Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

_____________Milli Kitabxana_____________ 

 

53



Azərbaycanda jurnalistikanın səviyyəsinin beynəlxalq 

jurnalistikaya çatmaması barədə fikirlə tam razıyam. Amma razılaşaq 

ki, bizim ordunun da səviyyəsi beynəlxalq standartlara çatmır.  İndi 

biz gözləməliyik ki, nə vaxt jurnalistlərimiz və ya ordumuz 

beynəlxalq səviyyəyə çatacaq? Bu inkişaf edən daimi bir prosesdir. 

Gəlin günahı jurnalistlərdə görməyək. Onlar da əksinə günahı orduda 

görə bilərlər. 

 

Fikrimcə, Müdafiə Nazirliyi hərbi mövzuda yazan jurnalistləri 



yetişdirməlidir. Demirəm ki, jurnalistlər hərbi məktəb qurtarmalıdır. 

Amma müdafiə  və  təhlükəsizlik sektorunda yazan jurnalistlər üçün 

hansısa kurslar, treninqlər, seminarların keçirilməsi zəruridir. 

Jurnalistlər üçün hərbi texniki terminləri öyrənmələri üçün treninqlər 

keçirilməlidir.  

 

Bu gün Müdafiə Nazirliyi ilə QHT-lər arasında birgə  fəaliyyət 



yoxdur. Bu səbəbdən biz -vətəndaş  cəmiyyəti Silahlı Qüvvələr 

barədə  məlumatları ayrı-ayrı  mənbələrdən almağa məcbur oluruq. 

Sözsüz ki, belə olduqda ordu barədə neqativ məlumatlar ortaya çıxa 

bilər. 


 

“İnformasianın verilməsində ciddi problemlər və 

məhdudiyyətlər mövcuddur və bu dörd əsas səbəblə şərtlənir” 

 

Üzeyir Cəfərov, “Hərbi Jurnalistlər” İctimai birliyinin sədri 

 

Demokratik ölkələrdə güc strukturları  KİV-ə  həvəslə  məlumat 



verməyə razı olurlar, çünki onların məqsədləri var, hədəfdə ölkənin 

milli maraqlarıdır. Qeyri-demokratik ölkələrdə isə  hərbi məmurlar 

media ilə münasibətlərdən qaçır. Onlar hesab edirlər ki, KİV-ə 

məlumat verməklə ölkənin müdafiə qüdrətinə  zərər gətirə bilərlər. 

Amma onları qorxudan məsələ güc strukturlarında  şəfaflığın 

yaranması nəticəsində neqativ halların üzə çıxa biləcəyi təhlükəsidir. 

 

Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin nə dərəcədə 



inkişaf etməsinə dair sual əslində bütün postsovet ölkələrinin 


_____________Milli Kitabxana_____________ 

 

54



əksəriyyəti üçün aktualdır. Mən Azərbaycanı  hərbi sahədə 

informasiyanın 

əldə edilməsi mədəniyyətinin mövcudluğu 

prizmasından postsovet ölkələri arasında orta mövqeyə qoyardım. 

Lakin sözsüz ki, informasianın verilməsində ciddi problemlər və 

məhdudiyyətlər mövcuddur və bu dörd əsas səbəblə  şərtlənir: 



birincisi, Azərbaycan Ermənistanla müharibə  şəraitindədir və 

torpaqlarımızın 20 faizi erməni işğalındadır. Dövlət rəsmilərinin 

fikrincə, bu vəziyyətdə ordu ilə bağlı  məlumatların tam olaraq 

cəmiyyətə açıqlanması mümkün deyil, ona görə ki, ölkənin müdafiə 

qüdrətinə xələl gətirilə bilər. Düzdür mən bununla tam razılaşmıram, 

eyni zamanda bu başqa bir söhbətin mövzusu ola bilər. İkinci səbəb 

isə Azərbaycan Silahlı Qüvvələrində  təmsil olunan və informasiya 

təbliğatına məsul bir sıra  şəxslərin peşəkarlığının aşağı olması ilə 

əlaqələndirilə bilər. Onların bir çoxu informasiyaların ötürülməsinin 

müasir qaydalarına bələd deyillər. Bu xüsusda onu da qeyd etmək 

lazımdır ki, Azərbaycanda güc strukturlarının ictimai 

məlumatlandırma mexanizmləri, mətbuat konfransıarının keçirilməsi 

prosedurları  təəssüf ki, hələ  də qeyri-müəyyəndir. Bir sıra güc 

strukturlarının – xüsusilə Müdafiə Nazirliyinin və Dövlət Sərhəd 

xidmətinin rəsmi saytlarının olmaması Azərbaycanda hərbi sahədə 

informasiya vermək mədəniyyətinin  vəziyyətinin göstəricsidir. 



Növbəti  səbəb hərbi sahədə  məlumat  əldə etmək istəyən KİV və 

QHT  əməkdaşlarının bir çoxunun peşəkarlığının aşağı olması ilə 

bağlıdır. Bəziləri məlumatsızlıqdan qeyri-ciddi suallarla güc 

strukturlarına müraciət edirlər və ya hansısa  şantaj xarakterli

reketcəsinə yanaşmalar da olur.  

 

Nəhayət növbəti -  sonuncu  səbəb isə, hərbi sahədə neqativ 



halların olnasında maraqlı olan, korrupsiyaya və rüşvətxorluğa 

bulaşmış bir sıra məmurların fəaliyyəti ilə  əlaqəlidir. Güc 

strukturlarının büdcəsinin necə  xərclənməsi, tenderlərin hansı 

şərtlərlə keçirilməsi və  nəticədə kimlərin hansı  cəhətinə görə qalib 

elan olunmasına dair məlumatların əksər hallarda qapalı saxlanılması 

sözsüz ki, şübhlərə səbəb olur. 

 



_____________Milli Kitabxana_____________ 

 

55



Azərbaycan mətbuatında hərbi sahədə yazan jurnalistlərin 

peşəkarlığının yüksək səviyyədə olmadığı  qənatindəyəm. Fikrimcə, 

burada jurnalistlərin özlərinin də günahı var, amma güc 

strukturlarının məsuliyyəti daha böyük hesab edilməlidir. Gürcüstan 

və Ukrayna nümunəsinə baxmaq kifayət edər. Məlumdur ki, bu 

ölkələrin Silahlı Qüvvələrinin NATO standartlarına keçidi 

çərçivəsində müdafiə  və  təhlükəsizlik məsələlərində ölkənin 

vətəndaş cəmiyyətinin fəalllaşdırılması istiqamətində ciddi addımlar 

atıldı. Gürcüstanda güc strukturları  tərəfindən hərbi sahədə yazan 

jurnalistlərin zəruri bilik və təcrübələrə malik olmaları üçün intensiv 

kursların, hərbi hissələrə  səfərlərin həyata keçirilməsinə başlanıldı. 

Təsadüfi deyil ki, bu ölkənin Avroatlantik İnteqrasiya Nazirliyi 

çərçivəsində yaradılmış ictimai şurada müstəqil, aparıcı  hərbi 

jurnalistlər də aparıcı mövqe tutrlar. Ukraynada isə güc 

strukturlarının qarşısına hərbi jurnalistlərin sorğularına qısa zaman 

kəsiyində cavab verilməsi öhdəliyi qoyulub. Ukraynda hərbi 

jurnalistlər maksumum şəkildə sərbəstdirlər və onların yazdıqları bir 

çox faktlara Azərbaycanda bəlkə də “hərbi sirr” damğası vurula bilər. 

 

“Mətbuatda hərbi sahədə yazan jurnalistlərin ixtisaslaşması 

işinə başlanılmalıdır” 

 

Elçin Eldəniz, “Ayna” qəzetinin əməkdaşı:  

 

Azərbaycanda hərbi jurnalıistlərin peşəkarlığının artırılması 



məsələsi diqqətdən kənarda qalıb. Ölkənin iki əsas hədəfi – 

torpaqların işğaldan azad olunması və hərbi islahatların uğurla həyata 

keçirilməsi sözsüz ki, həm də informasiya təbliğatının düzgün 

qurulmasından keçir. Bunun əsas dayağı isə müstəqil, vətənpərvər, 

hərbi sahədə bilikli və təcrübəli jurnalistlərdir. Buna nail olmaq üçün 

hökümət və onun ayrı-ayrı qurumlarının faaliyyətinin 

uzlaşdırılmasına ehtiyac yaranıb.  

 

İlk növbədə  mətbuatda hərbi sahədə yazan jurnalistlərin 



ixtisaslaşması  işinə başlanılmalıdır. Bu gün bir sıra KİV-də 

jurnalistlər həm mədəniyyətdən, həm siyasətdən, həm sosial sahədən, 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə