Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

_____________Milli Kitabxana_____________ 

 

50



jurnalistikanın inkişafında və güc strukturlarının ictimaiyyəti 

məlumatlandırma siyasətində xüsusi sədlər yarada bilər və bu, 

təbiidir. Lakin bu, Azərbaycan vergi ödəyicilərinin ordudakı 

vəziyyətdən, islahatlar prosesindən xəbərsiz qalmasına dəlalət 

etməməlidir. Müharibə  şəraitində olan, torpaqları  işğal altında olan 

dövlətlərdə  hərbi sektor barədə ictimai məlumatlandırmanın bir 

qaydası var və Azərbaycan o qaydadan yararlanmalıdır. Bu 

baxımdan Gürcüstan nümunəsi təqdirəlayiq hesab edilə bilər. 

 

Fikrimcə, Azərbaycanda "hərbi sirr" anlayışına da aydınlıq 



gətirilməlidir. Müdafiə Nazirliyi ilə müstəqil KİV-lər və  hərbyönlü 

QHT-lər arasında münasibətlər qaydaya düşməlidir, bu isə tərəflərin 

səylərindən asılıdır. 

 

Çıxışlar 

 

“Biz açıq olası qurumlardan nə ala bilirik ki, Müdafiə 

Nazirliyindən nəsə tələb edə bilək”  

 

Zamin Hacı, “Yeni Müsavat” qəzetinin köşə yazarı 

 

Bu gün Azərbaycanda hərbi sahədə informasiya əldə etmək 



çətindir, daha doğrusu Müdafiə Nazirliyi ancaq özünə  sərf edən 

informasiyanı yayır. Biz ordudan yalnız kimsə öldürülüb meyiti 

gələndə  xəbər tuturuq. Obrazlı desək, bura ölü qurumdur - xəbər 

əvəzinə meyit çıxır. Xalq ordu ilə maraqlanmalıdır. Ümumiyyətlə

ordunun  şəffaflığı  cəmiyyətin demokratiklik səviyyəsindən asılıdır. 

Bizdə heç qul bazarındakı adamdan da informasiya almaq olmur, 

hamı qorxur.  

 

Bir konsepsiya olaraq bütün dünyada ordular bir qədər qapalı 



olurlar. Biz açıq olası qurumlardan nə ala bilirik ki, Müdafiə 

Nazirliyindən nəsə tələb edə bilək. Misal üçün, rabitə və İnformasiya 

Texnologiyaları Nazirliyi. Biz ordan məlumatı zülmlə alırıqsa, bizim 

durub Müdafiə Mazirliyindən nəsə ummağa…  Şəxsən mənim 

Müdafiə Nazirliyinə elə bir iradım yoxdur. Çünki adama deyərlər ki, 



_____________Milli Kitabxana_____________ 

 

51



qardaş get hələ birinci məktəbdən, bazardan, açıq olan yerlərdən 

məlumat al, sonra tikanlı  məftillərlə  əhatələnmiş bir yerdən 

istəyərsən. Onu ala bilmirik axı. Bu məsələnin bir tərəfi. 

 

İkincisi, bir fakt deyim: Səfər  Əbiyevin Azərbaycan mətbuatına 



sonuncu dəfə  nə vaxt müsahibə verdiyi kimin yadına gəlir? Mənim 

yadıma gəmir. Ümumiyyətlə, xatırlayıram ki, Müdafiə Nazirliyinin 

geniş  şəkildə, idarə  rəislər, nazir müavinləri səviyyəsində sonuncu 

dəfə  mətbuat konfransı 1998-ci ildə keçirilib. 1998-ci ildə Zabitlər 

Evində keçirilən mətbuat konfransında Üzeyir bəy, Mehman 

Səlimov, kadrlar idarəsinin rəisi iştirak edirdi. Bütün jurnalistlər 

oraya yığılmışdı. Düzdür, o vaxt şəxsən məni müzakirə etmək üçün 

yığılmışdılar. Amma nə  dəxli var. Çox açıq diskussiya getdi, onlar 

məni təkzib etməyə çalışdılar. 

 

Bunu nəyə görə dedim. Bir ordunun rəhbəri təkcə bir nazirdən 



ibarət deyil axı. Burada ölkədə tanınmalı olan generallar var. Tutaq 

ki, mən indi fikirləşsəm ABŞ ordusunun 3 generalının adını çəkərəm, 

amma Azərbaycan Ordusunun generallarını  mən tanımıram. Nəyə 

görə tanımıram. Çünki, bunlar xalq arasına çıxmağa qorxurlar. Çıx 

xalq arasına, qoy xalq da sənin ulduzunu görsün, bir fəxr eləsin. 

 

Ümumiyyətlə, Azərbaycan xalqında hərbçi obrazı yoxdur. 1992-



93-cü illərdə xalq arasında hərbçinin bir obrazı var idi. İndi 

gizlənirlər, məlum məsələdir niyə gizlənirlər. 

 

Məlumatlandırma siyasəti ona görə yoxdur ki, ortaya çıxarılası bir 



şey yoxdur: nəyi çıxardacayıq? Mən  əslində  Səfər  Əbiyevi 

qınamıram, çıxıb nə deyəcək?” 

 

“Təkcə jurnalistlər yox, tədqiqatçılar üçün də Müdafiə 

Nazirliyinə çıxış “sıfra” bərabərdir”  

 

Elxan Mehdiyev, Sülh və Münaqişələrin Həlli Mərkəzinin 



direktoru 

 



_____________Milli Kitabxana_____________ 

 

52



Mən təhlükəsizlik sahəsində bir tədqiqatçı olaraq hərbi 

məlumatlara çox böyük ehtiyac duyuram və bu işlə  də 10 ildən 

artıqdır məşğul oluram. Mən Azərbaycanda xarici səfirliklərinin 

qəbullarına tez-tez qatılıram. O tədbirlərdə Azərbaycanın Müdafiə 

Nazirliyinin nümayəndələrindən başqa hamısı ilə rahat söhbət edə 

bilirəm. Amma bizim Müdafiə Nazirlıiyinin nümayəndəsi ilə 

təmaslar heç cür alınmır.  

 

Müdafiə Nazirliyindən heç bir zaman məlumat ala bilməmişəm, 



görüş istəmişəm, heç bir zaman mümkün olmayıb. Mən bir neçə il 

Vaşinqtonda işləmişəm, universitetlərdə çalışmışam. Pentaqonda 

istənilən  şöbənin nümayəndəsi ilə bir həftə  ərzində görüşmək 

mümkündür. Bizdə isə bu məhdudiyyət təkcə jurnalistlərə deyil, 

ekspertlərə  də aiddir. Gürcüstanda tamamilə  fərqli bir situasiyadır. 

Şərqi Avropa ölkələrində, Ukraynada bu məsələ çox açıqdır. 

Ukraynada xüsusi ekspert qrupları var ki, onlar Müdafiə Nazirliyində 

görüş keçirərək beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə 

edirlər. Amma bizdə ekspertlərin belə imkanı yoxdur. Təkcə 

jurnalistlər yox, tədqiqatçılar üçün də Müdafiə Nazirliyinə  çıxış 

“sıfra” bərabərdir”. 

 

“Müdafiə Nazirliyi hərbi mövzuda yazan jurnalistləri 



yetişdirməlidir”  

 

Azad İsazadə, müstəqil hərbi ekspert 

 

Hər bir dövlətdə  hərbçilər çalışırlar ki, məlumatı az versinlər, 



sadəcə dövlət, qanun tərəfindən tələb olunmasa onlar məlumatı 

gizlədəcəklər. Amma istər ABŞ-da, istərsə  də Avropa ölkələrində 

cəmiyyətin nəzarəti səbəbindən hərbçilər məlumatı verməyə 

məcburdurlar. Bu ölkələrdə açıqlanması mümkün olan məlumatların 

siyahısı mövcuddur. Bu siyahını heç də Müdafiə Nazirliyi 

yaratmayıb, məsələyə qanunverici hakimiyyət baxır. Təəssüflə 

deməliyəm ki, bizdə bu prinsip yoxdur. 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə