Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   18   19   20   21   22   23   24   25   26

_____________Milli Kitabxana_____________ 

 

77



qanunvericilik hansı  həddə  qədər onlara məlumat vermək imkanı 

verir? Bunu özləri üçün dəqiqləşdirməlidirlər. Həmçinin qarşı tərəf – 

ictimaiyyət, QHT-lər, jurnalistlər özləri üçün dəqiqləşdirməlidirlər 

ki, hansı  həddə  qədər informasiya əldə etmək olar və o istiqamətdə 

mübarizə aparmalıdırlar. Mənim fikrimcə, bu işlərə nail olunsa, onda 

hansısa ortaq məxrəc tapıla biləcək. 

 

Üzeyir Cəfərov: Bəzi ölkələrdə peşəkar jurnalistlər məlumatları o 

qədər sərrast  şəkildə  çatdırırlar ki, orada dövlət və  hərbi sirr 

elementləri olsa belə, bu sirrin açılması kimi görünmür. 

 

Yaşar Cəfərli:  Üzeyir bəyin dediyi məsələyə bir balaca əlavə 

etmək istəyirəm.  Əgər hər hansı bir jurnalist qanunu pozub dövlət 

sirrini və yaxud da ki, hərbi sirri yayırsa o qanun qanşısında 

məsuliyyət daşıyır.  İnanmıram ki, hansısa jurnalist bilərəkdən bu 

qanunu poza.  

Əslində biz mətbuatı izləsək aydın görərik ki, hansı insanlar, 

jurnalistlər, QHT-lər hərbi sahədə  fəaldırlar.  Hərbi sahdə hansı 

dövlət qurumlarının olduğu da bəllidir. Fikrimcə, ilk addım bundan 

ibarət olmalıdır ki, bunlar arasında görüşün baş tutmasına və 

danışıqların aparılmasına çalışılmalıdır. Biz bilirik ki, müəyyən 

məlumatlar var ki, bəzi güc strukturlarında buna cəhd edirlər, sadəcə 

haradansa icazəmi gözləyirlər, yoxsa ürək eləmirlər və s. Bu görüş 

baş tutarsa başqa məsələlərin də qarşısı alınar. Başqa nə etmək olar, 

burada artıq bir sıra təkliflər səsləndi. Təbii ki, Qərb ölkələrinin, 

NATO dövlətlərinin, yaxın qonşuların təcrübələrini götürüb tətbiq 

etmək olar. Eyni zamanda başqa bir təklif: güc strukturları özləri öz 

konsepsiyalarını açıqlayıb addım ata bilərlər ki, fəal insanlar, QHT-

lər  başa düşsünlər ki, qanundan başqa reallıqlar bizi bu cür addım 

atmağa vadar edir. Sadəcə qaçıb gizlənməık lazım deyil. 

 

Sevil Nuriyeva: Tamamilə doğrudur. Bunun yekunu olaraq 

bir qənaətə gəlinir ki, bütün təkliflərin fövqündə dövlət qurumu 

və  cəmiyyət arasında və burada əsas bağlayıcı rolunu oynayan 

QHT-lər və jurnalistlərlə münasibətdə demokratik dəyərlər ön 

plana çıxarsa, cəmiyyətdə öz güc strukturlarına qarşı münasibət 



_____________Milli Kitabxana_____________ 

 

78



əksinə, müsbətə formalaşar və o güc strukturlarının rəhbərliyi öz 

cəmiyyəti ilə  təmasdan qaçmamaqla onlardan biri olduğunu 

nümayiş etdirmiş olacaq və dolayısı ilə hər iki tərəfin bir-birinə 

güvəni, inamı artacaq. Bununla da cəmiyyətimizin bu 

qüsurundan çıxış yolu axtarılıb tapılacaq.  

Mən buna görə Sizə  təşəkkür edirəm. Sağolun ki, belə bir 

layihə ilə    çıxış etdiniz. “Hərbi sahədə informasiya əldə etmək 

mədəniyyətinin inkişafı” layihəsi  şərçivəsində bu verilişi 

gerçəkləşdirdik. Orduya gəlincə, Azərbaycan öz ordusunu sevir, 

öz ordusunu sevməyən kimsə tapılmaz. Amma içində 

qüsurlarının olduğunu dilə  gətirəndə  də daha mükəmməl, daha 

şəffaf, daha güclü olması arzusu ilə bunu edirik. Çünki 

qəhrəmanları  və  qəhrəmanlığı çox sevirik. Qəhrəmanların və 

qəhrəmanlığın bol olsun Azərbaycan! 

 

IX HİSSƏ 



 

AZƏRBAYCANDA HƏRBİ SAHƏDƏ İNFORMASİYA 

ƏLDƏ ETMƏK MƏDƏNİYYƏTİNİN İNKİŞAFININ 

PERSPEKTİVLƏRİ 

 

Müşahidələr göstərir ki, son 3 il ərzində Azərbaycanın müdafiə və 



təhlükəsizlik sahəsinin KİV-lə əlaqələri yüksələn xətlə gedir. Amma 

buna baxmayaraq, bu gün güc strukturlarında informasiya 

islahatlarının aparılması  zərurəti getdikcə artır. Bu istiqamətdə 

aşağıdakı konkret işlərin görülməsi zərurətə çevrilib: 

 

1. Güc strukturlarının mətbuatla  əlaqələrini tənzimləyəcək 



sənədlərin qəbulu zəruridir. Xüsusilə Müdafiə Nazirliyinin mətbuat 

xidmətinin və informasiya idarəsinin, eyni zamanda ayrı-ayrı  hərbi 

hissələrin cəmiyyəti məlumatlandırma sistemini təkmilləşdirəcək 

yeni sənədlərin,  əsasnamələrin qəbul edilməsi qaçılmazdır. Burada 

əsas məqsəd Azərbaycan Müdafiə Nazirliyinin cəmiyyətlə, o 

cümlədən kütləvi informasiya vasitələri ilə münasibətlərinin nizama 

salınması olmalıdır; 

 



_____________Milli Kitabxana_____________ 

 

79



2. Bu gün Azərbaycanın müdafiə  və  təhlükəsizlik sahəsində 

həyata keçirilən islahatların tərəfsiz, obyektiv və dolğun  şəkildə 

ictimaiyyətin diqqətinə çatdırılmasını  təmin etmək istiqamətində 

məsuliyyət dərəcələrinin müəyyənləşdirilməsi zəruridir; 

 

3. Azərbaycanda hərbi sahədə informasiya əldə edilməsini 



asanlaşdıran qanunvericilik sənədlərinin qəbul oluması və ya mövcud 

qanunlarda təkmilləşdirilmələr aparılması vacibdir; 

 

3. Güc strukturlarının nəzarətində olan bu və digər KİV 



orqanlarının fəaliyyətinin təkmilləşdirilərək konkretləşdirilməsi, 

onların qarşısına qoyulan vəzifə  və tapşırıqların XXI əsrin 

qaydalarına uyğunlaşdırılması vacibdir. Bu uyğunlaşma 

Azərbaycanın müdafiə  və  təhlükəsizlik sahəsinin Avroatlantik 

məkana inteqrasiyasının sürətlənməsinə öz töhfəsini verməlidir; 

 

4. Azərbaycanda "hərbi jurnalist" termininin özünə aydınlıq 



gətirilməlidir. "Hərbi jurnalist" kimdir, kimlər bu vəzifəni tuta bilər?" 

kimi suallara cavablar verilməlidir. Qeyd edək ki, hazırda 

Azərbaycanda hərbi jurnalist hazırlayan hər hansı ali təhsil 

müəssisəsi yoxdur. İstər güc strukturlarının tabeliyində olan 

qəzetlərdə, istərsə də müstəqil KİV-lərdə çalışanların əksəriyyəti ya 

mülki ali təhsil müəssisələrinin jurnalistika fakültəsini bitirənlərdir, 

ya da onlar, ümumiyyətlə, Azərbaycan jurnalistikasında çalışanların 

böyük  əksəriyyəti kimi, başqa fakültələri bitiriblər. Bu gün güc 

strukturlarında çalışanların  əksəriyyəti hesab edir ki, hərbi 

jurnalistlər müstəqil KİV və EİV-də çalışa bilməzlər. Onlar yalnız və 

yalnız güc strukturlarının nəzdində olan qəzetlərdə çalışa bilərlər. 

Qısası, onların məntiqincə, əgər jurnalist güc strukturunun qəzetində 

çalışırsa, o, "hərbi jurnalist"dir, yox, əgər hansısa müstəqil KİV-də 

çalışırsa, o, "ordu barədə anlayışı olmayan kəsdir"; 

 

5. Güc strukturlarının tabeliyində olan qəzetlərdə çalışan hərbi 



qulluqçuların  əhəmiyyətli hissəsinin qısa zaman kəsiyində mülki 

jurnalistlərlə  əvəz edilməsi zəruridir. Təcrübə göstərir ki, "rütbə  və 

vəzifə asılılığı" hərbi jurnalistlərin müstəqilliyinə, məlumatları 



_____________Milli Kitabxana_____________ 

 

80



tərəfsiz və obyektiv yazmalarına mane olan əsas amildir. Belə ki, güc 

strukturlarının tabeliyində olan jurnalist hansısa bir hadisəni obyektiv 

şəkildə qeydə almaqdan çəkinə bilər, çünki sabah onu bu əməl 

səbəbindən başqa bir hərbi hissəyə, özü də jurnalist peşəsindən uzaq 

bir qulluğa göndərə bilərlər; 

 

6. Ali təhsil müəssisələrində  və eyni zamanda Azərbaycan Ali 



Hərbi Məktəbində  hərbi jurnalistləri hazırlayan kadrların 

yetişdirilməsi zəruridir. Yaxşı olar ki, bu məsələdə prioritet məhz 

mülki ali təhsil müəssisələrinə verilsin. Eyni zamanda mülki təhsil 

müəssisələrində  təhsil alan hərbi jurnalistlər təhsil müddətinin 

müəyyən hissəsini məhz Ali Hərbi Məktəbdə keçirə bilərlər ki, bu da 

onların peşəkar təcrübələrinin formalaşmasında böyük rol oynaya 

bilər. Qeyd edək ki, postsovet ölkələrində belə bir təcrübə artıq 

mövcuddur. Misal üçün, Belarus Dövlət Universitetində hərbi fakültə 

mövcuddur. Bu fakültənin məzunları Silahlı Qüvvələrin müxtəlif 

informasiya strukturlarında çalışa bilərlər; 

 

7. Azərbaycanda hərbi jurnalistika ənənələrini formalaşdırmaq və 



hərbi sahədə  fəaliyyət göstərən və ya bu sahəyə marağı olan 

jurnalistlərə qanun çərçivəsində ordudan "nəyi yazmaq olar, nəyi 

yox"u başa salmaq lazımdır. Hərbi jurnalistika sahəsində çalışan 

KİV-in və jurnalistlərin peşəkar səviyyəsinin, imkanlarının 

artırılması qaçılmazdır; 

 

8. Güc strukturları dinc dövrdə  və xüsusi şəraitlərdə  KİV-in və 



hərbi jurnalistlərin söz və  mətbuat azadlığının gerçəkləşdirilməsinə 

dəstək göstərməli, onların bu və digər məsələ ilə bağlı müstəqil 

jurnalist araşdırmasına imkan yaratmalıdır; 

 

9. Hərbi mövzulara maraq göstərən jurnalistlərin hüquq və 



azadlıqlarının, onların müəllif hüquqlarının qorunması, hərbi 

jurnalistika sahəsində, xüsusi şəraitlərdə çalışan KİV-in və 

jurnalistlərin fəaliyyətini nəzərdə tutan hüquqi bazanın yaradılması 

və inkişafı  zəruridir. Hərbi jurnalistlərin peşə etikasının 




_____________Milli Kitabxana_____________ 

 

81



formalaşdırılması və ona riayət olunmasına ictimai nəzarətin həyata 

keçirilməsi vacibdir; 

 

10. Müdafiə  və  təhlükəsizilk sahəsindəki vəziyyəti diqqət 



mərkəzində saxlayan KİV və jurnalistlərlə güc strukturları arasında 

konstruktiv dialoqun inkişaf etdirilməsi, KİV-lə güc strukturlarının 

mətbuat xidmətləri arasında sıx və  məhsuldar  əməkdaşlığın təşkil 

olunması lazımdır. 

 

Beləliklə, bu gün Azərbaycanda peşəkar hərbi jurnalistlər 



ordusunun yaradılması  işi çox zəruridir. Bunsuz silahlı qüvvələrdə 

həyata keçirilən islahatların cəmiyyətə lazımınca çatdırılmasına və 

nəticədə  vətəndaşların bu məsələdə hökumətə  dəstək olmasına nail 

olmaq mümkün deyil. Eyni zamanda bunsuz ölkdə  hərbi sahədə 

informasiya  əldə etmək mədəniyyətinin inkişafına nail olunması 

mümkün deyil.  

 

NATO standartlarına uyğunlaşmağı  məqsəd qoymuş bir ölkədə 



KİV və ordu arasında sadalanan problemlərin olması acınacaqlıdır. 

Faktiki olaraq Azərbaycanda ictimaiyyətin Silahlı Qüvvələrdə 

islahatlar prosesinə  dəstəyi hiss edilmir ki, burada da məsuliyyət 

məhz güc strukturlarının, xüsusilə  də Müdafiə Nazirliyinin 

informasiya siyasətini formalaşdıran məmurların üzərinə düşür. 

 

Faydalı məlumatlar 

 

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi  İctimai 



Birliyi 

 

2005-ci ilin mayında Azərbaycanın NATO ilə  İPAP sənədini 



imzalaması dövründə bir qrup hərbi jurnalist və  hərbi ekspert 

tərəfindən “Doktrina” JHAM-ın yaradılmasına qərar verildi. Bundan 

sonra təşkilat aktiv şəkildə Azərbaycanın NATO ilə  əməkdaşlığı 

çərçivəsində razılaşdırılmış sənədlərin ordumuza tətbiqi proseslərinin 

monitorinqinə başladı. “Doktrina” JHAM-ın fəaliyyətinin 

rəsmiləşdirilməsi üçün 2007-ci ilin sonlarında qeydiyyat üçün 




_____________Milli Kitabxana_____________ 

 

82



Ədliyyə Nazirliyinə müraciət edildi. 2007-ci ilin dekabrında isə 

təşkilat ictimai birlik kimi dövlət qeydiyyatına alındı. Təşkilatın 

nizamnaməsindən göründüyü kimi birliyin məqsəd və  vəzifələri 

dəyişməyib: “Doktrina” JHAM hərbi jurnalistika sahəsində 

araşdırma aparır, bu sahənin inkişafına dəstək verir, jurnalist 

fəaliyyəti ilə  əlaqədar  əldə edilmiş  məlumatları araşdırır və  təhlil 

edir, ictimaiyyətdə müdafiə  və  vətənpərvərlik sahəsində 

maarifləndirmə işi aparır.  

 

“Doktrina” JHAM-ın fəaliyyətini əsasən 3 istiqamətə bölmək olar: 



birincisi, ölkənin müdafiə və təhlükəsizlik sektorunda (buraya bütün 

güc strukturları daxildir) baş verən proseslərin öyrənilməsi və 

araşdırılması, uğurların və problemlərin üzə  çıxarılması, taktiki və 

strateji proqnozların irəli sürülməsi və ictimai məlumatlandırma. 

İkincisi, ölkə  KİV-də  fəaliyyət göstərən və  hərbi məqalələrlə  çıxış 

edən jurnalistlərə münasibətin qurulması  və  hərbi jurnalistikanın 

peşəkarlığının artırılmasına səylərin göstərilməsi və  nəhayət 

üçüncüsü, Azərbaycanın beynəlxalq təşkilatlarla və dövlətlərlə 

müdafiə  və  təhlükəsizlik sahəsində  əməkdaşlığının vəziyyətinin 

öyrənilməsi, Cənubi Qafqazda hərbi-siyasi tədbirlərin, geosiyasi 

vəziyyətin öyrənilməsi və araşdırılması sahəsində  tədqiqatların 

aparılması.  

 

Hər üç istiqamətdə “Doktrina” məqsədlərinə müəyyən qədər nail 



olub. Xüsusilə “Doktrina” JHAM-ın 2003-cü ildən başlayaraq 

Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin 

statistikasını aparması, Azərbaycanın NATO ilə razılaşdırdığı “Sülh 

Naminə Tərəfdaşlıq” proqramı (PfP), bu sənəddən irəli gələn İPAP, 

PARP, İPP, PAP-T, OCC və s. sənədlər çərçivəsində orduda həyata 

keçirilən  islahatların monitorinqini aparması diqqətçəkəndir. Bu gün 

“Doktrina” JHAM-ın həyata keçirdiyi araşdırmaların, 

monitorinqlərin nəticələri  əksər yerli KİV və QHT-lər tərəfindən, o 

cümlədən beynəlxalq təşkilatlar tərəfindən  mötəbər bir informasiya 

kimi istifadə istifadə olunur və bu da fəaliyyətimizin nəticələrinin 

səmərəliliyinə sübut kimi hesab edilə bilər.  

 



_____________Milli Kitabxana_____________ 

 

83



Konkret layihələrə gəldikdə isə, “Doktrina” mərkəzi 2008-ci ildən 

etibarən Azərbaycan Təhlükəsizlik və Müdafiə 

İctimai 

Assosiasiyasının illik hesabatlarının hazırlanmasında iştirak edir. 

2009-cu ilin avqust ayında isə Açıq Cəmiyyət  İnstitutu – Yardım 

Fondunun maliyyə dəstəyi ilə “Hərbi sahədə informasiya əldə etmək 

mədəniyyətinin inkişafı” layihəsini reallaşdırmağa başlayıb. 

 

Bununla yanaşı təşkilatda təmsil olunan ekspertlər və jurnalistlər 



ölkənin ayrı-ayrı  KİV-lərində  məqalələrlə  çıxış edir, ekspert rəyləri 

verirlər. “Doktrina” ekspertlərinin tez-tez xarici ölkələrdə mötəbər 

tədbirlərdə  iştirak etməsi, Azərbaycanın müdafiə islahatlarında 

ictimai töhfənin artırılmasına yönəlik səylərimizin daha da 

təkmilləşdirilməsinə səbəb olur. 

 

“Doktrina” JHAM ölkədə  hərbi sahədə yazmağa maraq göstərən 



jurnalistlərlə daima  bir yerdədir, onlarla əlaqə saxlanılır, lazımi 

informasiya dəstəyi, ekspert yardımı edilir. İmkan düşdükcə  hərbi 

yazarlar arasında müxtəlif mövzularda müzakirələrin aparılmasına, 

müxtəlif layihələrdə onların iştirak etmələrinə çalışılır. “Doktrina” 

JHAM ekspertləri ölkənin bir sıra KİV və QHT-lərindən olan 

həmkarlarla Azərbaycanda hərbi jurnalistikanın inkişafının təmin 

edilməsi, mexanizmlərin yaradılması, güc strukturları ilə media 

təmsilçiləri arasında  əməkdaşlığın qurulması istiqamətində  səylə 

çalışırlar və müəyyən uğurlar ortadadır. 

 

“Doktrina” JHAM-ın sədri Cəsur Sümərinlidir (Məmmədov) 



(

cesursumer@mail.ru

). C.Sümərinli eyni zamanda “MilAz” 

İnformasiya Agentliyinin baş direktoru, “Ayna” və “Zerkalo” 

qəzetlərinin hərbi təhlilçisidir. 

 

“Hərbi Jurnalistlər” İctimai Birlıiyi 

 

“Hərbi Jurnalistlər”  İctimai Birliyi 2007-ci ilin mart ayında bir 



qrup ehtiyatda olan hərbi qulluqçu və media təmsilçisi tərəfindən 

yaradılıb. Bu ictimai birlik Azərbaycanda hərbi jurnalistikanın 

inkişafına, hərbi sahədə baş verən proseslərin  şəffaflığına çalışır. 



_____________Milli Kitabxana_____________ 

 

84



Silahlı Qüvvələrdə islahatlar prosesinin öyrənilməsi və bu 

istiqamətdə ictimai məlumatlandırmanın aparılmasını “Hərbi 

Jurnalistlər” İctimai Birliyinin qarşısımda duran hədəflərdən biridir. 

 

“Hərbi Jurnalistlər”  İctimai Birliyi 2008-ci ildən etibarən 



Azərbaycan Təhlükəsizlik və Müdafiə  İctimai Assosiasiyasının illik 

hesabatlarının hazırlanmasında iştirak edir. 2009-cu ilin avqust 

ayında isə Açıq Cəmiyyət  İnstitutu – Yardım Fondunun maliyyə 

dəstəyi ilə “Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin 

inkişafı” layihəsində tərəfdaş təşkilatdır. 

 

Təşkilatın sədri ehtiyatda olan polkovnik-leytenant Üzeyir 



Cəfərovdur. Ü.Cəfərov həmçinin 

www.milaz.info

 saytının baş 

redaktorudur. 

 

 

 



 


_____________Milli Kitabxana_____________ 

 

85



İçindəkilər: 

 

Müəllifdən--------------------------------------------------------------3 

 

I HISSƏ. Azərbaycanda  hərbi sahədə informasiya əldə etmək 

mədəniyyətinin tarixi ---- ----------------------------------------------5 

 

II HİSSƏ. Dağlıq Qarabağ münaqişəsi və sonra Ordu – KİV 

əlaqələri -------------------------------------------------------------------9 

 

III HİSSƏ. Güc strukturları ilə  KİV arasında  əlaqələrin 

mövcud vəziyyəti -------------------------------------------------------16 

 

IV HİSSƏ. Hərbi sahədə  məlumatlar niyə açıq olmalıdır? 

Dünya təcrübəsi --------------------------------------------------------19 

 

V HİSSƏ. Azərbaycanda hərbi sahədə şəffaflıq tərəfdarı olan 

beynəlxalq təşkilatlar -------------------------------------------------32 

 

VI HİSSƏ. Nəyi  əldə etmək olmaz? Hərbi sirr haqqında 

mövcud qanunvericilik ------------------------------------------------35 

 

VII HİSSƏ. Rəsmilər, media və ekspertlər nə düşünür?- --–42 

 

VIII HİSSƏ.  İnformasiyalı  cəmiyyət: Azərbaycan keçid 

mərhələsində -------------------------------------------------------------64 

 

VIII HİSSƏ. Azərbaycanda hərbi sahədə informasiya əldə 

etmək mədəniyyətinin inkişafının perspektivləri ----------------78 

 

 

Faydalı məlumatlar ------------------------------------------------81 

 

 

 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə