdansız! Cavab ver! Vicdansız! 
O, ağır, murdar əli ilə məni şillələmək istədi. Mən onu itələdim. 
       - Vay, - deyə elə qışqırdı ki, camaat biz tərəfə axışdı. Ayaq səsləri ordu 
hücumunu andırdı. Qadın məndən  əl çəkmək istəmirdi. Adamlar onu 
qaldırdılar. Kənar elədilər. Sevgilimin qolundan yapışmaq istərkən, 
qoymadı, özü mənim qoluma girdi. Adamlardan aralandıq. O dayandı. Bir 
üzümə baxdı. Mən açıb hamısını söyləmək istərkən, əlimi sıxdı: 
      - Xudahafiz! 
Mən onun dalınca yüyürdüm, qolundan yapışdım, buraxmaq istəmədim. 
Gözlərimdən iki damla yaş düşdü. Sevgilim biləyimdən bir yumruq vurdu: 
       - Əl çək! 
Bu cavab bir zərbə kimi başıma dəydi. Qaranlıqda səndələyib qaldım. O 
getdikcə gedirdi. Qara, toppuz kimi dolu saçlarını kürəyinə atıb 
addımlayırdı. Uzaqda, səkiləri gümüşlə suvanan yerdə gözümdən itdi. O 
gedən getdi... 
 
1932 
 
 
TƏZƏ TOYUN NƏZAKƏT QAYDALARI 
 
     Qardaşlığım kooperativdə işləyirdi. 
Anası da mağazaların hansındasa satıcılığa təyin edilmişdi. Vaxtı yox idi, 
görüşə bilmirdik. Bu axşam ona rast gəldim. 
      -  Soyuq!  Etibarsız! - deyə  məni çox danladı. Bərk tapşırdı ki, sabah 
Bəhlulun toyudur, gələrsən. 
       Mən boyun qaçırtdım: 
       - Vacib işim olacaqdır, - dedim. 
       -  İstirahət günüdür, - dedi, - kimə yalan satırsan?  İş-zad bilmirəm, 
gələcəksən, vəssalam! 
  


29 
 
Mən ona bibi deyirdim. 
        - Sözün açığı, bibi, mən təzə toy-zad görməmişəm. Qaydasını da 
bilmirəm. Qonaqların yanında qızarmağa təhərim yoxdur. 
Bibi barmaqları ilə ağzımı yumdu: 
        - Kiri, kiri! Dünya gör-götürdür. Gəl otur, öyrən. Bəhlul da kənd 
uşağı deyilmi? O da sənin kimi utancaq, mağmunun biri idi. Getdi, gəldi, 
girdi, çıxdı. Maşallah olsun, indi nitq deyir. Belə bir gün sənin üçün də var. 
Sabah-biri gün, allah qoysa, sən də bir halal süd əmmiş tapıb evlənəcəksən. 
Xeyir işin olmayacaqmı, tifil! 
      Bibimin sözündən çıxmağa qorxurdum. Səhər qalxıb, şalvarı döşəyimin 
altından çəkdim, geyindim. Məktəb yoldaşımın saroçkasını aldım. Gümüş 
zaponka axtardım. Uşaqlar toya getdiyimi bildilər. "Bəxtəvər", - deyə hərəsi 
bir tərəfdən köməkləşib, məni yar-yaraşığa salmağa çalışdılar. Tamam-
kamal toy adamı kimi yola düşdüm. 
       Saat  yeddidə qardaşlığımgilə çatdım. Vurhavurnan hazırlıq gedirdi. 
Qazan altına odun qoyan kim, daşıyan kim, düyü arıdan, toyuq yolan
taqhataq qənd doğrayan kim... Bibi məni öz otağına çağırdı. Bəy hamamdan 
qayıtmamışdı. Onun üçün təzə çay dəmləmək istəyirdilər, kim isə limon 
doğrayırdı. Bibi dedi: 
      - Sağdış, soldışla gələcək! 
Bibinin xoşuna gəlmədim. Bəhlulun boyun şallarından birini boynuma elə 
asdı ki, saçaqları at yalı kimi döşümü örtdü. Çəkməmi çəkib ayağımdan 
çıxartdı. Bir cüt haşiyəli ipək corab geyindirdi. Belimə sümüklü toqqa 
bağladı. Bir dəmir qarmaqlı  qələm gətirib, döş cibimə keçirtdi, üçbucaq 
şəklində bükülmüş ipək dəsmalı elə qoydu ki, bir küncü göründü. Şalımın 
saçaqlarını daradı, yaylığın yanlarından salladı. Güzgüyə baxanda mənə elə 
gəldi ki, bir boyalı qadın tellərini ayırıb, döşümdə oturmuşdur. Bunları 
gördükcə mən heyrətimdənmi, xəcalətimdənmi dinmirdim. "Adımı oxumuş 
qoymuşam, bibi məndən çox bilir", - deyə düşündüm. Bibi bununla 
kifayətlənmədi. Hamı eşiyə çıxandan sonra yammda oturdu. Zərli balınclara 
söykənib dedi: 
        -  Tifil,  yazıq bala, nə görmüsən dünyada! Kitablar ağzının dadını 
aparıb. Quruyub, saqqıza dönmüsən. Buna görə deyirəm ki, gəl, get! 
       Bizdə kefin açılar... 
      Bibim hər cümləni başlayanda dirsəyimə, bitirəndə dizimə vururdu. 
        - Di qulaq as! Hə, indi toydur. Beş adam içinə çıxacaqsan. Təzə toydur. 
Başa düş necədir! - O təzə toyun nəzakət qaydalarını bir-bir 


30 
 
saydı: birinci - əsnəmək, hıçqırmaq, öskürmək, asqırmaq, gərnəşmək 
qadağandır; ikinci - ədəbli otur, çay içəndə marçıldatma, xörəyin yağı 
dodağında işıldamasın, gül, amma qaqqıldama, yumşaqca irişdin, bəsdir, 
danış, ancaq qışqırma, dodaqaltı  mızıldandın, kifayətdir, elə danış ki, 
hamıya, hər  şeyə, hər vaxta aid olsun; üçüncü - hamı ilə görüş, tanış ol, 
öpüşmək də olar, o da üzdən yox, dodaqdan; dördüncü - stəkanı nəlbəkiyə 
yavaş qoy, rumkanı iki barmağınla tut, qaşığı ehmallı tərpət; beşinci - qabını 
siyirmə, süfrəni batırma, stulu cırıldatma, burnuna əl vurma, qaşınma, 
qurcuxma; altıncı - yaxanı bağla, başını aç!.. 
Bibinin sözünü yarımçıq qoyub qalxdım. Boyun şalımı açıb, qayıtmaq 
istədim: 
- Hələ ki, xudahafız! Qolumdan tutdu: 
- Dayan bir, hara durursan? 
- Bibi, sən oğlunun  əziz canı, sən vicdanın, məni burax! Mən 
bacarmayacağam. Razı olma ki... yuxum da gəlir. Sabaha dərsim var. 
Qoy gedim. Yemişcə varam. Mübarək olsun! Neçə belə toylar... 
Səsimə o biri evdən gəldilər. Qollarımdan dartıb oturtdular. Mən qorxu, 
iztirabla təzə toyun başlanmasını gözləyirdim. Yalvardım ki: 
- Camaat yığılmamış məni zala apar. Adamlar gələndən sonra nə lazım, 
utanıram... 
- Bala, yoxsulluğun üzü qara olsun! Xanımnənəgilin zalını bu günlüyə 
borc almışıq. Kişilər hələ çaylarını  yığışdırmayıblar. Bir az da dur. Səni 
içəri aparmaq, bax, bibinin bu boynuna! 
Bəy hamamdan qayıtdı. Pörtmüşdü, üzünün əti sallanmışdı. Qaş-qabağı 
yernən gedirdi. Ömründə gülüşlə  işıqlanmamış kimi görünən tutqun sifəti 
bir az da enlənmişdi. Şəkil kimi susub dururdu. Sağdışı, soldışı ona baxıb, 
guya göz qırpımından nə dediyini anlayır və anladırdılar. 
Onlara çay verdilər. Bəy üst dodağını balıq əti kimi nəlbəkiyə saldı, çayı 
isti-isti hortuldatdı. Bibinin qulağına pıçıldadım: 
- Deyəsən, Bəhlul da bilmir. 
O mənə cavab vermədi. 
Mən təkrar etdim: 
- Qaydaları deyirəm ey... Bəhlul dodağını marçıldadır, ona göz elə! 
- Balası, - dedi, bura toy deyil ki! Öz aramızda eybi yoxdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə