Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

_____________Milli Kitabxana_____________ 

 

35



aydınlaşdırmaqdır. Bu qurumun ekspertlərinin fikrincə 2 prinsip 

aydın tanınmalıdır: xalq bilməlidir ki, əsgərlər onlar üçün çalışırlar, 

əsgərlər də bilməlidirlər ki, onların qulluqları siyasi qərardan irəli 

gəlir.DCAF-da hesab edirlər ki, hazırda Azərbaycanda müdafiə  və 

təhlükəsizlik sahəsi üzrə demokratik nəzarət olmasa da, siyasi 

nəzarət mövcuddur. Onların fikrincə, ilkin dövrlər üçün bu

keçərlidir. Amma gələcəkdə siyasi nəzarət demokratik elementlərdən 

təşkil olunmalıdır. DCAF-da düşünürlər ki, Azərbaycanda orduda, 

silahlı qüvvələrdə  həddindən artıq məxfiliyin olması anlaşılmır. 

Təşkilat ekspertlərinin fikrincə, ölkənin müharibə  şəraitində olması 

barədə  gətirilən səbəblər  əsaslı hesab edilə bilməz. Təşkilat 

ekspertləri hesab edirlər ki, müharibə  məsələlərindən kənarda olan 

bir sıra məsələlər var ki, onların ictimaiyyətlə, parlamentlə 

müzakirəsini təşkil etmək labüddür. Bu ona görə edilməlidir ki, 

silahlı qüvvələrin nəyə görə mövcud olduğu və nəyə xidmət etdikləri 

barədə insanların, ictimaiyyətin anlayışı genişlənmiş olsun. 

 

VI HİSSƏ 

 

NƏYİ ƏLDƏ ETMƏK OLMAZ? HƏRBİ SİRR HAQQINDA 



MÖVCUD QANUNVERİCİLİK 

 

Vikipediya internet ensiklopediyasında dövlət və hərbi sirrlərə 

belə tərif verilib: dövlət və hərbi sirr —dövlətin hərbi, xarici-siyasi, 

iqtisadi, kəşfiyyat,  əks-kəşfiyyat və  əməliyyat-axtarış  fəaliyyəti ilə 

bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması dövlətin 

təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. Dövlət və hərbi sirri 

təşkil edən məlumatların üç məxfilik dərəcəsi müəyyənləşdirilir: 

«xüsusi əhəmiyyətli», «tam məxfi» və «məxfi». 

 

Hərbi informasiya və onun əldə edilməsi yolları. "İnformasiya 

əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu 

maddəsində  (İnformasiyanın təsnifatı) deyilir ki, “Əldə olunma 

növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması 

məhdudlaşdırılan informasiyalara bölünür. Azərbaycan 

Respublikasının qanunu ilə  əldə olunması  məhdudlaşdırılmayan 




_____________Milli Kitabxana_____________ 

 

36



informasiyalar açıq informasiyalar sayılır”.  Əldə edilməsi qanunla 

məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli 

(konfidensial) olur. Məlumatların dövlət sirrinə aid edilməsi, 

istifadəsi qaydaları  və mühafizəsi "Dövlət sirri haqqında" 

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 

Konfidensial informasiyanın toplanmasına, işlənməsinə, istifadəsinə 

və yayılmasına yalnız Azərbaycan Respublikasının 

qanunvericiliyində müəyyən edilmiş hallarda yol verilə bilər . 

Qanunun 9-cu maddəsində deyilir ki, açıq məlumatın  əldə edilməsi 

aşağıdakı yollarla təmin edilir: 



internet informasiya ehtiyatları vasitəsilə; 

rəsmi nəşrlərlə; 

kütləvi informasiya vasitələrinin yayılması ilə; 

kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin 

mümkün olduğu digər yerlərdə  sənədlərlə tanış olmaq üçün şərait 

yaradılması yolu ilə; 

fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə; 

qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla. 

Açıq məlumatın alınması qaydası  və  şərtləri "İnformasiya  əldə 

etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, digər 

qanunvericilik aktları  və ya müqavilə ilə (məlumatın verilməsi 

müqavilə  əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın 

verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. 

Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına 

görə  məlumatı verməkdən imtina edə bilməzlər”. 11-ci maddədə 

bildirilir ki, məlumatın  əldə edilməsi üçün sorğunun verilməsi və 

məlumat  əldə edilməsi haqqında sorğuya baxılması  "İnformasiya 

əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə   

tənzimlənir". 

Qanunun 181-3 maddəsində informasiya əldə etmək haqqında 

qanunvericiliyin pozulması hallarından danışılır. Qeyd edilir ki, bu 

hallar aşağıdakılardan ibarətdir: 

 

- İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək 



hüququnun məhdudlaşdırılması  və ya sorğuçuya bilərəkdən 

yanlış informasiya verilməsinə görə -  


_____________Milli Kitabxana_____________ 

 

37



 

fiziki  şəxslər  şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş 

mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən 

mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə 

vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə 

edilirlər. 

 

-  İnformasiya sahibi tərəfindən informasiyanın  əldə 

olunmasının təşkil edilməməsinə görə - 

 fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş 

mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən 

beş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər  şərti 

maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda 

cərimə edilirlər. 

 

-  İnformasiyanın  əldə edilməsi haqqında yazılı sorğunun 

qəbul edilməsindən imtina olunmasına görə -  

fiziki  şəxslər  şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş 

mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin doxsan 

misli miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin üç yüz misli 

miqdarında cərimə edilirlər. 

 

-  İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin 



qanunvericiliklə müəyyən olunmuş saxlanma, 

komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə -  

fiziki  şəxslər  şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş 

mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən 

mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə 

vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə 

edilirlər. 

 

-  İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə 

məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasına görə -  

vəzifəli  şəxslər  şərti maliyyə vahidinin səksən mislindən doxsan 

mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz 

əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilirlər. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə