Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

_____________Milli Kitabxana_____________ 

 

32



çıxarır. Son 12 il ərzində Gürcüstanda güc strukturları ilə QHT-lər 

arasında konstruktiv münasibətlər yaranıb. Gürcüstanda jurnalistlərin 

hər şeyin yaxşı olduğunu yazmaq barədə öhdəlikləri yoxdur. Problemlər 

barədə yazmaq, sadəcə, nüfuzu artırır. Gürcüstanda hərbçilərin 

jurnalistləri məhkəməyə verməsi  ənənəsi yoxdur. Sadəcə olaraq onlara 

iradlar tutulur. 

Hərbi təşkilat üzərində ictimai nəzarətin gerçəkləşməsində müəyyən 

təcrübə əsasən Ukraynada mövcuddur. MDB ölkələri içərisində yeganə 

olaraq Ukraynada güc strukturları üzərində ictimai nəzarət haqqında 

qanun var.  Belə ki, 2003-cü ildə Ukraynanın Ali Radasında “Dövlətin 

hərbi təşkilatları  və hüquq-mühafizə orqanları üzərində demokratik 

mülki nəzarət haqqında” qanun qəbul edilib. Qanuna görə, Ukrayna 

Silahlı Qüvvələrinin müdafiə naziri və digər rəhbər postlarına, eləcə də 

hüquq-mühafizə orqanlarının rəhbərliyinə mülki şəxslər təyin edilə 

bilər. Silahlı Qüvvələrdə  və hüuqu-mühafizə orqanlarında insan 

haqlarına nəzarət etmək üçün Ukrayna Parlamentinin hərbi 

qulluqçuların hüquqlarını müdafiə  məsələləri üzrə  təmsilçisi vəzifəsi 

yaradılıb. Ukraynada QHT-lərin və  KİV-lərin Silahlı Qüvvələr və 

Hüquq-mühafizə orqanları ilə münasibətləri həm də bu qanunla 

tənzimlənir.  

 

 

V HİSSƏ 



 

AZƏRBAYCANDA HƏRBİ SAHƏDƏ ŞƏFFAFLIQ 

TƏRƏFDARI OLAN BEYNƏLXALQ TƏŞKİLATLAR 

 

ŞİMALİ ATLANTİKA MÜQAVİLƏSİ 



TƏŞKİLATI 

(NATO). Bu təşkilatla Azərbaycan arasındakı  əməkdaşlıq 

sənədlərinin əksəriyyətində - "Sülh naminə tərəfdaşlıq" proqramında 

(PfP), Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (IPAP) 

Azərbaycanda orduya demokratik nəzarət mexanizmlərinin tətbiqi 

zəruri istiqamət kimi qeyd olunur. Hazırda Azərbaycan və NATO 

arasında hazırlanan Müdafiə  Təsisatlarının Qurulması üzrə 

Tərəfdaşlığın  Əməliyyat Planı (PAP-DIB) isə, demək olar, başdan-

başa demokratik nəzarətin tətbiqinə həsr olunub. Burada qeyd olunur 




_____________Milli Kitabxana_____________ 

 

33



ki, müdafiə və təhlükəsizlik sahəsində islahatların həyata keçirilməsi 

əsasən üç məqsədlə bağlıdır: birincisi, müdafiə sahəsinə  şəffaf və 

demokratik nəzarətin tətbiq edilməsi, ikincisi, təhlükəsizlik 

siyasətinin inkişafında vətəndaşların iştirakının təmin olunması, 

üçüncüsü, müdafiə sahəsi ilə bağlı qanunvericiliyin və  məhkəmə 

sahəsinin düzgün işləməsi. PAP-DIB-də Azərbaycanın müdafiə 

sahəsində demokratik institutların formalaşmasının zəruriliyi qeyd 

edilir. Bu istiqamətdə parlamentin orduya nəzarət funksiyasını həyata 

keçirməsi istənilir. 

NATO-da hesab edirlər ki, müdafiə  və  təhlükəsizlik sektoru 

üzərində demokratik nəzarətin qurulması islahat prosesinin başlıca 

sütunudur. 



AVROPADA TƏHLÜKƏSİZLİK VƏ  ƏMƏKDAŞLIQ 

TƏŞKİLATI (ATƏT). Azərbaycanda orduya demokratik nəzarət 

mexanizmlərinin yaradılmasında maraqlı olan təşkilatlardan biri də 

ATƏT-dir. Bu təşkilatın təmsilçiləri hesab edirlər ki, orduya nəzarət 

Silahlı Qüvvələrin güclənməsinə, eləcə də hərbçilərin sosial rifahının 

təmin edilməsinə  səbəb olacaq. İndiyədək ATƏT-in Azərbaycan 

hakimiyyəti ilə  əməkdaşlığında orduya nəzarət məsələləri müzakirə 

edilən  əsas mövzulardan olub. ATƏT-in təklif etdiyi \"Çətir 

assosiasiyası\" konsepsiyası isə çox sayda hərbyönlü QHT-nin bir 

assosiasiyada birləşməsini nəzərdə tutur. Bu konsepsiyaya görə, 

QHT-lər \"Çətir assosiasiyası\" çərçivəsində arzuladıqları  məsələnin 

gerçəkləşməsinə nail olmalıdırlar. Belə ki, bu qurum ekspertlərin, 

QHT-lərin fikirlərini parlamentə çatdıracaq. Parlamentin müdafiə və 

təhlükəsizlik məsələləri üzrə daimi komissiyası bu təklifləri qəbul 

edərək onları müvafiq güc strukturlarına ünvanlayacaq. Beləliklə, 

parlament komissiyası  cəmiyyətlə güc strukturları arasında  əsas 

vasitəçi olacaq. Azərbaycan üçün \"Çətir assosiasiyası\"nın 

hazırlanmasında Britaniya təcrübəsindən istifadə olunub. 2007-2009-

cu illərdə ATƏT-in Bakı ofisinin bu istiqamətdə Bakıda keçirdiyi 

tədbirlər nəticəsiz başa çatdı. 

AVROPA  ŞURASI. Sözügedən qurumun Azərbaycanda hərbi 

qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı  səyləri də diqqət 

mərkəzindədir. Xatırladaq ki, 2006-cı il aprelin 11-də Avropa Şurası 

Parlament Assambleyasının 11-ci sessiyasında "Hərbi qulluqçuların 




_____________Milli Kitabxana_____________ 

 

34



hüquqlarına riayət olunması haqqında məruzə" təsdiq edilib. Sənəddə 

Avropa  Şurasına üzv olan bir sıra ölkələrdə, o cümlədən 

Azərbaycanda hərbi qulluqçuların hüquqlarının müdafiə olunmasına 

dair vəziyyətin təhlili əksini tapıb. Avropa Şurasına üzv olan bir sıra 

ölkələrin mütəxəssisləri hesab edirlər ki, müdafiə  və  təhlükəsizlik 

sahəsində mövcud olan problemlərin həlli üçün orduya demokratik 

nəzarətin tətbiqi zəruridir. 

AVROPA HƏRBİ ASSOSİASİYALAR TƏŞKİLATI 

(EUROMIL). Azərbaycanda orduya demokratik nəzarətin 

yaradılması istiqamətində  səylərə yeni qoşulmuş  təşkilatlardan biri 

də EUROMIL-dir. Bu təşkilat Avropanın hərbyönlü qeyri-hökumət 

təşkilatlarının daxil olduğu ən nəhəng hərbyönlü təşkilat hesab edilir. 

EUROMIL AŞ PA tərəfindən qəbul olunmuş insan hüquqlarının 

qorunmasına dair tövsiyələrin Avropa Şurası Nazirlər Komitəsi 

səviyyəsində təsdiq edilməsinə çalışır. Ekspertlərin fikrincə, əgər bu 

baş versə, onda Avropa Şurasına üzv olan ölkələrin, o cümlədən 

Azərbaycanın qarşısında orduya nəzarətlə bağlı konkret öhdəliklərin 

qoyulması mümkün olacaq. Çünki tövsiyələr Nazirlər Komitəsi 

səviyyəsində  qəbul olunduqdan sonra onlar Azərbaycanın da daxil 

olduğu Avropa Şurasının bütün üzvlərinə şamil edilmiş olacaq. 



SİLAHLI QÜVVƏLƏRƏ DEMOKRATİK NƏZARƏT 

CENEVRƏ  MƏRKƏZİ (DCAF). Dünyada tanınmış bu qurumun 

"Müdafiə  təsisatları: Azərbaycan, Ermənistan, Gürcüstan və 

Moldovanın tələbatlarının qiymətləndirilməsi və ölkələr üzrə 

təhlillər" kitab-hesabatının  İnternet versiyasında bildirilir ki, 

Azərbaycanın müdafiə sahəsində demokratikləşmənin çox zəif 

getməsi bir sıra problemlərin ortaya çıxması ilə müşayiət olunur. 

Ekspertlər bildirirdilər ki, Azərbaycanda orduya vətəndaş  nəzarəti 

mexanizminin tətbiqi iflasa uğrayıb. Bu istiqamətdə rəsmilərin səylər 

göstərməsi sezilmir. DCAF ekspertlərinin fikrincə, Azərbaycanda 

orduya demokratik nəzarət mexanizmlərinin tətbiqi vacibdir. 2005-ci 

ildən etibarən Azərbaycanda müdafiə  və  təhlükəsizlik sahəsinin 

vəziyyəti və ordu quruculuğu perspektivləri ilə maraqlanan DCAF-ın 

Azərbaycanla bağlı  əsas məqsədi ölkədə  hərbi sahədə çalışan 

qurumlar, eləcə  də Prezident Aparatı, Müdafiə Nazirliyi, Nazirlər 

Kabineti və digər nazirliklər arasında səlahiyyət bölgüsünü 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə